Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə2/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   2   3   4   5   6   7   8   9   ...   91

- 5 - 
başlanmasına  start  verildiyi  andan  muğam  ifaçılığı  üçün  çox  əlverişli  bir  şərait  yarandı.  Hətta 
məktəblilərin muğama  axını başladı.  Təsadüfi deyil  ki,  televiziya-muğam müsabiqəsinin iki qalibi 
yeniyetmə  Elməddinlə  Mirpaşa  qeyd  olunan  şəraitin  seçimində  liderə  çevrildilər.  Yeri  gəlmişkən 
onu da qeyd etmək lazımdır ki, talant qabiliyyətlər kompleksidir.  
Talantın  strukturu  çox  zəngindir.  Talant  qabiliyyətlər  kompleksinin  məcmuyudur.  Ayrıca 
götürülmüş, təcrid olunmuş qabiliyyət nə qədər yüksək inkişaf səviyyəsinə çatmış olsa da, nə qədər 
parlaq  təzahür  etsə  də  talantın  bənzəri  (analoqu)  ola  bilməz.  Bunu  fenomenal,  qeyri-adi  hafizəsi 
olan  şəxslərin  müayinəsi  bir  daha  sübut  edir.  Halbüki  bir  çoxları  talantın  ekvivalentini  məhz 
hafizədə,  onun  möhkəmliyində  və  həcmində  görürlər.  (1,  səh.  471).  Muğam  ifaçılığının  psixoloji 
mexanizmi  daha mürəkkəb struktura malik  olduğu  üçün bəzən psixoloq  alimlər muğam  ifaçısının 
fenomen yaddaşını, bənzərsiz hafizəsini önə çəkir. Lakin onun səs imkanlarının dinamikasını, səsin 
artikulyasiya  imkanlarını  nəzərə  almırlar.  Əgər  bu  amillər  nəzərə  alınarsa  muğamın  vokal 
məkanında muğam ifaçısının məharəti ilə bağlı da şərhlər aparmaq lazım gələr.  
Unutmaq  olmaz  ki,  talant  və  məharət  biri-birilərindən  fərqlənir.  Deyildiyi  kimi,  ümumi  və 
xüsusi  keyfiyyətlərin  məcmuyu  olan  talant  yaradıcılıqda  müvəffəqiyyət  qazanmaq  üçün  imkandan 
başqa bir şey deyil, bu, məharətin özü yox, onun yalnız ilkin şərtidir. Məharət əldə etmək üçün (yəni 
konkret fəaliyyəti muğam, sənəti: müəllim, həkim, quraşdırıcı, təyyarəçi, yazıçı, gimnast, şahmatçı və 
s. sənətini mükəmməl icra etmək üçün) çox əmək çəkmək tələb olunur. Talant insanı əməkdən azad 
etmir.  O,  böyük,  gərgin  yaradıcı  əmək  tələb  edir.  Öz  talantı  ilə  bütün  insanlığı  heyran  etmiş 
şəxsiyyətlər həmişə istisnasız olaraq əmək, zəhmət qəhrəmanı olmuşlar. Yalnız əmək sayəsində onlar 
kamil ustad səviyyəsinə yüksəlmiş və ümumdünya şöhrəti qazanmışlar. (1, səh. 474). 
Əgər  musiqi  dərslərində,  yaxud  muğam  ifaçılığı  ilə  bağlı  olan  bədii  yaradıcılıq 
dərnəklərində,  eləcə  də  maraq  kurslarında  müəllimin,  yaxud  muğam-musiqi  rəhbərinin 
məqsədyönlü,  planlı  mütəşəkkil  iş  sistemi  olmasa  şagirdləri  bu  iş  sisteminə,  pedaqoji  prinsiplərə, 
üsullara, pedaqoji qaydalara uyğun bir şəkildə işlətməsə, onlara verdiyi muğam terminləri üzərində 
xüsusi metodikalar əsasında iş aparmasa, müvəffəqiyyət qazana bilməz. Məhz belə tələblər muğam 
ifaçılığında talantın strukturunu düzgün müəyyənləşdirir.  
Talantın  strukturu  nəticə  etibarilə  fəaliyyətin  (siyasi,  elmi,  bədii,  istehsal,  idman,  hərbi  və  s.) 
şəxsiyyətə  verdiyi  tələblərin  xarakteri  ilə  müəyyənləşir.  Ona  görə  də  əgər  talantlı  bəstəkarı  talantlı 
təyyarə  konstruktoru  ilə  müqayisə  etmiş  olsaq,  onların  talantını  təşkil  edən  qabiliyyətlərin  eyni 
olmadığını görəcəyik. Məlum olduğu kimi, psixoloji təhlil qabiliyyətlərdə daha ümumi və daha xüsusi 
keyfiyyətləri ayırd edir. Talantın psixoloji təhlili isə, öz növbəsində, qabiliyyətlərin ümumi strukturlarını 
ayırd etməyə imkan verir. Bu ümumi strukturlar bir çox fəaliyyət növlərini ən  yüksək səviyyədə icra 
etməyə imkan verən daha səciyyəvi psixi keyfiyyət özünü göstərir (1, səh. 472). Belə olmasa muğam 
ifaçısı  talantın  yüksək  pilləsi  olan  istedad  səviyyəsinə  qalxması  mümkün  deyil.  Məhz  ifaçı  şagirdin 
muğam  mühitinə  salınması,  ona  muğam  ifaçılığı  şəraitinin  yaradılması  onun  muğam  qabiliyyətinin 
talantlılıq səviyyəsinə, talantlıq səviyyəsindən isə istedadlılıq səviyyəsinə yüksəlmiş olur.  
Bir sıra istedadlı uşaqların öyrənilməsi nəticəsində bütövlükdə istedadın strukturunu təşkil edən 
bəzi çox mühüm qabiliyyətləri üzə çıxarmaq mümkün olmuşdur. Şəxsiyyətin bu yolda müəyyən edilə 
bilən  birinci  xüsusiyyəti  –  diqqətlilik,  topluluq,  gərgin  işə  həmişə  hazır  olmaqdır.  Dərsdə  şagirdin 
diqqəti  yayınmır,  o  heç  bir  şeyi  buraxmır,  həmişə  cavaba  hazırdır.  O  özünü  bütünlüklə  maraqlandığı 
şeyə  həsr  edir.  Yüksək  istedadlı  uşağın  birinci  xüsusiyyəti  ilə  ayrılmaz  surətdə  bağlı  olan  ikinci 
xüsusiyyəti  ondan  ibarətdir  ki,  əməyə  hazırlıq  bu  cür  uşaqda  əməyə  meylə,  işgüzarlığa,  yorulmadan 
işləmək  tələbatına  keçir.  Qabiliyyətlərin  üçüncü  qrupu  bilavasitə  zehni  fəaliyyətlə  bağlıdır.  Buraya 
təfəkkürün  xüsusiyyətləri,  fikri  proseslərin  sürəti,  əqlin  sistemliliyi,  daha  yüksək  təhlil  etmək  və 
ümumiləşdirmək imkanları, zehni fəaliyyətin yüksək məhsuldarlığı aiddir (1, səh. 473). 
Muğam  ifaçılığında  təfəkkür  itiliyinin,  təxəyyül  zənginliyinin  olması  çox  mühüm  şərtlərdəndir. 
Çünki muğamın ikinci tərəfində olan poeziya amili ifaçıdan iti təfəkkürün və təxəyyülün olmasını tələb 
edir. Əgər muğam ifaçısı olan şagirddə təfəkkür və təxəyyül tərzi zəif olarsa, o, muğamın ikinci tərəfində 
oxuması tələb olunan qəzəllərin, mürəbbelərin, rübailərin, hətta bayatıların təqdimatında ciddi səhvlərə yol 
verəcəkdir. Ona görə də muğam ifaçılarının zehni istedadının da olması vacibdir.  


- 6 - 
İstedadlı uşaqlar üzərində aparılan çoxlu müşahidələr göstərir ki, zehni istedadın tərkibinə daxil olan 
və yalnız hər birinin təzahür dərəcəsi ilə fərqlənir. İstedadda olan spesifik fərqlərə gəldikdə isə onlar əsasən 
maraqların istiqaməti ilə bağlıdır. Müəyyən axtarış dövründən sonra bir uşaq riyyaziyyatı, o biri biologiyanı 
seçir, üçüncü uşaq ədəbi-bədii yaradıcılığa, dördüncü tarixə və yaxud arxeologiyaya və s. həvəs göstərir. Bu 
uşaqlardan  hər  birinin  qabiliyyətlərinin  sonrakı  inkişafı  konkret  fəaliyyətdə  baş  verir;  həmin  fəaliyyət  bu 
qabiliyyətlər olmadan həyata keçirilə bilməz. (1, səh. 473). 
Bütün bunlar deməyə əsas verir ki, musiqi məşğələlərində muğamların öyrədilməsi zamanı 
yuxarı  sinif  şagirdlərinin  mənəvi  keyfiyyətlərinin  üzə  çıxarılması,  inkişaf  etdirilməsi  və 
formalaşdırılması işində pedaqoji-psixoloji əsaslara istinad edilməsi çox vacibdir.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Ümumi pedaqogika (prof. A.V.Petrovskinin redaktəsilə). Bakı, Maarif, 1982 
2.
 
Əliyev R.İ. Psixologiya tarixi. Bakı, Nurlan, 2006 
3.
 
Əliyev R.İ. Psixologiya (dərs vəsaiti). Bakı, Nurlan, 2008 
4.
 
Nemov R.S. Psixologiya (dərslik, rus dilində). Moskva, 2007 
 
ABSTRACT 
Mehriban Jafarova 
PSYCHOLOGICAL BASIS OF MORAL QUALITIES AGITATION TO THE 
PUPILS DURING TEACHING MUGAMS AT MUSIC CLASSES 
The article studies the psychological basis of moral qualities agitation mather in the process 
of  teaching  mugams  at  music  lessons  in  the  secondary  schools.  The  author  explains  the  scientific 
basis of the psychological approaches to form students moral qualities in teaching mugams in music 
lessons,  inartistic  and  creativity  classes  and  in  optional  courses.  The  article  gives  necessary 
recommendations  dealing  with  the  consideration  of  individual-psychological  differences  in  the 
proces  of  teaching  mugams.  To  find  out  talented  pupils,  as  well  as  the  psychogolical  basis  of 
teaching  mugams  to  talented  pupils  are  theinvolved  in  scientific  analyisis.  The  structure  of  talent, 
the  sceientific-psychological  gist  of  capabilities  takes  place  in  the  article.  Some  recommendations 
dealing with the levels of imagination of the pupils, to define the thinking manners are also refected 
in the article. 
PEЗЮМЕ 
Мехрибан Яфарова 
ПСИХОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ВЫЯВЛЕНИЯ  
ДУХОВНЫХ КАЧЕСТВ У ШКОЛЬНИКОВ ВО ВРЕМЯ ОБУЧЕНИЯ 
МУГАМАМ НА ЗАНЯТИЯХ ПО МУЗЫКЕ 
В  статье  затрагиваются  вопросы  касательно  психологических  особенностей  по 
выявлению  вуховных  качеств  на  занятиях  по  музыке  у  учащихся  общеобразовательных 
школ.  Основывалсь  на  психологический  подход  по  выявленного  духовных  качеств  у 
школьников  в  процессе  обучения  мугамам  на  уроках  музыки,  кружках  и  курсах 
художественного творчества, автор в своей статье дает этим вопросам обьяснение с научной 
точки зрения.  
В  статье  даются  необходимые  рекомендации  во  время  обучения    мугамам 
индивидульно-  психологических  качеств  каждого  школьника.  Автор  также  привлекает  к 
анализу научно- психологического мастерства.  
В  статье  особы  место  занимают  стрктура  таланта  и  значение  научно-  психологического 
мастерства.В  статье  также  представимой  ценность  рекомендации  по  работе  с  учениками, 
проявляющим интерес в мугаму и определение у них форм сознания. 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, professor E.Maqsudov
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə