Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   2   3   4   5   6   7   8   9   ...   122

- 13 - 
 
            2 C
51
H
98
O
6
 + 145O
2
  → 102CO
2
 + 98H
2

                                     102 
                       bu halda RQ= ────  = 0,7   
                                   145    
Üzvi maddələr oksidləşdikdə əmələ gələn istiliyin miqdarı eyni olmur. Bir qram karbohidrat 
parçalanarkən 4 kkal, zülal parçalanarkən 5,7 kkal və yağ parçalandıqda isə 9,2 kkal istilik verir (1). 
Temperaturun tənəffüs prosesinə təsiri 
Tənəffüs  prosesinə  təsir  edən  amillərdən  biri  temperaturdur.  Ən  güclü  şaxtalarda  olsa  belə 
bitkilərdə tənəffüs prosesi davam edir. 
Tənəffüs  üçün  ən  aşağı  temperatur  səviyyəsi  -10
o
  S-dir.  Ancaq  bitkilərin  qışlayan 
orqanlardan  olan  -  çılpaqtoxumluların  iynələrində  -20ºS  və  hətta  daha  aşağı  temperatur 
səviyyəsində tənəffüs gedir. 
Tənəffüs  prosesi  yalnız  bitkilər  donduqdan  və  tamamilə  tələf  olduqdan  sonra  dayanır. 
Temperatur artdıqja tənəffüs prosesi də tədricən intensivləşir. Maksimovun təcrübələrinin nətijələri 
göstərir ki, temperatur hər 10ºS artdıqja tənəffüs prosesi 1,9-3,3 dəfəyə qədər sürətlənir (1). 
Müxtəlif bitkilərdə yüksək temperatur səviyyəsi bir-birinə təxminən yaxın olur. Bu göstərici 
45-55ºS  arasında  tərəddüd  edir.  Bir  sözlə  40-50ºS  arasında  tənəffüs  prosesi  sürətlənir  və  55ºS  -də 
isə  tamamilə  dayanır.  Tənəffüs  prosesinin  yüksək  temperaturda  dayanması  hüjeyrələrin  məhv 
olması ilə əlaqədardır. 
İşığın intensivliyinin tənəffüs prosesinə təsiri 
Təcrübələr  göstərir  ki,  fotosintez  fototənəffüslə  müşayət  olunur.  İşıqda  gedən  tənəffüsün 
qaranlıqdakı tənəffüslə əlaqəsi yoxdur. Ancaq həm tənəffüs, həm də fotosintez prosesində oksigenin 
alınması və karbon qazının ixrac edilməsi həyata keçirilir. 
Fototənəffüs materialı olaraq, fotosintez prosesində aralıq məhsulu kimi əmələ gələn qlikol 
turşusudur. Fotosintez prosesində qlikol  turşusu peroksisomlarda oksidləşir. Bu fakt  əsas verir ki, 
işıqlanma şəraitində tənəffüsü ölçərkən xüsusi metodlardan istifadə edilməlidir. Ona görə ki, işıqda 
tənəffüsdəki  qaz  mübadiləsi  (O2  →  CO
2
),  fotosintezdəki  qaz  mübadiləsi  tərəfindən  örtülə  (CO
2
 
→O
2
) bilir. Bu məqsədlə manometrik metod və mass-spektrometriya tətbiq olunur.  
İşığın  tənəffüs  prosesinə  təsiri  gen  səviyyəsində  bitkilərdəki  fitoxrom  sistemi  tərəfindən 
həyata keçirilə bilir. 
İşığın  təsiri  ilə  bitkilərdə  tənəffüs  əmsalının  qiyməti  də  sabit  qalmayıb  dəyişilir.  Aparılmış 
təcrübə  və  müşahidələrin  nəticələri  göstərir  ki,  bitkilərdə  işıqda  karbon  qazının  ayrılması, 
qaranlıqdakına nisbətən zəif gedir. Bu işıqda tənəffüs prosesində xaric edilən karbon qazının müəyyən 
hissəsinin fotosintezdə  yenidən istifadə olunması ilə izah edilir. Elə bunun nəticəsi olaraq işıqlanma 
şəraitində bitkilərdə tənəffüs əmsalı (──) qaranlıqdakına nisbətən həmişə aşağı qiymətdə olur. 
  Suyun tənəffüs prosesinə təsiri 
Tənəffüs  prosesinin  normal  gedişinin  təmin  olunması  üçün  yalnız  hüceyrələrdə  üzvi 
maddələrin  olması  kifayət  deyildir,  həm  də  hüceyrələrdə  lazımi  səviyyədə  su  olmalıdır. 
Protoplazmada kifayət qədər suyun olması tənəffüs prosesinin getməsi üçün əsas şərtlərdən biridir. 
Odur ki, quru toxumlarda tənəffüs prosesi zəif gedir.  
Quru  toxumlar,  sporlar,  quru  şibyələr  və  s-də  tənəffüs  çox  zəif  gedir.  Arpanın  quru 
toxumları (suyun miqdarı 10-12%) 1 kq hesabı ilə saatda 0,3 mq karbon qazı ayrıldığı halda, azca 
rütubətlənmə nəticəsində (suyun miqdarı 33% olduqda) bu göstəriji 2000 mq-a qədər olur (2). 
Təcrübələr  əsas  verir  ki,  plazmoliz  zamanı  bitkilərdə  tənəffüs  prosesinin  sürətlənməsi, 
plazmolizin  ilk  mərhələsində  müşahidə  edilir.  Ümumiyyətlə,  yarpaqlarda  suyun  həddindən  artıq 
azalması,  toxumlarda  olduğu  kimi  tənəffüsün  zəifləməsinə  səbəb  olur.  Bitki  hüjeyrələrində  suyun 
azalması fermentlərin əks istiqamətdə təsir göstərmələrinə və sintetik təsirilərinin get-gedə azalıb, 
hidrolitik  təsirlə  əvəzlənməsinə  səbəb  olur.  Bitkilərin  daxilindəki  mürəkkəb  şəkərlər  və  digər  mü-
rəkkəb  maddələr  fermentlərin  hidrolitik  təsiri  nəticəsində  sadə  birləşmələrə  qədər  parçalanaraq, 
hüjeyrələrdə  çoxlu  miqdarda  şəkər  toplanmasına  səbəb  olur.  Nəticədə  bu  da  tənəffüs  prosesinin 
sürətlənməsinə səbəb olur. 
Tənəffüsün mühitin qaz tərkibindən asılılığı 


- 14 - 
 
Mühitin  qaz  tərkibi  də  qaz  prosesinə  jiddi  təsir  göstərir.  Oksigenin  miqdarının  mühitdə 
azalması tənəffüs prosesini zəiflədir. Bitkilərin oksigensiz şəraitə qarşı davamlılığı müxtəlifdir. Belə 
ki,  buğda  cücərtilərində  oksigensiz  mühitdə  qazlar  mübadiləsi  kəskin  zəiflədiyi  halda,  çəltik 
cücərtilərində  isə  bu  şəraitdə  karbon  qazının  ayrılması  nəinki  zəifləyir,  əksinə  bir  qədər  də 
sürətlənir.  Görünür  çəltikdə  bu  halın  baş  verməsi  onun  sulu  sahələrdə  normal  inkişafi  ilə 
əlaqədardır. Bu cür şəraitdə çəltikdə anaerob tənəffüs daha çox sürətlənir.  
E.V.  Arsixovskayanın  təcrübələri  göstərir  ki,  mühitin  və  bitkilərin  müxtəlif  toxumalarının 
qaz  tərkibi  eyni  deyildir.  Onun  aldığı  nəticələrə  görə  alma  meyvələrinin  lət  hissəsində  CO
2
-7,5%, 
O
2
-13,9%, limonun yetişmiş meyvəsində isə CO
2
 8,5%, O
2
 11,5%-ə bərabərdir (3). 
Nəhayət tənəffüsün intensivliyi mühitin qaz tərkibi bitki orqanizmindəki ferment sisteminin 
fəallığı, temperatur və s-dən asılıdır.  
Qıcıqlanmadan asılı olaraq tənəffüsün intensivliyinin dəyişməsi 
Qıcıqlanma  canlı  protoplazmanın  başlıca  xüsusiyyətlərindən  biridir.  Xarici  təsirə  cavab 
reaksiyası nəticəsində qıcıqlanma əmələ gəlir. 
Zəif  qıcıqlar  protoplazmada  gedən  həyati  proseslərin  xeyli  artmasına  və  müxtəlif  fizioloji 
funksiyaların sürətlənməsinə səbəb olur. Qıcıqların mənfi təsiri aradan qaldırıldıqda protoplazmanın 
fəaliyyəti yenidən normal hala düşür. 
Nisbətən  güclü  qıcıqların  təsiri  nəticəsində  protoplazmanın  fəaliyyəti  əvvəlcə  müəyyən 
qədər artsa da sonra kəskin şəkildə aşağı düşür. 
Müxtəlif  fizioloji  proseslərə  təsir  edən  qıcıqlardan  birinci  növbədə  müxtəlif  növ  zəhərli 
maddələri göstərmək olar. Bütün zəhərli maddələr az miqdarda olduqda tənəffüs prosesini stimulə 
edir.  Karbon  qazının  buraxılması  xeyli  sürətlənir.  Yüksək  konsentrasiyalı  zəhərli  maddələr  isə 
tənəffüs  prosesinin  zəifləməsinə  və  ya  dayanmasına  səbəb  olur.  Bu  kimi  maddələr  sırasına  efir, 
xloroform və s. aiddir. 
Mexaniki  və  fiziki  amillərin  təsiri  ilə  də  qıcıqlanma  baş  verir.  Bitkilərin  yaralanması 
tənəffüs  prosesini  kifayət  qədər  sürətləndirir.  Fiziki  amillərə  radioaktiv  maddələri,  temperaturu  və 
işıqlanmanın dəyişməsini və s. misal göstərmək olar (5).  
Qida maddələrinin tənəffüs prosesinə təsiri 
Tənəffüs  prosesinin  intensivliyinə  təsir  edən  amillərdən  biri  də  bitki  hüceyrələrinin 
karbohidratlarla  təmin  olunma  dərəcəsidir.  Bu  məsələni  ilk  dəfə  Borodinin  öz  təcrübələrində 
yoxlamışdır.  Bitki  qaranlıqda  saxlanıldıqda  hüceyrələrdə  karbohidratlar  azalır,  nəticədə  tənəffüs 
prosesi  xeyli  zəifləyir.  Bu  bitki  yenidən  işığın  altında  saxlanıldıqda  karbohidratların  çoxalması 
hesabına tənəffüs prosesi sürətlənir. 
Karbohidratlarla  zəngin  olmayan  buna  görə  də  zəif  tənəffüs  edən  bitki  yarpaqlarına  süni 
surətdə şəkər məhlulu yeridilməsi, onlarda tənəffüs prosesinin sürətlənməsinə səbəb olur.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Лебедев С.И. «Физиология растений» Изд-во «Колос», 1982 
2.
 
Либберт Э. «Физиология растений» Изд-во «Мир», М. 1976 
3.
 
Рубин Б.А. «Физиология и биохимия дыхания растений»  Ладычина М.Е. Изд-во МГУ, 1974 
4.
 
Qasımov N.A. “Bitki Fiziologiyası” Bakı, 2008      
5.
 
Qazıyev T.İ. “Bitki Fiziologiyası” Bakı, 1974. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə