Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə7/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   2   3   4   5   6   7   8   9   10   ...   91

- 16 - 
etməyin  başlıca  yolu,  əsas  mənbəyidir.  Bu  növ  motivlər  tələbələrdə  idraki,  fikri  müstəqilliyə  kömək 
etməklə bərabər, özünütəhsil vərdişlərinin yaranması və inkişafına da təsir göstərir. 
İntellektual  tələbatlar  ümumən  tələbələrin  motivləri  sferasında  xüsusi  yer  tutduğu  kimi, 
xarici  dillərin öyrənilməsi  işində,  bu prosesin  reallaşdırılmasında da mühüm vasitədir. Tələbələrin 
nitq  fəaliyyətinin  müvəffəqiyyətlə  nəticələnməsi  üçün  onları  müstəqil  düşünməyə  alışdırmaq, 
öriyentri  müəyyənləşdirmək,  yəni  nitq  fəaliyyətinin  qaydalarına  əməl  etmək  lazımdır.  İntellektual 
qabiliyyətləri  məhz  bu  cür  reallaşdırmaq  olar.  Xarici  dillərin  tədrisi  zamanı  şüurluluq  və  fəallılıq 
prisipi  müstəqilliyin  başlıca  tələbi  kimi  meydana  çıxır,  tələbənin  zehni  inkişafının  stimullaş-
dırılmasına, onun güclü müşahidəçilik qabiliyyətinə, hazırcavab, fərasətli, bacarıqlı, yüksək fəhmə 
malik  olmasına  təsir  göstərir.  Xarici  dillərin  praktik  öyrənilməsi  isə  belə  bir  cəhətlə  bağlıdır  ki, 
tələbə  öyrəndiyi  dili  mənimsəyərkən  öz  ixtisası  üzrə  əlavə  informasiya  mənbəyi  qazanmış  olur. 
Tələbə xarici nəşrlərin  materialları əsasında xülasələr, referativ işlər hazırlayır ki, bu zaman tələbə 
yalnız  xarici  dili  mənimsəmir,  həm  də  ixtisas  ədəbiyyatları  üzərində  işləmək  imkanı  əldə  edir, 
öyrəndiyi dilin terminologiyası ilə tanış olur, qazandığı ixtisas üzrə xarici təcrübədə ifadə olunmuş 
anlayışlar sistemi haqqında biliklər əldə edir. 
Bu  gün  xarici  dillərin  tədrisində  müstəqil  işlərin  xüsusi  çəkisi  artır.  Tələbə  bu    cəhəti  özü 
üçün  aydınlaşdırmalıdır  ki,  bir  xarici  dili  bilmək,  bu  dildə  danışmaq  üçün  tək  bir  yol  var  - 
öyrənmək.  Dili  mənimsəmək,  deməli  tələbənin  səmərəli  tədris  fəaliyyətinin  şərtləri  daxilində 
öyrənmə  prosesinə  -  nitqin  avtomatlaşmış  (vərdişlər  halına  keçmiş)  mərhələsinə  daxil  olması 
başlanmışdır.  Məhz  “avtomatlaşdırma”  tələbənin  təlim  fəallığının,  öyrənmə  fəaliyyətinin  əsasını 
təşkil edir. Tədqiqatçı İ. M. Berman bu məsələyə münasibət bildirərək yazır ki, tələbələrin səmərəli 
müstəqil  işləri  zamanı  əsas  və    xüsusi  sahə  kimi  çalışmalar,  məşqlər  və  təmrinlərdən  bacarıqla 
istifadə  etmək  üçün  yardımçı  təlim  vasitələrindən  (labarator  işlərdən,  proqramlaşdırılmış 
vasitələrdən,  yeni  informasiya  texnologiyalarından  )  maksimum  səviyyədə  faydalanmaq  lazımdır. 
Bu halda müəllimin səyləri ağlabatan, məntiqi, səmərəli izahlar üzərində qurulmalı, işin nəticələrini 
təhsis etmək, tələbələrə biliyin yollarını göstərməkdən ibarət olmalıdır (1, 230).  
Müstəqil işlərinin təkmilləşdirilməsi məqsədilə  tələbələrə metodiki köməklik göstərməli və 
onlara  fərdi  qaydada  müəllim  tərəfindən  nəzarət  təmin  edilməlidir.  Tələbələrin  biliyinə  münasibət 
müəllimin  tədris  fəaliyyətinə  həmişəlik  daxil  olmuş  funksiyasıdır.  Bununla  yanaşı,  indiki  şəraitdə 
müəllimin  funksiyasına  belə  bir  keyfiyyət  də  aid  edilir:  tələbələrin  mənimsəmə  prosesinin  idarə 
olunması. Bu günkü təlim təcrübəsi göstərir ki, tələbələrin biliyinin keyfiyyəti nisbətən yüksəlmiş 
və həcmi xeyli artmışdır. Ona görə də öyrənənlərin fasiləsiz təhsilə hazırlanması tələbi onların təlim 
əməyinin,  bilikləri  mənimsəmə  prosesininin  idarə  edilməsini  yüksək  səviyyədə  təşkil  etmək  
zəruriyyəti yaradır. Ali məktəbdə təcrübi işlər və xüsusi təşkil olunmuş eksperimentlərin göstərdiyi 
kimi, tələbələr heç də həmişə səmərəli təlim əməyinə qoşula bilmir, yaxud bunu etmək istəmir. Ona 
görə  də  tələbələrin  müstəqil  olaraq  biliklərinin  artırılması,  onların  məqsədyönlü  inkişafı  üçün 
müəllimlərin metodiki köməyinə, nəzarətinə həmişə ehtiyac vardır.  
Tələbələrin xarici  dilləri mənimsəməsi  üzrə  müstəqil təlim  fəaliyyətinin  ( özünütəhsilinin  ) 
mahiyyəti bizim fikrimizcə, tədqiqatçı V. M. Verqasovun izahında daha dəqiq və düzgün səslənir. 
Tədqiqatçı yazır ki, inkişaf və təhsil heç bir  kəsə hazır şəkildə verilmir. Hər kim buna yaxınlaşmaq 
istəyirsə,  öz  gücü,  imkanları  və  qabiliyyəti,  gərgin  əməyi,  zəhməti  sayəsində  bu  xüsusi  fəaliyyət 
sahəsinə çata bilər. Kənardan ancaq təhriklər ola bilər. Əgər belə demək mümkünsə, bütün tərbiyə 
və təhsil incəsənəti çox və az dərəcədə təhriketmə incəsənətidir. Nə vaxt  ki, insan öz gücü-qüvvəsi 
ilə onu ram etmirsə, onun deyil (2, 195).          
Öyrənənlər  fəal  təlim  fəaliyyətinin  həm  obyekti,  həm  də  subyektidir.    Müəllim  tərəfindən 
göstərilən  bütün  təsirlər  bu  əsasda  həyata  keçirilir.  Yalnız  obyektin  fəaliyyətinin  idarə  olunması 
prosesində  ola  bilər  ki,  müəyyən  keyfiyyət  dəyişiklikləri  baş  versin.    Bu  keyfiyyət  dəyişiklikləri 
biliyin  mənimsənilməsində  öz  gücünü,  iş  qabiliyyətlərini  yüksəltmək,  müstəqil  hərəkət  etmək 
bacarığına malik olmaqla bilavasitə əlaqədardır.  
Müasir  şəraitdə  fasiləsiz  təhsil  anlayışının  iki  mühüm  tərəfindən  biri  kimi  özünütəhsilin 
miqyası,  xüsusi  çəkisi  xeyli  artmışdır.  Yaxşı  düşünülmüş,  yaxşı  idarə  olunan  tədris  prosesi 
tələbələrin  əqli  qabiliyyətini  nizama  salır,  onları  elm  və  təcrübəyə  bağlayır  və  beləliklə,  öyrənən-


- 17 - 
lərin biliyə doğru imkanlarını reallaşdırır. Həmçinin  yaxşı idarə olunan tədris  zamanı tələbələrdə 
intellektual  işə  meyl  və  həvəs  yaranır,  intellektual  axtarışlara  maraq  oyanır,  gərginliyə  tab  gətirə 
bilir, əzaba, zəhmətə qatlaşır ki, bununla da onlarda müstəqil iş bacarığı formalaşır. Bütün bu key-
fiyyətlər  tələbənin  ali  məktəbdən  kənarda  da  öz  təhsilini  davam  etdirməyə,  daha  da  zənginləş-
dirməyə kömək edir. Tələbənin müstəqil işlərinin idarə edilməsi ali məktəbdə özünütəhsil bacarıqla-
rının inkişaf etdirilməsində yeganə yol, vasitədir.  
Qeyd  edək  ki,  tələbələrin  tədris  fəaliyyətinin  idarə  edilməsi  və  ona  nəzarətlə  bağlı  elmi-
pedaqoji  ədəbiyyatda  maraq  doğuran  fikirlər  var.  Tanınmış  rus  alimi  N.  F.  Talizinaya  görə, 
idarəetmənin mövcudluğu üçün aşağıdakı şərtlərin təmin olunması zəruridir: 
- idarə etmənin məqsədini müəyyənləşdirmək
- idarə olunan prosesin ilk, əsas  vəziyyətini müəyyənləşdirmək
- təsirlərin proqramını müəyyənləşdirmək, prosesin əsas təsir amillərinə  nəzər yetirmək;  
- idarə olunan prosesin vəziyyəti haqqında informasiyanın alınmasını təmin etməklə sistemli 
əks-əlaqəyə təminat yaratmaq;  
- informasiyaların işlənib hazırlanmasını, təhsis edilmiş, nizamlaşdırılmış təsirlərin tərtibi və 
reallaşdırılmasını əmin etmək (3, 11).  
Digər rus alimləri ( C,  L. Rubinşteyn, A. Y.  Luk, V. Q.  İoffe və  başqaları) tədqiqatlarında 
özünüidarə  anlayışından  bəhs  edərək  təsdiq  edirlər  ki,  özünüidarə  bilavasitə  insanın  qabiliyəti  ilə 
bağlıdır və onu refleks -özünümüşahidə, özünütəhlil də adlandırmaq olar.  
Xarici  dillərin  tədrisi  zamanı  diqqəti  çəkən  anlayışlardan  biri  də  (tdridə,  nitqdə)  situasiya 
anlayışıdır. Tədris situasiyası əməkdaşlıq çərçivəsində və yaxud münaqişələrlə müşayət oluna bilər. 
Bu  səbədən  də  həmin  anlayışların  məzmununda  birtərəflilik  və  problemlilik  xüsusiyyət  kimi  üzə 
çıxır.  Problem  situasiyası  anlayışı  isə  özünün  problemlilik  səviyyəsi  ilə,  problemin  qoyuluşu  ilə 
digər  anlayışlardan  fərqlənir.Tələbə  əvvəllər  əldə  etdiyi,  qazandığı  biliklər  əsasında  özü  problem 
farmalaşdırır  və  onun  həllinə  girişir,  yalnız  özü  həll  edir  və  nəhayət  doğru-düzgünlüyünə  özü 
nəzarət edir, yoxlayır.  
Tədqiqatların  öyrənilib  ümumiləşdirilməsi  nəticəsində  belə  bir  qənaətə  gəlmək  olur  ki,  xarici 
dillərin  təlimində  tədris  situasiyaları  nitqin  məzmunundan  və  formasından  asılı  olaraq  bir  sıra 
çətinliklərin yaranması ilə müşayiət olunur. Bu cür çətinliklərin  aşağıdakı səviyyələrini göstərmək olar:  
Birinci səviyyə - problem situasiyanın yaradılması məlum predmet sahəsində  tələbənin özü 
üçün məlum olmayan vasitələri, faktları ( məsələn dil birliyini ) üzə çıxarmasıdır. 
İkinci səviyyə - bu səviyyə öyrənənlərin əvvəlki biliklərinə əsaslanmaqla özü üçün məlum 
olmayan dil vasitələrininin  məzmununu üzə çıxarmaqdır. Bu zaman problem situasiyası öyrənilən 
xarici dil üzrə mürəkkəb üsulların və fikirlərin formalaşdıılmasını tələb edir. 
Üçüncü  səviyyə  -  bu  səviyyə  ədəbiyyatda  öz  həllini  tapmış  və  xüsusi  predmet  sahəsi 
yaradılmış  idraki  məsələlərin  yaranması  ilə  bağlıdır.  Bu  prosesdə  tələbə  -  öyrənən  xüsusi  idrak 
məsələləri  və  düşündürücü  suallar  qarşısında  qalır  və  deməli,  yeni  problem  situasiysına,  çətinliyə 
düşür. Məsələn, “ Nə üçün müəllif  məhz bu seçimi etmişdir?” kimi sual üzərində düşünən tələbə 
özü üçün çox əhəmiyyətli olan xüsusi bir problemlə qarşılaşmışdır.  
Xarici dil ixtisas sahəsi olmayan ali məktəblərdə öyrənilən əcnəbi dil üzrə nitq fəaliyyətinin 
əsas  növü  oxu  materialıdır.  Burada  bütün  proses,  yəni  tələbənin  müstəqil  işi    oxu  materialının 
öyrənilməsi  ilə    tamamlanır.  Ona  görə  də  tələbələrin  bu  sahədə  təlim  əməyinin  səmərəliyinin 
qayğısına  qalmaq  lazımdır.  Əgər  öyrənənlərin  müstəqil  təlim  fəaliyyətinin  intenfikasiyası 
(səmərəliliyi), dəqiqləşdirsək, tələbələrin müstəqil işlərinin  məzmunu oxu materialının öyrənilməsi 
ilə  bağlıdırsa,  onda  qeyri-xarici  dil  ixtisaslarında  oxu  təliminin  məzmununun  hansı  şərtlərə  bağlı 
olduğunu müəyyənləşdirmək də xüsusi vaciblik qazanır.  
Müşahidə  və  təhlillərimiz  göstərir  ki,  burada  oxu  təliminin  məzmunu  aşağıdakı  şərtlərlə 
bilavasitə əlaqədardır: 
-  fəaliyyətin  həyata  keçirilmə  vasitələrini  (leksik  və  qramatik)  mənimsəmək  və  dil  (  oxu) 
materialının başa düşülməsi ilə bağlı olan bacarıq və qabiliyyətlərə yiyələnmək;  
-    fəaliyyətin  həyata  keçirilmə  üsullarını  - mətnin  başa  düşülməsi  ilə  bağlı  olan  bacarıqları 
mənimsəmək;  


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə