Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   5   6   7   8   9   10   11   12   ...   164

19 
Leonun  böyük  hissəsinin  birləşdirilməsi  yolu  ilə  yeni  Kastiliya  və  Leon  muxtar  icması,  Yeni 
Kastiliyanın  böyük  hissəsinin  Mursiya  tarixi  vilayətinin  ərazisindən  ayırılmış  Albasete  əyalətinə 
birləşdirilməsi  yolu  ilə  Kastiliya-La Manç muxtar icması  təşkil edildi.  Həmçinin  hər biri eyniadlı 
regionun ərazisində yerləşən üç (Madrid, Kantabriya, La-Rioxa) yeni muxtar icma yaradıldı [5, s. 
63].  Muxtariyyətlər  iki  müxtəlif  səlahiyyətlər  səviyyəsinə  uyğun  yaradıldı:  onlardan  7-si 
(Kataloniya,  Basklar  ölkəsi,  Qalisiya,  Andalusiya,  Navarra,  Valensiya  və  Kanar  adaları)  yüksək 
(milli) muxtariyyət səviyyəsi əldə etdi, qalanları müəyyən müddət aşağı səlahiyyətlərə malik oldu.  
Bundan  sonra  səlahiyyətlərin  ötürülməsi  mərhələsi  dövlətlə  muxtariyyətlər  arasında 
münaqişələrlə müşayiət olundu. Ən münaqişəli il 1985-ci il oldu: Konstitusiya məhkəməsi həmin il 
131  səlahiyyət  münaqişəsinə  baxdı  ki,  bunlardan  22%-i  Kataloniya  və  Basklar  ölkəsidən 
qaynaqlanmışdı.  1981-1991-ci  illər arasında muxtariyyətlər tərəfindən təqdim edilən 460 tələbdən 
209-unu Kataloniya, 164-ünü Basklar ölkəsi, 60-ını Qalisiya irəli sürmüşdü. 1980-ci illər ərzində bu 
üç  icma  mövcud  mübahisələrdən  88%-inə  cavabdehlik  daşıyırdı.  1983-1986-cı  illərdə  mərkəzi 
hökumət  muxtariyyətlərin  qəbul  etdiyi  45  qanundan  şikayət  vermişdi  ki,  bunlardan  21-i  millətçi 
partiyaların  idarə  etdiyi  muxtariyyətlərə  (Kataloniya  və  Basklar  ölkəsi)  aid  idi.  Mərkəzi  hökumət 
diplomatik nümayəndəliklərə malik olmaq hüququnun konstitusion baxımdan muxtariyyətlərə şamil 
edilmədiyini  əsas  göstərərək,  Konstitusiya  məhkəməsi  qarşısında  baskların  Brüsseldə 
nümayəndəliyinin  qanuniliyi  barədə  məsələ  qaldırmışdı.  1984-1987-ci  illərdə  Konstitusiya 
məhkəməsi 429 münaqişəyə baxmış və 100 hökm çıxarmışdı [1, s. 168-169; 10, s. 287].  
1985-ci  ilin  iyununda  muxtariyyətlərdə  seçkilərin  bir  sıra  cəhətləri  haqqında  müddəaların 
yer  aldığı  “Ümumi  seçki  rejimi  haqqında”  qanun  qəbul  edildi.  Aprel  ayında  qəbul  edilən  “Yerli 
rejim  haqqında”  qanunla  bələdiyyə;  əyalət;  ada  (Balear  və  Kanar  adaları)  ərazi  qurumu  kimi 
müəyyən  edildi.  İyul  ayında  isə  yuxarı  məhkəmə  orqanlarının  muxtar  icmalarda  ədalət 
mühakiməsini  həyata  keçirməsini  tənzimləyən  “Məhkəmə  hakimiyyəti  haqqında”  qanun  təsdiq 
edildi.  Muxtariyyətlər  yuxarı məhkəmələrin ərazi  orqanları  qismində müəyyən edildi.  1986-cı  ilin 
mart ayında təsdiq edilən “Təhlükəsizlik qüvvələri və xidmətləri haqqında” qanun muxtar icmalara 
öz əsasnaməsində  göstərilən qaydalara uyğun olaraq, muxtariyyət  polisini  yaratmaq icazəsi  verdi. 
Bunlardan başqa, təhsil, səhiyyə, sosial təminat və s. sahələrdə səlahiyyətlərin yenidən bölünməsinə 
dair bir sıra qanunvericilik aktları qəbul edildi.  
Muxtariyyətlər  dövlətinin  inkişafında  mühüm  hadisələrdən  biri,  şübhəsiz  ki,  1986-cı  ildə 
İspaniyanın  Aİ-na  daxil  olması  idi.  Beləliklə,  İspaniyada  iki  bir-birinə  zidd  proses  –  əks-
mərkəzləşdirmə  və  birləşmə  yanaşı  inkişaf  etməyə  başladı  [20,  s.  482].  1988-ci  ilin  sonunda 
ümumavropa işlərinə məsul olan mərkəzi administrasiya nümayəndələri ilə muxtar icmalardan olan 
müşavirləri  birləşdirən  “Avropa  İttifaqı  ilə  əlaqələrə  dair  konfrans”  təsis  edildi.  Kataloniya  və 
Basklar  ölkəsi  mərkəzi  hökumətlə  ikitərəfli  münasibətlərin  tərəfdarı  kimi  çıxış  edərək, 
“Konfrans”da iştirak etməyə razı olmadı. “Konfrans” 1994-cü ildə “Sektor konfransları vasitəsi ilə 
muxtariyyətlərin  ümumavropa  işlərində  daxili  iştirakı  haqqında”  müqaviləni  qəbul  etdi.  Bu 
müqavilə  ilə  muxtariyyətlər  onların  səlahiyyətlərinə  daxil  olan  məsələlər  üzrə  dövlətin  Aİ  ilə 
münasibətlərində mövqeyinin formalaşdırılmasında iştirak etmək hüququ qazandı.  
1992-ci  ilin  fevralında  İSFP  hökuməti  ilə  Xalq  partiyası  arasında  “Muxtariyyət 
müqavilələri” imzalandı. Bu müqavilələrin imzalanmasında əsas məqsəd Konstitusiyanın “Dövlətin 
ərazi quruluşu haqqında” VIII fəslinin həyata keçirilməsi ilə bağlı olan muxtariyyətləşmə prosesini 
başa çatdırmaq, muxtariyyət dövlətinin sabit fəaliyyət göstərməsini təmin etmək, bərabərlik prinsipi 
əsasında muxtariyyətlərin öz səlahiyyətlərini genişləndirmək cəhdlərini razı salmaq idi [1, s. 170]. 
Muxtariyyət  müqavilələri  ümumi  rejimli  10  icmaya  (Asturiya,  Kantabriya,  La-Rioxa,  Mursiya, 
Araqon, Kastiliya-La Manç, Ekstremadura, Balear adaları, Madrid, Kastiliya və Leon) 1992-ci ilin 
dekabrında qəbul edilən “Konstitusiyanın 143-cü maddəsinə uyğun muxtariyyətlə razılaşmış muxtar 
icmalara  səlahiyyətlərin  ötürülməsi  haqqında”  Orqanik  Qanunla  səlahiyyətlərini  genişləndirməyə 
imkan verdi. Müqavilələrə və həmin qanuna əsasən muxtariyyətlər daha 32 yeni səlahiyyət aldılar 
və öz əsasnamələrini əsaslı şəkildə dəyişdirdilər [18, s. 43863-43867].  
1992-ci  ilin  muxtariyyət  müqavilələri  və  digər  islahatlar  muxtariyyət  sisteminin 
möhkəmlənməsinə  gətirib çıxardı. Ən müsbət  nəticələrdən biri mərkəzi  hökumətlə muxtariyyətlər 


20 
arasında Konstitusiya məhkəməsi vasitəsi ilə həll edilən münaqişələrin azalması oldu. Belə ki, əgər 
1985-ci ildə 131 qanun mübahisə obyekti olmuşdusa, 1989-cu ildə 60, 1993-cü ildə cəmi 16 qanun 
mübahisə doğurmuşdu [20, s. 485].  
Unitar  dövlətdən  muxtariyyətlər  dövlətinə  keçidin  İspaniya  modeli  bir  sıra  üstünlüklərə 
malikdir.  Muxtariyyətləşmə  prosesində  ərazi  bütövlüyü,  vahid  iqtisadi  və  vahid  hüquq  məkanları 
qorunub  saxlanıldı.  Bunlarsız  konsolidasiya,  demokratiya,  əhəmiyyətli  iqtisadi  artım,  ölkənin 
beynəlxalq  nüfuzunun  möhkəmləndirilməsi  mümkün  olmazdı.  İspaniya  hakimiyyətinin  böyük 
xidmətlərindən  biri  muxtariyyətləşmə  prosesini,  bütün  problemlərə  rəğmən,  demokratikləşmə 
prosesi ilə paralel idarə edə bilməsi idi. Belə ki, regionlara muxtar statusun verilməsi həmin dövrdə 
dövlətin  xaotik  şəkildə  parçalanması  prosesinə  çevrilmədi.  Konstitusiyanın  ölkənin  muxtar 
icmaların  federasiyasına  çevrilməsini  qəti  qadağan  etməsi  (maddə  145-I)  İspaniyanın  unitar 
“muxtariyyətlər dövləti” statusunu təmin edir. “Muxtariyyətlər dövləti” – unitar dövlətlə federasiya 
arasında aralıq, kompromis dövlət forması kimi  çıxış  edir.  Tədqiqatçıların  bir çoxu həmrəydir ki, 
İspaniyada  demokratikləşmə  prosesində  milli-regional  problem  nisbətən  uğurla  və  effektiv  həll 
olunmuşdur [1, s. 165-172; 2, s. 121-129; 5; 7; 14, s. 40-45; 19, s. 219-243; 20; 22, s. 365-389].  
Regionalist dövlətə xas olan ərazilər arasındakı asimmetriya ölkənin milli ərazi quruluşuna 
dair problemlər kimi başa düşülə bilər. Belə ki, Konstitusiyanın 2-ci maddəsi millətlər və regionlar 
arasında fərq qoyur, 143-cü və 151-ci maddələrlə muxtar icmalar fərqləndirilir [13, s. 3, 25, 39, 45]. 
Lakin  İspaniyanın  regionalist  dövlətə  çevrilməsi  ölkədə  regional  münasibətlərin  digər  mədəni  və 
hətta  dil  müxtəlifliyindən  daha  üstün  olmasının  dövlət  quruluşunda  əks  olunan  ifadəsinə 
çevrilmişdir.  Son  onilliklərdə  ölkədə  baş  verən  proseslər  əhalinin  həyatında  etnik  faktorun 
gücləndiyini söyləməyə imkan verir. Lakin burada etnik qrupa mənsubluq “qan üzrə” deyil, bu və 
ya  digər  muxtar  regionun  ərazisində  yaşamaq  amili  ilə  müəyyən  edilir.  Buna  görə  də  kastiliya 
dilində  danışan  regionlardan  çıxan  əhali  zaman  ötdükcə  öz  “kiçik  vətən”i  ilə  əlaqəni  itirərək, 
hazırda  yaşadığı  region  əhalisi  ilə  özünü  eyniləşdirmə  prosesinə  daxil  olur  və  müvafiq  olaraq 
Basklar ölkəsində özlərini basklar, Kataloniyada – katalan, Qalisiyada – qalisiyalı, Navarrada isə – 
navarralı  hesab  edir.  Bu  baxımdan  İspaniyada  milli-ərazi  muxtariyyəti  əldə  etmiş  etnik  qruplar 
yaşadıqları  regionların  avtoxton  əhalisidir.  Ölkənin  hüquqi-siyasi  müstəvidə  muxtar  tarixi 
regionlara  bölgüsündə  etnik-dil  amilindən  çox  tarixi-coğrafi  və  mədəni  amil  həlledici  olmuşdur. 
Çünki etnik qruplar hazırda yaşadıqları ərazilərdə orta əsrlərdə öz dövlətçiliyinə malik olmuşlar. 
Beləliklə,  İspaniyada  tarixən  münaqişəli  olan  milli-regional  problemin  səmərəli  həlli 
nümunəsinə  cəhd  göstərilmişdir.  Milli-regional  ziddiyyətlərin  bu  formada  həlli  heç  də  əsas  milli 
azlıqları  razı  salmamışdır.  Buna  görə  də,  fikrimizcə,  bəzi  tədqiqatçıların  iddia  etdiyinin  əksinə 
olaraq,  bu  forma  həyat  qabiliyyətli  olduğunu  sübut  etsə  də,  millətçi  və  separatçı  tendensiyaları 
nəinki birdəfəlik aradan qaldırmamış, hətta buna müəyyən yeni təkan da vermiş, çoxmillətli dövləti 
gələcəkdə parçalanma təhlükəsi qarşısında qoymuşdur. Xüsusən Basklar ölkəsində və Kataloniyada 
İspaniyadan  ayrılmaq  çağırışlarının  səngiməməsi  bunun  sübutudur.  Basklar  ölkəsində  2011-ci 
ilədək  ETA-nın  (1959-cu  ildə  yaradılıb  –  E.C.)  terrorçu  fəaliyyəti,  Kataloniyada  2014-cü  il 
noyabrın  9-da  baş  tutan  qeyri-rəsmi  səsvermənin  və  2017-ci  il  oktyabrın  1-də  keçirilən 
referendumun nəticələri (müvafiq olaraq 80,76 % və 90,18% seçici regionun müstəqilliyinə tərəfdar 
çıxıb) separatizmin hələ güclü şəkildə İspaniya dövlətinin vahidliyini təhdid etdiyinin göstəricisidir.  
 
ƏDƏBİYYAT 
 
1.  Годлевская  В.Ю.  Формирование  государства  автономий  в  Испании  в  условиях 
установления  и  консолидации  демократии  (1975-1996  гг.)  //  Вестник  Томского 
государственного университета. История. 2013, № 5 (25), с. 165-172 
2. Данилевич И.В. Автономизация Испании // Полис, 1995, № 5, с. 121-129 
3. Испания в начале XXI века: учеб. Пособие. Отв. ред. С.М. Хенкин. Москва: МГИМО (У) 
МИД России, 2006, 168 с. 
4. Испания. Конституция и законодательные акты. Москва: Прогресс, 1982, 351 с. 
5. Испания: траектория модернизации на исходе двадцатого века. Москва; ИЛА РАН, 2006, 499 c.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə