Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
  1   2   3   4   5   6   7   8   9   ...   134



 
 



NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
 
BİOLOGİYA 
SALEH MƏHƏRRƏMOV 
Naxçıvan Dövlət Universiteti 
salehmaharramov@mail.ru 
UOT: 581.6 
ÇAŞIR-ACILIQ QARIŞIĞININ SİNİR SİSTEMİNƏ TƏSİRİ 
Açar sözlər: Çaşır-acılıq qarışığı, mədə-bağırsaq sistemi, helmint, antihelmint 
Key words: Ferula-bitterness mixture, gastro-intestinal system, helmets, anthelmintic 
Ключевые  слова:  Cмеси  прангос-хвойника,  желудочно-кишечной  системе,  гельминт, 
антигельминт 
Dərman  bitkiləri  ilə  müalicə  qədim,  lakin  öz  əhəmiyyətini  itirməyən  terapevtik  üsuldur. 
Bitkilər yalnız xəstəliyi müalicə etmir, eyni zamanda bütün orqanizmə stimuledici təsir göstərərək, 
simptomatik və patogenetik səmərəyə malik olur. Bitkilərin tərkibindəki müxtəlif maddələr kimyəvi 
preparatlardan  fərqli  olaraq  orqanizmə  kompleks  təsir  edir.  Bitkilərin  kompleks  təsir  etməsi, 
orqanizmdən  tez  ixrac  edilməsi  onların  müalicə  məqsədilə  istifadə  edilməsi  cəhətdən  səmərəlidir. 
Otlaq  sahələrində  geniş  yayılan  və  heyvanlar  tərəfindən  yeyilən  bitkilərin  müalicə  təsiri  olduqda 
onların tətbiqi daha da asanlaşır.  
Lakin  bəzi  bitkilər  yüksək  müalicəvi  səmərə  göstərməklə  yanaşı,  güclü  toksiki  təsirə  də 
malikdir.  Bitkilərin zəhərli təsirlərinin xüsusiyyətləri onunla səciyyələnir ki, bu və başqa bitkilərin 
müxtəlif  qrup  heyvanlara  təsirində  onların  toksiki  xassələri  eyni  olmur.  İnsan  üçün  güclü  zəhərli 
olan  xanımotu  və  dəli  bəng  bitkiləri  gəmiricilər,  köpəklər,  toyuq,  qaratoyuq  və  başqa  quşlar, 
kolorado böcəyi üçün tamamilə zərərsizdir, ördək və cücələrdə zəhərlənmə yaradırlar. İnciçiçəyinin 
zəhərli giləmeyvələri hətta kütləvi miqdarda yeyildikdə tülkülərdə zəhərlənmə əmələ gətirmir və bir 
çox köpəklər tərəfindən helmintlərdən azad olmaq üçün istifadə edilir [9]. 
Bitkilərlə  zəhərlənmə  çox  hallarda  alimentar  yolla,  bəzi  hallarda  toksiki  təsir  onların  ifraz 
etdikləri  zəhərli  maddələrlə  nəfəs  aldıqda  baş  verir  (ladan  ağacı,  göyrüş,  rododendronla  uzaqdan 
zəhərlənmə).  Bundan  başqa    dəri  və  selikli  qişaların  zədələnməsi  güclü  allergik  reaksiya  tipi  ilə 
bitkilərlə təmas nəticəsində (gicitkən, baldırğan, alışan, südləyən, xardal və b.) baş verə bilir. 
Zəhərli  bitkilərlə  zəhərlənmə  heyvandarlığa  yalnız  heyvanların  ölməsi  formasında  yox, 
həmçinin xəstəlikdən çəki və məhsuldarlığın azalması, balasalma, dölsüzlük, laktasiyanın azalması 
istiqamətində də zərər verir (qatırquyruğu, südləyən, küskütotu).   
Bitkilərin  zəhərli  birləşmələri  kimyəvi  təbiətindən  asılı  olaraq  müxtəlif  orqanlar  sistemini 
zədələməklə toksiki təsirin seçiciliyinə görə fərqlənirlər. Daha çox, xüsusən də ağır hallarda kollaps 
və komatoz ilə təzahür edən orqanizmə ümumi kompleks təsir qeydə alınır.     
Bir çox bitkilərdə müxtəlif təsirli tam kompleks bioloji fəal maddələr olur ki, onlardan biri orqa-
nizmi digərlərinin təsirinə sensibilazisiya etdirə bilər. Həzm traktının tioklikozidlərlə, saponinlərlə və bir 
neçə alkaloidlərlə güclü qıcıqlandırılması başqa toksinlərin daha intensiv sorulmasına kömək edir. Bəzi 
zəhərli  bitkiləri  heyvanlar  uzun  müddət  bir  neçə  dəfə  yedikdən  sonra  tərkibindəki  toksiki  maddələr 
orqanizmdə  tədricən  toplanaraq  kumulyativ  təsir  göstərirlər.  Uyğun  təsirə  acılıq,  üskükotu,  acı 
göbələyin toksinləri malikdirlər. Qida toksinlərinin orqanizmdə belə tədricən toplanması onların çoxlu 
orqanlar  sisteminə  keçməsi  və  uzun  müddətli  davamlı  pozğunluq  yaratması  ilə  zəhərlənmənin  qeyd 
olunmayan mümkün ilkin həddində orqanizmdə əhəmiyyətli təhlükə yaranır. Heyvanların orqanizmində 
fitotoksinlərin kumulyasiyası heyvandarlıq məhsullarının da (ət və s.) toksikliyinə səbəb olur. Lakin bu 
bitkilərdəki toksinlər heyvan orqanizmində tədricən toplana bilər [10].  
Çaşır-acılıq qarışığı yüksək antihelmint təsirə malikdir. Hər bir heyvana gündə 150 q olmaqla 
çaşırın  çiçəkləmə  mərhələsindən  üç  gün  yedizdirdikdə  səmərəlilik  intensivlik  hemonxuslara  qarşı 



92,2%, strongilyatlara 90,7%, trixosefalyuslara 53,8%, ekstensivliyi isə müvafiq olaraq 66,7, 50 və 
16,7% həddində olur [3, s. 18]. 
Acılıq  bitkisindən  üç  gün  150  q  yeyən  hemonxuslarla  yoluxmuş  heyvanlarda  səmərəlilik 
intensivliyi  80,6%,  strongilyatlarla  81,7%,  trixosefalyuslarla  yoluxmuşlarda  isə  50,3%  alınmışdır. 
Hemonxoz və strongilyatozlarda səmərəlilik ekstensivliyi 33,3% təşkil etmişdir [3, s. 18-19].  
Çaşır-acılıq  bitkilərinin  bərabər  miqdarındakı  qarışığından  təcrübə  altında  olan  nematodlarla 
təbii yoluxmuş hər bir qoyuna iki gün 200 q qüvvəli yemlə səhər ac qarnına yedizdirdikdə səmərəlilik 
intensivliyi hemonxozlarda 92,8%, strongilyatozlarda 91,4%, trixosefalyozlarda 62,5%, ekstensivliyi 
hemonxoz və strongilyatozlarda 66,7%, trixosefalyozda isə 33,3% olmuşdur [3, s.19-20]. 
Belə yüksək antihelmint səmərəyə malik bitkilərin toksiki xüsusiyyətlərinin araşdırılması on-
ların təsərrüfatlarda tətbiqi üçün mühüm əhəmiyyətə malikdir. Çaşır-acılıq bitkilərinin antihelmint 
təsirləri  onların  bərabər  miqdarlarından  ibarət  qarışıqlarının  tətbiqində  daha  yüksək  olduğundan 
həmin qarışığın toksiki təsirinin araşdırılmasını qarşımıza məqsəd qoyduq.  
Bundan  əvvəlki  araşdırmalarımıza  əsasən  çaşır  acılıq  bitkilərinin  qarışığından  hazırlanan  bişir-
mənin  təcrübə  heyvanlarında  orta  ölüm  dozası  1500  mq/kq  dozadan  yüksək  olduğundan  o  toksik 
olmayan  maddələr  sırasına  daxil  edilir  [8,  s.10-12].  Məhlulun  uzun  müddət  siçanlara  içirdilməsinə 
baxmayaraq  kumulyativ  təsir  göstərmir  [7,  s.  160-163].  Boğazlığın  müxtəlif  dövrlərində  siçovullara 
hətta  preparatın  müalicə  dozasının  5  dəfə  artırılmış  miqdarı  içirdildikdə  embriotrop  təsir  qeydə  alın-
mamışdır [2, s. 127-129]. Qarışığın qoyunlara müalicə dozasının 3 və 5 dəfə artırılmış dozaları yediz-
dirildikdə onların bədən temperaturları normadan  kənara  çıxmamış [4, s. 3-6], daxili orqanların (ürək, 
böyrək, dalaq, qaraciyər) histoloji quruluşunda patologiyaya təsadüf edilməmişdir [6, s. 158-160]. 
Bu  tədqiqatımızın  məqsədi  yüksək  antihelmint  səmərəyə  malik  çaşır-acılıq  qarışığının  hey-
vanların mərkəzi sinir sistemi ilə nizamlanan poza və davranışlarına təsirini öyrənməkdir.  
Sinir  sistemi  orqanizmin  bütün  fizioloji  proseslərində  nizamlayıcı  fəaliyyət  göstərdiyindən, 
orqanların  qarşılıqlı  əlaqəsini  yaratdığından  toksikoloji  xüsusiyyətlərini  öyrəndiyimiz  bitki  qarı-
şığının orqanizmin bu sistemə təsirini öyrənmək çox önəmlidir. Mərkəzi sinir sistemi heyvan orqa-
nizmində  daxili  orqanların  funksiyalarını  nizamlayır,  onların  xarici  mühitə  uyğunlaşmasını  təmin 
edir,  hərəkət  koordinasiyasını,  əzələlərin  tonusunu  stimullaşdırır.  Baş  beynin  verdiyi  impulslar 
onurğa beyin vasitəsilə əzələlərə ötürülərək onların tonusunu, yığılma-boşalma proseslərinin ardıcıl-
lığını nizamlayır [11. s, 109-133 ], [12, s. 18].  
Bitki qarışıqlarının mərkəzi sinir sisteminə təsirini öyrənmək üçün 3 istiqamətdə təcrübə apar-
dıq. Birinci, məhlulların təcrübə heyvanlarının koordinasiyasına təsirini, ikinci, bişirmənin mərkəzi 
sinir  sisteminin  oyadıcı  və  ləngidici  fəaliyyətinə  təsirini,  üçüncü  isə  bişirmələrin  sinir  əzələ  sina-
psında postsinaptik hissədə reseptorlara təsiri ilə əlaqədar heyvanların pozası və duruş vəziyyətində 
yaranan dəyişikliyi öyrəndik [5]. 
Mərkəzi  sinir  sistemi  orqanizmin  hərəkət  fəallığını,  koordinasiyasını  nizamlayan  funksiyanı 
yerinə  yetirdiyindən  hər  hansı  preparatın  tətbiqi  zamanı  yaranan  ataksiya  onun  disfunksiyası  he-
sabına  əmələ  gəldiyini  göstərir.  Heyvanlarda  hərəkət  funksiyasını  əsasən  beyincik  yerinə  yetirdi-
yindən təcrübə zamanı onların duruş və davranışlarının  pozulmasını, əzələ tonusunun zəifləməsini, 
qeyri-normal tetanik yığılmaları, tez başlayan əzələ yorulmasını həmin şöbədə gedən patologiya ilə 
əlaqələndirmək  lazımdır.  Hərəkət  fəallıq  baş  beyin  qabığı,  uzunsov  beyin,  onurğa  beyni  və  s.  şö-
bələr tərəfindən də nizamlanır. Buna görə də preparatın təsirindən dayaq-hərəkət aparatında yaranan 
hər hansı pozğunluğu ümumi mərkəzi sinir sistemində gedən dəyişikliklə əlaqələndirmək lazımdır 
[11, s. 120-123]. 
Çaşır-acılıq  qarışığının  heyvanların  poza  və  davranışlarına  təsirini  öyrənmək  üçün  3  qrupda, 
hər  qrupda  3  baş  olmaqla  9  baş  siçovul  üzərində  təcrübə  apardıq.  Preparat  verilməmişdən  əvvəl 
siçovulların  hamısını  şüşə  qalpaq  altında  yerləşdirib  5  dəqiqə  hərəkətlərinə,  davranışlarına,  baş-
larının vəziyyətinə nəzarət etdik, sonra heyvanları arxası üstə çevirərək normal duruş vəziyyətlərini 
bərpa  etmək  səyini  müşahidə  etdik.  I  qrup  heyvanların  hər  birinin  limfa  kisəsinə  çaşır-acılıq  qarı-
şığından hazırlanan bişirmənin müalicə dozasının 3 dəfə artırılmış miqdarını (18 q/kq), II qrupa 5 
dəfə  artırılmış  dozasını (30 q/kq)  yeritdik.  III  qrupda  olan  heyvanların limfatik kisəsinə isə müqa-
yisə məqsədilə 0,3 ml kurare inyeksiya etdik. Preparatların təcrübə heyvanlarının duruş vəziyyətinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə