94
ƏDƏBİYYAT
1.
Корра Д., Жюйар П. Международное право. Уцебник, перевод с франц. В.П.Серебренникова,
В.М.Шумилова, М.: Международные отношения, 2001,с. 363, 365
2.
Juillard P. Chronigue de droit international economigue? Annuaire Erangais de Droit
International (1994)
3.
Schroth H.J. Energy Charter Treaty (ECT) in the Context of the Treaties of
the European Union
/ H-J Schroth // Walde T, The Energy Charter Treaty: East-West Gateway of Inwestment and
Trade / T.walde (ed.)- London: Kluwer, 1996, p. 245
4.
Бамбергер С. Обзор Договор к Энергетической Хартии / к Энергетической Хартии: путь
к тнвестициям и торговли для Востока и Занада. М., 2002,с. 55-90
5.
Qayıdış: 1990-1993/ tərt. Ə.Həsənov; bur. məsul V. Talıbov.- Təkmilləşdirilmiş və yenidən
işlənmiş II nəşri. – Bakı, Azərbaycan, 2008, 8-12
6.
Həbibbəyli İ. Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr. Naxçıvan, Əcəmi, 2013, s 225
7.
Azərbaycan respublikası Milli Məclisinin arxivi. Naxçıvan Muxtar Respublikası Alı Məclisi
Rəyasət Heyətinin qərarları. f. 2241, siy.la, işl, s. 44
8.
Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak
edib// “Respublika” qəzeti, 12 yanvar 2017-ci il.
ABSTRACT
Seymur Talıbov
CHAIR OF INTERNATIONAL RELATIONS
THE PLACE OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC IN THE
REGIONAL ENERGY COOPERATION OF THE REPUBLIC OF AZERBAIJAN
The article explores the role and place of the Nakhchivan Autonomous Republic in the
regional energy cooperation of the Republic of Azerbaijan. The cooperation
of the Autonomous
Republic with the regional states in the energy sector is scientifically justified and the legal basics
of the signed agreements are interpreted. Future prospects of international cooperation of the
Nakhchivan Autonomous Republic in the field of energy are also presented.
РЕЗЮМЕ
Сеймур Талыбов
МЕСТО НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ В
РЕГИОНАЛЬНОМ ЭНЕРГЕТИЧЕСКОМ СОТРУДНИЧЕСТВЕ
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ
В статье исследуется место и роль Нахчыванской Автономной Республики в
Региональном сотрудничестве Азербайджанской Республики в области энергетики. Научно
обосновывается сотрудничество автономной республики с регионными государствами в
области энергетики и откомментируются правовые основы заключенных договоров.
Указываются возможности будущих перспективов международного сотрудничества
Нахчыванской Автономной Республики в области энергетики.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı
ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).
95
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
QƏRİB ALLAHVERDİYEV
Naxçıvan Dövlət Universiteti
UOT:
1.091
AZADLIĞIN FƏLSƏFİ TƏRİFİ HAQQINDA
Açar sözlər: azadlıq, milli müstəqillik, həyat tərzi, ümumbəşəri dəyər, sosial zərurət, azad
fəaliyyət, demokratiya, sosial subyekt
Keywords: freedom, national independence, way of life, universal value, social necessity,
free activity, democracy, social subject
Ключевые слова: свобода, национальная независимость, образ жизни, всеобщая
ценность, социальная необходимость, свободная деятельность, демократия, социальный
субъект
Məlumdur ki, azadlıq təkcə ümumbəşəri dəyər və cəlbedici ideya olmaqla məhdudlaşmır,
həm də insanların gündəlik həyatı ilə bilavasitə bağlı olan fəaliyyət prinsipi kimi çıxış edir. Buna
görə də fəlsəfi fikir tarixində heç elə bir mütəfəkkir olmamışdır ki, o azadlığa öz münasibətini
bildirməsin. Nəticədə əsrlər bir-birini əvəz etdikcə azadlığın izahına dair çoxlu müxtəlif, bəzən də
bir-birinə zidd baxışlar və mövqelər qərarlaşmışdır. Bununla belə cəmiyyətin inkişafı gedişində,
onun idrakı potensialı artdıqca və sosial praktikası zənginləşdikcə, azadlıq haqqında təsəvvürlər
təkmilləşir, tədricən onun adekvat elmi anlamı formalaşır. Bu münasibətdə müasir cəmiyyətin yaşa-
dığı açıq, demokratik ictimai quruluşa keçid dövrü xüsusilə səciyyəvidir. Milli müstəqillik əldə
etdikdən sonra ölkəmiz totalitar rejimin qalıqlarını qətiyyətlə aradan qaldırmaq, cəmiyyət həyatının
bütün sferalarında əsaslı dəyişikliklər etməklə, hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmaq strateji
məqsədini həyata keçirməyə başladı. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu dövrdə
qazanılmış mühüm nailiyyətləri ümumiləşdirməklə, qarşıda aşağıdakı mühüm vəzifələrin
durduğunu irəli sürmüşdür: “daxili siyasət Azərbaycanda demokratik, hüquqi dövlət qurmaq, bazar
iqtisadiyyatı yaratmaq və iqtisadi islahatlar aparmaqdan, Azərbaycanın hər bir vətəndaşına azad,
sərbəst yaşamaq hüquqlarının qorunmasını təmin etmək və öz rifah halını yaxşılaşdırmaq imkanları
yaratmaqdan ibarətdir” (1, s. 90-91).
Gələcəyə inamla addımlayan Azərbaycanın indiki prezidenti İham Əliyev, əsası Ulu Öndər
tərəfindən qoyulmuş siyasi xətti uğurla yerinə yetirir. Son dövrlərdə iqtisadiyyatın bütün
sahələrində həyata keçirilən dərin islahatlar və onların nəticəsində əldə olunan mühüm nailiyyətlər,
regionların sosial-iqtisadi tərəqqisini təmin etməyə yönələn proqramlar, işsizliyin və yoxsulluğun
azaldılması, əhalinin sosial rifahnın yüksəldilməsi, vətəndaş sübhünün bərqərar olması sivil
demokratik dəyərlərin durmadan genişlənməsi dövlətçilik ənənələrinin inkişafı, Azərbaycanın
irimiqyaslı trans milli enerji layihələrinin fəal iştirakçısına çevrilməsi, uğurlu xarici siyasət xəttinin
yeridilməsi və ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi və dünya birliyi ölkələrinə
güclənməkdə olan inteqrasiyası buna aydın sübutdur. Qazanılmış uğurları daha da inkişaf etdirmək
əzmini nümayiş etdirən prezident İlham Əliyev andiçmə mərasimində demişdir:
“Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti bundan sonra daha da güclənəcək,
zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir” (2, s.628)
Ölkəmizdə həyata keçirilməkdə olan mürəkkəb və geniş miqyaslı vəzifələrin uğurlu həlli,
sosial-fəlsəfi tədqiqatlar sahəsində də vaxtı çatmış problemlərin araşdırılmasını təkidlə tələb edir.
Söhbət hər şeydən əvvəl, cəmiyyət həyatının bütün tərəflərində gedən real proseslərin bütün
dolğunluğu və hərtərəfliliyi ilə obyektiv elmi təhlilini verməkdən, onların səmərəliliyinin
artırılmasını və sürətlənməsini stimullaşdıran şərtləri və amilləri aşkara çıxarmaqdan gedir. Belə
problemlər sırasında azadlığın elmi fəlsəfi konsepsiyasının yaradılması xüsusi önəm kəsb edir. Bu
onunla şərtlənir ki, cəmiyyətdə baş verən sosial, iqtisadi, siyasi, mənəvi və sair dəyişilikləri adekvat