Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   2   3   4   5   6   7   8   9   ...   134


S. hydrangea   1:10 
1s.40dəq. 
1s.55dəq. 
2s.20dəq.  
20s.20dəq 
1:20 
2s.30dəq. 
2s.25dəq. 
2s.55dəq. 
22s.30dəq. 
Nəzarət kasası 
26s. 
28s. 
29s 
34s 
 
1:5  nisbətində  hazırlanmış  preparatlarda  alınan  nəticələrdən  görünür  ki,  S.sclarea  və 
S.hydrangea  efir  yağlarında  hemonxus,  nematodirus  və  trixostongiluslar  1-2  saat,  S.limbata  efir 
yağında  isə  2-3  saat  müddətində  məhv  olmuşlar.  Trixosefalyuslar  S.sclarea  və  S.hydrangea  efir 
yağlarının təsiredici fəal maddələrinə 18-19 saat davam gətirdiyi halda,  S.limbata efir  yağında 23 
saat  canlı  qala  bilmişdir.  S.sclarea  efir  yağında  əsas  kompanenti  linaloolasetat  və  linalool, 
S.hydrangea  β-kariofullen,  1,8-sineol,  S.limbata  isə  bitsiklogermakren  və  α-pinen  maddələridir. 
Bitki  efir  yağlarının  bakteriosid  təsirinin  fərqli  olması  onun  kimyəvi  tərkibini  təşkil  edən  fəal 
təsiredici maddələrdən asılıdır. Hər bir bitkidən alınan efir yağı kompanentində dominant maddələr 
fərqli olduğu üçün helmintlərin məhv olma vaxtları da fərqli olmuşdur. 
In  vitro  da  hər  üç  bitkidən  hazırlanmış  bişirmələrin  antihelmint  təsiri  parazitlərin  qısa 
zamanda  məhv  olmaları  ilə  müəyyənləşdirilmişdir.  Hər  bir  preparatda  helmintlərin  ölüm  vaxtları 
cədvəl 2-də qeyd olunur. 
S.sclarea L. S. limbara C.M. Mey. və S.hydrangea Benth.. növlərindən hazırlanan   
bişirmələrin helmintosid təsiri  
Cədvəl 2. 
Bitki 
Helmint 
S.sclarea  
S. limbata  
S. hydrangea  
 
Fizioloji məhlul  
 
 
Ölüm vaxtı 
Hemonxus 
3s. 30dəq. 
4s.20dəq. 
3s.30dəq. 
26s 
Nematodirus 
4s. 10dəq. 
5s. 
4s.05dəq. 
28s 
Trixostrongilus 
5s. 15dəq. 
6s.10dəq. 
5s.20dəq. 
29s 
Trixosefalyus 
30s.40dəq. 
32s.10dəq 
31s. 
34s 
 
Alınan nəticələrdən göründüyü kimi S.sclarea və S. hydrangea növlərindən hazırlanmış bişirmə 
preparatlarında hemonsux, nematodirus və trixostongiluslarda 3-5 saatda, S.limbata preparatinda isə 
bu  helmintlərdə  4-6 saatda  ölüm  qeydə  alınmışdır. Trixosefalyuslar digər  helmintlərə  nisbətən hər 
üç bitkinin təsirinə dözümlü olmuşdur. Onların ölümü 30-32 saata başa çatmışdır. 
Nəzarət  kasasında  helmintlərin  26-34  saata  qədər  tam  hərəkətli  olmaları  hazırlanan  həm  efir 
yağı preparatlarının, həm də bişirmə preparatlarının yüksək helmintosid təsirinin olduğunu göstərir.  
In vivo təsiri öyrənmək üçün təcrübədən əvvəl tədqiqatda olan qoyunlardan təzə kal nümunələri 
götürülmüş  və  helmintoovoskopiya  üsulu  ilə  müayinə  edilmişdir  [6].  Bunun  üçün  3q  kal  nümu-
nəsinə su əlavə edilərək tam şəffaflaşma alınana qədər bir neçə dəfə yuyulmuş, sonra alınan qarışıq 
sentrifuqan menzurkasına tökülərək 1 dəqiqə fırladılmışdır. Menzurkada çöküntü üstü maye atılaraq 
üzərinə  doymuş  sink  sulfat  məhlulu  əlavə  edilərək  menzurka  örtücü  şüşə  ilə  örtülüb,  yenidən 
sentrifuqada fırladılmışdır. Sonda örtücü şüşə götürülərək mikroskopiya  edilmiş və parazit  yumur-
taları sayılmışdır.  
S.  sclarea,  S.  limbata    S.  hydrangea  növlərindən  hazırlanmış  preparatların  antihelmint 
xassələri laborator şəraitdə orqanizmdən kənarda müəyyənləşdirildikdən sonra onları helmintozlarla 
yoluxmuş heyvanlara tətbiq etməklə səmərəliliyi yoxlanılmışdır. Tədqiqatda heyvanlar hər birində 5 
baş qoyun olmaqla 8 qrupa ayrılmışdır. 7 qrup təcrübə qrupu, 8-ci qrup isə müqayisə məqsədilə nə-
zarət  qrupu  qeyd  edilmişdir.  Təcrübədə  və  nəzarətdə  olan  bütün  heyvanlar  eyni  şəraitdə  sax-
lanılmaqla  müayinələr  aparılmışdır.  Təcrübədən  əvvəl  1-8  qrup  üzrə  helmint  yumurtalarının  orta 
sayı müvafiq olaraq 904,7, 913,2, 918,2, 821,9, 927,5, 891,2, 867,6, 846,4 ədəd olmuşdur. In vivo 
şəraitində də həm efir yağı preparatları, həm də bişirmələr tətbiq edilmişdir. Efir yağları spesifik iyə 
malik  olduğundan  1:3  nisbətində  zeytun  yağı  ilə  durulaşdırılmışdır.  Birinci  qrup  heyvanlara 
S.sclarea efir yağı preparatından hər başa səhər ac qarnın 4-5 ml içirilmişdir. İkinci qrup heyvanlara 
S.  limbata  efir  yağı  preparatından  4-5  ml,  üçüncü  qrup  heyvanlara  isə  S.  hydrangea  efir  yağı 
preparatından 4-5 ml verilmişdir. Dördüncü qrupda olan heyvanlara S.sclarea bişirməsindən səhər 
ac qarnına hər başa 100 ml içirilmişdir. Beşinci qrup heyvanlara S.limbata bişirməsindən hər başa 


10 
100  ml,  altıncı  qrupa  S.  hydrangea  bişirmələrindən  100  ml  verilmişdir.  Yeddinci  qrup  heyvanlar 
təbii bitki ilə otarılmışdır. Bunun üçün hər üç bitkinin yerüstü hissəsindən eyni miqdarda götürərək 
qarışıq hazırlanmışdır. Hər baş qoyuna 3 gün səhər qidadan əvvəl hazırlanmış bu qarışıqdan 150 q 
verilmışdır.  Səkkizinci  qrup  heyvanlara  isə  heç  bir  antihelmint  preparat  verilmədən  təbii  otlaq 
sahalərində  otarılmışdır.  Hazırlanmış  preparatların  heyvanlarda  toksiki  təsirinin  olub-olmadığını 
müəyyənləşdirmək  üçün  onlarda  baytar  həkim  tərəfindən  kliniki  müayinələr  aparılmışdır.  Kliniki 
müayinələrdə  heyvanların  ürək  vurğuları,  tənəffüs  hərəkətləri,  işgənbənin  peristaltik  hərəkətləri 
sayılıb, bədən temperaturu ölçülmüşdür. Proseslərdə patoloji dəyişikliklərin baş verməməsi hazır-
lanmış preparatların heyvan orqanizmi üçün toksik dozada olmadığını müəyyən edir. Təcrübə 3 gün 
davam  etdirilmiş,  4-cü gün  heyvanlardan  yenidən  kal nümunələri götürülərək  helmintoovoskopiya 
edilmişdir. Alınan  yumurta sayları orta hesabla birinci qrupda 121,2, ikinci qrupda 174,5, üçüncü 
qrupda 129,5, dördüncü qrupda 261,8, beşinci qrupda 356,2, altıncı qrupda 294,9, yeddinci qrupda 
381,3,  səkkizinci  qrupda  isə  830,7  ədəd  olmuşdur.  Təcrübədən  əvvəl  və  sonra  alınan  rəqəmlər 
müqayisə edilmiş və tədqiq edilən bitkilərin antihelmint səmərəliliyi müəyyənləşdirilmişdir. Nəticə 
cədvəl 3-də təqdim olunur. 
S.sclarea L. S. limbara C.M.Mey. və S.hydrangea Benth.. növlərindən alınan efir yağlarının 
və hazırlanan bişirmələrin antihelmint səmərəsi  
Cədvəl 3. 
 
Qruplar 
Parazitlərin yumurta sayı /3q fekalda 
Təcrübədən 
əvvəl  
Təcrübədən  
sonra  
Preparatların  
antihelmint 
səmərəsi  
Qrup 1. S.sclareaefir yağı 
904,7 
121,2 
86,6% 
Qrup 2. S.limbata efir yağı 
913,2 
174,5 
80,9% 
Qrup 3. S. hydrangea efir yağıi 
918,2 
129,5 
85,9% 
Qrup 4.S.sclarea bişirməsi 
821,9 
261,8 
67,8% 
Qrup 5.S.limbata bişirməsi 
927,5 
356,2 
61,6% 
Qrup 6.S.hydrangea bişirməsi  
891,2 
294,9 
66,9% 
Qrup 7. Hər üç bitkinin qarışığı 
867,6 
381,3 
61,3% 
Qrup 8. Nəzarət qrupu  
846,4 
830,7 

 
Efir yağı preparatları arasında ən güclü səmərəlilik S.sclarea bitkisində olmuşdur. Preparatın 
səmərəliliyi 86,6% alınmışdır. Digər efir yağı preparatlarından S.hydrangeada 85,9%, S.limbatada 
isə  80,9%  səmərəlilik  müəyyən  edilmişdir.  S.sclarea,  S.hydrangea  və  S.limbata  bitkilərindən 
hazırlanmış bişirmələrin antihelmint səmərəliliyi müvafiq olaraq 67,8%, 66,9% və 61,6% olmuşdur. 
Bişirmə  ilə  aparılan  təcrübələrdə  də  yüksək  nəticə  S.sclareada  qeyd  edilmişdir.  Bitkilərin  yaşıl 
kütləsindən hazırlanmış preparatda səmərəlilik 61,3%-ə çatmışdır. Bitkilərin yaşıl yerüstü hissəsi ilə 
aparılan  təcrübədə  nəticənin  qismən  zəif  olmağına  baxmayaraq,  bu  tədqiqat  üsulu  helmintozlarla 
mübarizədə asan tətbiq  yollardan biridir. Nəzarət  qrupunda isə təcrübədən əvvəl və sonra  yumurta 
sayında fərqin yaranmaması, tədqiq edilən bitkilərin antihelmint səmərəsinin göstəricisidir.  
Tədqiqatların  nəticələrdən  müəyyən  olunur  ki,  efir  yağı  preparatlarında  bişirməyə  nisbətən 
güclü  helmintosid  təsir  vardır.  Bu  efir  yağı  tərkibinin  fitonsid  xarakterli  terpenlərlə  zəngin  olması 
ilə əlaqədardır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə