95
əmələ gətirirlər. Azot atomları arasında N – N ölşülən
məsafə 1,095 Å-dir. Azot molekulu simmetrik və
antisimmetrik olan iki müxtəlif spin momentli nüvələrə
malikdir
{59,60}. Adi şəraitdə simmetrik formanın
antisimmetrikə olan nisbəti 2:1-dir. Bərk halda azotun iki
modifikassiyası məlumdur: – kubik və – heksaqonal,
bunlar arasında temperatur keçidi
–237,39 С.
modifikasiya –209,96 С-də əriyir və 1 atmosfer təzyiqdə –
195,78 C-də qaynayır. Bir mol (28,016 q və ya 6,023 10
23
molekul) molekulyar azotun atomar azota (N
2
→ 2N)
dissosiasiya enerjisi 225 kkal-dir. Buna görə də azot atomu
kiçik elektrik boşalmalarında əmələ gələ bilər və molekulyar
azota görə kimyəvi aktivdir.
Alınması və tətbiqi
Azot elementinin alınma üsulu tələb olunan təmizlik
dərəcəsindən asılıdır. Azot külli miqdarda amonyakın
sintəzi üçün alınır. Bu zaman az miqdarda nəcib qazların da
onunla birgə alınması yol verilə biləndir. Azotun havadan
ekonomik alınması ucuz yolla təmizlənmiş havanın (su
buxarından, CO
2
-dən, tozdan və başqa qarışıqlardan)
sıxılmasına əsaslanır. Ardıcıl olaraq havanın sıxılması,
soyudulması və genişləndirilməsi onun mayeləşməsinə
gətirib çıxarır. Maye hava temperaturun yavaş-yavaş
qaldırılması yolu ilə fraksion destilləyə uğradılır. Birinci
olaraq nəcib qazlar – arqon və helium, sonra azot ayrılır,
maye oksigen isə qalıq kimi qalır.
Bu təmizlənmə prosesi bir
neçə dəfə təkrar olunaraq saf şəkildə məhsullar alınır. Bu
üsulla il ərzində kənd təsərrüfatı və sənaye üçün müxtəlif
azottərkibli birləşmələrin istehsalı texnologiyasında ilkin
məhsul kimi istifadə olunan bir neçə milyon ton azot alınır.