263
vakuum enerjisi və həm də dünyanın ilkin yaranmasına
səbəb olan hissəciyin – Higgis bozonunun (“Allahın
hissəciyi”-
ilkin
hissəcik
olduğuna
görə
belə
adlandırılmışdır)) tədqiqi üzrə geniş şəkildə elmi
araşdırmalar və praktiki eksperimentlər aparılmaqdadır.
“Higgis bozonu” anlayışı ilk dəfə 1964-cü ildə Şotlandiya
fiziki Piter Higgis tərəfindən verilmişdir{195,196,197}. Bu,
Higgisin dediyi kimi – spinsiz, qravitasiya qanunlarına tabe
olmayan və maddənin kütləsinin yaranmasına səbəb olan,
hissəciklər arasındakı “fiziki boşluğu” dolduran virtual
kvant hissəciyidir. Higgis bozonunun kütləsi protonun
kütləsindən ~ 100-200 dəfə çox olmalıdır! Belə təxmin
edilir ki, Kainatda olan bütün varlıqların kütləsi Higgis
bozonundan meydana gəlmişdir. İndi alimlər Kainatın
yaranmasında “Böyük partlayış” nəzəriyyəsinə üstünlük
verərək göstərirlər ki, bu ilkin hadisənin yaranmasına səbəb
olan üç fundamental qarşılıqlı təsirlə bərabər (elektromaqnit,
güclü və zəif təsirlər) fiziki vakuumun ayrılmaz hissəsi olan
Higgis hissəcikləri də mühüm rol oynamışdır. Belə
söyləyirlər ki, bu hissəciklərin təsiri nəticəsində Böyük
partlayış zamanı bəzi hissəciklər – kvark və leptonlar kütlə
əldə etdikləri təqdirdə, digərləri isə - foton, qraviton və s.
buna nail ola bilməmişlər. Higgis özü göstərirdi ki, məkan
hissəciklər arasını dolduran ağır, özlü substansiyadan
ibarətdir: bütün fundamental hissəciklər Higgis sahəsi ilə
qarşılıqlı əlaqədə olub kütlə əldə edirlər, əgər hissəcik
onunla daha sıx əlaqədədirsə, o daha çox kütləyə malik olur
və ya əksinə, heç əlaqədə deyildirsə, onda kütlə əldə edə
bilmir. Burada dramatizm ondan ibarətdir ki, əgər bu virtual
hissəcik (higgis) aşkar olunarsa, onda “Böyük partlayış”
adladırılan Standart modelin çatışmayan hissəsini “Higgis
boşluğu” doldurulacaq və Kainatın ilk yaranışı barədə dəqiq,
elmi məlumatlar əldə olunacaqdır. Yox, əgər bu baş
verməzsə, onda bu nəzəriyyəyə zidd çıxan bütün
264
opponentlər baş qaldıracaqlar. Higgis hissəciklərinin
yaranması üçün 114-211 hiqaelektronvolt (HeV) enerji tələb
olunur. 2000-ci ildə CERN elan etdi ki, kütləsi 114 HeV/s²
olan higgisin parçalanmasını müşahidə etmişlər, lakin
sonradan bunun yanlış olduğunu özləri etiraf etdilər. Məsələ
burasındadır ki, bunu əldə etmək üçün onlar “Böyük
Elektron-Pozitron
Kollayderindən” (gücləndiricisindən)
(Large Electron Positron Collider) istifadə etmişdilər. Onu
da qeyd etmək lazımdır ki, kollayder uzunluğu 27 km olub,
Yerin 100 m dərinliyində 6 milyard avro məbləğinə başa
gələn nəhəng bir qurğudur. Lakin sonradan bu kollayder
daha güclüsü ilə “Böyük Adron Kollayderi” ilə əvəz oundu
ki, onun da sınagı lap bu yaxınlarda – 2010-cu ilin martın
30-da CERN-də keçirildi və dərhal da səhərisi günü
özlərinin internet saytında “Yüksək enerji toqquşmaları
paleohissəciyi göstərdi” – deyə bütün dünyaya bildirdilər
{198}. Yeni kollayder 14 TeV enerji gücünə hesablanmışdır.
Bu tədqiqatın əsas aparıcılarından olan Aleyn Qrand və
Rikard Ouen tarixi bir yenilik əldə etdiklərini dünyaya
bəyan etdilər. Bir-birinə qarşı əks istiqamətdə nəhəng bir
sürətlə
hərəkət
edən
qurğuşun
protonlarının
toqquşmalarından alınan neytral hissəcikləri həm adi gözlə
və həm də datçiklərlə qeydə almaq mümkün oldu və onu
“paleohissəcik” adlandırdılar. Böyük kütləyə malik olan bu
hissəcik üç ədəd – bir əsas top-kvarkdan və iki qəribə
kvarklardan ibarətdir. Onlar bunu neytral hissəcik
olduğundan “neytrinozaur” adlandırdılar. Rikard Ouen:
“Əsas nəticə ondan ibarətdir ki, indiyə kimi bizə tanış olan
bütün hissəciklər böyük partlayışa qədər mövcud olan
“əkizlərin” törəmələridir. Məsələn, göstərmək olar ki,
proton “protonozaurun”, elektron “elektronozaurun” və s.
törəməsidir, amma bu paleohissəciyin əksi olan
antipaleohissəciyin olub-olmaması barədə hələ heç nə
bilmirik. Şübhə yoxdur ki, gələcəkdə buna da nail olacağıq.
265
Ən əsası indi budur ki, bu kəşf yeni unikal paleohissəciklər
fizikasının tədqiqat sahəsini aşkar etdi”.
Lakin, təəssüf ki, “Higgis bozonu” haqqında heç bir
məlumat verilmir. Məsələ burasındadır ki, kütləvi
informasiya mənbələri tərəfindən Higgis bozonu Kainatın
əsas kütləsini xarakterizə edən və buna görə də onun süni
yolla alınması və tədqiqatı kütlənin sonsuz dərəcədə sürətlə,
zəncirvari reaksiya ilə qarşısıalınmaz şəkildə artmasına və
“qara dəliyin” yaranmasına gətirib çıxarmasından,
həmçinin onun “Allahın hissəciyi” adlandırdıldığından –
bütün bunlar insanlarda çox dəhşətli qorxu, vahimə
yaratmışdır. Bəlkə də burada bir həqiqət vardır. Çünki hələ
görmədiyimiz, duymadığımız möhtəşəm bir enerjiyə malik
fiziki vakuumun virtual bir hissəciyi ilə necə gəldi
oynamağın özü bəlkə də yeni bir “Bötük partlayış” doğura
bilər və buna görə də qorxuludur. Amma tam əminliklə
söyləmək olar ki, Kainatda mövcud olan hər bir substansiya
fiziki vakuumdadır və onun hər bir şeyə, o cümlədən,
insanlara böyük təsiri vadır.
Bu baxımdan bəzi fenomen insanların avtotrof həyat
sürmələri faktı fiziki vakuum enerjisi nöqteyi-nəzərincə izah
olunmağa başlanmışdır və müəyyən ağlabatan nəticələr də
əldə olunmuşdur.
İndi insanın avtotrofluq problemi iki aspekt üzrə müzakirə
olunur: 1) ekzerqik və 2) enderqik {184,190}. Bunlardan
birincisi bioloji komfort şəraitin təmin olunmasını tələb edir
və əlavə olaraq homeostazın pozulmaması şərti ilə xarici
enerjitəminat problemini həll etməlidir. İkincisi – bu, elə
bioloji avtotrofluqdur ki, bu termin altında orqanizmin belə
bir fəaliyyət rejimi başa düşülməlidir ki, bu zaman fiziki
vakuum (efir) enerjisinin birbaşa məsrəfi mümkündür və
üzvi mənşəli qida məhsullarının tələbatı minimuma enir.
Mahiyyətcə, avtotrofluq probleminin hər iki aspekti eyni
Dostları ilə paylaş: |