Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə14/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   10   11   12   13   14   15   16   17   ...   91

- 30 - 
Məhəmmədəli şahın sələflərinin də xalqı istismar etməsi, incitməsi, inqilaba təhrik etməsi anlamına 
gəlir. Ayrı-ayrı bəndlərdə hökümət nümayəndələrinin xalqı necə incitməsini görmüş olarıq: 
 
Hər nə məclis qurdular, hər yerdə şura etdilər,  
Bir ətin, bir əkməgin taksində dəva etdilər,  
Hər yerin hakimlərin bir bicərrupa etdilər,  
Onların hər məkrinə tovlandılar iranlılar. (52, səh. 33) 
 
Bu misralarda  xalqı bir tikə çörəyə, bir parça ətə möhtac edən şah rejiminin iç üzünü açan 
Əliqulu Qəmküsar İranlılar deməklə, İrandakı Azərbaycanlıların qarşılaşdığı çətinliklərlə oxucunu 
tanış  edir.  Növbəti  misralarda  İrandakı  soydaşlarımızın  istər  mülkədar  qismində,  istər  rəncbər 
qismində  (rənbər  qapı,  pəncərə  düzəldən  ustaya  deyirdilər.  G.H)    çalışdıqları  məqamda  siyasi 
məngənəyə düçar olduqları açıq-aşkar göstərilir. Məhəmmədəli şahın dövründə bütün sənətkarların, 
hətta  əkinçilərin  zülmə  düçar  olduqları  göstərilirsə,  onların  bu  zülmə  qarşı  mübarizə  apara 
bilmədikləri də tənqid atəşinə tutulur. Bu xüsusda Əliqulu Qəmküsar yazır: 
 
Aldı qanuni-əsası çünki duzdan-maliyat 
Mülkədarə, rəncbərə bəxş etdi bir tərzi-həyat,  
Zülmdən istərdi tapsın məmləkət bir az nəcat,  
Ol səbəbdən məhvinə davrandılar iranlılar. (52, səh. 33) 
 
Bu  misralarda  1909-cu  ilin  iyulunda  fədailərin  (vətən  uğrunda  canını  qurban  verənlərin,  ) 
mücahidlərin  (yəni  azadlıq  uğrunda  mücadilə  edənlərin)  dəstələri  Tehranı  ələ  keçirdikdən  sonra 
Məhəmmədəli şah özünü məğlub hesab edir. Tax-tacdan uzaqlaşdırılan Məhəmmədəli şah İrandan 
sürgün edilir. Bu hadisəni dilə gətirən Əliqulu Qəmküsar bu xüsusda yazır:  
 
Afərin məşrutəyə  bədxah olan oğlanlara,  
Gündə istefa verən, eraz edən əyanlara,  
Şükr kim şimdi baxan yox nahaq axmış qanlara,  
İrticayə qəlbdən xahandılar iranlılar. (52, səh. 33) 
 
Bu misralardan açıq, aydın məlum olur ki, Məhəmmədəli şah taxtı-tacdan uzaqlaşdırıldıqdan 
sonra  şah  rejiminin  tərəfdarları  olan  vəzifə  sahibləri  də  vəzifələrindən  əl  çəkib  qaçıb  gedirlər. 
Ölkədə  xaus  yaranır.  Lakin  bu  xausun  ağır  zərbəsi  günahsız  insanlara,  xüsusilə  İranın  əhalisinin 
əsasını  təşkil  edən  soydaşlarımıza  dəyir.  Belə  tarixi  faktların  ideya-siyasi  tərbiyə  fonunda 
məktəblilərin  öyrənmələri  əgər  bir  tərəfdən  onların  ideya-siyasi  görüşlərini  zənginləşdirirsə,  digər 
tərəfdən pedaqoji-fikir tariximizi ziynətləndirmiş olur.  
 
ƏDƏBİYYAT 
 
1. Sadıqov F.B. Pedaqogika, dərs vəsaiti. Bakı, Adiloğlu, 2012, 328s. 
2. Kazımov N.M. Məktəb pedaqogikası. Bakı, Çaşıoğlu, 2002, 332, səh                                                           
3. Kazımov N.M. Məktəb pedaqogikası. Bakı, Çaşıoğlu, 2002, 333, səh 
4. Əliqulu Qəmküsar. Seçilmiş əsərləri. Bakı, Azərbaycan dövlət nəşriyyatı, 1959, 32səh. 
5. Əliqulu Qəmküsar. Seçilmiş əsərləri. Bakı, Azərbaycan dövlət nəşriyyatı, 1959, 33 səh. 
6. Hüseynzadə L.T. Əliqulu Qəmküsarın həyatı və yaradıcılığı (dissertasiya). Bakı, 1949. 
 
 
 
 
 
 


- 31 - 
ABSTRACT 
G.Hajiyeva 
 
IDEOLOGICAL-POLITICAL UPBRINGING ISSUES IN ALIGULU GAMKUSAR 
CREATIVITY AND THEIR IMPORTANCE FOR PEDAGOGICAL THOUGHT HISTORY 
 
The article deals with samples  connected with  ideological- political upbringing  in Aligulu 
Gamkusar  creativity.  Motives  connected  with      ideological-political  upbringing  in    Aligulu 
Gamkusar creativity belonging to his time are too many. 
From one  hand if to search them  for  pedagogical thought history enriches our pedagogical 
thought  history,  from  the  other  hand  it  ensures  the  formation  of  idelogical-political  upbringing  of 
the growing generation. 
In the iken article moral upbringing samples given in Aligulu Gamkusar creativity serves not 
only to give education to illiterate mass, but also to purify their moral in that period. In the article it 
is  stated  that,  majority  of  aur  writers  approached  the  happened  events  from  national 
selfconsciousness point of view in all periods because of possessing national consciousness. 
Study of such historical facts from ideological- political upbringing point of view bu school 
children enriches not only their ideological-political thoughts, but enriches aur pedagogical thought 
history. 
РЕЗЮМЕ 
Г. Гаджиева 
 
В ТВОРЧЕСТВЕ АЛИКГУЛИ ГАМКУСАРА ЗАДАЧИ ИДЕЙНО-
ПОЛИЧЕСКОГО ВОСПИТАТИЯ И ИСТОРИЯ  
ПЕДАГОГИЧЕСКОЙ МЫСЛИ ДЛЯ ИХ ЗНАЧЕНИЯ 
 
В статье Алигули Гамкусара в творчестве обуждается связанно идейно-политического 
воспитания  образцами.  В  творчесте  Алигули  Гамкусара  отпоящеся  своей  этохе  мотивы 
много.  Это  обеспечивает  для  педагогической  мысли  подрастоношего  поколетия  и 
формироватие идейно-политеского воспитания. 
В  статье  большое  количества  литераторов  отладающи  национальному  достоинству 
человека подходили этому направлению на уровне собственное я, во всех временах. 
Такие  исторические  факты  украшают  на  фонеидейно-  политического  воспитания 
обучение  учеников,  если  с  одной  стороны  обочашают  встреч  идейно-политического 
воспитания, с другой стороны нарядит историю педагогнческой мысли. 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, professor E.Maqsudov
 
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə