Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə4/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   2   3   4   5   6   7   8   9   ...   82

 
13 
yüksək  səviyyədə  istifadə  yolu  ilə  )   müasir  dövrdə  
bəşəriyyət   qarşısında  duran  ən  vacib  qlobal  problemlərdən 
biridir.   Məhz,   bu  mövqedən   yanaşdıqda  müəllifin 
insanların  da   bitkilər  kimi  qeyri-üzvi  maddələri  üzvi 
maddələrə  çevirə  bilmək,  yəni  avtotrof  formada 
qidalanmasının mümkünlüyü qənaətinə  ( bu sahədə mövcud 
olan  müasir  informasiyaları,  elmi-nəzəri   cəhətdən 
ümumiləşdirərək  )   gəlməsi   müasir  dövrün  ən  mühüm 
problemi – ərzaq və su ilə təminat istiqamətində tövsiyyələri 
çox mühüm əhəmiyyət  kəsb edir. 
      Müəllif 2010-cu ilin fevralından quş və heyvan mənşəli 
məhsullardan  imtina  edərək,  bitki  mənşəli  məhsullarla 
qidalanmasının  (  avtotrof  və  hetrotrof  qidalanma  arasında 
orta mövqe )  onun sağlamlığına çox müsbət təsir göstərdiyi 
qənaətinə gəlmişdir. 
      Ümumiyyətlə,  bu  əsər  barəsində  çox  söz  söyləmək 
mümkündür. Ancaq bu əsərlə bağlı bütün düşüncələrin cəm 
sözü olaraq ifadə edilə bilər ki, bu əsər olduqca qiymətlidir. 
     Kitabın müəllifi, kimya elmləri doktoru Səhrab İsmayılın 
bundan  sonra  da   bu  sahədə  nəzəri  tədqiqatlarının  elmi-
populyar  şəkildə  daha  çox  oxucu  kütləsi  üçün  nəzərdə 
tutaraq 
davam 
etdirməsi 
insanların 
bu 
sahədə 
maarifləndirilməsi  baxımından  olduqca  məqsədəuyğundur. 
      Dünyada  baş  verə  biləcək  qlobal  fəlakətlərə  qarşı  bütün 
dünya  xalqlarının  birləşərək  birgə  fəaliyyət  göstərməsinin 
olduqca  vacibliyi  Ülvi  Hisslərin  qələmə  aldığı   "Bir  olaq 
gəlin!"  şeirindəki   aşağıdakı  fikirləri  xatırlatmaq  lap  yerinə 
düşərdi: 
 
"Müasir ümumi maneələr çox, 
Belə təlatümə hələ cavab yox. 
Görəsi işlər var, özü də, lap çox, 
Ey dünya xalqları, bir olaq gəlin. 
 


 
14 
Qasırğa, sel, zəlzələlər
Xəstəliklər, daha nələr... 
Birləşməyə məcbur edər, 
Ey dünya xalqları, bir olaq gəlin! 
 
Tam bilən yox, sunami nə? 
Təmiz hava,  su naminə. 
Bəşər arzusu naminə
Ey dunya xalqları, bir olaq gəlin! 
 
Bilgisayar əsri, atom əsridir, 
Bəşər Adəm nəsli, Həvva nəslidir, 
Birləşək, biz gəlin birləşək bəsdir!, 
Ey dünya xalqları, bir olaq gəlin." 
 
 
 
 
 Azərbaycan Milli Elmlər Akademiyasının Kimya 
Problemləri İnstitutunun "Karbohidrogenlərin katalitik 
çevrilməsi" qrupunun rəhbəri, kimya elmləri doktoru, 
professor Məmmədov Ələfsər Bəxtiyar oğlu. 
 
 
 
 
 
 
 
 
 
 


 
15 
 
 
 
                                         
ÖN SÖZ 
 
     Mənə  həmişə  belə  gəlib  ki,  Azərbaycanda  elmi-kütləvi 
janrda  yazılan  kitabların  sayı  istənilən  qədər  deyil. 
Baxmayaraq  ki,  belə  kitablar  daha  anlaşıqlı  dillə 
yazıldığından  geniş  oxucu  kütləsinin  marağına  səbəb  olur, 
xüsusilə  də  gənc  nəslin  müxtəlif  elm  sahələrinə 
həvəsləndirilməsində 
müstəsna 
pol 
oynayırlar. 
“Günəşiyeyənlər”  kitabı  kimya  elmləri  doktoru  Səhrab 
İsmayılın  bu boşluğu doldurmaq baxımından qələmə aldığı 
ikinci  kitabıdır  (birinci  kitab  “Yer-insan-məhəbbət”,  Qanun 
– 2009, Bakı). 
      “Günəşiyeyənlər” 
kitabı 
olduqca 
fenomenal, 
paranormal,  hətta  möcüzə  sayıla  biləcək  bir  hadisəyə  - 
insanların  qida  qəbul  etmədən  on  illərlə  yaşaya  bilməsinə 
həsr  olunmuşdur.  İlk  baxışdan  bu  oxucuda  təəcüb,  qarışıq 
şübhə  yarada  bilər  ki,  insan  qida  qəbul  etmədən  uzun 
müddət  necə  yaşaya  bilər?  Görünür  müəllif  necə  ağır  bir 
“yükün”  altına  girdiyini  çox  yaxşı  bildiyindən  gələcək 
oxucularını  diksindirməmək,  qorxutmamaq  üçün  onları 
“elmin  səhrasında”  dolandırmaq  (gəzdirmək)  qərarına 
gəlmişdir.  Belə  ki,  kitabın  İ-Vİİ  fəsillərində  yer  üzərində 
həyatın  əmələ  gəlməsi  haqqında  fərziyyələrdən  başlayıb, 
həyatın  əmələ  gəlməsi  üçün  vacib  olan  elementlər  və 
maddələr  haqqında  ətraflı  məlumat  verilmişdir  (oksigen, 
karbon, azot, su, karbon qazı). Xüsusilə də yaşıl bitkilərdəki 
xlorofilin,  insan  qanındakı  hemoqlobinin  tərkibləri, 
quruluşları,  orqanizmdəki  rolları  ətraflı  şəkildə  şərh 
edilmişdir (İİ. Vİİ fəsillər). 


 
16 
     Aydın  olur  ki,  hemoqlobin  və  xlorofilin  kimyəvi 
tərkibləri  və  quruluşları  həddindən  artıq  oxşardırlar.  Fərq 
ondan  ibarətdir  ki,  hemoqlobində  porfirin  həlqələrinə 
birləşən 
dəmir(Fe) 
atomudursa, 
xlorofildə 
bu 
maqnezium(Mg) atomudur. 
     Deməli, hazırlıqlı və diqqətli oxucu heterotrof və avtotrof 
qidalanma  arasında  məsafənin  (fərqin)  çox  az,  cəmi  bir 
addım  olduğu  qənaətinə  özü  gələcəkdir  və  bu  keçidin  bu 
gun  bəzi  “seçilmişlərdə”,  sabah  isə  hamıda  ola  biləcəyinin 
mümkünmlüyünə  inanacaqdır.  Elə  müəllifin  oxucularda  bu 
qənaətin  yaradılması,  arzusu  isə  insanların  da  bitkilər  kimi 
avtotrof qidalanmaya keçməsidir. 
    Kitabı 
oxuduqca  müəllifin  ensiklopedik  biliyinə, 
erudisiyasına, 
təhlil 
qabiliyyətinə, 
ümumiləşdirmə 
bacarığına,  dünyagörüşünün  genişliyinə  heyrət  etməmək 
olmur. Elə həmin anda da “istedadlı adamlar istənilən ixtisas 
sahəsi  üzrə  orta  səviyyədən  yuxarı  mütəxəssis  oa  bilərlər” 
deyiminin nə qədər doğru olduğuna bir daha inanıram. 
    Əgər  bu  gün  elm  Günəş  enerjisi  ilə,  kocmik  enerji  ilə 
qidalanmanın səbəbini izah edə bilmirsə, bu o demək deyil 
ki,  bunu  izah  etmək  heç  vaxt  mümkün  olmayacaqdır.  Həm 
də bu o demək deyil ki, elm səbəbi izah edə bilmirsə, belə 
qidalanma mümkün ola bilməz. Biz əli süngülü günəşiyeyə 
nlərin  üstünə  getməli  deyilik  ki.  Faktlar  toplanır,  müəyyən 
fikirlər,  nəzəriyyələr  yaranır,  ümumiləşdirilir  və  nəhayət, 
səbəb  tapılır,  aydınlaşır.  Elmin  inkişaf  tarixinə  nəzər 
saldıqda bunu əyani şəkildə görə bilərik. 
    XVİ  əsrin  əvvəllərinə  kimi  astronomiyada  geosentrik 
nəzəriyyə hakim idi, yəni Yer kainatın mərkəzində yerləşir, 
Günəş və başqa  göy  cisimləri isə hərəkətdədirlər. Yer kürə 
şəklindədir, həm öz oxu ətrafında, həm də Günəşin ətrafına 
fırlanır  deyənləri  tonqallarda  diri-diri  yandırdılar  (Cordano 
Bruno və s.). 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə