Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə6/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   2   3   4   5   6   7   8   9   ...   82

 
21 
mümkünlüyü barədə söyləmışdir) insan Günəş enerjisinin və 
bəsit  kimyəvi  qeyri-üzvi  maddələrin  hesabına  bitkilər  kimi 
özünə qida məhsulları sintez edə bilər (“biokimyəvi model”) 
və  o,  buna  məhkumdur.  Bu  modelin  də  çoxlu  sayda 
tənqidçiləri  –  “insan  bitki  kimi  yaşayış  tərzi  sürə  bilməz”- 
söyləyərək  onu  tənqid  atəşinə  tutdular.  Doğrudan  da,  hər 
şeydən  qabaq,  bitkilər  fotosintez  yolu  ilə  havanın  karbon 
qazından və sudan özləri üçün lazım olan üzvi birləşmələri 
(avtotrof üsulla) sintez edə bilirlərsə, insanda təbii olaraq bu 
cür yaşam tərzi mövcud deyildir. Axı onun havadan istifadə 
etdiyi  qaz  karbon  qazı  deyil,  oksigendir  ki,  bu  da  zülal 
əmələ  gətirə  bilməz.  İnsanın  özünə  zülal  əldə  etməsi  üçün 
təbii ki, ona heterotrof həyat tərzi gərəkdir ki, bu da bitki və 
heyvan  qida  məhsullarından  fasiləsiz  olaraq  istifadə 
etməsidir.  Bu  səbəbdən  də  o,  hələki  Vernadskinin  dili  ilə 
desək, özü-özünə yaşamaq imkanından məhrum, biosferanın 
quluna çevrilmişdir. 
     Fərziyyələrə  görə,  ilk  insanın  yaranma  günündən  bu 
vaxta qədər təxminən 70 milyon il keçməsinə baxmayaraq, 
o hələ də təbiətin (biosferanın) istismarı ilə məşğuldur. İndi 
Yer üzərində əhalinin sayı 7 milyarda qədərdir və bu rəqəm 
gündən-günə  durmadan  artır.  Bir  yandan  ekoloji  fəlakətlər, 
digər tərəfdən isə qida məhsulları qıtlığının son həddə gəlib 
çatması  insanın  yırtıcı  heyvanlardan  fərqli,  əqlin 
mühakiməsinə  əsaslanan  –  alternativ  yolla  həyat  tərzini 
qurmasını  tələb  edir.  Bu  hansı  yoldur?  Hələ  bilmirik. 
Həddən ziyadə çıxılmaz bir mənzərə yaranmışdır. 
     Lakin  hər  şeyi  zaman  yerbəyer  edir.  Bizlər  qlobal 
kataklizmin astanasında dayansaq da, təbiət bundan ötrü heç 
bir  narahatçılıq  keçirmir.  O,  özünü  xilas  etmək  üçün  ən 
kritik vəziyyətlərdə belə lazımi imkanlar – çıxış yolları əldə 
edə bilir, buna görə bizdən heç nə soruşmur və buna ehtiyac 
da  duymur.  Çünki  Ana  torpaq  –  Yer  insan  əlindən  özünün 
narahatçılığını  hiss  etdikdə,  o,  bu  problemi  çox  asanlıqla 


 
22 
həll edə bilir – bir anda qlobal bir kataklizmə məruz qalaraq 
üzərində  nə  qədər  canlı  varsa,  hamısını  məhv  edir  və 
yenidən –  ibtidaidən (sanki onun üzərində əvvəldən heç bir 
canlı  olmamış  kimi)  öz  fəaliyyətini  davam  etdirir  və 
beləliklə  də  özünü  fəlakətdən  xilas  edir.  Müasir  elmin 
göstərişləri  və  fərziyyələri  də  bunu  istisna  etmir.  Bütün 
başqa canlılar kimi Yer də canlıdır və bizdən bəlkə milyon 
dəfə  canlıdır{11,179,180}.  Onun  da  digər  bioloji  varlıqlar 
kimi zaman keçdikcə həm  “fenotipi” və həm  də “genotipi” 
dəyişir,  təkamül  edir.  Həm  də  bu  dəyişməyə  əsas 
səbəblərdən  biri  insan  faktorudur  ki,  özü  də  dərk  etmədən 
prosesi sürətləndirir. Son vaxtlar planetdə tez-tez baş verən 
təbii  tektonik  hadisələr  (zəlzələlər,  vulkanlar,  torpaq 
sürüşmələri),  daşqınlar,  yanğınlar,  sunamilər  və  digər 
hadisələr Yerin insanlara ciddi şəkildə böyük kataklizmdən 
–  SOS  həyəcan  siqnalından  xəbər  verir.  Heç  bir  mistik 
təfərrüata uymadan söyləyə bilərik ki, Yerin özü də insafsız 
deyildir,  nə  qədər  ki,  o  bizi  bu  vaxta  qədər  öz  üzərində 
bəsləyib  yaşatmışdırsa,  yenə də lazımi  anlarda kömək əlini 
bizdən  əsirgəməyəcəkdir  və  özünə  münasib,  ona  uyuşan 
insan  fərdlərini  qoruyub  saxlayacaqdır.  Bu  mövzu  ilə 
əlaqədar, son vaxtlar planetdə alimlərin təbirincə desək, yeni 
insan  irqi  və  ya  növləri  –  “Günəşiyeyənlər”  yetişməkdədir 
və  onların  sayı  hal-hazırda  minlərlədir.  Bu  insanların 
özlərinin  söylədikləri  kimi,  heç  bir  qida  məhsulu  qəbul 
etmədən,  kosmik  enerji  ilə  -  “kosmik  ruhla”  və  Günəşlə 
qidalanırlar,  yəni  biosferaya  heç  bir  xələl  gətirmədən,  adi 
bitkilər  kimi  həyat  tərzi  sürürlər.  Bəli,  bir  çox  elm 
adamlarına bu nonsens görünə bilər. Amma fakt faktlığında 
qalır.  Bizim  unikal  və  dərkolunmaz  saydığımız  bu  insanlar 
üzərində  aparılan  uzunmüddətli  elmi  araşdırmalar, 
müayinələr hələki son bir nəticə verməmişdir və təəssüf ki, 
hələ bu, bir sirr olaraq qalır.  


 
23 
     Müasir  elmin  nəaliyyətlərini  danmaq  insafsızlıq  olardı. 
İndi  kosmos  əsri,  elektronika  dövrüdür.  Amma  təbiətin 
saysız-hesabsız,  ağlagəlməz  dərəcədə  möcüzələri  vardır  ki, 
insan  bunları  qavramaqda  və  fəlakət  gətirən  hadisələrin 
qarşısını almaqda acizdir. Hətta bizə ən primitiv görünən və 
addımbaşı  rastlaşdığımız  fenomen  xüsusiyyətlərə  malik 
proseslər vardır ki, onları dərk edə bilmirik, məsələn, Yerin 
və  ya başqa planetlərin cazibə qüvvəsi, maqnit sahəsi və s. 
Nədir cazibə, nədir maqnit? Elmi göstərişlərə görə cazibəni 
yaradan  qravitonlardır,  bəs  bu  qraviton  dediyimiz 
substansiyanın  özü  nədir,  elektrondurmu,  pozitrondurmu, 
axı nədir? Bilmirik. Eləcə də maqnit selinin özü nədir? Yenə 
də  susuruq.  Kainat  hüdudsuz,  sonsuzdursa,  deməli  onu 
öyrənən  elmin  yolu  da  hüdudsuzdur,  sonsuzdur.  Bizim  bu 
vaxta qədər bildiklərimiz bilmədiklərimizin milyonda birini 
də  təşkil  etmir.  Buna  görə  də  müasir  elmin  ümdə 
vəzifələrindən  biri  də  bu  olmalıdır  ki,  heç  bir  kənar 
təfərrüatlara 
uymadan, 
paranormal 
hadisələrin 
öyrənilməsinə  istiqamət  götürsün,  qorxmasın,  çaşmasın, 
sübuta  yetirməyə  çalışsın.  O  alimlər  alicənab  sayılırlar  ki, 
onların  dilində  “bu  ola  bilməz”  anlayışı  yoxdur,  əksinə, 
onlar: “tədqiq etməyə çalışarıq, müəyyən nəticəyə gəldikdən 
sonra 
sözümüzü 
deyərik” 
ifadəsini 
işlədirlər. 
Günəşiyeyənlərin  öyrənilməsi  prosesinə  çoxlu  sayda  elm 
adamları  skeptik  yanaşırlar,  halbuki  onların  əlində 
qaranlıqda közərən çıraq kimi  tədqiqat  obyekti vardır, həm 
də  bu  obyekt  insanın  özüdür.  Allahın  yaratdığı  varlıqlar 
içərisində insandan mürəkkəb quruluşa malik bəlkə də ikinci 
bir  qurğu  yoxdur.  Biz  hələ  özümüz  özümüzü  tam  öyrənib 
başa  çıxmamışıqsa,  niyə  başqa  məkanlarda  tədqiqat 
obyektləri  arayırıq?  Biz  bizi  əhatə  edən  bütün  varlıqlarla 
yanaşı kosmosda yaşayırıq. Kosmik fəza isə tükənməz enerji 
ilə doludur və bu enerjidən bütün substansiyalar – planetlər, 
asteroidlər, bitkilər, heyvanlar, quşlar, insanlar və s. istifadə 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə