Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   10   11   12   13   14   15   16   17   ...   122

- 29 - 
 
qədər  olan  yerlərdə  rast  gəlinir.  Araksadan  təsvir  olunmuşdur.  Kserofitdir,  quru-qayalı  və  daşlı 
yamaclarda, çınqıllı yerlərdə və töküntülərdə bitir.  
Seyrəkçiçək  parakaryum  –  Paracaryum  laxiflorum  Trautv.  Paracaryum  (DC.)  Boiss. 
cinsinin  ərazidəki  2  növündən  biri  olub,    az  aralı  tükcüklü,  ikiillik  boz  rəngli  bitkidir.  Tək,  düz, 
aşağıdan  aralanan  gövdəsi  seyrək  cod  tükcüklərə  malikdir.  O,  aşağıdan  və  ya  ortadan  uzanan 
budaqlarla  şaxələnir,  hündürlüyü  20-40  sm-dir.  Kök  üstündə  olan  uzunsov  neştərvari,  küt, 
kənarlarındakı  dalğavari  yarpaqlar  cod  saplağa  doğru  dartılır.  Onların  uzunluğu  5-8  sm-dir.  Bu 
yarpaqlar meyvə əmələ gələndə quruyur. Uzunluğu 2-5 sm olan gövdə yarpaqları enli neştərvari və 
azca  sivridir.  Yuxarıdakı  yarpaqlar  oturaqdır.  Bitkinin  hamaş  çiçək  qrupu  süpürgəvaridir.  Onun 
meyvə  zamanı  uzun,  yarpaqsız  qıvrımları  yumşalır.  Kasacıqla  eyni  bərabərdə  olan  çiçək  saplağı 
meyvə zamanı ondan 2-4 dəfə uzun olur. Boz, uzunsov-xətli və  ya neştərvari dilimlərə malik olan 
kasacığı  meyvə  zamanı  iki  dəfə  böyüyür,  uzunluğu  5-6  sm-ə  qədər  olur.  Göy  parıltılı,  qısa 
borucuqlu  və  zəngşəkilli  büküşlü  çiçək  tacının  uzunluğu  4-5  mm-dir.  Qısa  ləçəkləri  qövsvaridir. 
Sütuncuq  çiçək  tacından  görünür.  Yumurtaşəkilli,  yastı,  dairəsində  lövbərli  iynəciklər  yerləşmiş 
fındıqçaların uzunluğu 9-10 mm-dir. Onların qanadları yaştı, kənarları isə dişciklidir. Dişciklərdən 
bir neçəsi içəriyə doğru əyilmişdir. Bitki may-iyun aylarında çiçəkləyir, iyul ayında isə meyvə verir. 
Seyrəkçiçək parakaryum Qafqaz və Rusiya-Türkiyə sərhədinin başlanğıcında yayılmışdır. Naxçıvan 
MR  orta  və  yuxarı  dağ  qurşağında  rast  gəlinir.  Ərzurum  ətrafından  təsvir  olunmuşdur. 
Mezokserofitdir, çay yatağı, daşlı yamaclar və töküntülərdə bitir.  
Tüklü  rindera  –  Rindera  lanata  (Lam.)  Bunge.
 
Rindera  Pall.  cinsinin  ərazi  florasındakı 
yeganə  növüdür.  Kökü  tünd  əsasa  malik  olan  çoxillik  bitkidir.  Gövdəsi  düz,  səthi  cızıqlı  və  keçə 
tüklüdür, hündürlüyü 20-40(60) sm-dir. Boz, sıx tüklü yarpaqları, demək olar ki, keçəvaridir. Kök 
üstündə olan neştərvari və ya uzunsov, sivri yarpaqları saplağa doğru uzanır. Onların uzunluğu 6-18 
sm,  eni  isə  0,8-1,2(4)  sm-dir.  Gövdə  yarpaqları  çoxsaylıdır.  Gövdənin  aşağısındakı  yarpaqlar 
saplağa  doğru  dartılmışdır.  Oturaq,  neştərvari,  xətli,  yarımgövdə  həcmli  sonrakı  yarpaqlar  yuxarı 
qalxdıqca balacalaşır. Bitkinin üstü qalxanvari, qalın, daha sonrası isə boştəhər qıvrımlı çiçək qrupu 
süpürgəvaridir.  Uzun,  keçə  tüklü  çiçək  saplağı  incədir.  Uzunsov  dilimli  ağ  keçə  tüklü  kasacığın 
uzunluğu  4-6  mm-dir.  Ləçəkləri  düz  duran,  xətli-neştərvari,  kütvari,  və  uzunluğu  8-10  mm  olan 
çiçək tacının rəngi əvvəl çəhrayı, sonra isə mavi olur. O, borucuqla eyni dərəcədədir və pulcuqları 
kvadratşəkillidir. Erkəkcikləri çiçək tacının ortasına bərkidilmişdir. Uzunluğu 12 mm-ə qədər olan 
sütuncuq çiçək tacından  görünür. Fındıqçaları iri, dairəvi,  qanadcıqları ilə birlikdə diametri 12-15 
mm-dir. Qanadcıqları enli, pərdəli və  bütöv  kənarlı fındıqçaların  dairəsi  hamardır.  Bitki  may-iyun 
aylarında çiçəkləyir, iyun-iyul aylarında isə meyvə verir. Tüklü rindera Qafqaz, İran, Kiçik Asiya 
və Suriyanın şərq bölgələrində yayılmışdır. Naxçıvan MR (Şahbuz rayonunun Batabat ərazisi, Culfa 
rayonunun Kola, Duman meşələri) orta və yuxarı dağlıq qurşaqlarda rast gəlinir. Levantadan təsvir 
olunmuşdur. Kserofitdir, quru, daşlı, otlu yamaclarda və töküntülərdə bitir.  
Sinay  yapşaq  –  Lappula  sinaica  (DC.)  Aschers.  ex  Schweinf.
 
Lappula  Moench  cinsinin 
ərazidəki 6 növündən biri olub, incə köklü, boz tüklü, yarım dik duran tükcüklü birillik bitkidir. Bir neçə 
budaqlı gövdəsi vardır. Meyvəvermə zamanı budaqlar uzanır, qurtaracaqda bir qədər əyilir. Az meyvəli 
salxımlarının uzunluğu 5-30 sm-dir. Az saylı saplaqlı yarpaqları gövdənin aşağı hissəsində neştərvari və 
uzunsov  neştərvaridir.  Aşağıdakıların  özül  hissəsi  uzununa  daralır.  Onlar  yabaşəkillidir.  Yuxarıdakı 
yarpaqlar oturaqdır. Yarpaqların hamısı boz tükcüklüdür, kiçik qabarcıqları isə cod tükcüklərlə örtülü 
olur.  Çiçək  saplağı  qalındır,  yuxarıdakıların  uzunluğu  3  mm,  aşağıdakılar  isə  10  mm-ə  qədər  olur. 
Yuxarıdakı meyvə saplağı adətən düz, aşağıdakılar isə çox vaxt aşağıya bir qədər qövsvari əyilmişdir. 
Dilimləri uzunsov xətli kasacığın uzunluğu 1,5-2 mm-dir. Onlar meyvəvermə zamanı  uzanmır və hər 
zaman  meyvədən  qısa  olur.  Balaca,  mavi,  zəngşəkilli  büküşlərə  malik  çiçək  tacı  azca  kasacığa  tərəf 
çəkilir. Yumurtavari meyvələrinin uzunluğu 2-2,5 mm-dir. Ensiz uzunsov fındıqçaların üstündə xırda, 
ağ qabarlar vardır. Belə ki, onların dairəsi ensiz-uzunsov və qabarlıdır. Qalınlaşmış kənarları konusvari, 
rudiment lövbərli başcıqlı iynəciklərlə örtülmüşdür. Sütüncuğun uzunluğu bir mm-ə çatır. Bitki aprel-
may aylarında çiçəkləyir, may-iyun aylarında isə meyvə verir. Sinay yapşaq Qafqaz, Orta Asiya, İran,  
İraq və Sinayda yayılmışdır. Naxçıvan MR-də düzənliklərdə, aşağı dağ qurşağından orta dağlıq qurşağa 
qədər  olan  yerlərdə  rast  gəlinir.  Sinaydan  təsvir  olunmuşdur.  Kserofitdir,  quru,  gilli,  daşlı  və  qayalı 


- 30 - 
 
yamaclarda,  əhəngli  yerlərdə  bitir.  Daha  çox  dağ  kserofit  (qariqa)  və  dağ  bozqır  (friqana)  bitkilik 
tiplərində rast gəlinir.  
Oturaqçiçək yapşaq – Lappula sessiliflora (Boiss.) Guerke. Lappula Moench cinsinin ərazidəki 
6 növündən biri olub, cod, sıx, ağ tükcüklərlə örtülü birillik boz bitkidir. Düz, tək salxımlı və ya çox 
vaxt  yuxarısı  2-4  aralı  budaqlara  malik  olan  gövdəsinin  hündürlüyü  5-10  sm-dir.  Ensiz  və  xətli,  küt, 
azca  əyilmiş  yarpaqlarının uzunluğu 0,5-2 sm, eni isə 1-2 mm-ə çatır. Onlar sayca çoxdur. Salxımları 
kiçik  xətli  çiçəklərin  yanındadır,  meyvəvermə  zamanı  uzunluğu  10-15  sm-ə  çatır.  Uzunluğu  bir  mm 
olan  kasacığı  meyvəvermə  zamanı  3  mm-ə  qədər  olur.  Ensiz,  neştərvari,  sivri  dilimli  kasacığı 
meyvəvermə  zamanı  sərilmiş  vəziyyətdə  olur.  Çox  xırda,  mavi  çiçək  tacının  uzunluğu  1,5  mm-dir. 
Zəngşəkilli büküşlərinin eni bir mm olur. Oturaq və meyvə zamanı ayrılmayan fındıqçaların uzunluğu 
2,5-3 mm-dir. Onların arxa tərəfi üçkünclü,  tikanlı-qabarlı, dairəsi isə üçkünclü olur. Fındıqçaların yan 
bucağı  sivridir  və  yuxarı  bucağı  yuxarıya  doğru  dartılır.  Kənarlarının  hər  tərəfi  2-3(5)  lövbərli 
iynəciklərlə  örtülən  fındıqçaların  hər  üç  tərəfdən  kənarları  azca  qaldırılmış  qalın  haşiyələrə  malikdir. 
Yanda  olan  aşağı  bucaqlardakı  iynəciklər  çox  vaxt  ikiləşir  və  digərlərindən  uzun  olur.  Yuxarıdakı 
fındıqçalar,  adətən,  kasaşəkilli  kənarlara  malikdir.  Bəzən  isə  kənarları  iri,  sivri  dodaqşəkilli  formada 
olur.  Onların  dişcikləri  lövbərli  iynəciklidir.  Bəzən  bütün  fındıqçalar  qanadsız  olur.  Nazik  sütüncuq 
fındıqçalardan çətinliklə görünür. Bitki aprel ayında çiçək açır, iyun ayında isə meyvə verir. Oturaqçiçək 
yapşaq  Qafqaz,  Orta  Asiya,  İran  və  İraqda  yayılmışdır.  Naxçıvan  MR-də  (Kəngərli  rayonunun 
Böyükdüz ərazisi) düzənliklərdə, aşağı dağlıq qurşaqlarında rast gəlinir. İsfahandan təsvir olunmuşdur. 
Kserofitdir,  quru,  gilli  yerlərdə  və  əkin  sahələrində  bitir.  15  may  1934-cü  ildə  Ç.  Qurviç  və  27  may 
1934-cü ildə L.İ. Prilipko Naxçıvan ətrafından toplamışdır (2,165). 
Balaca  arnebiya  –  Arnebia  minima  Wettst.  (A.  linearifolia  DC.)  Arnebia  Forrsk.  cinsinin 
ərazidəki  2  növündən  biri  olub,  tək,  düz,  budaqlı  (bəzən  aşağıdan  budaqlı)  çılpaq  gövdəli,  tünd-
bənövşəyi  köklü  birillik  bitkidir.  Onların  hündürlüyü  7-18  sm  olur.  Kök  üstündə  olan  yarpaqları  
kürəkşəkilli və ya xətli-uzunsov və kütdür. Onların aşağısı tədricən daralmışdır. Gövdədəki oturaq 
yarpaqları  uzunsov  xətli  və  kütdür.  Onların  yuxarısı  qısa  və  sərt  səthli,  aşağısı  isə  çılpaqdır. 
Kənarları, əsasən, uzun tüklüdür. Aydın görünməyən 5 tərəfli kasacığının borucuğu meyvə zamanı 
bir  az  bərkiyir.  Onların  aşağısı  uzun  tüklü  olur.  Xətli  və  yastı  kasacığın  dilimləri  çox  uzanır. 
Kənarları uzun tüklüdür. Açıq-sarı, ensiz, çılpaq və ya xovlu borucuqlu çiçək tacının uzunluğu 15-
20 mm-dir. O, kiçik zəngşəkilli yastı büküşlü, uzunsov dilimlərə malikdir. Dik duran, qəhvəyi, enli 
üç tərəfli, yumurtaşəkilli, xırda qabarlı fındıqçalarının uzunluğu 4 mm-ə yaxındır. Bitki aprel ayında 
çiçəkləyir, mayda isə meyvə verir. Balaca arnebiya Qafqaz, Orta Asiya, İran, Ərəbistan və Şimali 
Afrikada (Misirdə) yayılmışdır. Naxçıvan MR-də düzənliklərdə, aşağı dağlıq qurşaqda rast gəlinir. 
Ərəbistandan təsvir olunub. Kserofitdir, quru, daşlı, gilli yamaclarda rast bitir. 
Zərif onosma – Onosma gracilis Trautv. Onosma L. cinsinin ərazidəki 6 növündən biri olub, 
açıq-yaşıl və ya sarımtıl-yaşıl çoxillik bitkidir. Dik duran gövdəsi bir qədər əyri və budaqlıdır. Səthi 
uzun  olmayan  seyrək,  nazik,  qısa  cod  tükcüklü  gövdəsinin  hündürlüyü  20-40  sm-dir.  Kökün 
yuxarısında yarpaqları yoxdur. Gövdədəki oturaq yarpaqları yuxarıya doğru böyüyür. Aşağısındakı 
yarpaqları xətli və ya uzunsov xətli olur. Ortadakı – daha çox iri yarpaqları neştərvari, sivri, əyilmiş, 
cod,  açıq-yaşıl,  bəzən  də  sarımtıl-yaşıldır.Yarpaqların  hər  iki  tərəfində  sıx  cod  tükcüklü  qabarlar 
vardır. Az çiçəkli qıvrımları çox böyük olmayan yumşaq hamaş çiçək qrupunda toplanmışdır. Onlar 
meyvə zamanı nə düzəlir, nə də uzanır. Aralı, cod, ensiz, xətli dilimli kasacığın uzunluğu çiçəkləmə 
vaxtı  8-9  mm,  meyvə  zamanı  isə  15  mm-ə  qədər  olur.  Açıq-sarı,  sonradan  saman  rəngli  və 
boruşəkilli  çiçək  tacının  uzunluğu  12  mm-ə  yaxındır.  Onun  narın  xovlu,  kasacıqdan  azca  uzun 
ağızcığı  genişlənməmişdir.  Tozluqların  əlavə  çıxıntısı  çiçək  tacından  yuxarıya  çıxmır.  Üçtərəfli-
yumurtaşəkilli,  sivri,  qəhvəyitəhər  və  parlaq  fındıqçaların  uzunluğu  4  mm-ə  yaxındır.  Bitki  may-
iyun  (iyul)  aylarında  çiçəkləyir,  iyul-sentyabr  aylarında  isə  meyvə  verir.  Zərif  onosma  Cənubi 
Qafqazda yayılmışdır. Naxçıvan MR-də aşağı və orta dağ qurşaqlarında rast gəlinir. Zərif onosma 
Naxçıvandan  (Biləv  kəndinin  ətrafından)  təsvir  olunmuşdur.  Mezokserofitdir,  qayalı,  daşlı 
yamaclarda, çəmənlərdə, çınqıllı yerlərdə bitir.  
Nazikyarpaq  onosma  –  Onosma  tenuiflora  Willd.  (O.  rupestris  Bieb.)  Onosma  L.  cinsinin 
ərazidəki  6  növündən  biri  olub,  çox  da  böyük  olmayan  çoxillik  bitkidir.  Az  budaqlanan,  göy-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə