Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   28   29   30   31   32   33   34   35   ...   122

- 65 - 
 
yaşayış  yerləri  qayalıq,  nisbətən  hündür  dağlıq  yerlər  və  meşəyə  yaxın  kəskin  dağ  yamaclarıdır.  Köpgərlər 
həmçinin  meşə qurşağı ilə subalp çəmənlikləri sərhədlərində də çox rahatlıqla məskunlaşırlar. Köpgərlər Zaqatala 
və  İsmayıllı qoruqlarında, eyni zamanda qorunmayan ərazilərdə meşə, subalp və 3000 m hündürlüyə qədər alp 
qurşaqlarında da yaşayırlar. Köpgərlər Zaqatala, İlisu, İsma-
yıllı qoruqlarında və İsmayıllı ysaqlığı ərazisində çılpaq qa-
yalıqlı, xırda daşlı yamac və yarğanların yuxarı və orta qur-
şaqlarında, habelə bol yem bitkiləri olan çəmənlik ərazilərdə 
otlamağa üstünlük verirlər. Zaqatala qoruğunda belə sahələ-
rə misal olaraq Roçigel, Dingilov, Xalagel, habelə İsmayıllı 
qoruğunda  duzlaq  sahələrindəki  biotopları  və  İsmayıllı 
yasaqlığındakı Mülkyaylağı ərazilərini göstərmək olar. On-
lar ən sərt qayalara, hətta qaya keçilərindən də yaxşı dırmaşa 
bilir, hündürlükdən başgicəlləndirici sıçrayışlar edə bilirlər. 
Keçilərə nisbətən sürətlə qaçır və sürətlə axan dağ çaylarını 
üzüb  keçirlər.  Köpgərlərdə  hiss  orqanları  yaxşı  inkişaf  et-
mişdir. Onlar çox ayıqdır və görmə qabiliyyətləri güclüdür.  
Hündürlük  qurşaqları  üzrə  paylanması  və  miqrasiyası.  Köpgərlərin  şaquli  xətt  üzrə  hündürlük 
qurşaqlarında yayılması, onların bir sıra bioloji xüsusiyyətləri ilə sıx əlaqədardır. Yay fəslində ən optimal areallar 
bütün  hündürlük  qurşaqlarının  əksəriyyətini  əhatə  edir.  Köpgərlər  təbii  olaraq  çox  da  hündürlükləri  sevmirlər. 
Əgər onları narahat edən və təhlükə yaradan amillər olmasa, bu heyvanlar dəniz səviyyəsindən 150-200-dən 4000 
metrə  qədər  olan  hündürlük  həddi  daxilində  yayılırlar.  Zaqatala,  İlisu,  İsmayıllı  qoruq  və  yasaqlıqlarında  dəniz 
səviyyəsindən  1700-2500  metr  olan  subalp,  alp  və  meşə  qurşaqlarının  yuxarı  sərhədlərindədir.  Məlumatlara 
əsasən  bu  tip  yay  otlaqları  Böyük  Qafqazın  həm  qərb,  həm  də  şərq  coğrafi  ərazilərində  müşahidə  edilir. 
Köpgərlərin ən çox saylı olduğu Zaqatala qoruğu ərzisində hündürlüklər üzrə yayılma qanunauyğunluqlarını daha 
aydın  müşahidə  etmək  mümkündür.  Burada  heyvanlar  daha  çox  çəmən  otlaqlara  toplanır.  Belə  sahələrdəki 
yamaclar çətin keçilə bilən sıldırımlardan ibarətdir.                                        
Az-az hallarda köpgərlər otlaq və meşə qurşağı olma-
yan  qayalıqlara çəkilirlər. Bu cür biotoplara  misal,  Zaqatala 
qoruğunda  Qafqaz  üçün  xarakterik  landşaftlar  hesab  edilən 
Quton, Mişleşin və Dingah ərazilərini göstərmək olar. Belə-
liklə, köpgərlərə il ərzində dağların əksər  qurşaqlarında rast 
gəlinməyinə  baxmayaraq,  onlar  fəsillərlə  əlaqədar  müxtəlif 
hündürlüklərdəki biotoplara yığılırlar. Qış fəslində heyvanlar 
aşağı və orta meşə qurşaqlarında dəniz səviyyəsindən 1000-
1500 m hündürlüyü olan biotoplarda yaşayırlar. Adətən, on-
lar dağların cənub yamaclarında, külək tutmayan və günəş tu-
tan yerlərə toplanırlar. Köpgər populyasiyalarının həyat pros-
seslərini  məhdudlaşdıran  əsas  amillərdən  güclü  və  qalın  qar 
örtüyünün olmasıdır. Bu prosses heyvanların hərəkətini deyil, 
həmçinin qida əldə etmələrini də çətinləşdirir. Güclü qar ya-
ğan zaman heyvanlar aşağı, meşə qurşağına enir, orada ağac 
və  kolların  cavan  budaqları  ilə  qidalanırlar.  S.M.Quliyevin  (2008)  verdiyi  məlumatlarda  qeyd  olunur  ki,  fevral 
ayında Böyük Qafqazın cənub yamaclarında şaxtalar azalır, bu ay ərzində köpkərlər ən çox Zaqatala və   İsmayıllı 
qoruqlarında, dağ meşələrinin aşağı və orta qurşaqlarına yaxın yerlərdə qalırlar. Yazın sonuna yaxın – təxminən 
may ayında köpkərlərin çoxu subalp və alp hissələrə qalxaraq bütün yayı orada keçirirlər. Yayın ikinci yarısında 
köpkərlərin həyat ritmində dəyişmələr baş verir. Bu zaman qan soran cücülərin fəaliyyətə başlaması  köpkərləri 
yüksək qurşaqlara qalxmağa məcbur edir. Yuxarıda verilən məlumatlarda köpkərlərin fəsillər üzrə müxtəlif qur-
şaqlarda yayılması və miqrasiyası aydın nəzərə çarpır.  
Tükdəyişmə - tüləmə.  Köpkərlər ildə iki dəfə tük dəyişir – yazda və payızda. Yaz tük dəyişməsinə hazır-
lıq kimi cod tüklər solğun rəng alır, yavaş-yavaş sınıb tökülür və xəz tüklər də  parıltısını itirir. Yaz tükün dəyiş-
məsi, bir qayda qlaraq baş nahiyyədən başlayır, sonra boyundan, kürək üstündən, ardıcıl olaraq bud, bədənin yan 
tərəfləri, sonda isə qarın və ətraflardan tökülməklə bu proses tamamlanır. Payızda tükdəyişməsi zamanı (avqust 
ayının axırlarından başlayaraq) yay tükləri uzununa artmış olur. Tüklərin rəngi tədricən dəyişilərək, qış rəngini alır 
(qara-qonur). Paralel olaraq, eyni zamanda parqu tüklər də əmələ gəlir və sıxlaşır.                                                         
Qeyd etmək lazımdır ki, Böyük Qafqazın qərb hissəsində yaz tükdəyişməsi aprel ayından, Şərqi Qaf-
qazda isə nisbətən tez, martda başlayır. Buna səbəb temperatur fərqidir.   
Çoxalması.  Köpkərlərin çoxalma dövrü bir-birinin ardınca gedən və bir-birini tamamlayan üç mərhələdən 
ibarətdir. Birinci olaraq bunlarda cütləşmə mərhələsi müşahidə olunur. Bu zaman köpkərlərdə aktiv cinsi oyanma 
başlayır. Zaqatala və İsmayıllı qoruqları  ərazilərində  cinsi oyanma dövrü avqust ayının sonuna yaxın hiss olunur. 
Bu zaman cinsi yetişkənliyə çatmış cavan heyvanlar tədricən sürülərdən ayrılır. Belə fərdlər qısa bir müddət ayrı 


- 66 - 
 
dolandıqdan  sonra,  2-3  başdan  ibarət  kiçik  qruplar  əmələ  gətirir.  Bu  mərhələ  cütləşməyə  hazırlığın  birinci 
hissəsidir. Belə qruplar adətən bir erkək və bir neçə dişi fərddən ibarət olub, erkək fərdin “hərəmxanası” şəklini 
alır. Bəzən belə qruplarda bir neçə erkək də ola bilir. Qruplarda olan erkək fərdlər özlərini çox aqressiv aparır, 
həddən artıq narahat olurlar. Hövrəgəlmə və cütləşmə dövrü Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında 
iki  aya  qədər  davam  edir  (oktyabrın  sonundan  təxminən  dekabrın  sonuna  qədər).  Hövrəgəlmə  dövrü  başa 
çatdıqdan sonra kiçik qruplar tədricən birləşərək, qışlama yerlərində iri sürülər əmələ gətirirlər. Bu dövürdən sonra 
başlayan boğazlıq mərhələsi bir sıra davranış reaksiyaları ilə müşayət olunmaqla 160-170 gün davam edir.  
Çoxalmanın  sonuncu  mərhələsi  olan  doğum  dövrü  Böyük  Qafqazın  cənub  yamaclarında  aprelin 
sonundan başlayaraq, iyun ayının sonuna qədər davam edir. Heyvanların kütləvi doğum dövrü may ayının 
ikinci  yarısından  iyun  ayının  birinci  ongünlüyünə  qədər  davam  edir.  Doğum  dövründən  sonra  dişi  fərdlər 
balası ilə bir müddət yırtıcılardan etibarlı müdafiəsi olan yerlərdə daldalanırlar.  
Qidalanması.  Köpkərlərin  qidasını  təşkil  edən  bitkilər  çox  müxtəlifdir.  Çünki  onların  yaşadıqları  
landşaftların bitki örtüyü çox zəngindir. Qafqazda köpgərin qida rasionuna 224 növ bitki daxildir (Quliyev, 2008).  
Heyvanların qidalandığı bitkilərin növ tərkibi ilin fəsillərindən, heyvanları narahat edən amillərin təsirindən və hava 
şəraitinin əlverişli olub-olmamasından asılı olaraq dəyişir. Qidalanma ilin ən çətin fəsli olan qışda köpkərlərdən çox 
hərəkət etmə tələb edir. Bu zamanlar heyvanlar bütün gün ərzində yem axtarmaqla məşğul olur. Hava şəraiti normal 
olduqda köpkərlər səhər və axşam otlamağa çıxır, qalan vaxtı yatıb dincəlirlər. Qış vaxtı qurumuş otları tapmaq üçün 
qar tutmamış sahələrə çıxırlar,  bu  zaman  kiçik bir sahədə xeyli  heyvan toplanır  və  qida  azlığı  yaranır. Qış  vaxtı 
köpkərlərin qida rasionunda qırtıc, pişikquyruğu, əsmə, qərikotu, baldırğan və s. üstünlük təşkil edir. Köpkərlərin 
Zaqatala qoruğunda, İsmayıllı qoruq və yasaqlıqları ərazilərində qış qida rasionunu təşkil edən bitkilər növ tərkibinə 
görə tur və nəcib maralla ümumilik təşkil edir. Onlardan cökə, qarağac, vələs, fısdıq, itburnu, moruq, böyürtkən kimi 
bitkilərin  yumşaq  zoğları  və  yarpaqlarını  göstərmək  olar.    Köpkərlərin  qidaslanması  yaz  fəslinin  gəlişilə  nisbətən 
asanlaşmağa başlayır. Bu dövürdə onlar otkimilərdən – topal, dovşan topalı, vəhşi arpa, cilkimilərin nümayəndələri 
və meşə qurşağında qış-yaz ehtiyatda olan qida bitkilərindən istifadə edirlər. Köpkərlərin ən yaxşı qidalandığı fəsil 
yaydır.  Bu  fəsildə  köpkərlərin  miqrasiya  sahəsi  artır,  onların  gəzdiyi  qurşaqlar  müxtəlif  olduğu  kimi,  bitkilərin 
zənginliyi də çox olur. Heyvanlar tam sərbəst şəkildə qidalanır və qışlama üçün lazım olan piylənməni əldə edirlər. 
Yayın ikinci yarısından sonra qıda rasionu tərkibinə görə yavaş- yavaş pisləşməyə başlayır. Köpkərlərin həyatında 
bitki ilə qidalanmadan başqa  mühüm rol  oynayan  mineral duzlardır.  İlin  qarsız  dövrlərində   köpkərlər həvəslə  və 
iştahla mineral və duzlu su mənbələrinə gedərək onlardan istifadə edirlər. Mineral maddələrin az olduğu dövürdə, 
köpkərlər fizioloji tələbata uyğun olaraq, gilli torpağı və gili yalayırlar. Buna misal olaraq Zaqatala qoruğunun bir 
sıra çay yarğanlarındakı mineral duzlu su axarlarını göstərmək olar. Köpkərlər yazın əvvəllərindən başlamış, yayın 
sonuna qədər bu sulardan istifadə edir.    
ƏDƏBİYYAT 
1. Azərbaycan faunası, X c. Məməlilər. Elm nəşriyyatı, Bakı, 1978, səh. 176-179. 
2.  Quliyev S.M. Bioloji müxtəliflik: Şərqi Qafqaz turu və Qafqaz köpkəri, Bakı, 2006, 64 s.   
3. Quliyev S.M. Bioloji müxtəliflik: Azərbaycanın cütdırnaqlılar faunası. Bakı,  2008,    224 c.  
4. Quliyev S.M. Azərbaycanda vəhşi cütdırnaqlı heyvanların ekologiyası, təbii   ehtiyatı, qorunması və 
səmərəli istifadəsi// Zoologiya İnstitutunun əsərləri. Bakı,  2014, cild 32, №2, s. 42-6 
5. Верещагин Н. К.Mлекопитающие  Кавказа. М., Л. Изд-во АН СССР, 1959, 704 с.  
6. Алекперов Х.М., Кулиев С.М. Редкие виды копытных Азербайджана и пути их сохранение. В кн. 
Биологические аспекты охраны редких животных.М.,1982,c.3-6.  
ABSTRACT 
N.A.Aliyeva  
ABOUT SOME BIOECOLOGICAL ABILITIES OF THE CAUCASIAN  
CHAMOIS (R.RUPICAPRA CAUCASICA L.
The  paper  contains  information  about  modern  habitats  of  the  Caucasian  chamois  (R.rupicapra 
caucasica L.) in Azerbaijan. The data on distribution, migration, shedding, breeding, feeding and diet of the 
chamois is presented. 
РЕЗЮМЕ 
Н.А.Алиева  
О НЕКОТОРЫХ БИОЭКОЛОГИЧЕСИХ ОСОБЕННОСЯХ КАВКАЗСКОЙ  
СЕРНЫ (R. RUPICAPRA CAUCASICA L.) 
В  статье  даются  сведение  о  современных  местах  обитания  Кавказской  серны  (R.  rupicapra 
caucasica  L.)  в  Азербайджане.  Приводятся  данные  о  распространении,  миграции,  линька, 
размножении, питании и пищевом рационе. 
 
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə 
olunmuşdur. (protokol № 03).  
          Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent M.Piriyev
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə