Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   2   3   4   5   6   7   8   9   ...   122

- 7 - 
 
antropogen fəaliyyət nəticəsində yox olması təbii proseslərdə yox olmadan 1000 dəfə artıqdır [3, 4, 
6, 9]. 
Son zamanlar ölkənin ərzaq bazarlarına İdxal edilmiş xarici məhsullar keyfiyyət tələblərinə, 
saxlama müddəti  və sağlamlıq üçün təhlükəsizlik tələblərinə həmişə cavab vermir. Xüsusilə idxal 
olunan meyvə şirələri, meyvə konservləri başlıca olaraq genetik modifikasiya edilmiş xammaldan 
istehsal  olunduğuna  görə  onların  dəqiq  tərkibini  müəyyən  etmək  mümkün  deyil.  İstənilən  ölkədə 
meyvə-giləmeyvə  məhsulları  və  onlardan  emal  edilən  ərzaq  malları  olmadan  yüksək  dərəcədə 
sağlam  və  təhlükəsiz  qida  təminarı  mümkün  deyil.  Son  zamanlar  ürək-damar  və  onkoloji 
xəstəliklərin  geniş  şəkildə  yayılmasında  ərzaq  məhsullarının,  xüsusilə  də  geni  dəyişdirilmiş 
müxtəlif  meyvə-giləmeyvə  və  tərəvəz  məhsullarının  rolu  hamı  tərəfindən  qəbul  edilmişdir.  Ürək-
damar, onkoloji və xroniki degenerativ xəstəliklərin inkişafının əsas patogenetik mexanizmlərindən 
biri  DNT-nin,  zülal  və  lipidlərin  oksidləşmə  prosesində  zədələnməsi  hesab  olunur.  Mineral  və 
bioloji  aktiv  birləşmələrlə  zəngin,  antioksidant  xüsusiyyətə  malik  təbii  meyvə-giləmeyvə 
məhsullarından  çox  istifadə  etdikdə  bu  xəstəliklərin  inkişaf  riskinin  azalması  epidemoloji 
məlumatlar  və  kliniki  tədqiqatlar  əsasında  sübut  olunmuşdur.  Məlum  olduğu  kimi  antioksidant 
xüsusiyyətli  karotinoidlər,  C  və  E  vitaminləri  ürək-damar,  onkoloji  və  bir  çox  digər  xəstəliklərə 
qarşı orqanizmin qorunmasında mühüm rol oynayır. Müasir tədqiqatlarla müəyyən edilib ki, C, E 
vitaminləri  və  karotinoidlərlə  yanaşı,  poliaenol  birləşmələri  də  antioksidant  xüsusiyyətli  olub, 
orqanizmin həyat fəaliyyəti prosesində, eləcə də ətraf mühitin əlverişsiz şəraitinin təsiri ilə yaranan 
mənfi  sərbəst  radikalların  zərərsizləşdirilməsində  və  neytrallaşdırılmasında  böyük  əhəmiyyətə 
malikdir. Bundan başqa, qeyd etmək lazımdır ki, respublika ərazisinə meyvə-giləmeyvə məhsulları 
və həmçinin gen mühəndislik üsulları ilə alınmış mədəni kənd təsərrüfatı bitki sortlarının gətirilməsi 
regionun biomüxtəlifliyinə və əhalinin sağlamlığına gələcəkdə böyük zərərlər verə bilər [5, 7]. 
Yabanı meyvə-giləmeyvə bitkilərindən bəzilərinin meyvələrinin biokimyəvi analizi göstərir ki, 
onların  tərkiblərində  olan  qidalı  maddələrin  və  bioloji  aktiv  maddələrin  miqdarı  nəzərəçarpacaq 
dərəcədə mədəni sortlardan yüksəkdir ki, bu da onların yeyinti sənatesi üçün qiymətli xammal olduğunu 
göstərir. Beləki, təkcə yabanı almanın tərkibindəki askorbin turşusunun miqdarı, mədəni sortdakından 
2,4  dəfə  artıqdır.  Yabanı  alma  və  armudun  tərkibindəki  polifenol  birləşmələri  tərkib  və  miqdarlarına 
görəbu  meyvələrə  xüsusi  dəyər  qazandırır.  Çoxsaylı  fenol  qrupıarından  biri  olan  flavonoidlər  güclü 
antioksidantlar  olub,  mədəni  sortlardan  7,2  dəfə  çoxdur.  Xüsusilə  yabanı  və  mədəni  bitki  meyvələri 
tərkiblərində  olan  mikroelementlərin  miqdarına  görə  böyük  fərqlilik  göstərirlər.  Beləki,  yabanı 
meyvələrdə manqan, dəmir, sink, bor və xüsusilə yod mədəni sortlardan olduqca çoxdur.  
Yabanı almanı meyvələrinin dadına görə şirin, turş, acı və şirintəhər-acı  kimi təsnif etmək 
olar.  Şirin  və  turş  tip  meyvələr  meyvə-konserv  sənayesində,  acı  və  şirintəhər-acı  meyvələr  isə 
şərabçılqda  qiymətli  xammaldır.  Yabanı  meyvələrdən  alınmış  şirələr  vitaminliyinə  görə  mədəni 
formalardan  xeyli  üstündür.  İnsanların  təbii  və  faydalı  məhsulları  almaq  istəyi  alkoqolsuz  içki 
bazarının  əsas  inkişaf  tendensiyalarının  biridir.  Bir  çox  ölkələrin  səhiyyə  xidmətləri  bioloji  aktiv 
maddələrlə  zəngin  olan  içkiləri  qida  maddələrinin  optimal  forması  kimi  insanlara  tövdiyə  edirlər. 
Məlumdur ki, sağlam qidalanma və sağlam qida məhsulları orqanizmin müqavimətini artırır və onu 
xəstəliklərə  qarşı  aktivləşdirir.  İnsanlar  bioloji  aktiv  maddələrlə  daha  zəngin  olan  yabanı  meyvə 
şirələrindən  istifadə  etdikdə  onların  müxtəlif  xəstəliklərə  tutulma  riskləri  həddən  çox  azalır.  Bu 
meyvələrin, xüsusilə yabanı alma və armud kimi meyvələrin tərkibində olan A, B, C, E vitaminləri 
və  dəmir  və  yod  kimi  mikroelementlər  ateroskleroz  və  ürək-damar  çatışmamazlıqlarının  qarşısını 
alır. Bu meyvələrdən bəzilərinin tərkibində olan pektinlər ən güclü təsirə malik təbii sorbentlərdən 
biridir.  Bunlar  mütəmadi  istifadə  olunduqda  orqanizmin  təmizlənməsinə  kömək  edirlər.  Digər 
tərəfdən  bu  meyvələrin  tərkibi  güclü  antioksidant  olan  flavonoidlərlə  zəngindir.  Bu  məhsulların 
tərkibindəki flavonoidlər xərçəng hüceyrələrinin inkişafını ləngidir.  
Hər hansı bir məhsulun dəyəri onun tərkibindəki qidalı maddələrin keyfiyyətindən asılıdır. 
Təbii  ki,  istehlakçını  ilk  növbədə  məhsulun  dadı  və  keyfiyyəti  maraqlandırır.  Buda  birbaşa  əsas 
xammalı  keyfiyyətindən  asılıdır.  Muxtar  respublikanın  yabanı  meyvə  və  giləmeyvə  bitkilərinin 
tərkiblərindəki  insan  sağlamlığı  üçün  zəruri  bioloji  aktiv  maddələr  mədəni  sortlardakından  üstün 


- 8 - 
 
olduqlarından,  keyfiyyət  və  dad  baxımından  da  yüksək  səviyyədə  olduqlarından  İstehlakçının 
tələblərinə ən yüksək səviyyədə təminat verən qiymətli təbii bioloji ehtiyatlardır. 
Yabanı armud meyvələri xalq təbabətində prostat vəzi müalicəsində istifadə olunur. Yabanı 
armud  meyvələrindən  bişirilmiş  kompotdan  istifadədən  bir  neçə  gündən  sonra,  xəstəlik  zəifləyir, 
onu uzun müddət istifadə isə xəstəliyi sağalda bilər. Profilaktika üçün 50 yaşlı insanlara qış üçün 
yabanı armud meyvələri tədarük edib, kompot içmək tövsiyə olunur.  
Bu  yabanı  meyvələr  B  qrupu  və  həmçinin  A,  E,  C,  P  və  РР  vitaminləri  ilə  zəngindir. 
Vitaminlərdən başqa meyvələrdə askorbin, alma, limon və fol turşusu, həmçinin qlükoza, saxaroza, 
fruktoza,  müxtəlif  mikroelementlər  vardır.  Onun  yumşaq  lətli  hissəsində,  bitki  lifləri,  karotin,  aşı 
maddələri, flavonoidlər, azotlu birləşmələr, katexin, antosian vardır. Bu cır meyvələrdə çoxlu metal: 
sink,  mis,  nikel,  dəmir,  flor,  yod,  manqan,  molibden  kimi  mikroelementlər  çoxdur,  ona  görə  də 
onun meyvələrindən anemiya və qalxanabənzər vəzinin müalicəsində istifadə edirlər. 
Meyvələrdə pektinin və aşı maddələrinin çoxluğu bərkidici effektə malik olub, xəstəlik törədən 
bakteriyalar  məhv  edərək,  mədənin  selikli  divarlarını  möhkəmləndirir.  Bunun  üçün  yarım  stəkan 
armudun döyülmüş quru meyvələri 3 xörək qaşığı yülaf unu ilə qarışdırılır və 2 stəkan su əlavə edilərək 
bişirilir.Alınmış  həlim  süzülür  və  1  saat  saxlanıldıqdan  sonra  gündə  4  dəfə,  stəkanın  4/1-i  qədər 
yeməkdən əvvəl içilir. Müalicəvi içki, yaşından asılı olmayaraq hamı tərəfindən istifadə edilə bilər. 
Quru  armud  meyvələri  -  tərkibindəki  P  vitamini  kapilyar  damarların  divarlarının 
keçiriciliyini artırdığından qan-damar sistemi xəstəlikləri zamanı əla profilaktik vasitədir. Bronxit, 
təngnəfəslik, vərəm və güclü öskürək zamanı bişmiş meyvələr və ya mürəbbələrdən istifadə olunur. 
Təzə  və  ya  quru  armud  şirəsi  sidikqovucu  vasitə  kimi  istifadə  olunur.  Bu  müalicə  nəticəsində 
böyrəklərdəki  daşlar  xırdalanaraq  qum  kimi  orqanizmdən  təbii  yolla  çıxarılır.  Bura  şəkər 
xəstəliyindəki müalicəvi pəhrizlər də daxildir. Gündə 50-70 qram şirəni yeməkdən yarım saat əvvəl 
içirlər və tədricən artıraraq 1 stəkana çatdıra bilərlər. 
Yabanı  armudun  tərkibində  təbii  antibiotik  -  arbutin  vardır.  O,  böyrəklərdə  və  sidik 
kisəsində  iltihab  prosesləri  doğuran  zərərli  mikrobları  öldürür,  eləcə  də  bağırsaq  mikroflorana 
müsbət təsir göstərir. Yabanı armud ən yaxşı bakterisid təsirə malikdir. Yaşlarından asılı olaraq bir 
armud ağacının məhsuldarlığı 10-50 kq arasında dəyişir [2, 8]. 
Çox  nadir  olan  G  vitamini  almada  digər  meyvələrdən  çoxdur.  Alma  C  və  B  qrupu 
vitaminləri ilə zəngindir. Almanın tərkibində yod banandan 8, apelsindən 13 dəfə çoxdur. Ona görə 
də alma boğazdakı ur (zob) xəstəliyinin profilaktikası üçün çox faydalıdır.  
Alimlər  hesab  edirlər  ki,  alma  toxumlarında  olan  bioloji  aktiv  maddələr,  fermentlər  və 
vitaminlər xərçəngin yaranmasının qarşısını alır. Hesab olunur ki, 2-3(bundan artıq qətiyyən istifadə 
etmək  olmaz)  alma  toxumu  gündəlik  yoda  olan  sutkalıq  tələbatı  tam  ödəyir.  Bu  nəzəriyyənin 
əleyhdarları  hələlik  yoxdur,  amma  həkimlər  bu  qəhvəyi  tumlarda  gizlənə  biləcək  təhlükə  barədə 
xəbərdarlıq  edirlər.  Almadam  dəmir  çatışmazlığından  yaranan  anemiyalarda,  qan  azlığında, 
avitaminoz zamanı çox istifadə etmək ən yaxşı vasitədir. 
Kimyəvi  tərkibi.  Təzə  meyvələrdə  2,42%  alma,  limon,  çaxır  xloragen  və  arabin  turşuları, 
12%  şəkər,  pektin,  aşı  və  boya  maddələri,  64,2  mq%  askorbin  turşusu,  karotin  (provitamin  A), 
В1,В2, В9 vitaminləri, dəmir və fosforun üzvi birləşmələri, fitonsidlər, mikroelementlərdən manqan 
mis,  kalium,  tərkibi  sirkə  aldehidi  və  amil  spirtinin  qarışqa,  sirkə,  kapron  və  kapril  turşuları  ilə 
əmələ  gətirdiyi  mürəkkəb  efirlərdən  ibarət  efir  yağları  vardır.  Meyvələrin  qabığında  flavonoidlər, 
toxumlarında amiqdalin qlikozidi (təxminən 0.6%) və piyli yağı (15% -ə qədər) vardır.. 
Alma meyvələri bakterisid və anti iltihab xüsusiyyətli olduğundan kolitlərdə, dizenteriyada, 
qarın  mədə-bağırsaq  traktının  pozulması  zamanı,  sidikqovucu,  ödqovucu  və  işlətmə  vasitəsi  kimi 
xroniki xolesistitdə və həzm zəifliyində istifadə olunur. Alma kompotu sinir sistemini sakitləşdirir 
və  gərginliyin  aradan  qaldırılmasına  kömək  edir.  Orqanizmin  maddələr  mübadiləsini 
tənzimləyir. Tərkibində  maqnezium  duzları,  pektin  və  askorbin  turşusunun  olmasına  görə 
aterosklerozun  inkişaf  riskini  azaldır.  Tərkibindəki  həll  oluna  bilməyən  liflərin  köməyi  ilə 
qəbizliyin qarşısı alınır və bağırsaqlarda xərçəngin yaranma riskini azaldır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə