Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   2   3   4   5   6   7   8   9   ...   164


erməni  katolikosuna  həvalə  etdi.  “Yeni  ərəb  inzibati-bölgü  sisteminə  görə  Cənubi  Qafqazda  ərəb 
işğal dairəsinə daxil edilmiş bütün torpaqları özündə birləşdirən “Ərminiyə” ərazisi vaxtilə Bizans 
imperatoru  Yustinianın  (527-565)  “Qərbi  Ermənistan”da  həyata  keçirdiyi  inzibati  islahata  uyğun 
olaraq ənənəvi şəkildə I-IV Ərminiyə adı ilə dörd hissəyə bölünmüşdü. 
I  və  II  Ərminiyə  şimalda  Tiflis  və  Dərbənddən  cənubda  Araz  çayınadək,  qərbdə  Kiçik 
Qafqaz  dağlarından  şərqdə  Xəzər  dənizinədək  olan  sahəni  əhatə  edir  və  əsasən  ərəblərin  Aran 
adlandırdığı  qədim  Albaniya  torpaqlarını  özündə  birləşdirirdi.  Ərəb  Arran  vilayətinin  tərkibinə 
Albaniyanın  özündən başqa 644-cü ildən müsəlmanların tabeliyində olan Tiflis və onun çivarları, 
eləcə  də  dağlıların  yaşadıqları  ərazi  də  daxil  edilmişdi.  Ermənistan  özü  isə  III-IV  Ərminiyə 
bölgüsünə aid idi” [3, s. 126]. 
Göründüyü kimi, “Şərqi Ermənistan” əslində Qafqazda mövcud olmamışdır. 
1983-cü  ildə  İrəvanda  P.K.Poqosyanın  tərtib  və  nəşr  etdirdiyi  “Ermənistan  və  həmsərhəd 
ölkələr 701-862-ci illərdə” xəritədə heç vaxt mövcud olmayan “Böyük Ermənistan” Ərminiyə kimi 
öz  əksini  tapıb.  Bu  xəritədə  “Ermənistana-Albaniya  (Arran),  İberiya  (Kartli),  Ermənistan  daxil 
edilmiş,  “Ərminiyyə”  Xəzər  dənizindən  Qara  dənizədək  (Pontuy)  bütün  Cənubi  Qafqaz,  Şərqi 
Anadolu ərazilərini əhatə edir və bunlar heç də tarixi reallığı əks etdirmir.  
Ermənilər bəzən “Şərqi Ermənistan”ı “Fars (İran) Ermənistanı” ilə sinonim kimi işlədirlər. 
Bunun  üçün  ingilis  dilində  nəşr  olunmuş  “İranika”  Ensiklopediyasına  istinad  edirlər.  J.Markvart 
ensiklopediyada Sasani dövründə “Fars Ermənistanı (Persarmenia) haqqında yazır: “Siyasi nöqteyi-
nəzərdən burada yerində olan odur ki, “Pers Armeniya” (Persarmenia) daha geniş məna kəsb edir: 
farsların  idarəsi  altında  olan  (Roma  Ermənistanından  fərqli  olaraq)  Ermənistan  ərazisi  nəzərdə  tutulur. 
Onu sonrakı coğrafi termin Parsaxayk və Fars Ermənistanı ilə qarışdırmaq olmaz. O, Urmiya gölü şimal 
və qərbdə duran və Adiaben və Atropatenlə həmsərhəd olan əyalətdir” [6, s.  252-314]. 
Müəllif  “Fars  Ermənistanı”  anlayışının  sonradan  yarandığını  və  avropalıların  onu  İrandakı 
erməni  arealının  yaşadığı  yeri  bildirmək  üçün  şərti  işləndiyini  göstərir,  lakin  burada  “Şərqi 
Ermənistan”dan söhbət getmir. 
 
Guya  VII  əsrdə  Ərəb  Xilafətinin  hökmranlığı  altına  düşən  “Şərqi  Ermənistan”  uydurma 
“Qərbi Ermənistana” birləşdiyindən XVI əsrə qədər “Şərqi Ermənistan” termini işlənməlidir [8]. 
 
Ermənilər Azərbaycanın ən qədim diyarlarından biri olan Naxçıvana da ərazi iddiaları irəli 
sürürlər ki, bu iddia da çürük və əsassızdır. Bu haqda Akademik İsmayıl Hacıyev daha dolğun fikir 
irəli sürür. “Naxçıvan bölgəsində yaşayan tayfalar Urmiya gölünün ətrafında yaşayan tayfalarla sıx 
əlaqədə  olmuşdular.  Kuti,  lullubi,  subi,  turukki  və  b.  Tayfalar  bu  ərazilərin  ən  qədim  sakinləri 
olmuşlar.  Naxçıvan  bölgəsi  tarixən  Cənubi  Azərbaycan  ərazisində  mövcud  olmuş  dövlətlərin 
tərkibində olmuşdur. Həmin dövlətlərin türkmənşəli etnosların siyasi qurumları olması artıq şübhə 
doğurmur”. 
Bütün bu uydurmalar, oğurluq yolu ilə formalaşmış mövcud Erməni konsepsiyası yalnız bir 
məqsəd  ətrafında  cəmlənmişdir.  O  gələcəkdə  özgə  torpaqları  hesabına  uydurma  bir  dövlətin 
təməlini qoymağı planlayırdı. Bu acı bir həqiqət olsa da etiraf etməliyik ki, Çar Rusiyası və Sovetlər 
dönəminin köməyi ilə ermənilər istədiklərinə yetərincə nail ola bilmiş və qədim Azərbaycan torpağı 
İrəvan xanlığı artıq bu “dövlətin”mərkəzinə çevrilmişdir.[4. s, 94]. Ancaq buna da əminik ki, tarix 
təkərrürdən ibarətdir və işğal altında olan torpaqlar əvvəl axır öz gərçək sahiblərinə qayıdacaq. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycan tarixi, Bakı; Azərbaycan Dövlət Nəşriyyatı, 1994,  (688s). 
2.
 
Azərbaycan tarixi, Bakı; Elm, 1993 
3.
 
Azərbaycan tarixi, Ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər, Bakı; Elm, 1993,s.(284s). 
4.
 
İ.  Hacıyev.  Ermənilərin  Azərbaycana  Qarşı  Ərazi  İddiaları  və  Qanlı  Cinayətləri,  Naxçıvan, 
Əcəmi, 2012, (191s). 
5.
 
Всемирная история, Энциклопедия. Том З. Часть II, Глава VIII. Возникновение и развитее 
феодализма в Средней Азии и в странах Закавказье (V  – первая половина IX в). Москва;  
Государетвенное Изд.во Политической литературы. 1957 г.с.17. 



6.
 
Markwart Y. La province de Parsrahayk Revue dey etudes aremeniennes, 1966.pp.252-314. 
7.
 
ГусейновР.Придуманныйтермин«ВосточнаяАрмения»//http:/www.rizzanhujeynov/com//201
5/02/blog/ post_5.html. 
8.
 
Восточная Армения // http:// ru.wikipedia.org. 
 
ABSTRACT 
Zahmat Shahverdiyev 
Zamin Aliyev 
EASTERN ARMENIA MYTH AND FICTITIONS TERRITORIL  
CLAIMS OF ARMENIANS 
 
               At all stages of history,including in the early Middle Ages armenians claimed territorial to 
Azerbaijani.During  the  Caliphate  time,the  armenia  church  which  was  ideological  in  war  with 
Albania,was trying to penetrate the Albanian church.From this useful chance,the Caliphate skillfully 
used  to  fight  aganist  both  the  Byzantine  Empire  an  the  Christin  World.Armenians  and  the 
armeniasn church were the best means of the way.The armenians resorted to this Caliphate policy to 
make every effort to collapse Albania.The Albanian state couldn’t endure this pressure because they 
pused a policy of Mutal Benefit with the Caliphate. 
 
РЕЗЮМЕ 
Захмат Шахвердьев 
Замин Алиев 
ВОСТОЧНАЯ АРМЕНИЯ МИФ И ВЫДАЕТ ТЕРРИТОРИАЛЬНЫЕ  
ПРЕТЕНЗИИ АРМЯН 
 
                  На  всех  этапах  истории,  в  том  числе  и  в  раннем  средневековье,  армяне 
претендовали  на  территориальное  образование  для  Азербайджанцев.  Во  времена  халифата 
армейская церковь, которая была идеологической в войне с Албанией, пыталась проникнуть 
в албанскую церковь. Из этого полезного шанса халифат умело использовались для борьбы с 
аганистом как Византийской Империей, так и Кристинским миром. Армянцы и арменианская 
церковь были лучшими средствами пути. Армяне прибегли к этой политике халифата, чтобы 
приложить  все  усилия,  чтобы  разрушить  Албанию.  Албанское  государство  не  выдержало 
этого  давления  потому  что  они  с  помощью  халифата  разработали  политику  «Мутальной 
выгоды». 
 
 
  
                                                                 NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
         tövsiyyə olunmuşdur. (protokol № 02).
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə