Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   2   3   4   5   6   7   8   9   ...   164

11 
ermənipərəst siyasəti, erməni amilinə açıq-aşkar üstünlük verməsi sayəsində azərbaycanlılar kütləvi 
surətdə  rəhbər  vəzifələrdən  uzaqlaşdırılır,  onların  yerinə  hətta  azərbaycanlıların  kompakt  şəkildə 
yaşadıqları kənd və qəsəbələrdə ermənilər təyin edilirdilər. 
Keçən  əsrin  ortalarında  SSRİ  məkanında  baş  verənlərin  təhlili  göstərir  ki,  sovet  rəhbərliyi 
Azərbaycan  SSR-də  beynəlmiləlçilik  və  xalqlar  dostluğunun  təbliğinə  hər  vasitə  ilə  rəvac  verdiyi 
halda,  Ermənistan  SSR-də  kütləvi  surətdə  toponimlərin  dəyişdirilməsinə,  azərbaycanlılara  məxsus 
təhsil və mədəniyyət ocaqlarının, qəzetlərin bağlanmasına, rayonlar birləşdirilməsinə göz yumurdu. 
Təkcə  1951-ci  il  ərzində  Dilican  rayonu  İcevanla,  Əzizbəyov  rayonu  Mikoyan  rayonu  ilə,  Ələyəz 
rayonu  Abaranla,  Qarabaqlar  rayonu  Vedi  ilə,  Qukasyan  rayonu  Amasiya  ilə  birləşdirilmişdi. 
Azərbaycanlı  əhalinin  zorakılıqla  deportasiyasından  sonra  “türkdilli  əhalinin  azalmasını  əsas 
götürərək  rayon və respublika səviyyəli türkdilli kadrları  ermənilərlə əvəz edilməyə başlamışdılar 
(4, s.121). 
Qarabağlar,  Vedi,  Zəngibasar,  Krasnoselo  rayonlarının  partiya  komitələrinin  birinci 
katibləri,  digər  10  rayonda  isə  ikinci  və  üçüncü  katiblər  dəyişdirilərək  yerinə  ermənilər  təyin 
edildilər.  Oxşar  kadr  dəyişiklikləri  bütün  səviyyələrdə  sovet,  təsərrüfat  və  inzibati  orqanlarda  da 
həyata keçirildi. 
XIX  əsrin  ortalarında  Sovet  rəhbərliyi  tərəfindən  Cənubi  Qafqazın  erməniləşdirilməsi, 
burada  erməni  amilinin  gücləndirilməsi  prosesləri  təkcə  Azərbaycanda  getmirdi.  İ.Stalinin 
ölümündən sonra Gürcüstan torpaqlarında da xeyli sayda erməni yerləşdirildi. Gürcü tədqiqatçıları 
Şota  və  Otar  Tetvadzelər  özlərinin  “Gürcüstanda  ermənilər”  kitabında  yazırdılar:  “50-ci  illərdə 
Batumi limanına içərisi erməni repatriasiya olunmuş ermənilərlə dolu olan gəmi gəldi. Ermənilərin 
vətənə  qayıtmasının  təşəbbüskarları  A.Mikoyan  və  marşal  Baqramyan  idilər.  Sovet  Ermənista-nı 
hökuməti nədənsə, Ermənistanda yaşamaq üçün repartasiya olunmuş ermənilərin içərisindən azsaylı 
ziyalı  hissəni  seçdilər.  Əksəriyyəti  isə  N.Xruşov  və  A.Mikoyanın  siyasi  mülahizələri  əsasında 
Abxaziyada  yerləşdirdilər.  Və  məhz  sonralar,  50-ci  illərdə  Abxaziyada  yerləşdirilmiş  ermənilər 
abxaz separatçıları ilə çiyin-çiyinə dayandılar” (10, s.158). 
Təqribən  40  il  sonra  SSRİ-nin  dağılması  ilə  Cənubi  Qafqazda  erməni  amili  yenidən 
gündəmə  gəldi.  Xarici  güclər  milli  müstəqillik  yolu  tutan  Azərbaycan  və  Gürcüstana  erməni 
separatçılarının  və  terrorçularının  əli  ilə  divan  tutuldu.  Onların  dəstək  verdiyi  erməni  quldur 
birləşmələrinin  əli  ilə  Abxaziya  və  Cənubi  Osetiya  Gürcüstandan,  Dağlıq  Qarabağ  isə 
Azərbaycandan qoparıldı. Azərbaycanda 1 milyondan artıq insan öz ölkəsində qaçqına və məcburi 
köçgünə çevrildi. Gürcüstanda “300 mindən artıq insan etnik mənsubiyyətinə görə ölüm təhlükəsi 
ilə üz-üzə qalıb öz evlərindən qovuldular” (10, s.152).  
Bir  vaxtlar  A.Mikoyanın  Gürcüstana  köçürdüyü  etnik  ermənilərin  yaratdıqları  Baqramyan 
adına  batalyon  Kodor  dərəsində  Amtkeli,  Çampali  (Çini),  Kvemo  Lata,  Zemo  Lata  və  b.  gürcü 
kəndlərini  yerlə  yeksan  etdilər.  Batalyonu  gücləndirən  etnik  ermənilər  və  bu  etnosa  məxsus 
yaraqlılar abxaz separatçılarının zərbə qüvvəsinə çevrildilər. Gürcülərin yaşadıqları bütöv rayonlar 
dağıdılıb talan edildi. On minlərlə gürcü erməni terrorunun qurbanı oldu.  
Araşdırmalar  bunu  da  göstərir  ki,  Sovet  təbliğatına  və  ilk  növbədə  ənənəvi  erməni 
yalanlarına  inanıb,  Sovet  İttifaqına  qayıdan  ermənilər  burada  vəd  edilən  həyat  səviyyəsini 
görmədilər.  Köçüb  gəldikləri  ölkələrdə  yaxşı  həyat  yaşayan  erməni  repatriantları  gördükləri 
səfalətdən qaçaraq, paytaxt Yerevana, Rusiyanın mərkəzi şəhərlərinə, habelə o zamanlar SSRİ-nin 
əsas  turist  zonaları  sayılan  və  xidmət  sahələrinin  yüksək  qazanc  verdiyi  Stavropol  və  Krasnadar 
vilayətlərinə  yayıldılar.  Lakin  bütün  bunlar  erməni  ideoloqlarını  az  maraqlandırırdı.  Onlar  hələlik 
qonşu  dövlətlərin  hesabına  ərazilər  əldə  etməsələr  də,  əsas  məqsədlərindən  birinə  nail  ola 
bilmişdilər: 
-Ermənistanı monoetnik respublikaya çevirmək prosesinin I mərhələsi keçilmişdi.  


12 
-150.000 nəfərdən  artıq  azərbaycanlı öz tarixi  torpaqlarından qovularaq  Stalinçi rejimin  əli 
ilə  didərgin  salınmışdılar.  Qonşu  Rusiya  ərazilərində  erməni  miqrantlarının  sayı  əsaslı  dərəcə 
armışdı. 
-Köçürülüb gətirilən, sonra məqsədyönlü şəkildə qonşu Gürcüstanın Abxazi-ya, Cavaxetiya 
və  s.  bölgələrində  yerləşdirilən  ermənilər  bu  yerlərdə  mühüm  siyasi  və  ictimai-iqtisadi  mövqələri 
ələ  keçirərək,  respublikanın  suverenliyi  və  ərazi  bütövlüyü  üçün  əsl  təhlükəyə  çevrildilər.  Bütün 
bunların əsası isə SSRİ-nin bolşevik liderlərinin erməni millətçiləri ilə sövdələşməsi ilə məhz keçən 
əsrin 50-ci illərində qoyulmuşdu. 
ƏDƏBİYYAT 
1.  Əliyev  H.  “1948-1953-cü  illərdə  azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki  tarixi  etnik 
torpaqlarından  kütləvi  surətdə  deportasiyası  haqqında”  18  dekabr  1997-ci  il  tarixli  fərman. 
Müstəqilliyimiz əbədidir. 13-cü cild, Bakı; Azərnəşr, 2004, 520 s. 
2. Əliyev H. Azərbaycan Demokratik Respublikasının 80 illiyinə həsr olunmuş  1998-ci  il mayın 
26-da təntənəli iclasda nitq. “Azərbaycan” qəz.,1998, 27 may.  
3.  Erməni  terror  və  quldur  birləşmələrinin  bəşəriyyətə  qarşı  cinayətləri.  XIX-XXI  əsrlər.  Bakı, 
Vətən, 2003, 367 s. 
4.  Arzumanlı  V.,  Mustafa  N.  Tarixin  qara  səhifələri.  Deportasiya.  Soyqırım.  Qaçqınlıq.  Bakı; 
Qartal, 1998. 280 s. 
5. Mustafa N. Stalinlə bir görüşün tarixçəsi. “Xalq” qəz., № 127, 2001 
6.  История  армянского  народа:  С  древнейших  времен  до  наших  дней.  Г.Х.Саркисян, 
Т.Х.Акопян, А.Г.Абрамян и др. Ереван, Изд-во Ереванского ун-та, 1980, 460 с 
7. Пыжиков А. Хрушевская “Оттопел” (1953-1964), Новосибирски, “Олма-Пресс”, 2002 
8. Советская Армения за 50-лет. Ереван, “АН АРМССР”, 1975 
9. Худавердиян К. Культурные связи Советской Армении. E., “АН АРМ. ССР” 1977, с.132 
10. Шота Тетвадзе, Отар Тетвадзе. Армяне в Грузии (с древних времён до  
  сегодняшнего дня). Тбилиси ,  2008, 211 с. 
 
ABSTRACT  
Shamkhal Mammadov 
 
ARMENIAN FACTOR IN THE SOUTH CAUCASIAN POLICY OF THE SOVIET 
UNION IN THE MIDDLE OF THE XIX CENTURY 
 
Towards the middle of XX century, leaders of Armenian diaspora organizations and terrorist 
parties  abroad,  as  well  as,  Armenian  figures  represented  in  the  Soviet  leadership  made  the  next 
attempt  to  create  “Great  Armenia”.  But  their  attempts  to  snatch  the  territory  of  Turkey  and  to 
consolidate the Nagorno-Karabakh Autonomous Province of Azerbaijan SSR to the Armenian SSR 
failed.  In  this  case,  more  than  150,000  Azerbaijanis  were  deported  from  the  their  own  historical 
lands in the Armenian SSR by the support of the Stalin administration, on the pretense of settling 
the Armenians who were repatriated from foreign countries. Many Armenians moved from abroad 
were also settled in Georgian SSR territories. 
This  meant  that  the  Soviet  leadership  preferred  the  Armenian  national  factor  in  the  South 
Caucasus,  which  was  inherited  from  Tsaristicism.That  pro-Armenian  policy  led  to  the  tragedy  of 
many nations, endless ethnic conflicts, genocide and deportations in the region after the collapse of 
the USSR. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə