3
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
TARİX
ZƏHMƏT ŞAHVERDİYEV
ZAMİN ƏLİYEV
Naxçıvan Dövlət Universiteti
zaminalisoy@gmail.com
UOT: 94(479.24)
“ŞƏRQİ ERMƏNİSTAN” MİFİ VƏ ERMƏNİLƏRİN
UYDURMA ƏRAZİ İDDİALARI
Açar sözlər: Adurbadaqan, Ərəb Xilafəti,
Şərqi Ermənistan, Sasanilər dövləti
Key Words: Adurbadagan, Arabian Caliphate,
East Armenia, Sasanian state
Ключевеы слова: Адурбадаган, Арабский халифат, Восточная Армения,
Сасанидское государство
Tarixinin bütün mərhələlərində ermənilər Azərbaycan torpaqlarına ərazi iddiaları irəli
sürüblər. Tarixdə mövcud olmayan xəyali “Böyük Ermənistan” iddiaları ilə Qədim türk yurdlarını
(Şərqi Anadolu, Qərbi Azərbaycan) öz sərsəm xülyalarına alət etmişlər.
Ermənilər öz ərazi iddialarını müxtəlif uydurma terminlərlə ört-basdır etmişlər Osmanlı
Türkiyəsində Şərqi Anadoluya ərazi iddiaları üçün “Qərbi və Cənubi Ermənistan” anlayışından
istifadə edən ermənilər burada iflasa uğrayandan, ağır məğlubiyyətə düçar olandan sonra “üzlərini
Qafqaza, xüsusən Azərbaycan torpaqları hesabına “Şərqi Ermənistan” (“Rusiya və ya Qafqaz
Ermənistanı”) “yaratmağa” girişdilər. AMEA-nın İnsan Hüquqları İnstitutunun Erməni tədqiqatları
və milli təhlükəsizlik şöbəsinin əməkdaşı Rizvan Qurbanov “Qondarma Şərqi Ermənistan” termini
Azərbaycana qarşı erməni ərazi iddiallarının “əsaslandırılması” vasitəsi kimi” məqaləsində göstərir
ki, ermənilər “Şərqi Ermənistan” terminindən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiallarının
ideoloji əsaslandırılması vasitəsi kimi istifadə edirlər. “250-300 il öncə uydurulan “Şərqi
Ermənistan” termini Türkiyənin Anadoluda və Azərbaycanın Qafqazda olan ərazilərinin guya əsil
qədim adı kimi təqdim edilir. Erməni millətçiləri mənbələri saxtalaşdıraraq “Şərqi Ermənistan”
anlamını bir ideoloji silaha çevirib, türk-müsəlman əhalisinə qarşı törədilən etnik təmizləmələrə və
cinayətlərə haqq qazandırmağa, həmçinin Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı irəli
sürdüyü ərazi iddialarını əsaslandırmağa çalışırlar” [6]. Bizim fikrimizcə, ermənilərin uydurduqları
“Şərqi Ermənistan” xəyalı “Böyük Ermənistan”ın tərkib hissəsi olub” heç vaxt mövcud olmayan
daha çox “İran Ermənistanını əhatə edir”. Onlar Türkiyədəki ərazi iddiallarını uyduran “Qərbi və
Cənubi Ermənistan”, “Kilikiya Ermənistanı” anlayışları ilə ifadə edirlər. “Erməni siyasətçilərinin
kütləvi informasiya vasitələri səhifələrində əksini tapmış, bir çox erməni alimlərinin çıxışlarında
tez-tez “Şərqi Ermənistan” terminini eşitmək olar. Bu termin hazırkı Ermənistan Respublikası
(Qərbi Azərbaycan, İrəvan xanlığı ərazisində yaradılan-H.Т) və əzəli, qədim Azərbaycan torpaqları
Naxçıvan, Qarabağ və digər rayonların ərazilərini bildirmək üçün işlədilir. Belə təlqin edilir ki,
guya 20 hissədən, o cümlədən “Şərqi Ermənistandan-yalnız Türkiyə ərazilərinin deyil,
Azərbaycanın da böyük ərazilərinin daxil olduğu ərazilərdən ibarət “Böyük Ermənistan” mövcud
olmuşdur. Lakin “Şərqi Ermənistan” Avropa və Rusiya imperiyaları tərəfindən ermənilərin Osmanlı
Türkiyəsinə Qacar İran imperiyasına və Azərbaycan İrəvan xanlığına qarşı ərazi iddialarını
əsaslandırmaq üçün tətbiq edilən şərti (uydurma) termindir. Buna görə də erməni və digər
mənbələrin guya erkən orta əsrlərdə mövcud olması haqqında fikirlər tamamilə yalnış və əsassızdır”
[6].
Tamamilə doğrudur, biz müəllifin fikirlərilə tam şərikik.
Ermənilərin saxtakarlıq və əsassız olaraq bütün dünyaya vikipedia vasitəsilə sırıdıqları
“Şərqi Ermənistan” termini guya IV əsrin sonlarında mövcud olmayan Erməni çarlığı Roma
imperiyası və Sasani İran imperiyası arasında mübarizə meydanına çevrildiyi zaman ilk dəfə