Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   5   6   7   8   9   10   11   12   ...   134

20 
gəlmək olur.  Yetkin böcəklərə  Azərbaycanın  müxtəlif bölgələrində mart ayının  sonlarında, Naxçıvan 
MR  ərazisində  isə  aprelin  birinci  yarımaylığında  rast  gəlmək  olur.  Növ  qidalanmasına  görə  polifaq 
olduğundan müxtəlif növ bitkilərin gövdə və yarpaqları ilə qidalanır, əsasən yem bitkiləri və yonca ilə 
qidalanılar.Yonca  böcəyinin  sürfəsi  yonca  bitkisinin  kökləri  ilə  qidalanır.  Yetkin  fərdlərin  müşahidə 
dövründən 25-30 gün onlar, əsasən may ayının əvvəllərində yumurtaqoyma dövrü başlayır. Dişi fərdlər 
yumurtalarını  torpaqda,  bitkilərin  köklərində  qoyurlar.  Yumurtaqoyma  dövrü  2-3  ayadək  davam  edə 
bilir.V.A.Bryançevə görə bir fərd 100 ədəd yumurta qoya bilir [5]. Lakin Q.E.Osmolovskiyə görə fərdin 
yumurtatökmə  məhsuldarlığı  400  ədədədək  çata  bilir  [7].  Yumurtaların  müəyyən  hissəsi  embrion 
inkişafını başa çatdıra bilmədiyində qışlama dövrünə, yəni «diapauza» baş verir.Onların inkişafı ikinci 
ilə  təsadüf  edir.İnkişafını  başa  çatdırmış  formalar  yetkin  fərd  şəklində  qışlayır.  Azərbaycanda  yonca 
böcəyinin  geniş  yayıldığı  Şəki-Zaqatala  və  Dağlıq  Qarabağ  əraziləridir.  Naxçıvan  MR-in  dağətəyi  və 
dağlıq əraziləri də bu növ üçün xarakterikdir. 
Cədvəl 3. 
Yonca böcəyinin inkişafı və zərərvermə xüsusiyyətləri 
Yetkin fərdlərin qidalandığı bitkilər 
Yumurta qoyma müddəti 
Sürfələrin inkişaf müddəti   
Yonca  
Lobya  
Noxud  
Soya  
Çuğundur  
Üzüm  
Müxtəlif ağac bitkiləri  
Müxtəlif yabanı bitkilər 
Aprel ayının üçüncü ongünlüyü  
May ayının əvvəlləri - iyun 
ayının ikinci ongünlüyü  
 
Torpağın 5-10 sm dərinliyi, 
müxtəlif bitkilərin kökətrafları  
Yonca və digər paxlalı 
bitkilərin kök, gövdə və yarpaq 
orqanları   
 
Sitona  crinitus  Hrbst  -  Bozqıllı  uzunburun.    Azərbaycanda  ən  geniş  yayılan  növ  hesab 
olunur.  Naxçıvan  MR-in  Arazboyu  və  dağətəyi  sahələrində  geniş  yayılmışdır.  Yonca  bitkisinin 
yarpaqları ilə qidalanır. 
Qışlayan  yetkin  fərdlərin  muxtar  respublikanın  ərazisində  müşahidəsi  aprel  ayının  üçüncü 
ongünlüyü  və  mayın  birinci  yarısına  təsadüf  edir.Yetkin  fərdlərin  qidalanması  zamanı  yonca 
yarpaqlarında  ovalvari  deşiklər  müşahidə  olunur.  Həmin  dövr  əgər  havalar  yağıntısız,  quru  və  isti 
keçərsə, böcəyin dinamik sıxlığı daha çox olur və əkin sahələrində daha geniş yayılır. 
N.H.Səmədovun  tədqiqatına  əsasən  quraqlıq  illərdə  zərərvermə  həddi  70-80%-ə  çata  bilir  [9]. 
Həmin dövrdə artıq ikinci nəsil yetkin fərd halına çatır və sahələrdə böcəyin nisbi sıxlığı daha çox olur. 
Böcəyin yumurtaqoyma prosesi may ayının ikinci ongünlüyündən başlayır və bir neçə təkrarda davam 
edir. Yumurtaqoyma prosesi bir ayadək davam edir. Böcəyin yumurtaqoyma məhsuldarlığı yüksəkdir. 
Bir  fərdin  mövsüm  ərzində  3000-3600-dək  yumurta  tökməsi  qeydə  alınmışdır.  Dişi  fərdlər 
yumurtalarını  əsasən  torpağa,  bitki  köklərinin  ətrafına  qoyur.  Yumurtaların  inkişafı  torpaqda  gedir. 
D.A.Titovun (1991) məlumatlarına görə yumurtaların embrion inkişafı iqlim şəraitindən asılı olaraq 7-
36  günə  başa  çatır  [10].  Yumurtalardan  əmələ  gələn  sürfələr  torpağın  üzərinə  çıxır,  çürüntü  və  kiçik 
bitki qalıqları ilə  fəal  qidalanmağa başlayır. Sürfələr bir neçə  yaş dövrü  keçirir, onların inkişafı 30-45 
gün  müddətinə  başa  çatır,  sonra  puplaşma  dövrü  başlayır.Puplaşma  dövrü  7-10  gün  davam  edir,  bu 
müddətdə  puplardan  yeni  yetkin  fərdlər  əmələ  gəlir.Yetkin  fərdlər,  bitki  yarpaqları  altında  torpaqda 
qışlama  dövrü  keçirməklə  gələcək  ilin  yazında  qışlamadan  çıxaraq  yeni  nəsil  verdikdən  sonra  məhv 
olurlar. Bu növ düzənlik ərazilər üçün xarakter növ hesab olunur. 
Bir  çox  müəlliflər  tərəfindən  növün  paxlalı  bitkilərin  zərərvericisi  kimi,  onun  bioloji  və 
ekoloji xüsusiyyətlərinin öyrənilməsi davam etdirilir. 
Toxumyeyən  tixuslar  (Tychius).Tixuslar  böcəklər  (Colloptera)  dəstəsinin  uzunburun 
böcəklər (Curculionidae) fəsiləsinin tixuslar cinsinin müxtəlif növlərini əhatə edir. 
Toxumyeyən tixuslar 2-3 mm böyüklükdə olmaqla, bədənləri və qanadlarının üzəri sıx sarı və 
qızılı  pulcuqlarla  örtülmüşdür.Böcəklərin  xortumu  nazik  və  xeyli  uzundur.  Sürfələri  çirkli,  ağ 
rənglidir. Ayaqsızdır. Başın rəngi sarı ilə qəhvəyi arasında dəyişir. 


21 
Müəyyənləşdirilmişdir  ki,  Azərbaycanda  toxumluq  yonca  bitkisinə  üç  növ  tixus:  sarı  (Tychius 
flavus Beck.), kürən (Tychius femoralis Bris.) və fır (Tychius medicacinis Bus) böcək zərər vurur. Bu 
zərərvericilər Azərbaycanda yonca bitkisi əkilən bütün rayonlarda geniş yayılmışdır.Yonca tarlalarında 
5-15  sm  dərinliyində  böcək  fazasında  qışlayır.  Böcəklər  mart-aprel  aylarında  qışlama  yerlərindən 
çıxmağa başlayırlar, havalar isindikcə qidalanır, əsasən yarpaqları, gövdələri yeyir, bəzən isə qönçə və 
çiçəkləri  də  zədələyirlər.  Böcəklərin  qida  rassionu  yaxşı  olduqda  cinsi  yetişkənlik  və  cütləşmə, 
yumurtatökmə  prosesi  baş  verir.  Bu  proses  adətən,  yoncada  yaşıl  paxlaların  əmələgəlmə  dövrünə  
təsadüf edir. Onlar yumurtasını paxla boşluğuna qoyur. Yumurtaqoyma prosesi bir neçə təkrarda davam 
edir və müddəti xeyli uzanmaqla, əsasən may və iyun aylarını əhatə edir. S.R.Məmmədovanın apardığı 
tədqiqatlara  əsasən  böcəklər  bir  paxla  daxilinə  1-5  yumurta  qoyur  [6].  Yumurtalardan  çıxan  sürfələr 
paxla daxilindəki toxumlarla qidalanaraq inkişaf edir və böyüyür. Yumurtaların inkişafı 7-10 gün davam 
edir. Yumurtalardan çıxan sürfələr toxumla qidalanır. Hesablamalara görə bir sürfə qidalanma dövründə 
2-7-yə  qədər  toxum  yeyə  bilir.  Toxumların  yetişmə  dövrünə  qədər  sürfələr  öz  inkişaflarını  başa 
çatdırırlar. Sonra sürfələr torpağa düşərək pup fazasına keçirlər. Pup fazası 9-11 günədək davam edir. 
Puplardan  yetkin  fərdlər  əmələ  gəlir  ki,  onlar  torpaqda  qışlayırlar.  Yetkin  fərdlər  əsasən  yonca 
sahələrində  və  eyni  zamanda  başqa  bitki  sahələrində  də  qışlamaya  gedir.  Lakin  yoncanın  qönçələmə 
dövründə  həmin  böcəklər  başqa  sahələrdən  yonca  tarlalarına  keçirlər.Toxumyeyən  tixuslar  yabanı 
yonca üzərində inkişaf edir. Buna görə təsərrüfatda bu böcəklər ilə yoluxmuş köhnə sahələr olmadıqda 
zərərvericinin  ehtiyatları,  əsasən  yabanı  yonca  bitən  sahələrdə  olur.  Tixus  böcəkləri  ilə  ən  çox  köhnə 
yoncalıqların birinci və ikinci çalımı, birinci il yoncası zədələnir. Respublika şəraitində yonca toxumuna 
əsasən  sarı,  nisbətən  az  kürən  tixus,  daha  az  isə  fır  tixusu  zərər  verir.  Yonca  müəyyən  bir  sahədə 
toxumluq məqsədilə bir neçə il dalbadal saxlanılarsa, bu, toxumyeyən tixusların kütləvi çoxalmasına və 
toxumların  həmin  zərərvericilər  tərəfindən  kütləvi  zədələnməsinə  səbəb  olur.  A.V.Boqaçev  tixusların 
Azərbaycanda  davamlı  zərərverici  olmasını  müəyyən  etmişdir  [4].  Bir  sıra  müəlliflərin  tədqiqatlarına 
əsasən  Naxçıvan  MR  ərazisində  yayılan  növlərdən  T.argentatus  Cheur  növü  digər  növlərdən  fərqli 
olaraq endemik hesab olunur. Tixusların Azərbaycan şəraitində əsaslı tədqiqi S.Məmmədova tərəfindən 
aparılmışdır.  O,  bu  növlərin  yayılma xüsusiyyətləri biologiyası,  ekoloji xüsusiyyətləri  və onlara qarşı 
mübarizə tədbirlərinin tətbiqini hərtərəfli öyrənmişdir [6, s.311].  
Muxtar  Respublika  ərazisində  yayılmış  digər  zərərvericilərə  qarşı  aşağıdakı  mübarizə  üsul-
larının  yerinə  yetirilməsini  məqsədəuyğun  hesab  edirik.  Aqrotexniki  tədbir  kimi,  yazda  vegeta-
siyanın  başlanğıcında  yoncalıqlar  ağır  malalarla  malalanmalıdır.  Bu  tədbir  nəticəsində  zərərveri-
cinin miqdarı kəskin surətdə azalır, bitkinin böyümə və inkişafı sürətlənir. Bu da onun zərərvericiyə 
qarşı davamlılıq dərəcəsini artırır. 
Araşdırma zamanı müşahidə etdik ki, sahələrdə zərərvericilər məhsula və onun keyfiyyətinə 
təhlükə törədə biləcək  miqdarda olarsa bu zaman həmin sahələr hər hektara 15 kq olmaqla 12-%-li 
heksoxloronla  dərmanlanmalıdır. 
 
ƏDƏBİYYAT 
1.
 
Boqaçev A.V. Kəpənəklər və ya pulcuqlu qanadlılar (İnsecta), Bakı, 1953, 130s. 
2.
 
Məmmədova S.R., Xəlilov B.B. Kənd təsərrüfatı entomologiyası. Bakı, 1986, 370s. 
3.
 
Səmədov N.H., Səlimxanov N.M. Dənli və paxlalı bitkilərin zərərvericiləri. Bakı, 1964, 62s. 
4.
 
Богачев А.В. Жуки или жестокрылые. Изд. АН. Азерб.ССР, 1951 
5.
 
Брянцев В.А. Сельскохозяйственная энтомология. Ленинград, «Колос»  2001, 270с. 
6.
 
Мамедова  С.Р.  Новый  прием  борьбы  с  семяедами  –  тихусами  Труды.  Аз.  СХИ;  1, 
1954, с.310-314 
7.
 
Осмоловский  Г.Е.  Вявление    сельскохозяйственных  вредителей  и  сигнализация 
сроков борьбы с ними. Москва, Рассельхозиздат, 1964, 570 с. 
8.
 
Посревой С.М., Арсенева М.В. Зашита растений. Ленинград, «Колос», 2007, 450с. 
9.
 
Самедов.  Н.Х.  Вредители  бобовых  кормовых  трав.  «Вред  и  болез.  с-х.  культур  в 
Азерб. и меры борьбы с ними» Баку. 1963, с.133-138 
10.
 
Титов Д.А. Жуки-долгоносики и трупковерты. «Защита растений, Москва, 1991, №12, 
с.98-101 
11.
 
Яковлев Б.В. Общая энтомология. Москва: «Высщая школа», 1974, 272с. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə