Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə3/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   2   3   4   5   6   7   8   9   ...   82

 

6-9 Aylar dövrü.............................................................  222 
9 Aydan sonra................................................................  223 
İnsanlığın avtotrofluğu (özü özünə yaşaması)...............  226 
 
Fəsil 9. Həyatının qənimi insan..................................  228 
Fatihə('Kitabı açan') surəsi............................................  228 
Nə üçün ölürük?............................................................  242 
Biosaatlarda vaxtın sürəti..............................................  244 
Biosaatlarda kəmiyyət dəyişmələrinin                
keyfiyyət dəyişmələrinə keçməsi................................... 
 
245 
Bütün ömür boyu biz ölümün yaşıl ekranı ilə 
mübarizə aparırıq........................................................... 
İnsan da avtotrof ola bilərdi........................................... 
 
246 
248 
İstifadə olunmuş ədəbiyyat............................................  292 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
10 
 
 
Ön söz 
 
    Apokalipsis, kataklizm, tektonik aktivlik, günəşdən gələn 
neytrinlər  və  s.  bu  kimi  ifadələr  gün  keçdikcə  daha  tez-tez 
səslənir.  Əslində  bu  ifadələrin  səslənməsi  insanda  insanın 
yaxın  gələcəyinin  olduqca  təhlükəli  olacağından  xəbər 
vermə  şübhəsini  yaradır.  Bəlkə  də,  doğurdan  da  bu 
şübhələrin  yaranması  təhlükənin  reallığa  yaxın  olduğundan 
xəbər verir?! 
   Bəlkə  də,  bu  şübhələr   dünyada  mövcudluğu  hiss  olunan, 
lakin  özü  pərdəarxasında  qalan,  gözəgörünməz  qüvvələrin 
şübhə formalı bir sürprizidir?! 
      Amma o da ola bilər ki,  bu qorxu bizim taleyimizin rast 
olacağı  təbii  qlobal  geoloji  fəlakətin  beyinlərdə  düşüncə 
məhsuludur.  Bunlardan  hansının  doğruluğu  və  yaxud  da 
doğruya  yaxın  olması  dərəcəsi  zaman  keçdikcə  daha  aydın 
görünəcəkdir. 
     Bəzi alimlərin fikirlərini rəhbər tutsaq, söyləyə bilərik ki, 
Yeri  məhv  etməyə  qadir   kataklizm  planetlərin  paradı 
nəticəsində, 640 min ildən bir baş verir. Bu zaman dünyada 
paralel  olaraq,  bir  neçə  proses  gedir.  Ən  çox   Qərbdə 
zəlzələlər baş verir və bu zəlzələlər tektonik aktivliyə səbəb 
olur. Maqnit sahələrinin gücü 2-3 dəfəyə qədər azalır. Yerin 
bir  neçə  kilometr  dərinliklərində istilik  2000-3000C  və  s. 
buna  yaxın  intervallar  arasında  dəyişərək,  inanılmaz  həddə 
çatır.  Temperatur  dünya  üzrə  durmadan  artır.  Günəşdən 
gələn  neytrinlər  mikrodalğalar  kimi  hərəkət  edərək,  Yerin 
nüvəsini  dağıdır  və  bütün  bu  kimi  proseslər  nəticəsində 
bizim tanıdığımız dünyanın mövcudluğu şübhə altına düşür, 
yəni, dünyanın sonu yaxınlaşır. 
       Bəs nə etməli? 


 
11 
      Diaqnoz  dəqiq  qoyulmazsa,  nəticədən  söhbət  gedə 
bilməz.  Müalicə  aparmaq  üçün  diaqnozun  dəqiqliyi  şübhə 
doğurmamalıdır. Bunun üçün isə nəzər salınacaq nə var isə 
qeydə alınmalı, heç nə diqqətdən kənarda qalmamalıdır.  
     Mövcud təhlükənin aradan qaldırılması  üçün baş vermiş, 
hazırda  baş  verən  və  gələcəkdə  baş   verə  biləcək  bütün 
proseslər  mümkün  qədər  dəqiqliklə  öyrənilməlidir  və  bu 
sahədə  geniş   elmi-praktiki  tədqiqatlar   aparılmalıdır. 
      Baş verə biləcək xoşagəlməz proseslərin qarşısını almaq 
üçün  bütün  dünya  xalqlarının  diqqətini  bir  nöqtəyə  cəm 
etmək və gücü bir yerə yığmaq lazımdır. Birgə mübarizənin 
təşkili  üçün  isə  bu   sahədə  insanları  maksimum 
maarifləndirmək  tələb  olunur.  Elə  bu  baxımdan  da  bu 
sahədə  yazılmış  əsərlərin  sırasına  daxil  olan,  alim 
düşüncələrinin  məhsulu  kimi  ərsəyə  gələn,  kimya  elmləri 
doktoru   Səhrab  İsmayılın  qələmə  aldığı  "Günəşiyeyənlər" 
kitabı həqiqətən də elmi-kütləvi şəkildə nəşr edilməyə layiq 
bir  əsərdir.  Çünki  9  fəsildən  və  istifadə  olunmuş  istinad  
ədəbiyyat siyahısından    ibarət bu kitabda dünyaca məhşur 
olan  A.İ. Oparin,   Nik Leyn,   A.Veysman, Ç. Darvin,  Karl 
Şeyele,  Aleksandr Komarov, Y.P. Terletski,  A.E. Akimov,  
Q.İ.  Şipov  və  s.  onlarla  alimin  qiymətli  fikirlərinə  nəzər 
salınmış  və  bu  ideyalara  əsasən  gələcək  üçün  olduqca 
qiymətli fikir formalaşdırmışdır. 
     Bu kitabda Yer üzərində həyatın  yaranması barədə ayrı-
ayrı  nəzəriyyələrə  ümumi  nəzər  salınmış,  həyatın  mövcud 
olmasına  səbəb  olan  mühüm  kimyəvi  elementlər  və 
birləşmələr  haqqında  məlumatlara  ,  ciddi  maraq  doğuran 
tapıntılara və fərziyyələrə geniş yer verilmişdir. Bundan əla-
və   müəllif  oxucu  fikrini  fotosintezə,  onun  həyatın  əmələ 
gəlməsi   prosesində  və  biosferadakı  mövqeyinin  izahına 
yönəltmiş  və  bu  kitaba  kitabın  əsas  mövzusunu 
səciyyələndirən  "Günəşiyeyənlər"   barəsində  hərtərəfli 
şəkildə, bu məsələylə bağlı mövcud münasibətlərdən  faktiki 


 
12 
məlumatlar  daxil etmişdir. Səhrab İsmayıl təfəkkürünə görə 
mövcud  insanın  da  bitkilər  kimi  qeyri-üzvi  maddələri  üzvi 
maddələrə  çevirə bilmək,  yəni  avtotrof qabiliyyətinin olub-
olmaması  haqqında  imkan  daxilində  nəzəri  proqnozlar 
verilmişdir. 
         Səhrab  İsmayılın  "Günəşiyeyənlər"  əsərini  oxuyarkən, 
İngilis  keşişi   T.R.  Maltusun   (1766-1834)  adı  ilə 
adlandırılan  "Maltusçuluq"  cərəyanının  tərəfdarlarının 
fikirləri  bir  daha  yadıma  düşdü.  Maltusun  "Əhali  haqqında 
qanun  təcrübəsi"  (1798)  əsərindəki  baxışlarına  görə  Yer 
planetində  əhalinin  artımı  həndəsi  silsilə,  yaşayış 
vasitələrinin  artımı  ədədi  silsilə  üzrə  baş  verir. 
      Bu  isə  inkişafın  müəyyən  zaman  mərhələlərindən  sonra 
ictimai  inkişafda,  iqtisadi  cəhətdən  təmin  olunmanın 
çətinlikləri  səbəbindən  ziddiyyətlər  meydana  çıxarır. 
      Bu  vəziyyətdən  çıxış  yolunu,  Maltus  əhali  artımının 
qarşısının  alınması  üçün  nigahın  qaydaya  salınması  və 
doğumun  nizamlanması  təklifini  irəli  sürür.  Maltusun 
fikirlərində  ən  dəhşətli  məqam  insanların  sayının  qeyri-
humanist  yollarla  –  aclıq,  epidemiyalar,  müharibələr  və  s. 
vasitələrlə  azaldılaraq,  tənzimlənməsini  irəli  sürməsidir. 
         Əhalinin  sayı  durmadan  artır  (  hazırda  Yer  üzərində 
əhalinin  sayı  7  milyardı  keçib  və  2050-ci  ildən  sonra  bu 
sayın 10 milyardı ötəcəyi proqnozlaşdırılır ) və belə olduğu 
təqdirdə əhalinin  gündəlik təlabat  məhsulları ( ələlxüsus  su 
və  ərzaqla  )   təmin  olunmasında  daha  böyük  çətinliklərin 
ortaya  çıxacağı  qaçılmazdır.  İndinin  özündə  hər  il 
milyonlarla  insanın  təkcə  aclıq  səbəbindən  dünyasını 
dəyişməsi, əhali artımının sivil qaydalarla tənzimlənməsi və 
ya   insanların  gündəlik  təlabat  məhsulları  ilə  təmin 
olunmasının  mövcud  üsullarının  təkmilləşdirilməsi  (elmi-
texniki 
tərəqqinin 
bütün 
imkanlarından 
göstərilən 
istiqamətdə  maksimum  istifadə  edilməklə  )   və  digər  alter-
nativ üsulların axtarışı ( nəzəri-praktiki tədqiqatlardan  daha 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə