Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   4   5   6   7   8   9   10   11   ...   134

18 

Yonca kök-yumurucuq uzunburunu – 
S.ineps. Gull 
23 
Qarayonca sovkası – Chloridae dipsacea 
L. 

Daralın uzunburunu – S.cylindricoelus 
Gahr 
24 
Qamma sovkası – Phytometra qamma L. 
10 
Adi yonca uzunburunu – Phytonomus 
mirinus P. 
25 
Damcıləçəkli sovka – Ph.sonfuca Steph 
11 
Yonca yarpaqyeyəni və ya fitonomus – 
Ph.variabiels Hrbst. 
26 
Üçyarpaq yonca sovkası – Scotogramma 
trifolii Rott. 
12 
Sarı yonca toxumyeyəni – Tychius fiavus 
Beck. 
27 
S-qara ləkəli sovka – Graphiphora S-
nigrum L. 
13 
Sarıayaq qarayonca toxumyeyəni – Apion 
flampes Pauk. 
28 
Qonur boz sovka – Athetis ambidua 
Sghift. 
14 
Qarayonca uzunburunu – A.apriaans 
Hrbst. 
29 
Karadrina – Laphygma exigua Hb. 
15 
Yonca qızılböcəyi – Speonptera montana 
Jak. 
30 
Çəmən kəpənəyi – Loxostege sticticalis L. 
Naxçıvan MR ərazisində yonca bitkisi üçün qorxulu zərərverici bu növlər bitkinin əsasən yarpaq, 
gövdə və kökləri ilə qidalanmaqla onlara ciddi zərər verir və məhv edirlər. Bu zərərvericilərin əksəriyyəti 
sürfə mərhələsində daha qorxulu olur. Ən çox ziyan verən yonca yarpaq uzunburunu, yaxud fitonomus, 
yonca  yoğunayağı,  tumurcuq  çəhrayı  ağcaqanadı,  yonca  bağacığı,  kök-yumrusu  uzunburunu  və  s. 
növlərdir.  Bunlarla  bərabər  dövri  zərər  verən,  az  qorxulu  olan  növlərə  də  təsadüf  olunur.  Yüksək 
zərərvermə  dərəcəsinə  malik,  müntəzəm  xarakter  daşıyan  növlərin  bioloji  və  ekoloji  xüsusiyyətlərinin 
öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Zərərverici növün inkişaf dinamikasını müəyyən etməklə onun 
hansı  mərhələdə  zərər  verdiyini,  onların  xarakter  xüsusiyyətlərinin  müəyyən  olunması,  onlara  qarşı 
vaxtında  mübarizə  tədbirlərinin  artırılmasına  imkan  verir.  Eyni  zamanda  proqnozlaşdırmalar  aparmağa 
imkan  verir.  Buna  görə  də  xarakter  növlərin  bioloji  və  ekoloji  xüsusiyyətlərinin  öyrənilməsi,  inkişafın 
ayrı-ayrı mərhələlərinin müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. 
Phytonomus  variabilis  Hrbst-Fitonomus.  Fitonomus,  böcəklər  (Coleoptera)  dəstəsinin 
uzunburun böcəklər (Curculionidae) fəsiləsinə daxildir. 
Yetkin  fərdin  böyüklüyü  5-8  mm  olur.Böcəyin  başı  boru  formasındadır.Cavan  böcəklərin 
rəngi  sarımtıl-bozdur.Yaşlı  böcəklərin  üzəri  boz  tükcüklərlə  örtülü  olur.  Böcəklərin  üst  tərəfindən 
uzununa doğru əvvəlcə enli, sonra isə birdən nazilən tünd-qəhvəyi rəngli zolaq gedir. 
Yumurtası  0,5-0,65  mm böyüklükdə  olub,  ellips  şəklindədir.  Əvvəlcə  sarı-kəhraba  rəngində 
olur. İnkişaf etdikcə tədricən tutqunlaşır. 
Sürfələrinin  uzunluğu  10  mm-dir.  Ayaqsızdır,  bədənin  üst  tərəfindən  hər  buğumda  bir  cüt  iri 
şişkinlik  vardır.  Bunlar  sürfənin  hərəkət  etməsinə  kömək  edir.  Sürfələrin  rəngi  yaşıldır,  başı  qonur, 
yaxud qara rənglidir. Pupu böcəklərə xas olan açıq tipdədir və ipək sapdan toxunmuş barama içərisində 
yerləşir.  Azərbaycanda  yonca  bitkisi  əkilən  bütün  rayonlarda  fitonomus  geniş  yayılmaqla  onun  ən 
təhlükəli zərərvericisi hesab olunur. Fitonomus əsasən yoncalıqlarda, şaxta tutmayan yerlərdə torpağın 
üst qatında və yaxud alaq otları altında qışlayır. Qışlama yerlərində temperatur 12
0
–dən yuxarı olduqda 
böcəklər qış yuxusundan oyanır. Havanın rütubəti çox olduqda böcəyin aktivliyi zəifləyir. Havanın orta 
temperatur  24-25
0
C-dən  yuxarı  olduqda  böcəklərin  fəallığı  bir  daha  zəifləyir  və  hətta  yay 
«diapazuasına»  getməyə  məcbur  olur.  Naxçıvan  MR  ərazisində  aparılan  tədqiqatlara  əsasən  noyabr 
ayından  iyun  ayının  ortalarınadək  yumurta  qoya  bilir.  Lakin  muxtar  respublika  ərazisində  havanın 
temperature 12
0
 C-dən aşağı olduğundan, qış dövründə mart-aprel ayınadək böcəklər qış «diapazuasına» 
gedir.  Aprel  ayından  başlayaraq  yumurtatökmə  başlayır,  bu  proses  iyul  ayının  əvvəllərinədək  davam 
edir.  Sonra  sürfə  dövrü  baş  verir.  Sürfə  dövrü  aprel-may  ayından  başlayır,  puplar  may-iyun  aylarına, 
yeni cavan yetkin fərdlər isə iyun ayından müşahidə olunur. 
 
 
 


19 
Cədvəl 2. 
 
 
 
Naxçıvan MR ərazisində fitonomusun inkişaf dövriyyəsi 
Fərdin inkişaf 
mərhələsi 
Müşahidə olunduğu 
dövr 
İnkişaf müddəti 
Fərdin ölcüləri 
Yumurta 
Mart-aprel 
10-12 gün 
0,5-0,65 mm 
Süfrə 
Aprel-may 
15-28 gün 
10 
Pup 
Aprel-iyun 
6-12 gün 

Yetkinfərd 
May-iyun 
10-11 ay 
5-8 mm 
Böcəyin  yumurta  qoyması  iqlim  şəraitindən  və  böcəyin  fizioloji  vəziyyətindən 
asılıdır.Hesablamalara  görə  bir  fərd  həyatı  dövründə  2500-ə  qədər  yumurta  qoya  bilir.  Bir  gün 
ərzində 60-80 yumurta qoya bilir və bu proses bir ayadək davam edir. 
B.V.Yakovlevin    tədqiqinə  görə  yumurtaların  inkişafı  22
0
C-də  10  gün  müddətinə,  17,6
0

temperaturda isə 18 günə başa çatır [11]. Sürfələr istisevəndirlər, bitkilərin üst yarus  yarpaqları ilə 
qidalanırlar, havanın temperatur 35
0
C-ə çatdıqda, qidalanma passivləşir. 
Yaşlı sürfələr yarpaqların altında puplaşırlar. Pupların inkişafı 6-11 gün davam edir. Puplardan 
yeni  cavan  fərdlər  çıxır.  Böcəklər  yetkinlik  dövründə  xortumları  ilə  bitkilərin  gövdələrini  deşib, 
yumurtaqoyanı  vasitəsilə  ora  yumurta  qoyurlar.  Hər  bir  deşikdə  15-20  yumurta  olur.  Naxçıvan 
şəraitində yumurtalayan embrionun inkişafı iqlim şəraitindən asılı olaraq 10-18 günə başa çatır. Bir 
nəslin  inkişafı  B.V.Yakovlevə  görə  31  gündən  56  günədək  davam  edir.  İkinci  nəsil  fərdləri  mayın 
sonları  və  iyunun  əvvəllərində  müşahidə  olunmağa  başlayır  [11,  s.177-178].  S.M.Posrevoy, 
M.V.Arsenova  görə  bunlar  56-60  günədək  yaşamaqla  yeni  yonca  bitkisi  ərazilərinə  yayılmaqla 
qidalanaraq  yumurta  qoyma  qabiliyyətinə  malik  olurlar  [8].  Yetkin  fərdlər  havanın  temperature  11-
12
0
C  olduqda  qışlamaya  gedirlər.  Naxçıvan  MR  ərazisində  bu  proses  uzana  bilir.  Eyni  zamanda 
Naxçıvan ərazisində yonca yarpaqyeyəni ildə bir nəsil verə bilir. İkinci nəslin inkişafı başa çatmır. 
Fitonomusun  əsas  zərərverici  fazası  onun  sürfəsidir.  Sürfələr  yoncadan  başqa  heç  bir  bitki  ilə 
qidalanmır. Qidalanma nəticəsində yem məhsulu kəmiyyətcə azalmaqla, onun keyfiyyəti aşağı düşür. 
 Bruchophagus  gibbus  B  -  Yonca  yoğunayağı.  pərdəqanadlılar  (Hymenoptera)  dəstəsinin 
yoğunayaqlılar (Eurytomidae) fəsiləsinə mənsubdur. 
Yetkin  yonca  yoğunayağı  2  mm  böyüklükdə  qara    rəngli  həşərat  olub,  ayaqlarının  baldır  və 
pəncələri  sarıdır.  Bığcığı  8  buğumludur.  Saplaqlı  qarıncığa  malikdir.  Qarıncıq  yumurtavaridir, 
parlaqdır. Qanadları şüşə kimi şəffafdır və kənarlarında külli miqdarda tükcükləri olur. 
Yumurtası  olduqca  kiçik-  0,04-0,02  mm  enində  olub,  ovalvari,  yarımşəffaf  və  saplaqlıdır. 
Sürfələri ağ rəngli və ayaqsızdır. Yaxşı inkişaf etmiş qəhvəyi rəngli üst çənələrə malikdir. Uzunluğu 
1,5-2 mm-ə malikdir. Yonca yoğunayağı sürfə mərhələsində yonca toxumlarının daxilində qışlayır. 
Bu  sürfələr  toxum  daxilində  pup  halına  keçir.  Həmin  puplardan  aprel  ayının  II-III  ongünlüyündə 
yetkin  fərdlər  çıxmağa  başlayır.Onlar  toxumların  qabığını  girdə  halda  gəmirərək  xaricə  çıxır  və 
müxtəlif  bitki  çiçəklərinin  nektarı  ilə  qidalanır.  Bir  müddət  keçdikdən  sonra  dişi  yoğunayaq  sırf 
yetişmə  dövründə  olan  paxlalı  bitkilərin  paxlalarına  tək-tək  yumurta  qoyur.  Dişi  fərdlər  yumurta-
qoyanları vasitəsilə paxlanın qabığını deşir və yumurtalarını toxumların üzərinə tokür. Hər bir dişi 
yoğunayaq  16-65  yumurta  qoya  bilir.  Yumurtanın  rüşeym  inkişafı  3-5  günə  başa  çatır  və  əmələ 
gələn sürfələr həyatının sonuna qədər bir toxumla qidalanır və başqalarına keçmir. 
Aparılan tədqiqat işləri ilə müəyyən edilmişdir ki, yonca yoğunayağı Azərbaycan şəraitində 3-
4 nəsil verir. Naxçıvan MR ərazisində yayın kəskin istiləri və qışın mənfi temperatura malik olması 
ilə əlaqədar 2 nəslin inkişafı müşahidə olunur. Zərərvericinin birinci nəsli köhnə yoncalığın birinci 
çalım  toxumlarında,  ikinci  nəsil  isə  birillik  cavan  yoncalıqlarda  yayılmış  olurlar.Sürfələrin  əsas 
hissəsinin  diapauza  halına  keçməsi  ilə  əlaqədar  heç  bir  nəsil  inkişafını  tam  başa  vurmur.Sürfələr 
yalnız gələn ilin yazında inkişafını davam etdirir. 
Yonca  yoğunayağının  şiddətli  zədələdiyi  toxumlardan  ancaq  qabıq  qalır.  Nisbətən  zəif 
zədələdiyi  toxumlar  isə  cücərmə  qabiliyyətini  itirir.  Beləliklə,  növ  toxumçuluğa  ciddi  zərər 
verməklə, təsərrüfat zərərinə malik olur. 
Otiorrhynehus  ligustuci  L  -  Yonca  böcəyi.  Azərbaycanda  geniş  yayılan  növ  olub,  müxtəlif 
ekoloji  şəraitdə  yayılma  xüsusiyyətinə  malikdir.  Bitki  örtüyü  ilə  zəngin  olan,  eyni  zamanda  alp 
sahələrdə, üzümlük və meyvə bağlarında da rast gəlmək olur. Müəlliflərin tədqiqatlarına görə Kür-Araz 
düzənliyində qeydə alınmamışdır. Dağlıq ərazilərdə, hətta dəniz səviyyəsindən 2000 m yüksəklikdə rast 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə