Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə8/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   4   5   6   7   8   9   10   11   ...   82

 
27 
dayana bilər ki, bu materiyanı təşkil edən atomların nüvələri 
ətrafına fırlanan elektronların hərəkəti dayanmış olsun, yəni 
onlar  nüvəyə  düşmüş  olsunlar  ki,  bu  da  mövcud  atomun 
məhv  olması  –  kvant  hissəciklərinə  çevrilərək  “fiziki 
boşluğa”  düşməsi  deməkdir.  Bu  hal  materiyanın  daxili 
enerjisinin  sıfıra  bərabər  qiymətində  və  ya  onun  malik 
olduğu temperaturun -273 ºC (º0 K) alması ilə ola bilər, bu 
isə  qeyri-mümkün  haldır.  Bu  fikri  daha  dolgun,  düzgün  və 
riyazi  formada  dahi  Albert  Eynşteynin  fundamental 
nisbilik  nəzəriyyəsinin  bütün  Kainatı  xarakterizə  edən 
E=mc² düsturu da təsdiqləyir – “enerji sıfıra bərabər olarsa, 
onda  kütlə  də  olmamalıdır”.  Energetizmin  böyük 
nümayəndələrindən biri, alman alimi V.Heyzenberq qədim 
naturfilosofların ideyalarını müasir fizikanın nəaliyyətləri ilə 
eyniləşdirərək  deyir:”Enerji  kəmiyyəti  Kainatda  həmişə 
sabitdir,  yalnız  dövrün  (tsiklin,  Kainatın  yox)  sonunda  o 
sakit  hala  keçir,  ölür,  potensial  olur”.  “Fiziki  boşluq” 
deyilən  anlayış  isə  o  demək  deyildir  ki,  orada  artıq  heç  nə 
yoxdur. Kainatın belə bir ən qlobal, ümumi  qanunu vardır – 
“O, boşluq sevmir”. “Boşluq” deyilən şey, bu heç bir fiziki 
mahiyyət  daşımır  və  belə  bir  fiziki  məfhum  yoxdur. 
Dünyanın  genişlənməsi  məsələsinin  özü  də  bununla 
əlaqədardır.  Boşluğa  bənzər  bir  mənzərə  alınan  anda,  o 
saniyə oranı spontan olaraq materiya və ya enerji doldurur.  
     Bütün  bu  deyilənlərdən  belə  bir  mahiyyət  doğur  ki, 
mütləq  yaranma  və  mütləq  ölüm  yoxdur,  çünki  fasiləsiz, 
spiralvari hərəkət vardır.  
     Bu  məsələnin  təhlilinə  sırf  bioloji  aləmdən  yanaşsaq, 
burada mövcud olan bir sıra elmi baxışlara müraciət etməli 
və  Yerdə  üzvi  aləmin  təkamül  qanunauyğunluqlarını 
anlamaq  üçün  təkamül  və  canlının  əsas  xüsusiyyətləri 
barədə ümumi təsəvvürlərə malik olmalıyıq. Buna görə canlı 
varlığı  onların  bəzi  xüsusiyyətləri  baxımdan  xarakterizə 


 
28 
etmək  və  həyatın  təşkilinin  əsas  təbəqələrini  ayırd  etmək 
lazımdır. 
      Adətən,  hesab  edirlər  ki,  canlını  cansızdan  fərqləndirən 
xüsusiyyətlər  bunlardır:  maddələr  mübadiləsi,  hərəkətlilik, 
qıcıqlanma  qabiliyyəti,  böyümə,  bölünərək  çoxalma.  Lakin 
analiz göstərdi ki, bəzən bu xüsusiyyətlər cansız aləmdə də 
özünü  göstərir  və  ona  görə  də  bunlar  canlının  spesifik 
xüsusiyyətləri  sayıla  bilməz.  Bu  barədə  son  və  səmərəli 
təkliflərdən  biri  B.M.Mednikovun  nəzəri  biologiyanın 
aksiomları şəklində verdiyi izahatdır {13}
1.
 
Bütün  canlı  orqanizmlər  nəsildən  nəsilə  irsi  keçən 
genotipin 
yaranması 
üçün 
müəyyən 
proqramlaşdırılmış  vahid  fenotipə  malikdirlər 
(A.Veysmanın aksiomu). 
2.
 
Genetik  proqram  matrisa  yolu  ilə  əmələ  gəlir. 
Gələcək nəslin geninin yaranması üçün matrisa kimi, 
keçmiş  nəslin  geni  istifadə  olunur  (N.K.Koltsovun 
aksiomu). 
3.
 
Nəsildən  nəsilə  ötürülmə  prosesində  genetik 
proqramlar  müxtəlif  səbəblər  nəticəsində  təsadüfi  və 
istiqamətlənməmiş şəkildə dəyişirlər və yalnız bu cür 
dəyişkənlik təsadüfən verilən mühitdə uğurlu ola bilər 
(Ç.Darvinin 1-ci aksiomu). 
4.
 
Genetik  proqramların  təsadüfi  dəyişmələri  fenotipin 
yaranması 
zamanı 
kəskin 
şəkildə 
güclənir 
(N.V.Timofeyev-Resovski aksiomu). 
5.
 
Genetik  proqramların  kəskin  dəyişmələri  xarici 
mühitin  şərtləri  hesabına  seçməyə  məruz  qalır 
(Ç.Darvinin 2-ci aksiomu). 
 
    “Diskretlilik  və  tamlıq  –  Yerdə  həyatın  təşkilinin  iki 
fundamental xassəsidir. Canlı obyektlər təbiətdə bir-birindən 
nisbi  ayrılmışlar  (fərd,  çoxalma,  növ).  İstənilən  fərd  –  
çoxhüceyrəli  canlı  hüceyrələrdən,  istənilən  hüceyrə  və 


 
29 
birhüceyrəli  varlıq  isə  müəyyən  orqanogellərdən  ibarətdir. 
Orqanogellər  yüksəkmolekullu  diskret  üzvi  maddələrdən, 
bunlar  da  öz  növbəsində  diskret  atomlardan  və  elementar 
hissəciklərdən  ibarətdir.  Eyni  zamanda  mürəkkəb  qurumda 
(orqanizmdə)  onun  hissələrinin  və  quruluşunun  bir-biri  ilə 
qarşılıqlı  təsirinin  olmamasını  (natamamlığını)  təsəvvür 
etmək  olmaz”.  Bioloji  sistemlərin  tamlığı  keyfiyyətcə 
cansızın tamlığından fərqlənir və ən əsası onunla ki, canlının 
tamlığı  (bioloji,  fəlsəfi  yox)  inkişaf  prosesində  saxlanılır. 
Canlı  sistemlər  –  açıq  sistemlərdir,  onlar  hər  zaman  xarici 
mühitlə  maddi  və  enerji  mübadiləsindədirlər.  Onlar  üçün, 
görünür  ki,  üzvi  təkamül  prosesində  artaraq  əmələ  gəlmiş 
mənfi  entropiya  (nizamlılığın  artması)  xarakterikdir. 
Ehtimal ki, canlılara materiyanı “özü idarəetmə” xüsusiyyəti 
xasdır. 
    Canlı  sistemlər  arasında  eyni  iki  fərd  yoxdur  ki,  onların 
çoxalması  və  növləri  eyni  olsun.  Canlının  diskretliyini  və 
tamlığını  müəyyənləşdirən  bu  unikallıq  “dəyişməklə  özünü 
hasil  etmə”  kimi  qəribə  bir  hadisəyə  əsaslanır.  Matrisa 
prinsipi  əsasında  (1-3  aksiomların  cəmi)  əmələ  gələn 
“dəyişməklə  özünü  hasil  etmə”  prinsipi  görünür  ki,  Yerdə 
həyat üçün yeganə spesifik xassədir. Onun əsasında mühüm 
idarəetmə  sistemlərinin  (DNT,  xromosom  və  genlərin) 
özünü hasil etməsi kimi unikal qabiliyyətləri vardır. Həyat – 
müəyyən  inkişaf  prosesində  qanunauyğun  şəkildə  meydana 
gələn materiyanın mövcudluq formalarından biridir. 
    Bu  söylədiklərimizdən  başqa,  canlını  cansızdan  ayıran 
maddi,  quruluş  və  funksional  plan  baxımından  bir  neçə 
fundamental  fərqləri  vardır.  Maddi  plan  baxımından 
canlının 
tərkibinə 
mütləqa 
yüksək 
nizamlanmış 
makromolekulyar  üzvi  maddələr  –  zülallar  və  nuklein 
turşuları  (DNT  və  RNT)  daxildir.  Quruluş  planda  canlı 
cansızdan  hüceyrə  quruluşunda  olması  ilə  fərqlənir. 
Funksional  planda,  canlılara  özü-özünü  hasil  etmə 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə