Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə7/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   2   3   4   5   6   7   8   9   10   ...   82

 
24 
edirlər, o cümlədən, şübhəsiz ki, günəşiyeyənlər. Bitkilər bu 
enerjini bilavasitə qəbul etdikləri halda, biz insanlar isə onu 
dolayı  yolla  –  yəni  bitkilər  və  hətta  heyvanları 
mənimsəməklə  əldə  edirik.  Burdaca  paradoksal  vəziyyət 
yaranır:  bitkilərin  bu  enerjini  qəbul  etməsi  bir  düz  xətt 
istiqamətində  olduğu  halda,  heyvanların  bitkiləri  qəbul 
etməsi  onlara  ikinci  düz  olmayan  əyri  xətt  açır,  insanların 
isə  heyvanları  qəbul  etməsi  onlara  hətta  ücüncü  düz 
olmayan əyri xətt açır. Beləliklə, kosmik adlandırdığımız bu 
enerji insanlara ikinci və hətta ücüncü mərhələdə yetişir ki, 
əlbəttə  bu  da  “əldən  düşmüş,  köhnəlmiş”  qida  məhsulu 
sayılmalıdır. Bu səbəbdən də insan yaranmışların içərisində 
ən fağırı, ən bədbəxtidir. Yeni insanların – günəşiyeyənlərin 
meydana gəlməsi bu qlobal problemin aradan qaldırılmasına 
imkan  verəcəkdir  və  həm  də  ən  önəmlisi  –  biosferanın 
normal inkişafına zəmin yaradacaqdır. 
      Hörmətli  oxucuların  ixtiyarına  verilən  bu  kitab  9 
fəsildən və istifadə olunmuş ədəbiyyat hissəsindən ibarətdir. 
I  fəsil  Yer  üzərində  həyatın  yaranması  barədə  ayrı-ayrı 
nəzəriyyələrə  ümumi  baxışlardan  ibarətdirsə,  II-VI  fəsillər 
həyatın yaranmasına səbəb olan mühüm kimyəvi elementlər 
və  birləşmələr:  oksigen,  karbon,  azot,  su,  karbon  qazı, 
hemoqlobin,  xlorofil  və  s.  haqqında  məlumatlara  və  ciddi 
maraq doğuran tapıntılara və fərziyyələrə həsr olunmuşdur. 
VII fəsil fotosintez, onun həyatın əmələ gəlməsi prosesində 
və biosferadakı mövqeyinin izahına yönəlmişdir. VIII fəsilə 
kitabın  əsas  mövzusunu  səciyyələndirən  “Günəşiyeyənlər” 
barəsində  hərtərəfli  şəkildə,  bu  insanların  özləri  barədə 
söyləmələrindən  və  bu  prosesə  ayrı-ayrı  elm  xadimlərinin 
münasibətlərindən  faktiki  məlumatlar  daxil  edilmişdir. 
Nəhayət, sonuncu – IX fəsildə insanın da bitkilər kimi qeyri-
üzvi maddələri üzvi maddələrə çevirə bilmək, yəni avtotrof 
qabiliyyətinin  olub-olmaması  haqqında  imkan  daxilində 
nəzəri proqnozlar verilmişdir.   


 
25 
 
 
 
Fəsil 1 
Yer üzərində həyatın əmələ 
gəlməsi 
      İndiki  zamanda  həyatın  əmələ  gəlməsi  problemi  bütün 
bəşəriyyət  üçün  ən  çox  maraq  doğuran  bir  obyektə 
çevrilmişdir.  O,  nəinki  müxtəlif  ölkələrin  alimləri  və 
mütəxəssislərinin  diqqət  mərkəzində  durur,  həm  də 
dünyanın  bütün  insanlarını  maraqlandırır.  Yer  üzərində 
həyatın  əmələ  gəlmə  prosesi  qanunauyğun  məna 
daşıdığından  elmin  tədqiqat  obyektinə  çevrilərək  indi  hamı 
tərəfindən  qəbul  olunan  sayılır.  Bu  prosesin  əsasında,  hələ 
bizim  Günəş  sistemimizin  yaranmasına  qədər  mövcud 
olmuş  və  Yer  planetinin  nüvəsinin,  hidrosferi  və 
atmosferinin  formalaşdığı  zamanda  mövcudluğunu  davam 
etdirən  karbon  birləşmələrinin  təkamülü  durur.  Həyatın 
əmələ gəlməsi anından təbiət fasiləsiz olaraq hərəkətdədir.  
     Əlbəttə,  həyatın  əmələ  gəlməsi  məsələsinin  tədqiq 
olunmasının özü çox çətin məsələdir, çünki nə vaxt ki, elm 
bu  sahədə  müəyyən  çətinliklərin  izahına  yeni  yanaşma 
tərzindən  baxmaq  istəyir,  bu  zaman  görür  ki,  müəyyən 
faktları  təsdiqləyən  təcrübi  və  empirik  göstəricilər  yoxdur. 
İndi  alimlər  həyatın  Yerdə  əmələ  gəlməsini  laboratoriya 
şəraitində  milyard  illər  bundan  əvvəl  olduğu  şəkildə 
təkrarını  vermək  iqtidarında  deyildirlər.  Çətinlik  həyatın 


 
26 
əmələ  gəlməsi  üzrə  birbaşa  eksperimentin  aparılmasının 
qeyri-mümkünlüyündən  ibarətdir  (bu  prosesin  unikallığı 
əsas  elmi  metodun  istifadəsinə  mane  olur).  Həyatın  əmələ 
gəlməsi məsələsi təkcə maraqlı olması ilə bitmir, o, həm də 
canlı  və  cansız  materiyalar  arasındakı  fərq  və  həyat 
təkamülü problemləri ilə sıxı əlaqədardır. 
   
 Həyat nədir? Canlı və cansızın fərqləri. 
 
     Nədir canlı və nədir cansız? Əgər bu məsələyə sırf fəlsəfi 
nöqteyi-nəzərincə  baxsaq,  ümumiyyətlə  Kainatda  cansız 
deyilən  materiya  yoxdur.  Dünyanı  xarakterizə  edən  əsas 
ölçü vahidləri – məkan və zaman hesab olunur. Yəni hər bir 
üçölçülü  (uzunluq,  en  və  hündürlük)  maddi  varlıq  yalnız 
müəyyən  zamanda  mövcuddur.  Zamanın  sonrakı  anında 
materiya  da  öncəki  vəziyyətindən  çıxır,  dəyişir.  Lakin 
maddiyyəti xarakterizə edən üçüncü bir amil də var ki, bu da 
hərəkət və  ya enerjidir. Kainatda olan hər bir varlıq  – dərk 
olunan və ya olunmayan –  hərəkətdədir, enerjiyə malikdir. 
Yerin  və  başqa  planetlərin  Günəş  ətrafına  çox  dəqiq, 
fasiləsiz  və  bir  saniyə  belə  xəta  etmədən  fürlanması, 
Kainatda olan sonsuz sayda ulduz və ulduzlar sisteminin bir 
an  dayanmadan  irəliyə  -  Kainatın  ənginliklərinə  doğru 
hərəkəti,  molekulların  maye  və  qaz  mühitində  durmadan 
xaotik  hərəkəti,  küləyin,  suyun  hərəkəti,  atomlarda  müsbət 
yüklü  protonların  ətrafına  çox  böyük  sürətlə  dövr  edən 
mənfi  yüklü  elektronların  hərəkəti  –  bütün  bunlar  ondan 
xəbər verir ki, bu –  qurtaracağı olmayan, sonsuz, hüdudsuz 
Kainat  –  yarananda  ona  birinci  növbədə  irəliyə  doğru 
hərəkət  (enerji)  verilmişdir.  Bu  enerji  bir  an  belə  yox  ola 
bilməz, çünki bu baş verərsə, zaman dayanmalıdır, materiya 
–  varlıq  həmən  yox  olmalıdır.  Hərəkət  və  ya  enerji 
materiyanın ayrılmaz və mühüm atributudur. Fizika elminin 
göstərişinə  görə,  hər  hansı  bir  materiyada  hərəkət  o  zaman 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə