240
Bəs, insanın hal-hazırkı vəziyyətində tez qocalmasına və
ölümünə səbəb olan əsas amil nədir? Bu barədə dünyanın
bir sıra regionlarında elmi tədqiqat işləri davam edir və bəzi
tutarlı nəticələr də alınmışdır.
Məsələn, məşhur Amerika alimi,
Nobel mükafatı laureatı
Rey Kurzveyl insan qocalığı və ölümünün yaxın 10-15 il
müddətində qarşısını almağın
nanotexnologiya elminin bir
sıra
nəaliyyətləri
ilə
mümkün olduğunu irəli
sürmüşdür
{174}. “Yaxın
yüzillikdə çoxlu sayda
yeni kəşflər, olacaqdır.
Qabaqcıl texnologiyalar
daha da təkmilləşəcək və
yaxın yüzillik gələcək
bəşəriyyətin keçmiş olduğu onlarca yüzilliklərdən çox yeni
tapıntılar, kəşflər gətirəcəkdir.., qocalma prosesini
ləngitmək, onu geriyə çəkmək və başqa növ yeniliklər
olacaqdır” - futuroloji fikirləri Rey Kurzveyl söyləmişdir.
1974-cü ildə o, kor insanlar üçün nəzərdə tutulan oxu
aparatı kəşf etmişdir. Yazının surətini çıxaran maşının
prinsiplərinə əsaslanan kompyuter yazı tekstini səhifədən
skanə edərək onu adi insan səsi ilə oxuyur. Bu kəşf bütün
dünya miqyasında korlar üçün inqilabi dönüş oldu. Korlar
üçün istənilən növ kitab, hətta onlar üçün istifadə olunan
şriftlərə tərcümə olunmadan belə asanlıqla oxuna bilir. Bu
şəxs skanerin, sintezatorun istənilən tekstin vokal
tanınmasının atası hesab olunur. Məhz o, 1990-cı ildə çap
olunmuş “Ağıllı maşınlar əsri” adlanan ilk kitabında
öncədən İnternetin əmələ gəlməsini söyləmişdir. Həmin
ildəcə yazdığı “Ruhi maşınlar əsri” kitabında sonrakı
təkamülü belə xarakterizə edir:”İnsan Yer üzərində ən ağıllı
və yüksəkməhsuldar varlıq kimi özünün mərkəzi mövqeyini
itirməyə başlayır. Yaxın 100 ildə çoxlu şeylər baş