Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə8/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   4   5   6   7   8   9   10   11   ...   91

- 18 - 
-  bir  çox  psixoloji  mexanizmləri  (daha  çox  operativ  yaddaş  və  həqiqətə  uyğun  olan 
proqnozlaşdırmanı) inkişaf etdirmək;   
- oxu prosesinin əsas növlərini (tanışlıq, öyrənmə, nəzərdən keçirmə, axtarıcılıq) aşkar etmək.   
Oxu  üzrə  təlim    prosesinin  aktivləşməsi  bir  neçə  konkret  idrak  fəaliyyətindən  keçir.  Mətndə 
müəyyən idrakı məsələlər irəli sürülməli və bu məsələlər mətnin oxusu prosesində öz həllini tapmalıdır. 
Mətn  öyrənənin  idrak  maraqlarına  cavab  verməli,  yüksək  səviyyədə  informasiya-  bilik  ehtiyatına  malik 
olmalıdır. Bu zaman nitq fəaliyyəti sahəsində özünənəzarətin inkişaf etdirilməsi xüsusilə vacib faktordur. 
Özünənəzarət  mətnin  başa  düşülməsi,  informasiyanın  dəqiq  şəkildə  ifadə  edilməsi,  bu  prosesdə  öz 
səhvlərini  təhsis  etmək,  çatışmazlıqları  aradan  qaldırmaq  imkanıdır.  Özünənəzarət  tələbələrin 
müstəqilliyinin psixoloji əsası kimi, özününizamlamanın ayrılmaz komponentidir. ( 4, 78 ).  
Beləliklə,  göstərməliyik  ki,  müasir  dövrdə  xarici  dil  üzrə  tələbələrin  maraqlarını  müdafiə 
etmək,  bu  istiqamətdə  onlara  kömək  etmək  məqsədilə  ixtisas  yönlü  təlimin  məzmununun 
reallaşdırılması,  tədris  prosesinin  optimallaşdırılması,  onun  səmərəliliyinin    və  keyfiyyətinin 
yüksəldilməsi  üçün    sistemli  təhsillə  yanaşı,  tələbələrin  özünütəhsil  fəaliyyətinə  qoşulması  da 
xüsusi əhəmiyyətə malikdir. Özünütəhsilin çox mühüm komponenti kimi tələbənin müstəqil işləri 
onların  biliyini  artırmaq,  şəxsi  keyfiyyətlərini,  ümummədəni  səviyyəsini  yüksəltmək  məqsədinə 
xidmət  edir.  Zamanın  tələbi  kimi  özünütəkmilləşdirmək  ali  məktəbdə  xarici  dillərin  tədrisi 
prosesində də  geniş  imkanlara malikdir və  bu istiqamətdə  uğurların  əldə  edilməsi  məqsədilə  yeni-
yeni tədqiqatların aparılmasına ehtiyac vardır. 
 
ƏDƏBİYYAT 
1.  Берман  И.  М.  Методика  обучения  ангилийскому  языку  в  неязыковых  вузах,  Москва, 
Высшая школа, 1970  
2. Вергасов В. М. Активизация познавательной самостоятельности студентов при обучении 
иностранному языку в неязыковом вузе. Киров. 2000.  
3.  Талызина  Н.Ф.  Деятельностный  подход  к  построению  модели  специалиста  /  /Вестник 
высшей школы. 1986. №3. С. 10-13. 
4.  Вахрушева  С.Н.  Развитие  познавательной  самостоятельности  студентов  при  обучении 
иностранному языку в неязыковом вузе. Киров. 2000. 
 
ABSTRACT 
Mehdi Sama  
PROCESS OF STUDENTS` PREPARATION FOR SELF- 
EDUCATION IN LEARNING FOREIGN LANGUAGES 
This  article  is  devoted  to  the  problem  of  developingprofessional  self-education  through 
professionalinterests and self-activity in  learning  foreignlanguages. The modern education process 
puts  the  learners  into  a  qualification  on  a  particular  specialty  rather  than  a  narrow,  limited 
knowledge  and  experience  of  any  specialty.  For  this,  first  of  all,  in  the  learning  process,  it  is 
necessary to eliminate "tension" and to succeed, improve the atmosphere for new achievements, and 
create favorable conditions for the process.
 
РЕЗЮМЕ 
Мехти Сяма  
ПРОЦЕСС ПОДГОТОВКИ СТУДЕНТОВ К САМООБРАЗОВАНИЮ  
ПРИИЗУЧЕНИИ ИНОСТРАННЫХ ЯЗЫКОВ 
В статье рассматриваются вопросы развития самообразования студентов через 
профессиональный интерес и самостоятельную работу при изучении иностранных языков. 
Современный образовательный процесс ставит учащихся в квалификацию по определенной 
специальности, а не узкие, ограниченные знания и опыт любой специальности. Для этого, в 
первую  очередь,  в  процессе  обучения  необходимо  устранить  «напряжение»  и  добиться 
успеха,  улучшить  атмосферу  для  новых  достижений  и  создать  благоприятные  условия  для 
этого процесса.  
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, professor E.Maqsudov
  
 


- 19 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
FUADA ALLAHVERDİYEVA  
Naxçıvan Dövlət Universiteti 
fuada999@gmail.com 
UOT:
 
316.614 
İNFORMASİYA CƏMİYYƏTİNDƏ SOSİALLAŞMA 
PROSESİNİN PSİXOLOJİ ASPEKTLƏRİ 
 
Açar  sözlər:  sosiallaşma,  informasiya,  sosial  şəbəkə,  informasion  sosiallaşma,  internet–
kommunikasiya 
Keywords:  socialization,  information,  social  networking,  informational  socialization, 
internet-communication  
Ключевые  слова:  социализацйя,  информация,  социальная  сеть,  информациаонная, 
интернет-коммуникация. 
Sosio-humanitar    tədqiqatlarda  “fərd-fərdiyyət–şəxsiyyət”  problemi  xüsusi  əhəmiyyət  kəsb 
edir. Bu problem fəlsəfə, sosiologiya ilə yanaşı psixologiya və sosial psixologiya elminin də diqqət 
mərkəzindədir.  Problemin  elmi–nəzəri  həlli  əsas  etibarilə  bu  suala  müncər  edilir:  şəxsiyyətin 
inkişafında  ilkin  təbii  şərtlərin  və  ictimai  şəraitin  rolu  nədən  ibarətdir?  Bu  sualın  cavabı  isə 
bilavasitə sosiallaşma anlayışının izahı ilə bağlıdır.  
“Sosiallaşma”  anlayışının  və  bilavasitə  bu  tədqiqat  üçün  xüsusi  əhəmiyyət  kəsb  edən 
“informasion sosiallaşma” anlayışının məzmununun aydınlaşdırılmasma keçməmişdən öncə zəruri 
terminoloji  dəqiqləşdirməyə  ehtiyac  var.  Belə  ki,  bu  sahədə  aparılan  tədqiqatlarda  daha  çox 
“şəxsiyyətin  sosiallaşması”  terminindən  istifadə  edilir.  Lakin  fıkrimizcə  bu  konsepti  birmənalı 
şəkildə  qəbul  etmək  olmaz.  Çünki  söhbət  şəxsiyyətdən  gedirsə,  onun  artıq  sosiallaşması  bu 
anlayışın  məzmununda  ehtiva  edilmişdir.  Burada  iki  variant  təklif  etmək  olar:  a)  şəxsiyyətin 
inkişafı; b) fərdin sosiallaşması. Fikrimizcə, sonuncu variant: fərdin sosiallaşması, yaxud ümumiy-
yətlə sosiallaşma termini daha məqbuldur. Çünki sosiallaşma termini daha əhatəli anlayışı olub həm 
fərdin şəxsiyyətə çevrilməsini, həm də şəxsiyyətin bütövlükdə inkişafını ehtiva edir.  
Psixologiya elmində şəxsiyyətin inkişafında iki amil xüsusi qeyd edilir: endogen və ekzogen.  
“Endogen” (yun. daxili mənşə) nəzəriyyələr şəxsiyyətin inkişafını bioloji amillərlə əlaqələn-
dirərək  irsiyyətin  roluna  xüsusi  əhəmiyyət  verir.  Ekzogen  (yun.  xarici  mənşə)  nəzəriyyələrdə  isə 
insan  bir  növ  tabula  rasa-ya  (ağ  lövhəyə)  bənzədilir,  şəxsiyyət  ancaq  sosial  amillərin:  mühit  və 
tərbiyənin təsiri ilə izah olunur. (1, 134)   
İndi  isə  “sosiallaşma”'  anlayışının  məzmununa  diqqət  yetirək.  İlk  növbədə  qeyd  edək  ki, 
psixoloqlar  arasında  bu  anlayışın  məzmununun  müəyyənləşdirilməsində    yekdil,  birmənalı  rəy 
mövcud deyil. Fikrimizcə, rus tədqiqatçısı Q.M.Andreyevanın təklifetdiyi tərif daha məqbul hesab 
edilə bilər: “Sosiallaşma – iki tərəfli proses olub özündə iki cəhəti ehtiva edir: bir tərəfdən bu fərdin 
sosial mühitə, sosial əlaqələr sisteminə daxil olmaq yolu ilə sosial təcrübəni mənimsəməsidir; digər 
tərəfdən isə fərdin aktiv fəaliyyəti, sosial mühitə aktiv qoşulması hesabına sosial əlaqələr sistemini 
aktiv  təkrar  istehsalıdır.”  (2,  269).  Sosiallaşmanın  bu  tərifinə  ona  çoxsaylı  müəlliflər  tərəfindən 
verilmiş təriflərin ümumiləşdirilməsi kimi də baxmaq olar.  
İnformasiya cəmiyyətinə keçidin zəruri şərtlərindən biri olan yeni informasiya texnologiya-
ları  dünyanın  iqtisadi,  siyasi  və  sosial  inkişafının  mühüm  amili  olmaqla  yanaşı  fərdlərin 
sosiallaşması prosesinə də öz təsirini göstərməkdədir. Məhz yeni müasir insanın bütün informasiya 
məkanını  transformasiya  edir,  sosiallaşma  agentləri  kimi  götürülən  kütləvi  kommunikasiya 
vasitələrinin rolunu kökündən dəyişir. Bununla əlaqədar olaraq müasir elmi diskursda “informasion 
sosiallaşma” termini özünün qanunauyğun yerini tutmaqdadır.  


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə