Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə6/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   2   3   4   5   6   7   8   9   ...   91

- 13 - 
funksiyalar özünü  ümumtəhsil  məktəblərində  daha  aydın  göstərir.  Bеlə  ki,  siniflərdə,  uşaq  və 
məktəb  kitabxanalarında  kеçirilən  ifadəli оxular,  sinifdənxaric  оxu  tədbirləri,  müxtəlif  dərnək 
məşğələləri, uşaqları ardıcıl və sistеmli mütaliəyə cəlb еtməklə bərabər, оnlarda vacib оlan mənəvi 
kеyfiyyətlər  fоrmalaşdırır.  Sistemli  və  ardıcıl    mütaliə  üçün  kitabların  sеçilməsi  və  tоplanması 
sistemli  və  ardıcıl  mütaliədə  mühüm  şərtdir.  Sistеmli  mütaliə  nəticəsində  оxucu öz  bilik  və 
məlumatını, dünyagörüşünü daha dərindən fоrmalaşdıra bilir. Sistеmli  mütaliə оxucunun müstəqil 
mühakimə yürütmək qabiliyyətini inkişaf еtdirir, оnun zəkasını və hissini zənginləşdirir.   
Mütaliənin pеdaqоji funksiyası daha çоx kitabxanalar vasitəsilə həyata kеçirilir. Bu da ona  
mənəvi  mövqе  qazandırır.  Yaşadığımız  dünyanın  informasiya  mübadiləsini  göz  önündə 
canlandırsaq  kitabxanaların  rolunu  daha  düzgün  qiymətləndirmiş  olarıq.   YUNESKO-
nun informasiya 
cəmiyyətində 
kitabxanaların 
yeri haqqında 
bəyanatında 
“Kitabxana 
informasiya cəmiyyətinin  ürəyidir”  fikrini  irəli  sürülmüşdür.  Müasir  dövrdə  kitabxanalar 
bəşəriyyətin  elmi  sərvətini  toplayıb,  qoruyub  onları  insanların  istifadəsinə  verməklə,  elmin, 
mədəniyyətin  və  yeniyetmələrin  dünyagörüşünün  formalaşması,  elmin  və  texnikanın  yeni 
nailiyyətlərini,  ətraf  aləmdə  baş  verən  təbiət  və  cəmiyyət  hadisələrinin  mahiyyətinin  dərk 
edilməsinə uyğun iş aparmaq, respublikamızın həyatında baş verən əlamətdar hadisələrin təbliğinin 
günün  tələbləri  səviyyəsində  qurmaq  kimi  mühüm  vəzifələri  yerinə  yetirirlər.  Gənclərin  hərbi 
vətənpərvərlik  ruhunda  tərbiyə  edilməsində,  vətənə  məhəbbət,  düşmənə  nifrət  hissinin 
aşılanmasında,  onların  mütaliə  mədəniyyətinin  formalaşdırılmasında,  yeniyetmələrin  elmə,  biliyə 
marağın,  həvəsin  artırılmasında,  gələcək  peşə  marağının  tərbiyə  edilməsində  kitabxanalrın 
fəaliyyəti  danılmazdır.  Uşaq  və  gənclər  kitabxanaları  tərbiyə  prosesində  milliliyə  geniş  yer  verir, 
gələcəyin  qurucularını  əsl  azərbaycanlı  kimi  yetişdirməyə  çalışır,  onlara  milli  şüur,  tərbiyə 
verməyin qayğısına daha çox qalırlar. Bu gün kitabxanalarımız bəşəriyyətin yaratmış olduğu bütün 
maddi və mənəvi sərvətləri yeni nəslə öyrətməli, onları bu sərvətin əsl varisi kimi tərbiyə etməlidir. 
Bu isə müasir dövrün tələbidir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı, “Təhsil”, 2002, 580 s. 
2.
 
Rzayev,  S.M.  Uşaqların  və  gənclərin  mütaliə  təminatı  bəşəri  problemdir  /Sahib  Rzayev 
//Kitabxanaşünaslıq və informasiya: Elminəzəri və təcrübi jurnal.- 2010.- № 1.- S.63- 
3. https://az.wikipedia.org/wiki/M%C3%BCtali%C9%99 
4.  Əhmədov  E.   Qlobal  informasiya  məkanı  və  müasir kitabxanaşünaslıqda  mütaliənin  yeni 
təzahürləri //  Kitabxanaşünaslıq  və  biblioqrafiya.  –  2007.  -  №2.  –  S.3-14.  Kitabxana  və 
cəmiyyət // Kitabxana.az jurnalı, B.: 2009.-№2 
 
ABSTRACT 
Sharabani Mammedova 
 
The article deals with the development of children's and young readers' knowledge and new 
knowledge  in  order  to  meet  the  intellectual  needs  of  children  and  young  people,  expanding  their 
interest in the essay. Here the emphasis was placed on the importance of the supplementary reading, 
along  with  the  pedagogical,  psychological  approach  to  the  reading  process,  along  with  the 
curriculum of general, higher and secondary special schools. The author notes that the essay is such 
a process that its results are reflected in human and social activities, and evaluate the effectiveness 
of  its  outlook  and  work.  However,  the  review  should  start  with  the  family,  first  of  all,  with 
educational institutions and libraries. The author, who said he had been negligent in the world, came 
up with a number of examples and justified his ideas. Finally, the author concludes that providing 
children and young people with a readiness is a common problem. 
 
 
 


- 14 - 
PEЗЮМЕ 
Шарабани Маммедова 
 
В статье рассматривается развитие знаний и новых знаний детей и молодых читателей 
с целью удовлетворения интеллектуальных потребностей детей и молодежи, расширения их 
интереса  к  эссе.  Здесь  основное  внимание  уделялось  важности  дополнительного  чтения 
наряду  с  педагогическим,  психологическим  подходом  к  процессу  чтения,  а  также  учебной 
программой общих, высших и средних специальных школ. Автор отмечает, что эссе является 
таким  процессом,  что  его  результаты  отражаются  в  человеческой  и  социальной 
деятельности,  а  также  оценивают  эффективность  его  взглядов  и  работы.  Однако  обзор 
должен  начинаться  с  семьи,  в  первую  очередь,  с  учебных  заведений  и  библиотек.  Автор, 
который сказал, что он был небрежным в мире, придумал ряд примеров и оправдал его идеи. 
Наконец, автор приходит к выводу, что обеспечение детей и молодых людей с готовностью 
является общей проблемой. 
 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, professor E.Maqsudov
  
 


- 15 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
MEHDİ SƏMA  
Naxçıvan Dövlət Universiteti 
UOT: 372.8:81 
XARİCİ DİLLƏRİN TƏDRİSİ PROSESİNDƏ  
TƏLƏBƏLƏRİN ÖZÜNÜTƏHSİL HAZIRLIĞI 
 
 
Açar sözlər: xarici dil, özünəməxsus fəaliyyət, problemli vəziyyət, öz-özünü təhsil
 
Key words: foreign language, self-activity, problemsituation, self-education 
Ключевые  слова:  иностранный  язык,  самостоятельная  работа,  проблемная 
ситуация, самообразование 
Müasir təhsil prosesi öyrənənlərin hər hansı bir ixtisas üzrə dar, məhdud   şəkildə bilik və 
təcrübə  qazanmasını  deyil,  əksinə  müəyyən  ixtisas  sahəsi  üzrə  sosiallaşmasını  vacib  şərt  kimi 
qarşıya  qoyur.  Bunun  üçün  ilk  növbədə  təlim  prosesində,  necə  deyərlər  “gərginliyi”  aradan 
götürmək və  uğur qazanmaq, yeni nailiyyətlər üçün atmosferi yaxşılaşdırmaq, proses üçün münbit 
şərait yaratmaq lazımdır. Bu zaman təlimin elə bir sistemi yaradılmalıdır ki, öyrənənlər özünütəşkil 
etmə  prosesinə  qoşulsun,  şəxsi  idraki  fəallığı  dominantlıq  qazana  bilsin.  Yəni  bugünkü  təhsil 
prosesi  yalnız  müəllimin  səylərini  deyil,  öyrənənlərdə    təlim  fəaliyyətinə  mötivlərin  yaranmasına 
diqqət yetirilməsini vacib sayır. Təhsilin belə bir sistem əsasında qurulması humanist konsepsiyaya 
tam olaraq uyğun gəlir.  
Tələbələrin  təliminin  təşkilin  -  materialın  öyrənilmə  ardıcıllığına,  mümkün  və  davamlı 
mənimsəməyə  səfərbər  edilməsi  vacib  tələblərdir.  Bu  tələblər  təlimin  problemli  qurulmasını, 
tədrisin həyati təcrübəyə uyğunluğunu, məntiqi və əyani təfəkkürə istinad edilməsini, fərdi və qrup 
halında tələbələrin yaradıcılığının təşkilini vacib sayır, həmçinin təlimdə süni, qeyri - təbii olanların 
aradan qaldırılması və səmərəli olanların ayırd edilməsini diktə edir.  
Tədqiqatlarda da göstərildiyi kimi, xarici dillərin tədrisi prosesinə ənənəvi yanaşmada daha 
çox    məşqləndirici  priyomlar,  tərzlər,  vasitələr  başlıca  prinsiplər    kimi  əldə  rəhbər  tutulurdu.  Bu 
prosesə  (xarici  dillərin  tədrisinə)  müasir  tendensiya  -  yanaşma  isə  layihələr  üsuluna  əsaslanır. 
Layihələr  üsulunun  başlıca  xüsusiyyəti  ondan  ibarətdir  ki,  bu  zaman  problem  qoyulur  və  onun 
həllinə səy göstərirlir. Bir qayda olaraq problemin həlli yollları öyrənənlər tərəfindən araşdırılır. Bu 
onu  göstərir  ki,  öyrənənlərin  özləri,  yaxud  müəllimin  nəzarəti,  həmçinin  monoloji  yaxud  dialoji 
şəkildə yaradılmış dərsliklərin köməkliyi ilə qoyulan problem müstəqil şəkildə mənimsənilir. Bu isə 
biliyi yalnız əldə etmək deyil, eyni zamanda onu “yarada bimək”, formalaşdırmaqdır.   
Xarici dili öyrənmək uzun müddətli prosesdir. Öyrənmənin nəticələri tezliklə hiss olunmur. 
Tədris  prosesinin  səmərəliliyi  elə  stimullardan  asılı  olur  ki,  onlar  fəaliyyətin    motivləşməsini 
gücləndirir,  maraqların  artmasına  səbəb  olur.  Motivlər  təlimə  “rəhbərlik”  edir,  zehni  fəaliyyəti 
fəallaşdırır. Stimullar (hərəkətverici qüvvələr) tədris ili müddətində eyni  cür ola bilər. Lakin onlar 
bir  şəkildən  başqa  bir  şəklə  düşə  bilir,  öyrənənlərin  yaşına,  səviyyəsinə,  onların  qrupunun 
maraqlarına,  tədris  materialına  uyğun  gələrsə  səmərəliliyi  yüksək  olur.  Burada  söhbət  kompleks 
motivlərdən  gedir  ki,  onlar  təlimin  bütün  sahələri  üzrə  tələbələrin  idrak  fəallığını,  dilin 
öyrənilməsində qabiliyyət və bacarıqlarının üzə çıxmasına kömək edir.  
Son dövrlərin tədqiqatlarına əsaslanaraq hesab edirik ki, xarici dilin öyrənilməsi prosesində 
bu  növ  motivlərlə  yanaşı,  tələbələrin  idraki,  intellektual,  müəyyən  nailiyyətə  çatmaq  tələbatı  və 
ünsiyyət qurmaq mədəniyyətinə yiyələnmək səyləri də xeyli artmışdır. 
Qeyd edək ki, ümumən idrak tələbatları ixtisas motivləri ilə birbaşa əlaqədardır. Çünki tələbələr 
məhz  xarici  dillərin  köməyi  ilə  ixtisas  biliklərini  genişləndirir  və  dünyagörüşünü  zənginləşdirirlər. 
Müəyyən  ixtisas  sahəsi  üzrə  tələbələrin  yeni  biliklər  alması  tədris  olunan  xarici  dil  vasitəsi  ilə  də 
mümkündür. Tədris olunan dil sahəsində ədəbiyyatların öyrənilməsi ixtisas üzrə informasiyaları  əldə 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə