Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   4   5   6   7   8   9   10   11   ...   122

- 17 - 
 
(qıfşəkilli çiçəkləri), borucuq çiçəklərlə bir  yerdə ayrılıb  götürülür. Çiçəklərini kölgəli şəraitdə və 
tez  bir  vaxtda  qurutmaq  və  quru  havalı  yerdə  saxlamaq  lazımdır.  Çiçəklər  tədricən  günəş  altında 
qurudulduqda  və  ya  nəmli  yerdə  saxlandıqda  qırmızıtəhər  və  ya  ağ  rəngə  çevrilir  ki,  bu  da 
xammalın keyfiyyətini aşağı salır. 
Muxtar  respublika  ərazisində  əkin  güləvəri  aşağı  və  orta  dağlıq  qurşaqlarda  yayılmışdır. 
Yayıldığı  sahələrdə tək-tək və qrup halında bitir. Bəzən sıx talalar şəklində  yayılır.  Bu formasiya 
qrup  halında  bitdiyi  sahələrdə  üstünlüyə  malik  olduğundan  dominant,  subdominant  və  edifikator 
roluna  malikdir.  Bu  fitosenozlarda  qarışıq  halda  inkişaf  etmiş  ağac  və  kollarla  müqayisədə 
alçaqboylu  olduğundan  II  yarusda  yerləşir.  Alaq  bitkisi  və  bal  verən  bitki  olub,  keçmiş  SSRİ-nin 
Avropa hissəsində, Qafqazda və bəzən Sibirdə yayılmışdır. 
Naxçıvan MR. florası  üçün bir nektar qaynağıdır. Çiçəklənmə vaxtı may  ayından başlayıb 
avqust ayının sonuna qədər davam edir. Balı açıq yaşıl-sarı rənğdədir. Dadı özünə məxsus olub, bir 
qədər acıdır, gec kristallaşır. 
Adi  günəbaxan  -  Helianthus  annuus  L.  Bu 
bitki  Asterkimilər  -  Asteraceae  Dumort.fəsiləsinin 
Günəbaxan - Helianthus L. cinsinə daxildir. Gövdəsi 
şırımlı-buynuzlu və kürəşəkilli formalıdır. Üzərindəki 
tikancıqların  diametri  37,4  -  44,8  mkm-dir.  Çiçək 
səbəti  demək  olar  ki,  dairəvidir.  Şırımı  qısa,  bərabər 
olmayan tərəfli, zəif görünən konturları olan sonluqla 
qurtarır. Şırımı ovalvari, ekvatora doğru çəkilmiş, eni 
4-5  mkm,  uzunluğu  isə  6-6,5  mkm-dir.  Döşənəyin 
aşağı  qatı  nazikdir.  Tozcuqları  qızılı  rənglidir. 
Günəbaxanın vətəni - Şimalı Amerikadır. Arxeoloji qazıntılara əsasən öyrənilmişdir ki, hindular bu 
bitkini hələ 2000 il bundan əvvəl mədəni şəkildə becərirdilər. Günəbaxanı Avropaya XVI əsrdə ispanlar 
tərəfindən  Madrid  botanika  bağından  gətirilmişdir.  Rusiyaya  ilk  dəfə  I  Pyotr  tərəfindən  toxumları 
Hollandiyadan gətirilmişdir. Haliyədə Rusiyada bu bitkidən yağ almaq məqsədilə geniş becərilir.  
Kənd təsərrüfatında mədəni bitki kimi geniş yayılmışdır. Toxumlarından yağ alınması üçün 
istifadə edilir. Mal-qara üçün qiymətli yem bitkisi olan jımıx hazırlanır. Dekorativ sortları da vardır. 
Dərman  bitkisi  kimi  yarpaq  və  kənar  çiçəklərindən  yüksək  iştahartırıcı  vasitə  kimi  dəmləməsi 
istifadə edilir. Xalq təbabətində dilcikşəkilli kənar çiçəklərindən keyfiyyətli hərarətsalıcı vasitə kimi 
təyin edilir.  
Günəbaxan  yağı  qiymətli  ərzaq  məhsulu  olmaqla  yanaşı  oynaq  xəstəliklərində,  allergiya, 
bronxit və malyariyada tətbiq edilməklə yanaşı, həm də zəif işlədici dərman vasitəsidir.  
Balverən  bitki  kimi  arı  günəbaxanın  nektar  və  tozcuqlarından  istifadə  edir.  Arı  günəbaxan 
nektarını  alarkən  bu  bitkinin  tozlandırmaya  kömək  edərək  mayalanmasını  təmin  edir  və  beləliklə 
məhsul  və  keyfiyyət  artımına  səbəb  olur.  Günəbaxanın  çiçəklənmə  dövrü  iyul  aydır.  Ukrayna, 
Şimali Qafqaz, Qaradəniz zonası,  Aşağı  Povolje, Sibir və Qazaxıstanda balverən bitki  kimi  geniş 
becərilir.  Sadalanan  zonalarda  hektara  13  kq,  Türkiyədə  Günəbaxan  əkilmiş  tarladan  10  kq, 
Başqırdıstanda 25 kq bal alına bilir. Günəbaxan balı pətəyə yeni alındıqda qızıl sarısı rəngində olur, 
sonra açıq-kəhrəba rəngli, bəzən yaşılımtıl çalarlı olur. Özünəməxsus dadı var, çox tez kristallaşır. 
Kristallaşan zaman şam kimi görünür.  
 
  Dərman  zəncirotu  -  Taraxacum  officinale 
WİGG.  Bu  bitkiAsterkimilər  -  Asteraceae  Dumort. 
fəsiləsinin,  Zəncirotu  -  Taraxacum  Wigg.  cinsinə 
daxildir.  Bu  cinsin  Avropada,  Aralıq  dənizi  və  Asiyada 
yayılmış 100 növündən Qafqazda 20, Azərbaycanda 13, 
o  cümlədən  Naxçıvan  MR-də  8  növü  vardır.  Naxçıvan 
MR-in  Şahbuz  rayonun  Batabat,  Kükü,  Culfa  rayonun 
Nəhəcir,  Göynük,  Ordubad  rayonun  Nürgüt,  Azadkənd 
və Gilançay ərazilərində yayılmışdır.  


- 18 - 
 
Çoxillik ot bitkisi olub, qısa və ətli, kiçik budaqlı olub, mil köklüdür. Yarpaq və kökətrafı 
çətiri  çılpaq  və  ya  dalğın-tükcüklü,  uzunluğu  10-25  sm,  eni  1,5-5  sm,  dərin  qayığabənzər-lələkli, 
çoxbaşcıqlı  kökümsovlu,  azbudaqlanan,  tədricən  daralan,  uzun  qanadlı  saplaqdan  ibarətdir.  Çiçək 
qruplarının  uzunluğu  30  sm,  silindrik,  içiboş,  kənarları  çılpaq  və  yuxarıdan  hörümçək  toruna 
bənzər,  hamar,  şirəli  olmaqla,  yumşaq  tükcüklüdür.  Çiçəkləri  parlaq-sarı  rəngli,  iri  səbətdə 
toplanmış olub, diametri 5 sm-ə qədərdir.  
Bütün çiçəkləri ikicinsli, dilşəkilli və açıq-sarı rənglidir. Meyvəsi kükürdü-qonur, toxumları 
kəkilli  olmaqla,  ağ  tükcüklüdür.  Bitkinin  bütün  hissələri  acı  dadlı  və  şirəlidir.  Arktikada,  Cənubi 
Sibir  və  Uzaq  Şərqin  meşə,  meşə-bozqır  və  çöl  zonalarında  başlıca  olaraq,  Ukrayna,  Belorusiya, 
Başqırdıstan,  Saxalin,  Kamçatka  Voronej  vilayətinin  çəmənlik,  örüş,  yol  kənarlarında,  küçə,  park 
ətrafındakı  alaq  bitkiliyində  və  əkin  sahələrində  yayılmışdır.  Kökləri  yazda  digər  bitkilər  cücərən 
zaman (aprel və  may ayının  əvvəlləri) və  ya payızda (sentyabr-oktyabr) toplanılır. Çəmənliklərdə, 
çöllərdə,  yol  kənarlarında,  yaşayış  sahələrində,  alaqotu  olan  yerlərdə,  bağ,  bostan  və  parklarda 
yayılmışdır.  Kökün  mərkəzi  hissəsi  böyük  olmayan  sarı  və  ya  sarımtıl-qonur  oduncaqdan  ibarət 
olmaqla,  ətrafı  isə  nəzərəçarpacaq  gümüşü-ağ  rəngi  ilə  əhatə  olunmuşdur.  Digəri  isə  qatı  qonur 
konsentrasiyalı və südəbənzər rəngli olur. Xaricdən rəngi açıq və ya tünd-qonur, iysiz, xoş tamlı və 
acı dadlı olur. Kökünün uzunluğu 2-15 sm, eni 0,3-3 sm, sadə və ya az budaqlanan, uzununa qırışıq, 
bəzən spiralşəkilli, həddən artıq burulmuş və sıxdır. Təbii ehtiyatı boldur (Cədvəl 1). 
 Cədvəl 1 
Dərman zəncirotunun təbii ehtiyatı 
Məntəqə  1 
ha-da 
bitkilərin 
sayı 
(ədəd) 

bitkinin 
orta 
çəkisi, q 
Ümumi 
sahə, ha 
Məh 
sul-
darlıq,     
1 ha/ kq 
Təbii ehtiyatı, t 
Bioloji 
ehtiyatı 
İstismar 
ehtiyatı 
İllik 
tədarük 
həcmi 

260 
95 
3250 
24,70 
80,28 
32,11 
8,03 

935 
60 
1129 
56,10 
63,34 
25,33 
6,33 

380 
49 
3252 
18,62 
60,55 
24,22 
6,06 

287 
64 
3113 
18,37 
57,18 
22,87 
5,72 

860 
75 
1211 
64,50 
78,11 
31,24 
7,81 

462 
92 
4400 
42,50 
187,02 
74,81 
18,70 

800 
96 
3657 
76,80 
280,86 
112,34 
28,09 

676 
73 
2238 
49,35 
110,44 
44,18 
11,04 

614 
98 
3325 
60,17 
200,07 
80,03 
20,01 
10 
590 
55 
1350 
32,45 
43,81 
17,52 
4,38 
Cəmi: 
26925 
443,562 
1161,65 
464,66 
116,16 
 
Nektarın  və  tozcuğun  çox  olmadığı  yaz  dövründə,  Dərman  zəncirotunun  çiçək  açması 
arıçılıqda mühüm rol oynayır. Arı bu bitkidən həm nektar, həm də tozcuq toplayır. Zəncirotu balı, 
tünd rəngdə olub çox konsistensiyalıdır. Bal pətəkdən alındıqdan qısa bir müddət sonra kristallaşır. 
Sərt  qoxusu  və  kəskin  bir  dadı  var.  Bir  hektar  şumlanmış  sahədən  51-100  kq  arasında  bal  almaq 
olar.  
Məqalədə  Asteraceae  Dumort.  fəsiləsinin  3  növün  -  Taraxacum  officinale  WİGG., 
Centaurea  cyanus  L.,  Helianthus  annuus  L.  bitkilərinin  bioekoloji  xüsusiyyəti,  bal  keyfiyyəti  və 
təbii ehtiyatı araşdırılmışdır.  
ƏDƏBİYYAT 
 
1.
 
Qurbanov E.M. Dərman bitkiləri. Bakı, 2009, 360 s. 
2.
 
 Qurbanov E.M. Ali bitkilər sistematikası. Bakı, 2009, 420 s. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə