Elmи мяъмуяси



Yüklə 72,12 Kb.
Pdf görüntüsü
tarix24.12.2017
ölçüsü72,12 Kb.
#17856


 

 



 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 

ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 14 SENTYABR (EYLÜL) 2010




"Hədiqətüs-süəda" əsərində Füzulinin əqidə uğrunda mübarizəyə baxışı və qiyamın əxlaqi cəhətləri

 

225 


 

 

"HƏDİQƏTÜS-SÜƏDA" ƏSƏRİNDƏ FÜZULİNİN 

ƏQİDƏ UĞRUNDA MÜBARİZƏYƏ BAXIŞI VƏ 

QİYAMIN ƏXLAQİ CƏHƏTLƏRİ 

 

Ceyhun Şakir oğlu AĞAYEV 

AMEA, M.Füzuli adına  

Əyazmaları İnstitunun dissertantı 

 

 

Açar sözlər: İman, üsyan, Hüseyn, əxlaq, şəkidlik 

Key words: Faith, revolt, Husayn, morality, martyrdom. 

"Hədiqətüs-süəda" Məhəmməd Füzulinin həcmcə  ən böyük əsəri 

olmaqla yanaşı, həm də  Kərbəla hadisəsinə, həzrəti Hüseyn qiyamına 

toxunulan əvəzolunmaz sənət nümunəsidir. 

İstər ölkəmizdə, istərsə  də türk aləmində  ədəbiyyatçıların Kərbəla 

hadisəsinə, həzrəti Hüseyn müsibətınə aid əsərlər yazmış olsa da amma 

"Hədiqətüs-süəda" kimi oxucusunu heyrətlər içində qoyan başqa bir əsər 

yazılmamışdır. 

Şərq  ədəbiyyatında məqtəl janrında Hüseyn Vaiz Kaşifinin «Rövzətüş-

şühəda»  əsəri  ərəb və fars dilində yazılmış  məqtəllər içərisində xüsusi bir 

yerə sahib olduğu kimi “Hədiqətüs-süəda”  əsəri də islam aləmində  və türk 

dünyasında bənzəri olmayan bir məqtəl əsəridir.   

Füzuli özü əsərin janrı haqqında belə yazır: “Həzə məqtəlnameyi-imam 

Hüseyn-əl-müsəmma bihi Hədiqətüs-süəda rədiyallahu anhum” (Bu imam 

Hüseyn məqtəlnaməsidir. Allah ondan razı olsun). (1)   

Füzulinin Kərbəla hadisəsinə müraciət etməsinin səbəbləri çoxdur. Belə 

ki, müqəddəs Kərbəla torpağında dünyaya göz açması, hər il məhərrəm 

ayında keçirilən təziyə məclisləri və özünün qarşılaşdığı haqsızlıqlar onu bu 

işə vadar etmışdir. 

Əsərdə Füzuli zülmə, istibdada, şərə, xəyanətə, rəzilliiyə, satqınlığa, 

mənəvi və cismani əsarətə üsyan edən xalq, birinci növbədə öz qurban 

və şəhidliərini yetişdirir ki, bununla da öz ləyaqət və şərəfini qoruyaraq 

intiqamını alar deyən Füzuli zalımın zülmü qarşısında mətanətli olmağa 



 Ceyhun Şakir oğlu AĞAYEV 

 

226 


və bu yolda mətanətli olmağa çağırır. Belə ki, o, şerlərinin birində belə 

deyir: 

Cahan içində müqərrərdür intiqami-zaman,  

Zəmanə yaxşıya yaxşı verür, yamana yaman. (2)  

Füzuli Kərbəla gerçəklərindən söhbət açıb müsəlmanları mariflən-

dirərkən digər bir tərəfdən də, xalqı zalımlara qarşı mübarızəyə səsləyirdi. 

 Əsərdə  həzrəti Hüseynin iman və  əqidəsi uğrunda apardığı 

mübarizəsinə, o uğurda ölümdən belə  çəkinməməsindən geniş söhbət 

açılmışdır.  

“Hədiqətüs-süəda” hər  şeydən öncə iman, inam və etiqadları yolunda 

müsibətlərlə rastlaşan, lakin bu yoldan dönməyən haqq aşiqlərinə qoyulmuş 

“şəhidlik abidəsi”dir. (2, s.26) “Hədiqətüs-süəda”əsərində şəhidlik, iman və 

əqidə uğrunda mübarizə o qədər gözəl təsvir olunmuşdur ki,  onu oxuyanlar 

bu həqiqəti dərk edib, qeyd olunan insanların dahiliyini qəbul edir, onların 

şəxsiyyəti qarşısında heyranlığını gizləyə bilmirlər.  

Füzuli Allah-Təalanın  həmişə haqq və həqiqət, inam və əqidə uğrunda 

aparıdığı mübarizəsini, bu mübarizə  uğrunda yeri gələrsə  şəhid olmasını 

ancaq sevdiyi bəndələrinə  bəxş etdiyini göstərmişdir. Belə ki; “Mən  əhəbb 

əv uhibbə  səbbə  əleyhi`l-bəlai -(Sevən də, sevilən də  bəladan qurtara 

bilməz)”. (2, s.26)  

 “Əl-bəla`u li-l vəla`i k`əlləhəbi li`-z-zəhəbi -(Qızıla atəş  gərək olduğu 

kimi, sevənlərə də bəla gərəkdir)”. Başqa bir ifadə ilə desək, 

Möhnətəfzayi-məhəbbətdür bəla 

Kim, bəla atəş, məhəbbətdür təla. (2, s.26)   

Füzuli bəşəriyyət tarixində insanlar içərisində  ən çox bəlaya düçar 

olanların başında peyğəmbərlərin olduğunu xatırlayaraq birinci babda Adəm 

peyğəmbərdən başlayaraq Nuh, İbrahim Xəlilullah, Yəqub, Yusif, Musa, İsa, 

Əyyub, Zəkəriyya və  Yəhya peyğəmbərlərin həyatına nəzər salmış, onların 

məruz qaldığı müsibətlərdən söhbət açaraq Kərbəla vaqiəsinə işıq tutmuşdur. 

Xüsusi ilə  əsərin ikinci babında həzrəti Rəsulullahın Qureyşdən çəkdiyi 

bəlaləra toxunaraq Onun dözülməz işgəncələrə sinə  gərdiyindən söhbət 

açmışdır.  

Füzuli “Hədiqətüs-süəda” əsərində istər peyğəmbərlərin, istərsə də Əhli-

Beytin iman və  əqidə uğrunda apardıqları mübarizənin sevgiyə dayandığını 

bildirir və ilahi əxlaqın canlı təmsilçiləri olduğunu bildirmişdir. Şair aparılan 




"Hədiqətüs-süəda" əsərində Füzulinin əqidə uğrunda mübarizəyə baxışı və qiyamın əxlaqi cəhətləri

 

227 


bu mübarizənin, çəkilən əzabların tək səbəbinin sevgi olduğunu bildirmiş və 

sevənin əzaba düçar olacağını aşağıdakı şerində belə təsvir etmişdir:   

Əgər məlamətə səbr eyləməzsən, ey qafil, 

Məlamət eyləmə eşqi, yürü səlamət ilə. 

Kəmali-eşq məlamətdədür, xəyal etmə 

Ki, eşq zövq verə, olmasə məlamət ilə. (2, s.35)  

Əsərdə  Kərbəla vaqiəsi mənfəət, vəzifə üçün yox, zülmün kökünün 

kəsilməsi, müsəlmanların rəfah içində yaşaması üçün olmuşdur. Füzuli 

İmam Hüseyn mübarizəsinin fəlsəfəsini açıqlayaraq yazırdı. Belə ki, 

Zillət ilə ləzzəti olmaz həyatın, dustlar, 

Nəqdi-can sərf eyləyib dünyadə, kam almaq gərək, 

Əcz ilə dönmək ədudən səhldir, himmət tutub, 

Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək. (3)  

Yenə  əsərdə  həzrəti Hüseyni (r.a.) və onu sevənləri  şəhid edən,  Əhli-

Beytə ağla gəlməyəcək işgəncələr haqqında: Füzuli belə deyir: 

Tökmək övladi-Rəsulin qanını asan degil, 

Ol səbəbdən kim, bu qan hər qanə bənzər qan degil. (3, s.279)  

Həzrəti Hüseyn (r.a.) qiyamının əxlaqi cəhətləri üzərində dayanmağa və 

haqqında düşünməyə sövq edəcək, qiyam haqqında məsələləri təhlil etməyə 

müxtəlif səbəblər vardır. Bu səbəblərin bəzilərinə nəzər salaq: 

Bu haqlı qiyamın reallaşmasında əsas funksiya Əhl-i Beytin İlahi əxlaqi 

dəyərlərə sahib olması idi. Əhl-i Beytin siyasi otoritəyə sahib olmaması, 

Əməvilərin əxlaqi dəyərləri bir tərəfə buraxaraq bütün məsələləri siyasi yolla 

həll etməsi bu qiyamın təməlini hazırlamışdır. 

Qiyamın daşıdığı  əxlaqi prinsiplər bizə  əsas verir ki, bu hadisənin həm 

siyasi, həm də  əxlaqi yönlərini araşdıraq. Çünki, bu qiyam müxalifət 

xarakteri daşımayıb insanlığa təmiz həyat yaşamağı  İlahi,  əxlaqi dəyərlərə 

məhəl qoymayanlara tabe olmamağa çağırır.  

İmam Hüseynin (r.a.) inqilabının səbəbi, müsəlmanların rifahını pozub 

xalqı xaosa aparmaq deyil, onların gələcəkdə baş verə biləcək daxili 

çəkişmələrin qarşısını almaq və xalqın mübarizlik ruhunu itirməməsi üçün 

olmuşdur. Belə ki, Əhli-Beyti qiyama sövq edən səbəblərin başında zalım və 

əxlaqsız olan Yezidə atası Müaviyə tərəfindən biyətin istənilməsi olmuşdur. 

İstər həzrəti Həsən, (r.a.) istərsə də həzrəti Hüseyn (r.a.) heç bir vaxt qardaş 

qanının tökülməsini istəməmiş, müsəlmanların birlik bərabərliyinə 



 Ceyhun Şakir oğlu AĞAYEV 

 

228 


çalışmışlar. Onlar aparılan fətihlərdən belə geri qalmamışlar. Müaviyə bəni 

Əbi Süfyanın, hicri əlli birinci ildə  İstanbulu fəth üçün göndərdiyi orduya, 

oğlu Yezid ilə birlikdə həzrəti Hüseyn də qatılmışdı. (4)  

Həzrəti Hüseyn (r.a.) bu qiyamı ilə  gələcək nəsillərin  şad-xürrəm 

yaşaması  və müsəlmanların Allahın  əmrlərindən kənara çıxmaması  və 

məsuliyyətli olmalarını istəmişdir. Başqa bir təbirlə bu qıyamın gələcək 

nəsillərə xüsusilə  də müsəlmanlara verdiyi mesaj İlahi  əxlaqa sahib 

çıxmaqdır. 

Həzrəti Hüseyn (r.a) insanlığa rəhbər olmanın nə demək olduğunu, onun 

əxlaqının necə olmasını bir başa yaşayaraq öyrətmişdir. 

Dünyada baş verən inqilabların çoxunda rəhbər daim insanları özünə 

cəlb etmək üçün cazibədar  şeylər söyləyər, yalançı  və olmayacaq vədlər 

verərək xalqdan istifadə edər, xalqı aldatmağa çalışar, həqiqi hədəflərini 

saxlayar, inqilabı təhlükəyə aparan çətinlikləri gizləməyə çalışar.  

Amma həz. Hüseyn (r.a) bunlardan heç birini etmədi. Heç kimi 

aldatmadı. Bəlkə daha işin başındaykən hədəfini bu yolda şəhid ola 

biləcəklərini, fəda olmaları lazım olduğunu və bu yolda özlərini gözləyən 

bütün təhlükələri bir-bir açıqladı. 

Məkkədən çıxmaq istəyərkən irad etdiyi bir xütbəsində belə buyurdu: 

"Həmd Allaha məxsusdur. O, nə istəsə olar. Güc və qüdrət yalnız 

Ondandır. Allahın rəhməti Rəsuluna olsun. Boyunbağı  qızların boyununu 

çəkdiyi (onda əsər buraxdığı) kimi, ölüm də insan oğlunun üzərinə yazılıb 

çəkilmişdir. Yaqubun Yusifi görməyi arzu etdiyi kimi, mən də atalarımı 

görməyi arzu edirəm. Məni öldürmək üçün bir mərasim hazırlanmışdır. Belə 

ki, o kimsəsiz çöllərin yırtıcı qurd və heyvanlarının (Kufə  ordusunun) 

Nəvavis və  Kərbəla arasındakı bir yerdə  mənim üzvlərimi parçaladıqlarını 

görürəm. Allahın qəza qələmiylə yazılmış olan belə bir gündən qurtuluş 

yoxdur. Allahın razı olduğu  şeyə biz Əhl-i Beyt də razıyıq. Onun bəla və 

imtahanı qarşısında səbr və istiqamət göstərərik.  

O, səbr edənlərin savabını bizə (bolluqla) verəcək. Rəsulullahın (s.a.v) 

bədəninin parçası olan övladları ondan heç bir zaman ayrı düşməyəcəklər. 

Cənnətdə  də onun yanında olacaqlar. Çünki onlar Peyğəmbərin (s.a.v) 

məmnuniyyəti və gözünün işıqlığına səbəb olub vədəsi də onların vasitəsiylə 

reallaşdırma tapacaq. Bizim uğrumuzda canından keçən və Allaha çatmaq 




"Hədiqətüs-süəda" əsərində Füzulinin əqidə uğrunda mübarizəyə baxışı və qiyamın əxlaqi cəhətləri

 

229 


yolunda özünü fəda etməyə hazır olan kimsə, bizimlə birlikdə  hərəkət 

etməlidir. Çünki mən sabah səhər erkəndən hərəkət edəcəyəm inşaallah." (5)  

Ümumiyyətlə müharibə ərəfəsində insanlar baş verən inqilablarda insani 

yönləri,  əxlaqi prinsiplər unudub, acıma, mərhəmət duyğulardan qafil 

olurlar.  İstədikləri hədəflərə çatmaq üçün insani dəyərlərə belə  əhəmiyyət 

verməyib, hər bir səfalətə qol qoyurlar. Amma İmam Hüseyn (r.a) heç bir 

vaxt belə etməmişdir. O, düşmənlərə belə  rəhmət, mərhəmət, kərəm və 

mürüvvət ilə davranardı. Yenə  də düşməninə doğru yola gəlməsi,  İlahi 

əxlaqı  mənimsəməsi üçün səy göstərirdi. Hətta savaş meydanında belə 

düşmənlə əlində olanı paylaşırdı.  

Tarixin də şahid olduğu kimi İmam Hüseyn (r.a) gənclərə yol ərəfəsində 

çoxlu miqdarda su götürmələrini  əmr etdi. Onlar da İmam Hüseyinin 

dediyini etdilər. Yol ərəfəsində Kufə rəhbəri İbn-i Ziyadın İmam Hüseyn və 

səhabələrini mühasirə etmək üçün göndərdiyi min əsgərin komandiri olan 

Azad bəni Yezid-ir Riyahi ilə qarşılaşdılar. Onların çöldə susuz və ölüm 

təhlükəsiylə qarşı-qarşıya qaldıqlarını gördü. Həz. Hüseyn (r.a) ordusundakı 

gənclərə belə dedi: "Bunlara və atlarına su verin və onları su ilə 

doyuzdurun." Onlar da həz. Hüseynin (r.a) buyurduğunu yerinə yetirdilər. 

Onlara su verdilər. Böyük qabları suyla doldurub atların önünə qoydular. 

Atlar üç, dörd və ya beş  dəfə içincə onlar qabı atların qarşısından götürür 

digər atların önünə qoyurdular. Beləcə atların hamısına su verdilər. Həz. 

Hüseyn (r.a) günorta istisində düşmənin susuz qalan komandirinə  və onun 

atına da su verdi. Hətta İmam Hüseyn (r.a) bəzilərinə də şəxsən özü su verdi. 

Çünki O, çox mərhəmətli və kərəm sahibiydi. (6)  

Halbuki İmam onları susuz qoyub, onların bu zəifliyindən istifadə edib 

onları yox edə bilərdi. Beləcə də onların şərindən xilas olmuş olardı. 

Ümumiyyətlə liderlər döyüş  ərəfəsində  əsgərlərindən və dostlarından 

dərəcə  və mövqeyi aşağı olanları unudar, daha çox yaxınlarına və böyük 

şəxsiyyətlərə əhəmiyyət verər, onlar arasında fərq qoyardılar. Amma İmam 

Hüseyn (r.a) tam əksinə döyüş əsnasında əsgərlərindən və dostlarından heç 

birini unutmamış, övladlarına yaxınlıq göstərdiyi kimi kölə və xidmətçilərinə 

də köməklik göstərmişdir. 

Əbuzərəl-Qiffarinin köləsi olan "Cevn bəni Havi" qara bir kölə idi. Bu 

kölə  Mədinədən  İraqa qədər  İmam Hüseynin (r.a) yanında oldu. Döyüş 

başlayınca həz. Hüseyn (r.a) hüzuruna çıxaraq döyüşmək üçün icazə istədi. 



 Ceyhun Şakir oğlu AĞAYEV 

 

230 


İmam Hüseyn (r.a) ona belə buyurdu: "Sən məndən ötrü icazəlisən. Xöşbəxt 

olmaq üçün bizə tabe olmuşdun artıq bizi izləmə ayrıl və get." 

Kölə belə dedi: "Ey Rəsulullahın övladı, rahat günlərdə evinizin 

nemətlərindən yedim. Amma çətinlikdə sizi necə köməksiz buraxa bilərəm. 

Allaha and olsun ki, mən, murdar qoxulu və aşağı soylu biriyəm. Rəngim də 

qaradır. Mənə  Cənnəti qazanmağım üçün icazə ver ki, qoxum gözəlləşsin, 

soyum ucalsın, üzüm ağarsın. Allaha and olsun ki, bu qara qanım qanınızla 

qarışmadıqca əsla sizdən ayrılmayacağam." 

Sonra döyüş meydanlarına qaçdı və düşmən ordusundan iyirmi beş adam 

öldürdükdən sonra şəhid oldu. 

Həzrəti Hüseyn (r.a), onun başına gələrək belə buyurdu: 

"Allahım onun üzünü ağart, qoxusunu gözəlləşdir, onu yaxşılarla həşr et. 

Məhəmməd və al-i Məhəmmədlə daha çox tanış et." (7)  

Həzrəti Hüseynin (r.a) qaynaqlarda adı naməlum olan səhabələrindən 

birinin Vazih adlı türk əsilli köləsi də düşmənlə  qəhrəmanlar kimi 

döyüşdükdən sonra yerə  yıxıldı. Hüseyni (r.a) köməyə çağırdı.  İmam (r.a) 

yanına gəldi və boyuna sarıldı. Son nəfəslərini böyük bir iftixarla yaşayan 

Vazih belə dedi: "Kim mənim kimi ola bilər. Rəsulullahın (s.a.v) övladı 

yanaqlarını yanaqlarıma söykəmiş." Sonra o da təmiz ruhunu Allaha təslim 

etdi." (8)  

Həzrəti Hüseyn (r.a) İslamı müdafiə etmək üçün yanında şəhid olan Türk 

və ya Həbəşli kölənin boyuna sarılır və yanaqlarını öz oğlu Əli Əkbərin (r.a.) 

yanaqlarına toxunduğu kimi onların da yanaqlarına toxundu. Hüseyn (r.a.), 

əsgərlərindən dərəcə baxımından  ən kiçik olanına belə  təvazökar davranır, 

sevimli oğuluna göstərdiyi mərhəmət və şəfqəti ona da göstərirdi.    

Həz. Hüseynin (r.a.) əxlaqi cəhətinin  ən  əhəmiyyətli yönlərindən biri,  

insanlığa nümunə ola biləcək başqa bir xüsusiyyəti, verdiyi sözün üstündə 

durması,  əhdinə  vəfa edərək insanların qəlbində  əvəzi olmayan bir yer 

tutması olmuşdur. Belə ki, Zehhaq bəni Abdullah-il Məşriqi adında biri 

Hüseynin yanına gələrək belə dedi. "Mən, sənin yanında döyüşən tək bir 

nəfər qaldığı müddətcə döyüşəcəyəm. Amma bir kimsə qalmazsa mənim 

səndən ayrılmama icazə verəcəksən." dedi: İmam Hüseyn (r.a) "olar" dedi. 

Zehhak, Hüseynin (r.a.) yandaşlarının, ordusunun və.s bir-bir öldürüldüyünü 

görüncə atını çadırlardan birində saxladı  və piyada olaraq döyüşə girdi. 

Hüseyn (r.a.) tək qalınca da "Mən sözümdə durdum." dedi. Hüseyin (ə.s) də 



"Hədiqətüs-süəda" əsərində Füzulinin əqidə uğrunda mübarizəyə baxışı və qiyamın əxlaqi cəhətləri

 

231 


ona belə dedi: "Bəli, sən artıq xilas ola bilərsən." O da atını çadırdan çıxardı, 

atına mindi və qaçdı. Beləcə canını qurtardı. (9)  

İmam Hüseyn (r.a) insanların duyğularına hörmət göstərər, yaşından asılı 

olmayaraq hər kəsi axıra qədər eşidib, onların qəlbini qazanırdı. Əmir bəni 

Cünadət-il ənsari İmam Hüseynin yanına çataraq düşmənlə döyüşmək üçün 

icazə istədi.  Əmir hələ on bir yaşında olsada güclü və  cəsur bir gənc idi. 

Atası da döyüş meydanında şəhid olmuşdu. İmam ona döyüşmək üçün icazə 

verməkdən çəkindi və belə dedi: 

"Bu, atası ilk hücumda şəhid olan birinin uşağıdır. Anası bunun 

döyüşməsini xoş görməyə bilər." Amma Əmir "Mənə (döyüşməmi) anam 

əmr etdi." cavabını verdi. İmam da beləcə ona icazə verdi və o, igidcə 

döyüşərək şəhid oldu...(9, s.316) 

Həz. Hüseyinin (r.a) qiyamı yalnız zalım bir hökumətin  əleyhinə 

başladılan siyasi və  əsgəri bir hərəkət deyildi. Eyni zamanda bu hərəkət 

Əməvi rejiminin təmsil etdiyi və xəlifələrinin sahibləndiyi bir çox çirkin və 

əxlaqsız əməllərinə qarşı edilən bir qiyamdı.  

Amma təəssüflər olsun ki, Əməvi rejimin başında Yezid bəni Müaviyə 

kimi zalım, fasiq, əxlaqsız bir insan xalqa rəhbərlik edirdi. Həzrəti Hüseyn 

(r.a) onun haqqında belə buyurmuşdu: 

"Mən Peyğəmbərin  Əhl-i Beytindənəm Allah insanları idarə etməyi 

bizimlə başlatdı  və bizimlə  də bitirəcək. Amma Yezid şərab içən, facir və 

günahsız insanları öldürən biridir. Mənim kimisi onun kimisinə biyət 

etməz." 

"İslam ümməti Yezid kimi bir idarəçiyə qaldısa  İslamla vidalaşmaq 

lazımdır."

 

(10)  



Həz. Hüseynin (r.a) apardığı mübarizənin  əxlaqi yönünü araşdıranlar 

onun ilahi qanun və səmavi düsturlara dayandığını görür.  

İnsan ilahi əmrə, ilahi əxlaqa bağlı olmasa belə heç olmasa öz 

hürrüyyətini, igidliyini qorumalı  və insanlar arasında etibarlı olan qanun-

qaydalara tabe olmalıdır.  

Məhəmməd Füzuliyə görə  Əhl-i Beyt və həzrəti Hüseyin mübarizəsini 

təməlində onların Allaha (c.c) və  Rəsulullaha olan sevgisi durmaqdadır. 

Əgər belə olmasaydı  Əməvi səltənətinə, Kufə zalımlarına qarşı  məğrur 

dayanmaq mümkün olmazdı. 



 Ceyhun Şakir oğlu AĞAYEV 

 

232 


Füzuli Əhl-i Beytin bu haqlı mübarizəzində var gücü ilə dayanmalarını, 

belə demək mümkündürsə onları  eşqə-həvəsə  gətirən  əsas amil Allahın 

elçisinin onlar haqqında dediyi övücü sözlər olduğu qənaətindədir.   

Dahi mütəfəkkir peyğəmbərimizin  Əhl-i Beytinə  və Hüseyinə qarşı 

dediyi sözləri hər zaman xatırlatmış  və onlara qarşı edilən zülmə biganə 

qalmamış  və  əhl-i Beytə qarşı olan öfkənin səbəbini yazdığı  şerlərlə 

soruşmuş: 

Ey şəriət şərəfindən qafil, 

Xələli-şər`ə dəmadəm mail. 

Mustəfadan nə cəfa yetdi sənə, 

Ol vəfapişə nə cövr etdi sənə 

Ki, mükafatinə bidad etdin. (2, s.104)  

Məclisinin, “Bihərul-ənvar” adlı əsərində həz. Peyğəmbərə belə bir hədis 

isnad edilir: "Kim mənim kimi yaşamaq, mənim kimi ölmək və Allahın (c.c) 

mənə  vəd etdiyi Ədn  cənnətinə girmək istəyirsə, məndən sonra Əli ibn-i 

Əbu Talibə (r.a) və onun soyundan olan varislərə tabe olsun, onları özünə 

imam və  vəli etsin. Onlar mənim torpağımdan (və nurumdan) yaradılmış 

mənim ev əhlimdir. Ümmətimdən onlara düşmən olanları, fəzilət və 

üstünlüklərini inkar edənləri, qohumluq asılılığı onlar haqqında güdməyib, 

onların ziyarətindən üz çevirənləri, Allaha şikayət edərəm. And olsun Allaha 

ki, oğlum Hüseyin, məndən sonra öldürüləcək; Allah mənim şəfaətimi onun 

qatillərinə nəsib etməsin." (11)  

Ənəs bəni Həris Rəsulullahın (s.a.v) belə buyurduğunu nəql etmişdir: 

"Mənim bu oğlum  Kərbəla deyilən yerdə öldürüləcək. Sizlərdən o zamana 

şahid olanlar, Hüseyinin köməyinə getsinlər." Bunun üzərinə hədisi rəvayət 

edən Ənəs, həz. Hüseyinin qiyam etdiyini eşidər-eşitməz həzrətin karvanına 

qatıldı  və  Əba Abdillah-il Hüseyinlə birlikdə  şahidlik mərtəbəsinə 

çatdı."(12)  

Ömər bəni əbi Sələmə deyir ki, Ahzab surəsi 33-cü ayəti; «Ey Əhli-Beyt! 

Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək 

istər!., Ümmü Sələmənin evində nazil oldu. 

Füzuli xüsusilə, bu ayətə diqqətimizi çəkərək və  təəssüflənərək 

Kərbəlada həz. Hüseynin onları  xəbərdarlıq etməsinə,  Əhli-Beytin  əxlaq 

nümunəsi, onlara tabe olanların pak olacağını xatırlatmasına  baxmayaraq 




"Hədiqətüs-süəda" əsərində Füzulinin əqidə uğrunda mübarizəyə baxışı və qiyamın əxlaqi cəhətləri

 

233 


düşmən ordusu Əhli-Beyti Kərbəla düzündə  şəhid etdilər.  Şair bunu belə 

təsvir edir: 

Əhli-Beytin yad edüb hər ləhzə abi-didəsin, 

Zaye olmaz əşk tökmək dideyi-xunbardan. 

Bu müsibət əşkinün hər qətrəsinə ruzi-Həşr, 

Əcrdir bin bəhri-rəhmət İzədi-Cabbardan. (2, s.77)  

Füzuli də "Hədiqətüs-süəda"  əsərində  Əhli-Beyti tərifləyən ayət və 

hədislərin bu qədər açıq və  dəqiq olduğuna toxunaraq Əhli-Beytə  qılnc 

qaldıranları anlamadığını  hayqıraraq onları qafil saymışdır. Onlara qılınc 

qaldıranın, onlara zülm edənin hər iki dünyada rahat olmayacağını bildirmiş, 

Kərbəlada tökülən nahaq qanların hesabının veriləcəyini təkrar-təkrar qeyd 

etmişdir: 

Bərmurad olmaz şəhidi-Kərbəla qanın tökən, 

Əhli-Beytün seyli-əşki-çeşmi-giryanın tökən. (2, s.85)  

Son olaraq bu hədisə  nəzər salarsaq onlara sülh olanla-olmayanın 

aqibətini daha yaxşı anlayarıq. Həzrəti Məhəmməd (s.a.v) həz.  Əli, həz. 

Fatima, həz. Həsən və həz. Hüseyin üçün : “Mən bunlarla sülh olanlarla sülh 

olaram, vuruşanlarla da, vuruşaram!” buyurduğu rəvayət edirlər. (13)  



 


 Ceyhun Şakir oğlu AĞAYEV 

 

234 


 

ƏDƏBİYYAT 

 

1. Füzuli. “Hadikatüs-süeda” (Giriş: hazırlayan: dr. Şeyma Güngör), 

Ankara ,1987  

2. Füzuli. Əsərləri. Altı cilddə. VI cild. s.19. Bakı, “Şərq-Qərb”, 2005. 

3. Füzuli. “Hadikatüs-süeda”. Bakı, Gənclik. s.209.1993 

4. Əbülfida-əlbidayə vənnihâyə c. 8, s. 150-151. M./Asım Köksal, İslam 

Tarixi həz. Hüseyn və Kərbəla faciəsi, Akçağ Yayınları: 20. 

5. "Musir-ul Ehzan, İbn-i Numa, s.20, (Matbaat-ul Haydariyə-Nəcəf-ul 

Əşrəf nəşri) 

6. Tarix-üt Təbəri, c.4, s.300-302; Əl-İrşad,  şeyx Mufid, s.224 

(Məktəbət-u Basirəti; Qum basqısı) 

7.  Əl-Vuhuf s.47 və  Məqtəl-ul Avalim, s.91 (1295 Həcəriyə  nəşri 

Matbaat-ul Hacc İbrahim-ət Təbrizi) 

8.  Əbsâr-ül Ayn, Səmavi, s.85 (Məktəbət-u Basirəti, Kum nəşri) və 

Məqtəl-ul Avalim, s.91 

9. Tarix-i Təbəri, c.4, s.314. 

10. Musir-ul Ahzan, s.38, el-Futuh, İbn-i A'səm, c.5 s.18, (1388 Dar-un 

Nudvət-il Cədidə, Beyrut.) 

11. Bihar-ul Ənvar, c. 44, s. 257. 

12. Əl-İsabə, c. 1, s. 68, Yenabiu'l Məvəddə, c. 3, s. 8 və 52, Əl-Bidayət-

u vən-Nihayə, c. 8, s. 217. 

13. Zəhəbl-Tarihul'islâm c. 3, e. 8/  M. Asım Köksal, İslam Tarixi həz. 

Hüseyn ve Kərbəla Faciəsı, Akçağ Yayınları: 12.  



"Hədiqətüs-süəda" əsərində Füzulinin əqidə uğrunda mübarizəyə baxışı və qiyamın əxlaqi cəhətləri

 

235 


 

РЕЗЮМЕ 

 

В  статье  автор  рассматривает  моральные  аспекты  поэта  М.Физули  



в поэме «Хадигатис-Сюада».  Особое место уделяется художественно-

му  образу  имама  Гусейна.  Анализируется  отдельные  стороны  челове-

ческих отношений в борьбе в области морали. 

 

 

 

SUMMARY 

 

This article says about Fuzuli’s view to sturggle for belief, moral sides of 



struggle in “Hadigatus-suada” In the article special importance has been 

given to moral sides of Huseyn’s struggle which is mentioned in “Hadigatus-

suada” and diferent episodes of moral, humane qualities of his struggle has 

been analysed.  



 

 

Təqdim etdi:  

akademik V.M.Məmmədəliyev 

Tövsiyyə etdi:  

AMEA-M.Füzuli adına Əlyazmalar İnstitunun 

Elmi Şurası, Protkol No 11, tarix 3.11.2010 

 

Yüklə 72,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə