Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   2   3   4   5   6   7   8   9   ...   164


yə  gəlməyə  həvəsləndirirdi.  Sovet  Ermənistanının  bu  illərdə  qazanmış  olduğu  sosial-iqtisadi  və 
mədəni nailiyyətlər bu komitənin xətti ilə təbliğ edilirdi (9, s.132).  
Lakin, köçürülməsi nəzərdə tutulan bu qədər ermənini qəbul edib yerləşdirmək həmin tarixi 
şəraitdə  və  iqtisadi  şərtlər  altında  olduqca  çətin  bir  məsələ  idi.  Belə  ki,  göstərilən  vaxtlarda 
müharibədən sonrakı bərpa dövrünün ciddi çətinliklərini yaşayan Ermənistanda bu qədər köçürülən 
erməninin yerləşdirilməsi və lazımi yaşayış vasitələri ilə təmin edilməsi imkanları məhdud idi. 
 Buna görə də, 1945-ci ilin iyununda Sovet rəhbərliyi “Birinci Dünya Müharibəsi dövründə 
Türkiyədən  1.500.000  civarında  erməninin  sürgün  edildiyi  və  onların  təkrar  Ana  Vətənlərinə 
qayıtmaları  üçün  əvvəllər  ermənilərə  aid  olduğu  iddia  edilən  Qars  və  Ərdahanın  Sovet 
Ermənistanına  qaytarılması”  tələbi  ilə  çıxış  etdi.  Doğrudur  Qərbin  fəal  dəstək  verdiyi  Türkiyənin 
qəti müqaviməti nəticəsində bu siyasət iflasa uğradı. Lakin müharibədən siyasi-hərbi və diplomatik 
cəhətdən  xeyli  güclənmiş  çıxan  Sovet  İttifaqının  öz  ekspansiyasını  Yaxın  və  Orta  Şərqə  yaymaq 
məqsədilə erməni amilindən istifadə etməsi göz qabağında idi.
 
Türkiyəyə  qarşı  ərazi  iddialarının  baş  tutmadığını  görən  erməni  liderləri  “Ana  Vətənə 
dönüş”  layihəsinin  tarixi  Azərbaycan  torpaqlarında  həyata  keçirməyə  qərar  verdilər.  Ali  dövlət 
rəhbərinin yuxarıda göstərilən addımlarından cəsarətlənən erməni liderləri az sonra, noyabrın 28-də 
DQMV-nin Ermənistana birləşdirilməsi məsələsini qaldırdılar (7, s.203). Ermənistan K(b)P MK nın 
birinci  katibi  Q.Harutyunov  1945-ci  ilin  noyabrında  heç  bir  əsaslı  səbəb  göstərmədən  İ.Stalinə 
məktubla  müraciət  edərək,  Dağlıq  Qarabağı  Ermənistan  SSR-ə  birləşdirməyi  xahiş  etdi.
 
Həmin 
məktub  cavab  üçün  Azərbaycan  rəhbərliyinə  göndərildi.  Lakin  Azərbaycan  rəhbərliyinin  ciddi  və 
əsaslı arqumentlərinin nəticəsində məsələyə son qoyuldu və ermənilərin xahişi nəticəsiz qaldı. 
 Bununla  belə,  ermənilər  ələ  düşmüş  fürsətdən  istifadə  etməyə  çalışır,  Azərbaycana  qarşı 
ərazi iddialarını sürdürürdülər. Q.Hartyunov xaricdən ermənilərin ölkəyə qayıtması ilə əlaqədar DQ 
və Naxçıvanın Ermənistana birləşdirilməsini ÜİK(b)P MK katibi E.Malenkovla dəfələrlə müzakirə 
etmişdi (5).  
Həmin  vaxtlarda  erməni  liderləri  mərkəzdən  gözlədikləri  dəstəyi  ala  bilməsələr  də  belə 
köçün başlanmasına və yeni təxribatlara hazırlaşırdılar. Artıq 1946-cı ilin əvvəlində 130 min erməni 
Ermənistana  köçmək  arzusunda  olduğunu  bildirmişdi.  “Hnçak”  və  “Ramkavar”  partiyaları, 
Ümumerməni  Xeyriyyə  İttifaqı  köçürülmənin  təşkili  üçün  1  milyon  dollar  xərcləmişdi  (6,  s.364). 
Prosesi sürətləndirmək məqsədilə SSRİ Ali Soveti özünün 19 oktyabr 1946-cı il tarixli fərmanı ilə 
erməni  repatriasiyasını  artıq  qanuniləşdirdi.  Köç  başladıqda  isə  Sovet  Xüsusi  Xidmət  orqanları 
mühacirətdən qayıdanları ən ciddi bir surətdə və davamlı yoxlamalardan keçirdikləri halda, erməni 
mühacirlərinin  kimliyinə  çox  vaxt  göz  yumurdular.  Nəticədə  çoxsaylı  daşnaklar  məqsədli  surətdə 
ölkəyə  ayaq  açdılar.  Maraqlıdır  ki,  digər  millətlərdən  olan  mühacirlərə  rəsmi  sənədlərdə 
“reemiqrant”  (“Mühacirətdən  qayıdan  adam”)  deyildiyi  halda,  yalnız  ermənilər  “repatriant” 
(“vətənə qaytarılan”) adlanırdı. Bu isə onlara əlahiddə yanaşmanı ifadə edirdi. 
Ölkə daxilində və xaricindəki erməni ideoloqlarının birləşmiş səyləri nəticəsində “1946-cı il 
ərzində  Suriya,  Yunanıstan,  Livan,  İran,  Bolqarıstan  və  Rumıniyadan  50,9  min  erməni  Sovet 
Ermənistanına  qaytarıldı.  1947-ci  ildə  repartasiya  olunanların  yeni  karvanları  ilə  Fələstin,  Suriya, 
Fransa, ABŞ, Yunanıstan, Misir, İraq, Livandan cəmi - 35,4 min erməni gəldi. 1948-ci ildə Suriya, 
Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan daha 10.000 nəfər qayıtdı. Beləliklə, 1946-
1948-ci illərdə 100.000 nəfərə yaxın erməni müxtəlif ölkələrdən vətənə qayıtdılar” (6, s.366). 
Erməni  liderlərinin  səylərinə  və  xaricdəki  erməni  diaspor  qurumlarının  çox-saylı 
yardımlarına  baxmayaraq,  bu  100  minlik  kütlənin  qəbul  edilib  yerləşdirilməsi  olduqca  çətin  idi. 
Digər tərəfdən xarici ölkələrdə rahat şəraitə alışmış ermənilər, yeni köçdükləri yerlərdə çətinliklərə 
dözmür, narazılıqlarını bildirirdilər. Türkiyə və  Azərbaycana qarşı  ərazi  iddialarının boşa çıxması 
vəziyyəti  daha  da  çətinləşdirirdi.  Nəticədə  layihənin  davamı  meydana  çıxdı.  İçində  erməni  kilsə 
xadimlərinin də yer aldığı Ermənistan Respublikası rəhbərliyi, habelə həmin dövrlərdə ali partiya və 
sovet orqanlarında yüksək vəzifələr tutan, A.Mikoyan və digərlərinin təşəbbüsü və təşkilatçılığı ilə 
azərbaycanlıların  Qərbi  Azərbaycan  ərazilərindəki  tarixi  torpaqlarından  deportasiyası  gündəmə 
gəldi. 


10 
1947-ci  il  dekabrın  23-də  SSRİ  Nazirlər  Soveti  “Ermənistan  SSR-dən  kolxozçuların  və 
başqa  azərbaycanlı  əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına  köçürülməsi  haqqında”  4083 
nömrəli Qərar qəbul etdi” (3, s.144). 
İ. Stalin  tərəfindən imzalanan qərarın layihəsi  A. Mikoyan  tərəfindən hazırlanmışdı.  Onun 
əməli olaraq icrası işlərinə Ermənistan tərəfindən, bir vaxtlar Azərbaycan SSR-in XDİK sistemində 
işləmiş  general-mayor  Qriqoryan,  Azərbaycan  tərəfindən  isə  etnik  ermənilər  olan  N.  Brutens  və 
R.Sevumyan başçılıq edirdilər. Vaxtından xeyli əvvəl və artıqlaması ilə yerinə yetirilən deportasiya 
əməliyyatlarının  gedişində  150  min  nəfərdən  artıq  azərbaycanlı  öz  doğma  yurdlarından  didərgin 
salındı  ki,  onların  da  təxminən  10.000  nəfəri  deportasiya  prosesində  həlak  oldu.  Deportasiya 
olunanların yerinə məhz həmin xaricdən gətirilən ermənilər yerləşdirildilər. 
Göründüyü kimi, ağır şərtlər altında, həm də müharibədən sonra onsuz da acınacaqlı həyat 
sürən  əhalinin  zorla  köçürülməsi,  öz  doğma  torpaqlarından  didərgin  salınması  əslində  ən  ağır 
antihumanist  akt-repressiya  idi.  Bu,  rəsmi  Moskva  tərəfindən,  əsası  çarizm  dövründə  qoyulan 
siyasətin-Ermənistan  SSR-ni  azərbaycanlılardan  təmizləmək,  xaricdəki  erməniləri  Qafqaza 
yerləşdirmək  planının  yeni  formada  davamı  idi.  Erməni  terrorçularının  on  illər  ərzində  edə 
bilmədiklərini Stalinçi rəhbərlik çox qısa müddətdə həyata keçirdi. 
Azərbaycanlılara  qarşı  Ermənistanda  məqsədyönlü  şəkildə  həyata  keçirilən  deportasiya 
siyasəti nəticəsində onminlərlə  günahsız insan ağır məhrumiyyətlərə, faciə və  məşəqqətlərə  məruz 
qaldılar.  Onlar  heç  bir  hazırlıqsız,  elementar  yaşayış  şərtləri  olmadan  köçürüldükləri  yerli  şəraitə 
uyğunlaşa bilmədiklərindən Azərbaycanın müxtəlif rayonlarına səpələnməli oldular.  
1989-cu ildə SSRİ hökuməti 40-cı illərdə deportasiyaya məruz qalmış xalqların hüquqlarının 
bərpası  haqqında  qərar  qəbul  etsə  də,  1948-1953-cü  illərdə  Ermənistandan  deportasiya  edilmiş 
azərbaycanlılar  həmin  xalqların  siyahısına  daxil  edilmədi.  “SSRİ  rəhbərliyi  əvvəlki  onilliklərdə 
olduğu kimi,  indi də Cənubi  Qafqazda erməni  amilinə  üstünlük  verir, azərbaycanlıların  hüquqları 
tapdalanırdı. Həm də artıq Sovetlər Birliyinin dağılması ərəfəsində rəsmi Moskvanın yeritdiyi açıq 
anti-azərbaycan siyasəti konteksində mərkəzdəki erməni lobbisi buna imkan vermədi.  
Respublika  Prezidenti  Heydər  Əliyev  Azərbaycan  Demokratik  Respublikasının  80  illiyinə 
həsr olunmuş 1998-ci il mayın 26-da təntənəli iclasdakı nitqində haqlı olaraq o dövrü xatırladaraq 
demişdi:  “Hamımız  yaxşı  bilirik  ki,  o  vaxt  bizim  soydaşlarımız  azərbaycanlılar  o  yerlərdən,  o 
doğma  vətənlərindən,  yurdlarından  zorla  çıxarılarkən,  deportasiya  edilərkən  nə  qədər  itkilər 
verdilər,  çətinliklərə  məruz  qaldılar,  nə  qədər  insanlar  tələf  oldular...  Hətta  məlumdur  ki,  bəziləri 
burada  yaşaya  bilmədilər,  gizli  olaraq  qayıdıb  öz  yerlərinə,  evlərinə  getdilər.  Nə  qədər  əzab, 
əziyyət,  çətinliklər  çəkdilər.  Hesab  edirəm  ki,  bu  da  bizim  xalqımıza  qarşı  edilən  ən  böyük 
ədalətsizlikdir” (2). 
“1948-1953-cü  illərdə  azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki  tarixi  etnik 
torpaqlarından  kütləvi  surətdə  deportasiyası  haqqında”  18  dekabr  1997-ci  il  tarixli  prezident 
fərmanında  isə  ermənilərin  təhriki  və  sifarişi  ilə  həyata  keçirilən  deportasiya  aktının  ədalətsiz 
olduğu  qədər  də  repressiya  xarakterində  olması  göstərilmişdi:  “1948-1953-cü  illərdə  150  mindən 
çox  azərbaycanlı  Qərbi  Azərbaycan  ərazisindəki  dədə-baba  yurdlarından  könüllülük  adı  altında, 
əslində  kütləvi  surətdə  və  zorakılıqla  sürgün  olunmuşdur.  Adi  normalara  zidd  olan  bu  qərarların 
icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları  geniş tətbiq edilmiş, minlərlə 
insan,  o  cümlədən  qocalar  və  körpələr  ağır  köçürülmə  şəraitinə,  kəskin  iqlim  dəyişikliyinə,  fiziki 
sarsıntılara, mənəvi təzyiqlərə və təhqirlərə dözməyərək həlak olmuşlar (1, s.397). 
Lakin  Sovet  rəhbərliyinin  antiazərbaycan  siyasətindən  yaralanan,  bir  çox  hallarda  isə 
özlərinin  təsir  və  təhrik  imkarlarından  istifadə  edən  erməni  liderləri  və  diaspor  təşkilatları  əldə 
edilənlərlə  kifayətlənmirdilər.  Hətta  bu  kütləvi  deportasiyalardan  sonra  belə,  Ermənistan  SSR-də 
yaşamaqda  davam  edən  200.000  nəfərdən  çox  azərbaycanlı  əhali  hər  cür  sıxışdırmalara,  təqib  və 
təzyiqlərə  məruz  qalırdı.  Konstitusiya  və  qanunçuluq  ciddi  surətdə  tapdalanır,  mərkəzin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə