«Elmi əsərlər», «Scientific works» 2017, №2(29) Giriş Faiq ƏLƏKBƏRLİ a e. i., fəlsəfə ü fd., dosent



Yüklə 455,61 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü455,61 Kb.
#57781


UOT 101.1

«Elmi əsərlər»,  «Scientific works» 2017, № 2(29)

Giriş

Faiq ƏLƏKBƏRLİ

a.e. i., fəlsəfə ü fd .,  dosent, 

AMEA Fəlsəfə İnstitutu

MÜHACİRƏT DÖVRÜNDƏ AZƏRBAYCAN MİLLİ 

İDEYASI (1950-1990-CI İLLƏR)*

1950-1990-cı  illər  Azərbaycanın  mühacirət  irsinin  məfkurəsində  əsas  mübarizə  xətti 

bütün  sahələrdə  (mədəni,  fəlsəfi,  siyasi  və  s.)  Azərbaycan  Milli  İdeyasını  -   azərbaycançılığı 

yaşatmaq  və  yenidən  Milli  İstiqlalı  qazanmaq  istəyi  olmuşdur.  Bu  mənada  həmin  dövrdə 

yaşayan  mühacir  aydınlarımızın  (Əhməd  Cəfəroğlu,  Hüseyn  Baykara,  Nağı  Şeyxzamanlı, 

Əbdülvahab Yurdsevər,  Kərim Odər,  Azər Aran,  Məmməd  Sadıq Aran,  Məhəmməd Kəngərli, 

Əhməd  Qaraca,  Çingiz  Göygöl,  Süleyman  Təkinər,  Kərim  Yaycılı,  Həmid  Ataman,  Feyzi 

Aküzüm,  Cəmil  Ünal  və  b.)  yaradıcılıqlarında  yer  verdikləri  mədəni,  fəlsəfi,  dini,  tarixi  və 

iqtisadi  məsələlər  Azərbaycan  Milli  İdeyası  -   azərbaycançılıqla  uzlaşdırılmışdır.  Yəni  onlar 

müxtəlif  sahələrin  tədqiqatçıları  olsalar  da,  bütövlükdə  həmin  yaradıcılıq  sahələrini 

Azərbaycanın  milli  ideyası  ilə  əlaqələndirməyə  çalışmışlar.  Xüsusilə,  Azərbaycanın  Milli 

İstiqlalının  zorla  əlindən  alınıb,  onun  yerini  Sovet  Rusiyası  müstəmləkəçiliyi  ilə  əvəz 

olunmasını heç  cürə  qəbul  edə bilməyən  mühacir aydınlarımız müxtəlif aspektlərdən bu tarixi 

hadisənin  mahiyyətini  dünya  ictimaiyyətinin  diqqətinə  çatdırmışlar.  Onlar  bir  tərəfdən 

Azərbaycan  türklərinin  qədim  mədəniyyətə,  tarixə,  ədəbiyyata  malik  bir  millət  kimi  azad 

yaşamağa  haqqı  olduğunu  isbat  etməyə  çalışmış,  digər tərəfdən  SSRİ  kommunizminin  saxta 

mahiyyətini  ifşa  etməyə  çalışmışlar.  Eyni  zamanda  mühacir  aydınlarımız  Azərbaycan  Milli 

İstiqlalını tarixi nümunələrlə yanaşı, azərbaycançılığm meydana çıxması və inkişafı açısından da 

idealizə etməyə çalışmışlar.  Beləliklə, türk, İslam və Qərb mədəniyyətinə əsaslanan Azərbaycan 

milli  ideyası və  onunla bağlı  olan yeni  turançılıq,  qafqazçılıq,  «rus  kommunizmi »nin tənqidi və 

milli təsanüd mühacirət mütəfəkkirlərinin irsində başlıca yer tutmuşdur.

Mühacirət dövründə  dilçi  və türkoloq  alim,  mühacir  ziyalımız Əhməd  Cəfəroğlu (1899- 

1975)  1960-cı  ildə  «Mücahit»  dərgisində  nəşr  olunan  «Azərbaycan  Cümhuriyyəti» 

məqaləsində  yazırdı  ki,  bu  Türk  Cümhuriyyəti  tamamilə  demokratik  olub  hakimiyyəti 

hüdudsuz və şərtsiz millətə vennişdir.  Bu cümhuriyyətdə bütün dinlərə, millətlərə münasibətdə 

tolerantlıq  nümayiş  etdirilmiş  və  himayədarlıq  göstərilmişdir.  Azərbaycan  alimi  hesab  edirdi 

ki, ancaq 27 apreldə  böyük türk dünyasının köksündə hürriyyət bayrağım  ilk qaldıran bir türk 

ölkəsinin  ocağı  sönmüş,  Azərbaycan  qırmızı  ruslar  tərəfindən  işğal  edilmişdi.  Bunun 

müqabilində isə milli bayrağı enilən, yerində azad türk cümhuriyyətləri vətəndaşlarının qanuna 

boyanmış  «oraq-çəkicli»  bayrağın  dalğalandığı  bolşevik  istilasına  uğramış  Azərbaycanda  rus 

əsarətini  mədh  edən  nitqlər  söylənilir  və  şənliklər  keçirilir:  «Böyük  rus  istibdadına  satılmış 

kiçik  bir  azəri  tör-töküntüsü  də  bu  rus  şənliklərində  ana  yurdlarının  istilaçıya  təslim 

edilməsinin mükafatını alırlar. Milli prinsiplər və milli varlıq bunlar üçün başdan-başa saxta və 

riyakar  bir  yalandan  ibarətdir.  Bunların  nəzərində  həqiqi  vicdan  xalqların  milli  şərəf  və 

namusunu  tapdalamaq,  müqəddəs  və  əziz  ruhları  təhqir  etməkdir.  Kiçik  bir  tör-töküntüdən 

ibarət olan və  qırmızı  rusların qanlı  xəncərinin kölgəsində  gizlənən bu  qaragüruh,  nəhayət ki, 

yaxın  zamanlarda  türk  ölkələrində  öz  inhisarlarına  daha  yer  qalmadığını  görərək,  şərəfsiz

* Məqalə fəlsəfə ü.e.d., professor Əlikram Tağıyev tərəfindən çapa məsləhət görülüb.

"

23

,

3 9

^



«Elmi əsərlər»,  «Scientific works» 2017



№  2(29)

ölümlərinin  günbəgün  yaxınlaşdığını  özləri  başa  düşəcəklər.  Çünki  haqq  və  istiqlal  eşqi, 

istiqbal  və  milliyyət  davası  könüllərdə  yer  tapdığı  bir  zamanda  nə  qırmızı  xəncər,  nə  də 

boğazdan yuxarı şənliklər kimsəni qorxutmur» (1, s.351).

Cəfəroğlu yazırdı ki, Azərbaycan türklərinin izzəti-nəfsinə endirilən vicdansız zərbəni bir 

daha  göz  önünə  gətirməklə  yanaşı,  bunun  belə  davam  etməyəcəyi  inamını  da  yaşatmaq 

lazımdır.  Ona  görə  də  hər  bir  azərbaycanlı  Azərbaycan milli  məfkurəsinin nə  qədər uca amal 

olduğunu  bir  daha  təqdir  edir  və  istiqlal  şəfəqinin  artıq  dan  yerindən  sökülməkdə  olduğunu 

sezir.  Bu  baxımdan  istiqlal  davası  azəri  türklərinin  taleyi  və  yaşam  prinsipidir.  Cəfəroğlu 

yazırdı:  «İstiqlalın mayası  və  mənbəyi  uzun  illərdən bəri  türk  ellərini  əsarət atına  alaraq  türk 

ruhunu ağrı-acılarla inlədən ruslarda deyil, «Tanrım,  məni  istiqlala qovuşdur!»  - deyən və onu 

milli  dua  kimi  hər  gün  təkrarlayan  türklərin  əlində  və  dilindədir.  Buna  görə  də  düşmən 

caynağında  qalan  sevgili  türk  Azərbaycanının  qurtuluşu  əsarətə  boyun  əyməyən  və  istiqlal 

üçün qan tökməyi  şərəf bilən hər bir türk ölkəsinin susmayan vicdan qaynağıdır»  (1,  s.351).  O 

yazırdı ki, dil, mədəniyyət, milli mənlik, əxlaq və  s.  etibari  ilə türklüyə tam yad olan qüvvənin 

illərdən bəri vurduğu  zərbələr  yalmz bir məqsədə  və  bir hədəfə  yönəldilmişdir:  «Azərbaycanı 

türksüz  qoymaq,  istiqlal  və  milliyyət  ruhunu  kökündən  qoparıb  atmaq!  Bu  isə  bir  daha  onu 

göstərir ki, azəri türkləri istiqlala layiq, hürr yaşamağa hazır, yetişmiş bir millətdir.  On üç ildən 

bəri  rusların  istismarına  və  təzyiqlərinə  qarşı  aparılan  inadlı  çarpışmalar,  axıdılan  qanlar, 

daxildə və xaricdə ucaldılan mübarizə sədaları məhz bu yetkin millətin istiqlaldan dönməyəcək 

əzmə və milli varlığa malik olmasının göstəricisidir» (1, s.351-352).

Azərbaycançılığm  gerçəkləşməsi  üçün əlindən gələni  edən,  bu baxımdan yaradıcılığında 

Azərbaycan istiqlal davası tarixinə və Azəroaycan türk mədəniyyətinə mühüm yer ayıranlardan 

biri də Hüseyn Baykaradır (1904-1984). Azərbaycanın milli azadlıq hərəkatına yaradıcılığında 

xüsusi  yer  verən  H.Baykara  yazırdı  ki,  ona  aid  «Azərbaycan  mədəniyyəti  tarixi»  ilə 

«Azərbaycan  istiqlal  mübarizəsi  tarixi»  kitabları  Azərbaycanın  azadlıq  mübarizəsinin 

əlifbasıdır (2,  s.7).  Sonuncu kitabında Azərbaycanın istiqlal  savaşı tarixi ilə yanaşı,  H.Baykara 

milli  azadlıq  hərəkatının  siyasi-ideoloji  mahiyyətini  də  göstərməyə  çalışmışdır.  Azərbaycan 

xalqının milli şüurundakı inkişafı göstərmək məqsədi ilə o qeyd edirdi ki, Azərbaycan ziyalıları 

XIX  əsrin  birinci  yarısında  daha  çox  fars  dilində  əsərlər  yazdığı  halda,  həmin  əsrin  ikinci 

yarısında  vətənpərvərlik  duyğularının  və  millətçiliyin  qüvvətlənməsi  nəticəsində  elmi-ədəbi 

əsərlərini artıq Azərbaycan türk dilində qələmə almışlar. Bu o demək idi ki, Azəbaycan türkləri 

milli oyanışa qədəm qoyur və milli azadlıq mübarizəsinə başlayırdı.  Başqa sözlə,  çar Rusiyası 

tərəfindən qəsb olunmuş azadlığını geri istəyirdi. Bu baxımdan Azərbaycan mədəniyyətində və 

fəlsəfi  dünyagörüşündə  ciddi  dəyişilmələr  baş  verir,  yeni  inqilabçı  ruhlu  ziyalılar  nəsli 

yetişirdi.

H.Baykara  qeyd  edirdi  ki,  XX  əsrə  yetişmiş  bir  xalq  olaraq  daxil  olan  Azərbaycanın 

qabaqcıl  milli  ziyalıları  (C.Məmmədquluzadə,  Ö.F.Nemanzadə,  Ə.Topçubaşov,  Ə.Ağaoğlu, 

Ə.Hüseynzadə və b.),  vətən  qarşısında milli,  demokratik  istiqamətdə  borcunu  yerinə  yetirmək 

üçün əlverişli  şərait  gözləyirdilər.  Milli  məfkurənin  tədqiqatçısı  qeyd  edirdi  ki,  həmin dövrdə 

Azərbaycan  türk  aydınları  əsasən  üç:  1)  islamçılıq  və türkçülük;  2)  liberal-demokratik;  və  3) 

sosial-demokratik  cəbhəsində  təmsil  olunublar  (3,  s.74).  H.Baykara  hesab  edir  ki,  Qafqaz 

müsəlmanlarını  «ümmətçilik»dən  «millətçiliy»ə  yönəldən,  onları  türkçülük-millətçilik, 

Azərbaycan  milli  ideyası  ətrafında  birləşdirən  və  «Açıq  söz»  qəzetində  bunu  təbliğ  edən 

M.Ə.Rəsulzadə  olmuşdur  (2,  s.186).  Baykaranm  fikrincə,  ilk  dövrlərdə  sosial-demokratlarla 

eyni cəbhədə çalışmış M.Ə.Rəsulzadə  1911-1913-cü illərdə müsəlman mütəfəkkiri Cəmaləddin 

Əfqaninin  yazılarının  təsiri  altında  türkçülük  hərəkatına  qoşulmuş  və  Azərbaycanda  bu 

ideyanın  əsas  ideoloqu  olmuşdur:  «M.Ə.Rəsulzadənin  Azərbaycan  istiqlalının  elanında  və 

Azərbaycan  dövlətinin  yaradılmasında  xidmətləri  əvəzsizdir»  (2,  s.192).  H.Baykara  onu  da

"s,40.e?



«Elmi əsərlər»,  «Scientific works» 2017, №  2(29)

əlavə  edir  ki,  Rəsulzadənin  lideri  olduğu  «Müsavat»  və  Bitərəf demokratik  qrup  öncə  milli 

ərazi  və  milli  muxtariyyət  tərəfdarı  olsalar  da,  1-ci  və  2-ci  rus  inqilablarının  gedişi,  Qafqaz 

hadisələri onları özlərinin öncədən «uzaq məqsəd» olaraq planlaşdırdıqları Azərbaycan istiqlalı 

yoluna  sürükləmişdi:  «Azərbaycan  istiqlal  mübarizəsi  tarixində  «Azərbaycan  istiqlalına»  nə 

rast gəlinmiş, nə də baş verən siyasi hadisə olmuşdur. Azərbaycan xalqının ruhundan doğan bu 

istiqlal hadisəsi tarixin axarı  içində  öz yerini tapmışdır»  (2,  s. 133).  H.Baykara azərbaycançılıq 

ideyası  və  onun  gerçək  təcəssümü  olan  Milli  Azərbaycan  uğrunda  ömrünün  sonuna  qədər 

mübarizə  aparmış  şəhidlərimizdəndir.  Baykara  üçün  Azərbaycanın  milli  istiqlalı  əsas 

ideallardan biri olmuş və o, bu idealı ömrünün sonuna qədər yaşatmışdır.

Azərbaycan  mühacirət  ziyalılarından  Nağı  Şeyxzamanlı  (1883-1967)  da  «Azərbaycan 

istiqlal  mücadiləsi  xatirələri»  (1964)  kitabında azərbaycançılıq  ideyasını  təbliğ  etmişdi.  Onun 

fikrincə, Azərbaycan türkləri  çar Rusiyası  və  Sovet Rusiyasının  işğalçılıq  siyasəti  ilə heç vaxt 

razılaşmamış, ilk anlardan buna qarşı mübarizə apaımışlır (3, s. 11).  Şeyxzamanlıya görə hər bir 

Azərbaycan  türkünün ürəyi  iki  müqəddəs  varlıq  ilə  doludur:  «Birisi  din  duyğusu,  digəri  milli 

duyğu.  Azərilər  bu  iki  müqəddəs  varlıqlarını  sevimli  milli  bayraqlarında  da  əks  etmişdilər. 

Azərbaycan  bayrağı  üçrənglidir:  yaşıl  rəng  islamiyyəti  təmsil  edir.  Qırmızı  rəng  və  ay-ulduz 

müasirçiliyi təmsil  edir.  Üçüncü rəngi  olan  mavi  isə  soyunu təmsil  edir.  Hər bir azərinin fikri 

istiqlal  duyğusu ildə doludur»  (3,  s.103).  Ancaq  azərbaycanlılar özlərini  digər türk toplumları 

kimi  heç  vaxt  din  təsiri  altına  salmamışlar:  «Ənənələrini  dinləri  qədər  müqəddəs  saymışlar. 

Əsrlərcə  çalışmanın  sahəsində  dinini,  ənənələrini,  adətlərini,  məntiqini,  insani  duyğularını 

qanun  şəklində  ifadə  edə  bilən  bir  dövlət  kimi  layiq  olmuşdur»  (3,  s.103).  O  yazırdı  ki, 

cəhalətpərəstlər dinə arxalanıb sünnilik, şiəlik deyə iki ayrı yola ayrıldıqları halda, Azərbaycan 

xalqı bu bayrağı qəbul etməmişdir (3, s.103).

Şeyxzamanlı  1963-cü  ildə qələmə aldığı  «Dərdləşmə»  məqaləsində də Azərbaycan Milli 

İdeyası  uğrunda  aparılan  mübarizəyə  toxunmuşdur.  Onun  fikrincə,  ilk  illərdə  Azərbaycan 

mühacirləri  arasında  pərakəndəlik  olsa  da,  ancaq  bu  çox  uzun  sürməmiş,  M.Ə.Rəsulzadənin 

Rusiyanı  gizli  yollarla tərk  edərək  İstanbula  gəlməsi  ilə  vəziyyət  yaxşılığa  doğru  dəyişmişdir 

(10,  s.170).  Şeyxzamanlının fikrincə, M.Ə.Rəsulzadənin mühacirlər arasında yaratdığı birlik və 

bərabərlik hazırda da davam etməkdədir.  Çünki Rəsulzadə Azərbaycanın bir gün Milli İstiqlala 

qovuşacağı inamını həmin nəşrlərdə, yazdığı məqalələrdə onlara aşılıya bilmişdir (4, s. 174).

Azərbaycanın tanınmış ziyalı mühacirlərindən Əbdülvahab Yurdsevər (1898-1976) də bu 

dövrdə  qələmə  aldığı  yazılarında  digər  məsləkdaşları  kimi  əsas  diqqəti  azərbaycançılığa 

yönəltmişdir.  Azərbaycanın bir gün yenidən istiqlalına qovuşmasına şübhə etməyən Yurdsevər 

yazırdı  ki,  Azərbaycanın  istiqlalını  qəsb  edən  SSRİ  rejiminin  ömrü  uzun  olmayacaqdır.  O, 

buna 


əsas 

kimi 


bolşeviklərin 

saxta 


beynəlmiləlçiliyini 

göstərmişdir: 

«Sovetlər 

beynəlmiləlçilikdən bəhs etdikləri halda tamamilə rus hakimiyyət təmayüllərinə istinad edirlər. 

Bu  təmayüllər  xüsusilə  Stalin  dövründə  bütün  çılpaqlığı  ilə  ortaya  çıxdı.  Bu  gün  Sovet 

imperatorluğunun  hüdud  bölgələrində  vaqe  olan  məhkum  ölkələr,  türklər  də  daxil  olmaqla 

qeyri-rus ünsürlərlə məskunlaşmışlar.  Bunlardan heç birinin rusluqla milli və tarixi bağlılıqları 

yoxdur»  (5,  s.46).  Yurdsevər  yaradıcılığında  bir tərəfdən  SSRİ-nin  iç  üzünü  açıb  göstərməyə 

çalışmış, digər tərəfdən isə Azərbaycan Milli İdeyasına uyğun olaraq milli mədəniyyəti və milli 

ədəbiyyatı  geniş  şəkildə  təbliğ  etmişdir.  Bu  mənada  onun  1950-ci  illərdən  başlayaraq 

Azərbaycan  mədəniyyətinə  və  fəlsəfəsinə  dair  qələmə  almağa  başladığı  məqalələri  («Mirzə 

Fətəli Axundzadənin həyatı və əsərləri»,  «Abbasqulu Ağa»,  «XIX əsr Azərbaycandakı modern 

və  realist  ədəbi  cərəyanlar»,  «Şah  İsmayıl  Xətai»,  «Azərbaycan  istiqlal  savaşından  səhnələr» 

və b.) çox dəyərlidir. Bu əsərlərində Yurdsevər klassik Azərbaycan türk mütəfəkkirlərini bütün 

yönləri  (mədəni,  fəlsəfi,  dini,  ədəbi  və  s.)  ilə  araşdırmış,  onların  dünyagörüşlərini  və 

yaradıcılıqlarını geniş şəkildə tədqiqat obyektinə çevirmişdir (6, s. 102-103).



ts,41,ef


«Elmi əsərfor»,  «Scientific works» 2017, M  2(29)

Mühacir  ziyalılarımızdan  Əhməd  Qaraca  (1929-2005)  da  yaradıcılığında  Azərbaycan 

milli  məsələsinə  geniş  yer  ayırmışdır.  O,  1960-1970-ci  illərdə  qələmə  aldığı  bir  çox 

məqalələrində  SSRİ  rejiminin  iç  üzünü  açaraq  Azərbaycanın  bir  gün  istiqlala  qovuşacağına 

inamım  ifadə  etmişdir.  Qaraca  1976-cı  ildə  «Azərbaycan»  aylıq  dərgisində  nəşr  olunan 

«Kommunist-Rus imperializminin yeni taktikaları» məqaləsində yazırdı ki, Türk Cümhuriyyəti 

Azərbaycan  kommunist  rus  imperializminin  silah  gücü  ilə  istilaya  məruz  qalmışdı:  «Fəqət 

tarixlə  yaşıd  olan  böyük  türk  milləti  bu  qaranlıq  günləri  aydınlıqla  boğmasını  bilmişdir. 

Tarixinizdə  belə  qaranlıq  günləri  aydınlığa  çevirdiyimiz,  qaranlıqları  altun  işıqlarla 

boğduğumuz günlər sayılmayacaq qədər çoxdur» (7, s.172).

Əhməd  bəyin  fikrincə,  kommunist  rus  imperialistləri  çar  Rusiyası  boyunduruğundan 

qurtaran  ölkələri  yenidən  işğal  etdikdən  sonra,  ikinci  bir  hasarı  daha  qurtararaq  özünü  həm 

təhlükəsizlik  içində  saxlamış,  həm  də  dəmir  pərdə  ilə  əhatə  etdiyi  bu  ölkələrdə  yeni 

müstəmləkə  yerləri  tapmışdır.  Belə  ki,  rus  bolşevikləri  1  Pyotruıı  vəsiyyətini  yerinə  yetirmək 

üçün  yeni  müstəmləkə  torpaqları  əldə  etməyə  çalışmışdır:  «Vaxtilə  Məhəmməd  Əmin 

Rəsulzadələrin,  Mustafa  Çokaylarm,  Ayaz  İshaklarin,  Çələbi  Cahan  və  Cəfər  Seyil  Əhməd 

Krımlıların,  Məhəmməd  Əmin  Buğraların  və  digər  əsir  türk  elləri  fikir  və  elm  adamlarının 

xəbərdarlıqlarına  qulaq  asan  hürr  dünya  ölkələri,  indi  də  Soljenitsmların,  Saxarovların  Qızıl 

Rus  imperializminin  bu  dırmanmasının  Batı-Qərb  mədəniyyətinin  yıxılışı  olacağı  əmrlərini 

görməməzliyə  vura  bilməzlər.  Millətləri  əsrlərdən  bəri  vətən  olaraq  yerləşdikləri  yerdən 

qaldıraraq  məhv  edən,  genosid  hərəkətinin,  faşistlərə  daş  çıxardacaq  ən  qorxunc  biçimdə 

tətbiqçisi  olan,  2  milyondan  çox  bir  kütləni  əsir  düşərgələrində  çürüdən  kommunist  rus 

faşistlərinə  bütün  bir  dünyanın  «dur»  deməsi,  insanlığı  bu  kommunist  mikrobundan 

təmizləməsi şərtdir» (7, s.173).

Azərbaycan mühacirətinin tanınmış xadimlərindən  Çingiz  Göygöl  də  «Mühafizəsi  lazım 

gələn  milli  ruh»  məqaləsində  yazırdı  ki,  sovet  ideoloqları  Azərbaycan  türklərinin  tarixini, 

mədəniyyətini,  soykökünü  və  dilini  saxtalaşdırmaqla  Milli  İstiqlal  ideyasını  tarixə  gömmək 

istəyirlər.  Bu  anlamda  rus  kosmopolitizmi  uğranda  atılan  ciddi  tədbirlər  əhəmiyyətsiz 

sayılmayacaq  dərəcədə  təsirlərini  göstərməkdədir.  Bu  baxımdan  rus  kosmopolitizminə  qarşı 

mübarizə  apamıaq  əsas  məsələlərdən  birinə  çevrilmişdir.  Göygöl  yazırdı  ki,  sovet 

diktaturasının  müstəmləkəsinə  çevrilmiş  millətlərin  üzərində  həssaslıqla  durmalı  olduğu  əsas 

məsələ  də  rus  kosmopolitizmİnin  təsirinin  nəticəsiz  qalmasını  saxlamaqdır.  Ona  görə  də 

kommunistlərin  iqtisadi,  ictimai,  kültürəl  və  başqa  sahələrdə  basqı,  məhvetmə  siyasətlərinə 

qarşı  istilada  olanlar  ciddi  və  daimi  şəkildə  müqavimət  göstərməlidirlər.  Göygöl  yazırdı: 

«Əlbəttə,  bu  amili  əsaslandıran  ruhun  milli  ruh  olduğuna  kimsə  tərəddüd  etməz.  Bolşevik 

kommunistlərin üzərində  həssaslıqla  durduqları  məhvedilməsi  və  tənəzzülə  uğradılması  üçün 

ən çox məşğul olduqları yenə milli ruhdur. Bu ruh insanlara hürriyyət, millətlərə gələcək təmin 

edən  ən mühüm  ünsürdür.  Bolşevik  kommunistlərə təqibə  uğrayan  insanlarda  milli ruh və  ən 

üstün  vəsf  olunandır.  Milli  ruhun  insanlar  içərisindən  silinərək  onun  yerinə  Kosmopolit 

marksizm və leninizm öndərləri yetişdirmək istənilməkdədir ki, bu öndərlərin insanlar arasında 

qardaşlıqda  başqa  sinfi  ayrılıqları  və  mənfəət  toxumları  səpərək  qayəsini  güddüyünü  indiyə 

qədərki hadisələr bizə açıqlamaqdadır» (10, s.178-179).

Göygöl  hesab  edirdi  ki,  millətlərin  bir  qazanda  qaynadılaraq  insanlar  arasında  sinfi 

mücadiləsi fikri köpüklənərək və təkbaşına iqtisadi ümdələrə istiqbal bağlanaraq artıq insanlığa 

rifah təmin edilməyəcəyi  həqiqət olaraq görünməkdədir.  Çünki  bütün bunların əvəzində,  milli 

ruhun  və  üstün  əxlaqın  insanlara  rifah  və  səadət  təmin  etdiyi  azadlıq  dünyaca  qəbul 

edilməkdədir:  «Milli  ruhun  tənəzzülü  və  ortadan  itməsi  yalnız  millətlərə  deyil,  ümumən 

insanlığa  köləlik,  hürriyyətsizlik,  haqq  və  hüquqdan  məhrumiyyət  gətirir.  Bu  etibarla 

millətlərdə mövcud milli ruhun mühafizəsi insanlığın üzərində ciddiyyətlə durması lazım gələn

'S.42Ä'



«Elmi asarlar»,  «Scientific works» 2017, № 2(29)

bir məsələdir. Milli ruhun mövcudiyyəti ilə «Millətlərə istiqlal, insanlığa hürriyyət» təmin edilə 

bilir.  Milli  ruhun  mühafizəsi  üçün  bütün  millətlərin  müştərək  qüvvə  sərf etmələri  zərurəti  bu 

gün dünəndən daha çox ehtiyac halmdadır.  Kommunistlər bu rnhun məhvi  üçün hər gün bir az 

daha hiylə və aldatma yolları kəşf edərək insanlığı köləliyə sürükləməkdədir» (10, s.180).

Milli  istiqlal  ideyalarının  gerçəkliyə  çevrilməsinə  yaxınlaşan  bir  dövrdə  Azərbaycan 

mühacirətinin  tanınmış  xadimlərindən  olan  Kərim  Odərin  (1901-1981)  Vətəndən  kənarda 

qələmə  aldığı  məşhur  əsərləri  «Azərbaycan»,  «Azərbaycan  ekonomisi»  və  başqalarıdır.  Eyni 

zamanda,  o,  «Azərbaycan»  dərgisinə  onlarla  məqalələr  yazmışdır.  Bu  əsər  və  məqalələrində 

Odərin  əsas  hədəfi  Azərbaycan  mədəniyyəti,  tarixi,  iqtisadiyyatı  və  Milli  İstiqlal  ideyası 

olmuşdur.  O,  «Milli  Azərbaycan  Cümhuriyyəti»  əsərində  yazırdı  ki,  milli-dini  dəyərlərə 

əsaslanan  bir  dövləti  müvəqqəti  də  olsa  zorla  aradan  qaldırmaq  mümkündürsə,  onu  tarix 

səhnəsindən tamamilə silmək isə mümkün deyildir (9, s.79-80).

Milli  istiqlal  ərəfəsində  Azərbaycan  Milli  Mərkəzinin və  Azərbaycan Kültür Dəməyinin 

fəal  üzvlərindən olan Məhəmməd  Gəngərli  (1914-2006)  bir çox məqalələrində  SSRİ rejiminin 

dağılmasının  səbəblərini  açmağa  çalışmışdır  (8,  s. 181-182).  O,  «Xaincəsinə  boğulan  bir  səs» 

məqaləsində  yazırdı  ki,  Azərbaycan  türkləri  tarix boyunca hürr və  müstəqil  yaşamağa alışmış 

bir millətdir.  Onun milli  varlığının ana prinsipi  isə hər zaman milli  azlıq təşkil  edən millətlərə 

deyil,  bilavasitə  onların  haqq və hüququnu  çeynəməyə  yönələn  yırtıcı  ruhlu  müstəmləkəçilərə 

qarşı  yönəlmişdir.  Gəngərli  hesab  edirdi  ki,  1920-ci  ilin  27  aprelində  Azərbaycan  türklərinin 

Hürriyyət,  İstiqlal  və  Milli  hakimiyyət  səsi  xaincəsinə  boğulmuşdu  (9,  s.156).  Onun  fikrincə, 

həmin  gündə  Azərbaycan  mədəniyyət  ocaqları  söndürülmüş,  Azərbaycan  insanı  istiqlaldan 

məhrum edilmişdir. Ancaq harada və nə durumda olursa-olsun hər bir münəwər milliyyətçi və 

istiqlalçı  Azərbaycan  türkünün  qəlbini  kin-küdrət,  nifrətlə  dolduran,  bəşəriyyət  tarixində 

mədəni insanlıq anlayışına görə qara bir ləkədən başqa bir şey olmayan bu günün bir gün sonu 

gələcəkdir.  Elə  bir gün  gələcək ki,  azərbaycanlılar Azərbaycan Cümhuriyyətinin şəhidlərini və 

qazilərini  dərin  sayğı  və  hörmətlə,  Sovet  Rusiyası  müstəmləkəçilərini  isə  nifrətlə  yad 

edəcəkdir.  Çünki  27  apreldə  qırmızı  bolşeviklər  öz  torpaqlarında  hürriyyət  və  barış  içində 

yaşamaq  istəyən  bir  millətə  qəsd  etmişdir  (9,  s. 157).  Mühacir  aydınımıza  görə,  nə  öz 

torpağımız,  nə  də  bu torpağın yetişdirmiş  olduğu  Milli  Azərbaycan gəncliyi  Azərbaycan Milli 

İstiqlalı  uğrunda  mübarizə  aparmış  mücahidləri  bir  anda  özlərindən  ayrı  görməyəcəkdir. 

Onların  əziz  ruhlarını  istiqlal  eşqi  ilə  dolu  səmimi  bağırlarına  basacaq,  Azərbaycan  Türk 

Milliyyətçiliyinin  bir  həqiqi  örnəyi  olaraq  abidələşmiş  Milli  İstiqlal  mücadiləsinin  təməl  daşı 

kimi  daima mənəvi  hüzurlarında əyiləcək və beləcə  şan-şərəflə  dolu xatirələrini  yaşadacaqdır. 

Gəngərli  böyük  üzaqgörənliklə  qeyd  edirdi  ki,  ikinci  28  May  günü  yaxınlaşmaqdadır  (9, 

s. 159).


Azərbaycan  mühacir  mütəfəkkiri  Süleyman  Təkinərin  (1917-2006)  də  yaradıcılığında 

Sovet  kommunizminin  əsl  mahiyyətinin  açılması  və  Azərbaycan  Milli  İstiqlal  ideyası,  eyni 

zamanda  milli  mədəniyyət  və  tarix  sahələri  önəmli  yer  tutmuşdur.  O,  «Tarix  boyunca 

kommunistvari  fikir  və  hərəkatlar»  məqaləsində  yazırdı  ki,  kommunizm  ideyası  birdən-birə 

meydana  çıxmamışdır.  Yəni  kommunizm  müəyyən  bir  təkamül  mərhələsi  keçmişdir.  Onun 

fikrincə, kommunizmin yaranmasında əsas rol  Karl  Marks və  Fridrix  Engelsə məxsus olsa da, 

o  özünün daha yüksək  mərhələsini  Rusiyada tapmışdır.  Ancaq  Marks  və  Engelsin  düşündüyü 

kommunizmlə  Vladimir  Leninin  və  İ.V.Stalinin  uyğuladığı  kommunizm  xeyli  dərəcədə  fərqli 

olmuşdur  (11).  Mühacir  ziyalımıza  görə  Sovetlər  Birliyindəki  ictimai  ədalətsizlik  və  sosial 

bərabərsizlik  dünyanın  heç  bir  mədəni  məmləkətində  yoxdur.  Ona  görə  də  bu  çox  uzun 

sürməyəcək  və  Azərbaycan  Milli  İstiqlala  qovuşacaqdır:  “Fəqət,  insan  cəmiyyətinin  təbii 

əsaslarını  yıxmaqla  təbiət  qanunlarına  qarşı  çıxan  kommunizmin  «İnsanlara  hürriyyət, 

millətlərə  istiqlal»  parolunu  mənimsəyərək,  insanlıq  mədəniyyətini  də  yaşatmağa  əzm  etmiş



olan  Hürr  Millətlərin  bu  dərin  iman  və  sarsılmaz  iradələri  qarşısında  tez-gec  yıxılacağından 

əsla şübhə edilməməlidir»  (11).

Azərbaycan  mühacir  ziyalılarından  Cəmil  Ünal  artıq  1980-ci  illərin  sonlarına  doğru 

Azərbaycan  türklərinin  Milli  İstiqlala  qovuşacağına  tamamilə  inanırdı.  Bu  baxımdan  onun 

1990-cı  ildə  qələmə  aldığı  «Yenidən  doğuş»  məqaləsi  diqqəti  cəlb  edir.  O,  bu  məqaləsində 

yazırdı  ki,  Azərbaycan  türk  millətinin  tək  dayanağı  Allaha  təslimiyyət  və  türkülük  şüurudur: 

«Hər  kəs  hürriyyət  istəyir,  istiqlal  deyə  hayqırır.  İnsanca  yaşamanın  özləmini  çəkən 

milyonlarca insan  marksizmin,  leninizmin,  kommunizmin  çöküşünü  hayqırmaq  istəyir.  Basqı 

rejimi altındakı millətlər öz kimliklərinə yenidən qovuşmaq istəyir.  Türkçülük aləmi içərisində 

Azərbaycan olayların mərkəzi halına gəlmişdir» (12).



Nəticə

1960-1990-cı  illərdə  mühacirətdə  olan  Azərbaycan mütəfəkkirlərinin  fəlsəfi  irsinin  əsas 

cəhətlərini  ümumiləşdirərək  belə  qənaətə  gəlmək  olar  ki,  onların  yaradıcılıqları  və 

dünyagörüşləri  nə  qədər  çoxşaxəli  olsa  da,  bütövlükdə  Azərbaycan  Milli  İdeyasımn  -  

azərbaycançılığm yaşadılması kontekstində Azərbaycan mədəniyyətinin, fəlsəfəsinin tədqiqi və 

təbliği  dayanmışdır.  Başqa  sözlə,  Azərbaycanın  mühacirətdə  olan  mütəfəkkirləri  bütün 

dövrlərdə  olduğu  kimi  bu  dönəmdə  də  Azərbaycan  mədəniyyətinə  və  fəlsəfəsinə  əvəzsiz 

töhfələr  vermiş,  öz  dünyagörüşlərində  Azərbaycan  Milli  İdeyasını  sonsuza  qədər  yaşatmaq 

prinsipindən  bir  an  olsun  belə  geri  çəkilməmişlər.  Əksinə,  mühacir  mütəfəkkirlərimiz  üçün 

Azərbaycan  mədəniyyəti  və  fəlsəfəsini  öyrənmək  və  tədqiq  etmək,  Sovet  kommunizminin 

saxta mahiyyətini  açıb  göstərmək  Azərbaycan  Milli  İdeyasını  yaşatmaq  və  Milli  İstiqlala nail 

olmaq üçün ən ümdə vasitələr olmuşdur.



Açar  sözlər:  Azərbaycan  Milli  İdeyası,  azərbaycançılıq,  Azərbaycan  Milli  İstiqlalı, 

Əhməd Cəfəroğlu, Hüseyn Baykara, Nağı Şeyxzamanlı, Çingiz Göygöl.



İstifadə olunmuş ədəbiyyat

1. Cəfəroğlu Ə.  Seçilmiş əsərləri.  Bakı: Mütərcim, 2008.

2.  Baykara H.Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azəməşr,  1992.

3.  Şeyxzamanlı  N.  Azərbaycan  istiqlal  mücadiləsi  xatirələri.  Bakı:  «Azərbaycan» 

nəşriyyatı,  1997.

4. Şeyxzamanlı N. Xatirələrim. Bakı: «Vətən», 2004.

5.  Yurtsevər  Ə.  Sovet istismarçılığı //Ankara,  «Azərbaycan»  dərgisi, №10-11,  1956-cı il 

yanvar-fevral.

6. Cabbarlı N. Azərbaycan mühacirət nəsri. Bakı: Elm və təhsil, 2011.

7.  Qaraca  Ə.  Kommunist-Rus  impef alizminin  yeni  taktikaları  //Ankara,  «Azərbaycan» 

dərgisi, №218,  1976-cı il, aprel-may.

8.  Yaqublu N.  Türkiyənin  azərbaycanlılara  müstəqillik mücadiləsində  dəstəyi  (Sovetlər 

dönəmi:  1920-1991-ci illər).  Bakı, 2009.

9.  Azərbaycan  mühacirət  irsi.  Bakı:  «Elm  və  Təhsil»,  2011.  (Tərtib  edən:  Nəsiman 

Yaqublu).

10.  Göygöl  Ç.  Mühafizəsi  lazım gələn milli ruh //Ankara,  «Mücahit» dərgisi, №9,  1957- 

ci il, iyun.

11.  Təkinər  S.  Tarix  boyunca  kommunistvari  fikir  və  hərəkatlar  //Ankara,  «Birləşik 

Qafqasiya» məcmuəsi,  1963, №6 (23).

12.  Ünal  C.  Yenidən  doğuş  //«Azərbaycan»  kültür  dərgisi,  №271,  1990-cı  il,  yanvar- 

fevral.

«Elmi əsərlər»,  «Scientific works» 2017



M  2(29)

ts.44^$'



«Elmi »sərfor»,  «Scientific works» 2017, №  2(29)

Фаик АЛЕКПЕРЛИ

АЗЕРБАЙДЖАНСКАЯ НАЦИОНАЛЬНАЯ ИДЕЯ В ПЕРИОД 

ЭМИГРАЦИИ (1950-1990 ГОДЫ)

Резюме

В  статье отмечается,  что  в период эмиграции (1950-1990-е годы) Ахмед Джафарог- 

лы,  Гусейн  Байкара,  Наги  Шейхзаманлы,  Сулейман  Такияер  и  другие  мыслители,  изу­

чавшие проблему азербайджанства с политико-идеологических и философских аспектов, 

в  своих произведениях  большое  внимание уделяли  вопросам истории  национальной не­

зависимости Азербайджана, становлению и развитию понятия национальная идея.

Эти  мыслители  пытались  доказать,  что  азербайджанская  национальная  идея  воз­

никла не случайно, а в силу необходимости, следовательно, рано или поздно она восста­

новится вновь.

В  статье также  отмечается,  что  при  советской  власти,  права  и  свободы отдельных 

народов, входивших в СССР, ущемлялись.

Ключевые  слова:  азербайджанская  национальная  идея,  азербайджанство,  азер­

байджанская  национальная  независимость,  Ахмед  Джафароглы,  Гусейн  Байкара,  Наги 

Шейхзаманлы, Чингиз Гейгель, Джамил Унал.

Faiq ALEKBERLI

AZERBAIJANI NATIONAL IDEA IN THE 

PERIOD OF EMIGRATION (1950-1990)

Summary

In the article it  is  noted  that  in the period  of emigration (1950-1990)  Ahmad  Jafar oglu, 

Huseyn Baykara, Nagi Sheyhzamanov, Takiner and others studying the problem of Azerbaijan- 

ism  from the political-ideological  and philosophical  aspects,  in their works  paid a great atten­

tion to  flu issues of history of the national  independence  of Azerbaijan, the  formation and de­

velopment of notion of the national idea.

These thinkers made an attempt to prove that Azerbaijani national idea arose not acciden­

tally, but due to the necessity, therefore, sooner or later,it will be restored anew.

In the article it is also noted that under Soviet power the rights and  freedoms of separate 

peoples entering the USSR were infringed.



Keywords:  National  Ideology  of  Azerbaijan,  Azerbaijanism,  Azerbaijan  National 

Independence,  Ahmad  Jafaroglu,  Huseyn  Baykara,  Nagi  Sheykhzamanli,  Chingiz  Goygol, 



Jamil Unal.

ъ .4 5 &

Yüklə 455,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə