«Elmi məcmuə.(Bakı İslam Universiteti)». 2011.№6. S. 121-162. İSlamda şİƏLİk və ŞİƏLİYİN İslamda rolu



Yüklə 472,28 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix25.07.2018
ölçüsü472,28 Kb.
#58939
  1   2   3   4   5   6   7   8   9   ...   13


«Elmi məcmuə.(Bakı İslam Universiteti)».-2011.-№6.-S.121-162.

İSLAMDA ŞİƏLİK VƏ ŞİƏLİYİN İSLAMDA ROLU

İbrahim QULİYEV

Məlum  olduğu  kimi  İslam  dini  miladi  VII  əsrin  əvvəllərində  Ərəbistan  Yarımadasında  meydana  gəlmişdir.



«Təslim  olmaq»,  «boyun  əymək»  mənalarında  olan  islam  dini  səmavi  din  olub  Allah  tərəfındən  Cəbrailin  (ə)

vasitəsilə  Muhəmməd  peyğəmbərə  (s)  nazil  edilmişdir.  İslamın  müqəddəs  kitabı  Qurani-Kərimdir.  Allah  onu

Muhəmməd  peyğəmbərə  (s)  göndərmiş  və  islamın  bütün  qayda-qanunlarını orada  təsbit  etmişdir.  23-illik  zaman

ərzində  nazil  edilən  Quran  ana  prinsipləri  gətirmiş,  onların  təhlil  və  təfsirini  isə  Peyğəmbərin  (s)  üzərinə

buraxmışdır. Buna görə də Quran Peyğəmbərə (s) xitabən buyurur:

«Biz səni qorxudan, müjdələyən və şahid olaraq göndərmişik

2

». Elə bu səbəbdəndir ki, müsəlmanlar öz

şəri dəlillərini bu iki qaynağa-Quran və sünnəyə bağlayırlar.

Allah islam dinini göndərməklə bəşəriyyəti zülmətdən nura çıxarmış, onların dünya və axirət xoşbəxtliklərini

məhz bu dində qərar vermişdir. Belə ki, Allah buyurur:

«Allah yanında din əlbəttə islamdır

3

», «...Yalnız müsəlman olduğunuz halda ölün



4

».

Şübhəsiz ki, Peyğəmbər (s) Qurana tabe olaraq onun ayələrini açıqlamış, onun batini mənalarını öz ümmətinə



izah  etmişdir.  Bütün  islam  ümməti  də  Peyğəmbərə  (s)  tabe  olaraq  onun  buyurduqlarına  boyun  əymiş  və  bu

göstərişlərə sadiq qalmışlar. Lakin təəssüflər olsun ki, müsəlmanlar bəzi məsələlərdə ixtilafa düşmüş və aralarında

ayrı seçkilik yaranmışdır.  Əlbəttə ki, islam ümməti  içərisində baş  verən bu parçalanmalar qabaqcadan Peyğəmbər

(s)  tərəfındən  xəbər  verilmiş  və  belə  olan  təqdirdə  hansı  eəbhədə  yer  almaq  problemi  o  Həzrət  tərəfındən

müəyyənləşdirilmişdir.  Peyğəmbər  (s)  hədislərinin  birində  buyurmuşdur;  "Mən  sizin  aranızda  iki  ağır  əmanət

qoyuram. Onlardan biri Allahın kitabı, digəri isə nəslimdən olan əhlibeytimdir. Onlar Kovsər hovuzunun kənarında

mənə yetişənədək bir-birlərindən heç vaxt ayrılmazlar"

5

Qurani-Kərim əhli beytin (ə) fəzilətlərinə aid bir çox ayələr nazil etmiş  və  onları sevib,  onlara  tabe  olmağı



vacib etmişdir. Allah buyurur; "Allah iman gətirib yaxşı  əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya

Peyğəmbər!)  De:  "Mən  sizdən  bunun  (risaləti  təbliğ  etməyimin)  miiqabilində  qohumluq  məhəbbətindən

(əhli-beytə  sevgidən)  başqa  bir  şey  istəmirəm.  Kim  bir  yaxşı  iş  görərsə,  onun  yaxşılığının  savabının

(mükafatını)  artırarıq!"  Həqiqətən,  Allah  bağışlayandır,  qədirbiləndir!  (Şükrün  və  itaətin,  gözəl  əməllərin

əvəzini verəndir!)"

6

Bu  ayənin  təfsirində  Təbəri  deyir  ki:  "Suddi,  Əbu  Deyləmin  belə  dediyini  rəvayət  etmişdir: "Hz.  Hüseynin

oğlu  Əli  (ə)  əsir  olaraq  gətirilib  Şamın  darvazasında  saxlanıldığı zaman  Şamlılardan  bir  adam  ayağa  qalxıb  belə

dedi:  "Sizi  öldürən,  kökünüzü  qurudan  və  fıtnənin  buynuzlarını  qıran  Allaha  həmd  olsun,  "Bunun  üzərinə  Hz

.Hüseyn oğlu Əli (ə) o adama: " Sən heç Quran oxudunmu?" dedi. Adam da "Bəli" dedi. Hz. Hüseynin oğlu Əli (ə):

"Sən Ha Mimi (Şura surəsini) oxudunmu?" dedi.

Adam: "Mən Quranı axıra qədər oxudum lakin Ha Mimi oxumadım." dedi. Hz. Hüseynin oğlu Əli (ə): "Sən,

Mən  sizdən  buna  qarşı  heç  bir  mükafaat  istəmirəm.  Mən  sizdən  yalnız  yaxınlara  sevgi  istəyirəm"  ayəsini

oxumadınmı?" dedi. Adam: "O yaxınlar sizlərsinizmi?" dedi. Hz. Hüseynin oğlu Əli (ə) də: "Bəli bizik" dedi

7

.

Şiə məzhəbi də bu ayənin hökmünə tabe olaraq istər Peyğəmbərin (s) dövründə, istərsə də onun vəfatından



sonra həmişə əhli-beytin (ə) yanında olmuş və bütün məqamlarda onları Peyğəmbərdən (s) sonra ümmətin ən üstün

şəxsləri bilmişlər.

Bundan  başqa  əhli-beytin  (ə)  fəzilətinə  aid  ən  nümunəvi  ayələrdən  biri  mübahilə  ayəsidir  ki,  Allah  bu

ayəsində buyurur; "(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan)



sonra  buna  (İsanın  əhvalatına)  dair  səninlə  mübahisə  edənlərə  de:  "Gəlin  biz  də  oğlanlarımızı,  siz  də

oğlanlarımzı;  biz  də  qadınlarımızı,  siz  də  qadınlarınızı;  biz  də  özümüzü,  siz  də  özünüzü  (bura)  çağıraq!

Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!"

8

Görkəmli əhli-sünnət alimi Carullah Zəməxşəri bu ayənin təfsirində yazır; "Quranda əhli-beytin (ə) fəzilətinə

aid  bu  ayədən  möhkəm ayə  tapmaq  mümkün deyildir..  Peyğəmbər  (s)  mübahiləyə  gedən  zaman  özü  ilə  Əlini  (ə),

Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) apardı"

9



 Bakı İslam Universtetinin hədis müəllimi



2

 (Əhzab 45)

3

 (Ali-İmran 19).



4

 (Ali-İmran 102)

5

 (Əhmad bin Honbol, Musnəd, darus-sadir, Beyrut, cild V, səh-182, Əhməd bin Şueyb Nəsai, Xəsais, muəssisətu-təqəddum, Misir, səh-20,



Hakim Nişapuri, Mustədrək alə Səhiheyn, cild III, səh-109, İbn Həcər əl-Heytəmi, əs-Səvaiqul-Muhriqa, muəssisətu-Əbdullətif, Misir, səh-226)

6

 (Şura-23)



7

 (Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri, Təbəri Təfsiri, Hisar Nəşriyyat, Şura surəsinin 23-cü ayəsinin təfsiri)

8

 (Ali-İmran-61)



9

 (Təfsirul-Kəşşaf, adı keçən ayənin təfsiri)




Əhli-beytin (ə) kimlərdən ibarət olmasına gəldikdə isə şübhəsiz ki, bunlar yuxarıda adı çəkilən şəxslərdir. Bu

haqda məşhur hədis alimi Müslim bin Həccac Nişapuri səhih bir sənədlə Peyğəmbərin (s) xanımı Aişədən belə nəql

edir;  "Peyğəmbər  (Sallallahu  Əleyhi  və  Səlləm),  üzərində  qara  yundan  məmul  naxışlı bir  əba  olduğu  halda  səhər

çağı (evdən) çıxırdı.  Bu vaxt Həsən bin Əli (ə) gəldi. Onu əbanın içinə  aldı, sonra  Hüseyn  (ə)  gəldi,  o  da  əbanın

altına  girdi. Sonra Fatimə (ə) gəldi. Peyğəmbər (s) onu da içəri  aldı.  Sonra Əli  (ə) gəldi. Onu da içəri  aldı.  Sonra

dedi:«Ey  Əhli  Beyt!  Allah  ancaq  və  ancaq  sizdən  hər  növ  pislik  və  günahı  aradan  qaldırmaq  və  sizi  tərtəmiz

paklamak istəyir» ayəsini oxudu"

10

Bu  hədisi  bir  az  fərqli  formada  məşhur  hədis  alimi  Əhməd  bin  Hənbəl  Peyğəmbərin  (s)  xanımı  Ummu



Sələmədən  belə  rəvayət  edir;  "Peyğəmbər  (s)  mənim  evimdə  olarkən  qızı  Fatimə  (ə)  gəldi.  O,  Peyğəmbərin  (s)

yanına  daxil  oldu.  Həzrət  ona  buyurdu:  ərini  və  iki  oğlunu  mənim  yanıma  çağır.  Bir  azdan  Əli  (ə),  Həsən  (ə)  və

Hüseyn  (ə)  gəldilər.  Onlar  Peyğəmbərin  (s)  yanına  girdilər  və  onun  yanında  oturdular.  Peyğəmbərin  (s)  xeybəri

əbası vardı. O, onları əbanın altına aldı. Allah "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi



tərtəmiz  (pak)  etmək  istər!"  (əhzab-33)  ayəsini  nazil  etdi.  Sonra  əlini  yuxarı  qaldırıb  dedi:  Allahım!  bunlar

mənim  əhli-beytimdir.  Onlardan  hər  növ  çirkinlikləri  uzaq  et  və  onlan  tər-təmiz  et.  Mən  başımı əbanın  içərisinə

salıb dedim: mən də sizdənəm ey Allahın Rəsulu? Dedi: sən xeyir üzərindəsən"

11

Şiə  məzhəbi  bu  qrupdan  olan  mütəvatir  hədisləri  əsas  götürərək  əhli-beytin  (ə)  yalnız  bunlardan  ibarət



olduğunu  demiş  və  onların  tərəfində  yer  almışlar.  Həmçinin  şiələr  bu  ayələr  və  hədislər  əsasında  müsəlmanların

əhli-beyt (ə) qarşısında aşağıdakı vəzifələri olduğunu deyirlər;

1.

Quran  və  əhli-beyt  (ə)  həmişə  birgədir.  Quranın  həqiqətləri  ilə  tanış  olmaq  istəyənlər  mütləq  əhli-beytə  (ə)



sığınmalıdırlar.

2.

Quranın  hökmlərinə  qeyd-şərtsiz  itaət  etmək  müsəlmanlara  vacib  olduğu  kimi  əhli-beytə  (ə)  də  itaət



qeyd-şərtsiz vacibdir.

3.

Əhli-beyt (ə) məsum və günahsızdır.



4.

Əhli-beytdən (ə) uzaqlaşmaq zəlalətə düşmək deməkdir.

5.

Əhli-beyt (ə) hamıdan üstün və fəzilətlidir.



ŞİƏ SÖZÜNÜN LEKSİK VƏ TERMİNOLOJİ MƏNALARI

Şiə sözü etimoloji cəhətdən ərəb mənşəli sözlərdən olub lüğətdə «kömək etmək», «dostluq etmək», «kiminsə

davamçısı olmaq» mənalarını bildirir.

Məşhur lüğət alimi Firuzabadi «əl-Qamus» əsərində yazır: «Şiətur-Rəcul dedikdə, bir adama tabe olub onun

ardınca getmək və ona kömək etməkdir. Bu kəlmə bir termin olaraq tək, təsniyə, cəm, muənnəs və muzəkkərdir

12

».



Həmçinin şiə sözünün mənalarından biri də kiminsə əqidə və məsləyinə uymaqdır.

Şiə sözünü terminoloji mənasına gəldikdə isə alimlər ona belə bir məna və tərif verirlər; «Hər kəs Əlini (Ə)

və onun övladlarını (ə) özünə rəhbər bilsə, şiə adlanacaq

13

». «Hər kəs bir insana kömək etsə və onun dəstəsindən



olsa, o, onun şiəsi olacaq.... nə vaxt deyilsə ki, fılankəs şiədir buradan başa düşülür ki, o, onlardandır. Şiə məzhəbi

də belədir

14

».

Yuxarıdakı tərifləri  eynilə  İbn  Əsir  əl-Cəzəri  «ən-Nihayə»  əsərində  qeyd  etmişdir



15

.  Həmçinin  şiə  «Həzrət

Əlini (ə) və onun ailəsini özünə rəhbər bilən şəxslərə deyilir

16

» kimi də tərif edilir.



Şiə sözünün terminoloji mənasından belə başa düşülür ki, bu söz həzrət Peyğəmbərdən (s) sonra Əliyə (ə) və

onun övladlarına tabe olmaqdır.



ŞİƏ TERMİNİ QURANİ-KƏRİMDƏ

Şiə  sözü  bir  termin  olaraq  Qurani-Kərimdə  də  işlədilmişdir.  Bu  kəlmənin  Qurandakı  mənaları  aşağıdakı

ayələrdə özünü göstərməkdədir;

«Onlardan biri öz adamlarından, digəri isə düşmənlərindən idi

17

»

«Həqiqətən İbrahim onun yolu ilə gedənlərdən idi

18

»

Göründüyü  kimi  bu  ayələrdə  tərəfdar,  dost,  ardınca  gedən  mənalarındadır.  Digər  ayələrdə  isə  aşağıdakı

mənalarda işlədilib;

«Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur...

19

»

«O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular

20

»

Bu ayələrdə isə şiə sözü fırqə, dəstə mənalarında işlədilmişdir.

10

 (Müslim bin Həccac Nişapuri, əl-Camius-Səhih, kitabul-fəzail, hədis Ns 6261)



11

 (Əhməd bin Hənbəl, Musnəd, məktəbətul-Yəməniyyə, Misir-1313 h, cild VI, səh-292)

12

 (əl-Qamus, şiə maddəsi)



13

 (Firuzabadi, əl-Qamus)

14

 (Tacul-Ərus, V cild, səh-405)



15

 (II cild, səh-267)

16

 (Muhsin əl-Əmin, Əyanuş-Şiə, I cild, səh-18).



17

 (Əl-Qasəs-15).

18

 (Əs-SaffaT-83).



19

 (Əl-Ənam-159).

20

 (Ər-Rum-32).




Yüklə 472,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə