Elmи мяъмуяси



Yüklə 126,33 Kb.
Pdf görüntüsü
tarix08.06.2018
ölçüsü126,33 Kb.
#47772


 

 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 



ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 07 (07) MART (MART) 2007




Məzhəblərə görə üç talaqın bir anda verilməsi məsələsi 

173 


 

 

MƏZHƏBLƏRƏ GÖRƏ ÜÇ TALAQIN 

BİR ANDA VERİLMƏSİ MƏSƏLƏSİ 

 

Dr. Əhməd Niyazov



 



 

 

GİRİŞ 

Üç talaqın bir anda verilməsi,  İslam boşama hüququnun mübahisəli 

məsələlərindən biridir. Bu, kişinin xanımına, “sen üç və ya daha çox talaqla 

boşsan” deməsi ilə hüquqi baxımdan hökmünün nə olacağı  məsələsidir. 

Mövzuya keçmədən  əvvəl  İslamın talaq bəhsinə ümumi bir baxış yerində 

olar.  

Məlum olduğu kimi Quran, kişiyə üç dəfə boşaya bilmə  səlahiyyəti 



vermişdir

1

. Bir yaxud iki talaqla boşadığı qadınla evliliyə davam etmə 



imkanları var. Kişi bəzi hal və davranışları ilə bunu əldə edə bilər.

2

 Ancaq 



kişi xanımını üç talaqla boşadığı anda ər-arvad nikahı davam etdirmək 

istərlərsə Quranın bu mövzudakı qadağası onlar üçün bir maneədir. Bununla 

bağlı ayə aşağıdakı kimidir: 

“Əgər (kişi) övrətini yenə  də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) 

başqa bir ərə getməmiş ona (əvvəlki  ərinə) halal olmaz. (İkinci  əri) onu 

boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) 

riayət edəcəklərinə inamları olduqları təqdirdə, (həmin qadının əvvəlinci əri 

ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün 

Allahın bəyan etdiyi hədləridir (hökmləridir).” 

3

. 



                                                 

 Bakı İslam Universiteti Zaqatala Şöbəsi müəllimi. 



1

 Bəqərə, 2/229. 

2

 Boşama hüququnda buna “ric`ət” deyilir ki, kişinin bir yaxud ikinci boşama 



sonrasında iddə içərisindəki xanımı ilə sözlü və ya feli münasibət quraraq ona 

qayıtdığını bildirməsidir. (Cürcani Ali b. Məhəmməd,  Kitabut-Tərifat, Təhqiq: 

Abdurrəhman Maraşlı, Beyrut 2003, s 189; Mehmet Erdoğan,  Fıkıh Terimleri 

Sözlüğü, İstanbul 2005, s 481.)  

3

 Bəqərə, 2/230. 




Dr. Əhməd Niyazov 

174 


Onu da qeyd edək ki, sünnəyə uyğun olub olmaması baxımından talaq 

iki yerə bölünür. Quran və  Həzrət Peyğəmbərin sünnəsində müəyyən-

ləşdirilmiş  əsaslara müvafiq boşama “sünni boşama”, bu əsaslara müvafiq 

olmayan boşama isə bidət mənasında “bid`i boşama” adlanır.

4

 Aybaşı (heyz) 



halındakı qadının boşanması, təmizləndikdən sonra cinsi əlaqədə olaraq 

boşama və bir dəfədə üç boşama bid`i boşamadır və bütün məzhəblərə görə 

günah hesab edilir.

 5

 



İslam hüquq alimlərinə görə sünni yaxud bid`i boşamaların həm dini, 

həm də hüquqi cəhəti var. Bu baxımdan dini cəhətdən günah hesab edilən 

boşamalar, hüquqi cəhətdən bəzən qəbul edilmiş, bəzən də rədd edilmişdir.

6

 



Təbii haldır ki, bu daha çox məzhəb alimlərinin görüşlərində özünü büruzə 

verir. Çünki belə boşamalar bid`i boşamalar olub, hüquqi nəticəsi üləmanın 

təyin edəcəyi hökmə bağlıdır. Məhz bu baxımdan üç talaqın bir dəfədə 

verilməsi məsələsi həm məzhəblərin həm də  məzhəb içi ixtilafların ortaya 

çıxmasına səbəb olmuşdur.Onların geniş izahı isə aşağıdakı kimidir. 

I. Kişinin üç boşama haqqını bir anda verməsi haramdır görüşü 

Əhli-Sünnət və  Cəfəri məzhəbinin müttəfiq olduğu görüşlərdən biri də 

üç talaqın bir dəfədə söylənməsi ilə hökmünün haram olacağı  məsələsidir.

7

 



                                                 

4

 Hayrettin Karaman, İslamda Kadın ve Aile,  İstanbul 2006, s 110; Abdulvahhab 



Xallaf,  Əhkamu`l-Əhvali`ş-Şəxsiyyə fi`-Şəriəti`l-İslamiyyə, Küveyt 1990, s 143; 

Hilli, Mühəqqiq  Əbul-Qasım Nəcməddin Cəfər b. Hasan əl-Huzəli,  əl-



Muxtasarun-Nafi fi Fiqhil-İmamiyyə, Qum 1989, s 222. 

5

 Xallaf, e.a.ə., s 143; Quleysi Əli Əhməd, Əhkamu”l-Usra fi`ş-Şəriəti`l-İslamiyyə



Sana 1993, I, 84. 

6

 Ümumiyyətlə demək olar ki, bid`i talaqın həm də hüquqi baxımdan meydana 



gələcəyi Əhli-Sünnət üləmasına xas xüsusiyyətdir. İmamiyyə və Zahiri məzhəbləri 

ilə İbn Teymiyyə və İbn Qayyim əl-Cəvziyyə isə talaqın ancaq sünni olanını qəbul 

edib, dinin haram saydığı bid`i talaqın nəinki dini hətta, hüquqi təməlinin də 

olmadığını iddia etmişdirlər. (Hilli, İbn  İdris Mühaqqiq Əbul-Qasım Nəcməddin 

Cəfər b. Hasan əl-Huzəli,  Şəraiul-İslam fi Məsailil-Halali vəl-Haram, Beyrut, 

Tarixsiz, III, 18-23; Mağniyyə  Məhəmməd Cavad, Fiqhul-İmam Cəfər  əs-Sadiq, 

Beyrut 1966, VI, 14.) Hətta, Cəfəri məzhəbində sünni talaq səhih və  məqbul 

boşama mənalarında işlədilmişdır. (Amili, Vəsailuş-Şia, XXII, 106-113.) 

7

 Murtaza, Əbul-Qasım  Əli b. Hüseyin Seyyid Şerif,  Resailuş-Şerif el-Murtaza



Təhqiq: Ahmed el-Hüseyni ve Mehdi Reca’i, Qum 1985, I, 244; Hilli,  Şeraiul-

İslam, III, 18; Sistani, Muhsin el-Hakim Əli el-Huseyni , Minhacus-Salihin, Qum 

1996, III, 154; Xoyi, Əbul-Qasım el-Musevi , Minhacus-Salihin, Necef 1972, s 

331. Zahiri məzhəbi,  İbn Teymiyyə  və  İbn Qayyim əl-Cəvziyyə  də  Cəfərilərlə 

 



Məzhəblərə görə üç talaqın bir anda verilməsi məsələsi 

175 


Ancaq hüquqi baxımdan nəticəsinə  gəlincə istər  Əhli-Sünnət, istər Cəfəri 

məzhəbi müxtəlif görüşler üzərində fikir bəyan etmişdirlər.Bu baxımından 

Cəfəri üləma arasında iki fikir mövcuddur. Bunlardan biri kişinin bu cür 

sözlü təsərrüfü haram olduğu üçün hökmsüz və hüquqi heç bir nəticə 

meydana gəlməyəcəyi, digəri isə bir talaq haqqının meydana gəlmiş olacağı 

iddialarıdır.

8

 Onlara görə kişinin xanımını boşaması üç talaq haqqı ile 



məhdud olup haqqın istifadə edilməsində xüsusən tək tək ve təmkinli 

istifadəsi  şərtdir

9

. Artıq ikinci boşamanın arxasından kişi xanımına 



qayıtdıqdan sonra son haqqı ilə üçüncü dəfə boşarsa qadın başqası ilə 

evlənmədikcə ona haram sayılır

10

.  İmamiyyə bu cür üç boşama haqqında 



icma etmişdirler

11



Əhli-Sünnət bir dəfə  də üç boşamayı bid`i hesab etsə  də belə sözün 

mütləq bir hüquqi hökmlə  nəticələnəcəyi rəyində müttəfiqdirlər.

12

 Bu cür 


bid`i talaq nəticəsində ya bir boşama, ya da üç boşamanın meydana gələcəyi 

haqqında isə ixtilaf edərək iki grupa bölünmüşdürlər.

13

  

Fikirlərin müxtəlifliyi məsələsinə keçmədən  əvvəl qeyd etmək lazımdır 



ki,  İmamiyyə, üç talaqın bir anda verilməsini Quranın “açıq hökmünə” 

muxalif hesab edərək (üçün bir anda verilə biləcəyini) qəbul etməmişdirlər. 

Onlara görə “ رم قلاطلا

نات

 / Boşama iki dəfədir

14

 ayeti, Quranda keçən “ مث



عجرا

 

لا



رصب

نيترك 

 / Sonra gözünü təkrar təkrar çevir bax

15

 yəni 



رك

ة

 

دعب

 

رك



ة

” / 


təkrar təkrar baxmaq mənasındadır.  İki baxış deyil,  bir baxışın arxasından 

qayıdıb bir daha baxmaqda olduğu kimidir. Digər cəhət isə odur ki, bir işin 

görülməməsi əmri qadağayı (nəhyi) doğurar. Bu səbəblə “ رم قلاطلا

نات

” “talaq 

                                                                                                                   

eyni görüşdədirlər. Bax: İbn Hazm, Əbu Məhəmməd  Əli b. Əhməd b. Səid  əl-

Əndəlüsi, əl-Muhalla bi`l-Asar, Təhqiq:Abdulğaffar Süleyman, Beyrut 1987, XI, 

23.  

8

 Eyni əsərlər, eyni yerlər. 



9

 Təbrizi, Yusif el-Medeni, Minhacul-Ahkam fi’n-Nikah ve’t-Talak, Tarixsiz, 1998, 

I, 486. 

10

 Kuleyni, Kafi, VI, 66; Qummi, el-Fəqih, III, 502. 



11

 Amili, Məhəmməd Cəmaləddin  əl-Məkki  Şəhidi-Sani , ər-Ravzatul-Bəhiyyə fi 



Şərhi Lum’atid-Dəməşqiyyə, Beyrut, Tarixsiz, VI, 43. 

12

 Muhammed Şeltut – Ali Sayis, Mukayeseli Mezhepler Hukuku, Çev. Said Şimşek, 



İstanbul t.y, s 107; Quleysi, e.a.e., s 73. 

13

 Quleysi, e.a.e., s 85-90. 



14

 Bəqərə, 2/229. 

15

 Mülk 67/4. 




Dr. Əhməd Niyazov 

176 


iki dəfədir” əmri onun çox işlənməsi haqqında bir qadağadır. Qadağalar isə 

fəsada dəlalət edər

16

.  


Üsuli ekolun banisi Əbu Cəfər  ət-Tusi (v.460/1068)

17

 bu yorumların 



Cəfəri fəqihlərinin hamısının istidlalı olduğunu bildirmiş,

18

 və buna özünün 



bəzi fikirlərini də  əlavə etmişdir. Ona görə Allahın, ayədə önce “ رم 

نات

” 

deməsindən sonra arxasından üçüncüyü qeyd etmiş olması ilə talaqın ayrı- 



ayrı verilməsi başa düşülür.Yenə ayənin davamında “

أ

و



 

ست

ر



 حي

إب

اسح

ن

” yaxud 


إف

  ن



اھقلط

”  əmrlərinin “nə iki dəfə  nə  də üç dəfə  tək kəlmə ilə eyni anda 

yerinə yetrilə biləcəyini”, söylədikdən sonra bunu “lian” bəhsindəki 

şahidliyin ayrı-ayrı dörd dəfə  təkrarlanmasının vacib olduğuna oxşadaraq 

eyni şeyin burda da keçərli olacağını iddia etmişdir

19



Bu mövzuda Şeyx Müfidin (v.413/1022) nəzəri cəlb edən qeydləri isə 

belədir: “Bütün Əhli-  İslamın ittifaqına görə rükuda “Sübhanə  Rəbbiyəl-

Azim” dedikdən sonra arxasından “səlisən” deməkle üç təsbih, “əl-

Həmdülillah” dedikdən sonra arxasından “aşran” deməklə on təsbih, şeytan 

daşlayanın bir daş ataraq ardından “yeddi” deməsi ilə  və yaxud lianda 

“əşhədü Billah ərbəan” deməklə hökmün yerinə gəlməyəcəyi kimi “ قلاط تنأ



اث لاث deməklə də höküm qəbul olmaz” 

20



 Burda  diqqət edilməsi lazım olan bir şey var ki, İmamiyyənin 

qabaqcıllarından olan bu iki alim də üç talaqın bir anda söylənməsinin 

mümkün olmayacağını, haqqında höküm var olan başqa məsələlərə 

                                                 

16

 Kazımi, Fazilulcevad, Mesalikul-Efham ila Ayatil-Ahkam, Təhqiq: Məhəmməd 



Baqir el-Behbudi ve Məhəmməd Bakır Şərifzadə, Tahran, 1986, III, 3-36-74. 

17

  İmamiyyə fiqhinin ən böyük alimi (Şeyxut-Taifə) sayılan  Əbu Cəfər  ət-Tusi 



müəllimi Şeyx Müfiddən sonra Üsuli ekolun bünövrəsini daha da dəqiqləşdirərək 

sistemi müəyyən etmişdir.  Şəri dəlilləri Quran və Sünnə ilə  məhdudlaşdıran 

Əxbari ekoldan fərqli olaraq dində dəlillərin quran, sünnə, icma və ağıldan ibarət 

olacağı fikrini yekunlaşdırmışdır.  Əlavə  məlumat üçün bax: Əli  Əhməd Salus, 



Fiqhu’ş-Şîati’l-İmâmiyyə  və Mevâdiu’l-Xilâfi Beynəhu və Beynə’l-Məzahibi’l-

Ərba’a, Küveyt, 1987; Məzlum Uyar,  İmamiyyə  Şiasında Düşünce Ekolları-

Əxbarilik, İstanbul 2000. 

18

 Tusi,  Əbu Cəfər Məhəmməd b. El-Hasan Şeyxut-Taife, et-Tibyan fi Tefsiril-



Quran, Təhqiq: Məhəmməd Rıza el-Ensari el-Qummi, y.y. 1988, II, 246. 

19

 Tusi, eyni əsər, eyni yer. 



20

 Müfid Şeyx Əbu Abdullah Məhəmməd,  el-Füsulul-Muhtara, (Nşr: el-Mutemerü 

li’ş-Şeyh Müfid) Qum 1980, s 178. 



Məzhəblərə görə üç talaqın bir anda verilməsi məsələsi 

177 


bənzədərək ortaq illət

 axtarışına girmiş  və qiyas metodundan istifadə 



etmişdirlər. Halbuki, Cəfəri (üsuli) fəqihləri dördüncü dəlil olaraq ağlı əsas 

alıb, qiyası  rəddedərkən bunu dəlil qəbul edənləri ağır sözlərlə ittiham 

etmişdirlər

21

.  



Əhli-Sünnət alimlərinə  gəlincə onlar, sünnəyə müvafiq olmayan 

boşamaların hüquqi qüvvəyə malik olacağı  məsələsini aşağıdakı isnadlarla 

müdafiə etmişdirlər. 

1.

 



Cuma namazı  əsnasında alış-veriş etmək ayə ilə qadağan 

edilmişdir.

22

 Ancaq o anda ticarətlə  məşğul olanın günah işləməsinə 



baxmayaraq ticarəti məqbuldur. 

2.

 



İbadətin qəsb edilmiş ərazidə yerinə yetrilməsindən Allah və Rəsulu 

razı olmaz ancaq, onun qəbul edilməyəcəyini heç kəs iddia edə bilməz. 

Sünnəyə müvafiq olmayan boşamalar da belədir. Boşayan kəs ayə  və 

hədislərin prinsiplərinə riayət etməzsə müamiləsinin nəticəsi olsa da özü 

günahkar olar.

23

 Ehli-Sünnət alimlərinin başqa bir dəlili isə belə bir 



boşamayı Peyğəmbər  əleyhissalamın talaq saydığı  bəzi rəvayətlərdir.

24

 



Onlardan biri də  İbn Ömər hədisindəki “mənim xanımımı aybaşı ikən 

boşamam, bir talaq sayıldı” ifadəsidir.

25

  



 

 

                                                 



 Əsli dəlillərdən Qiyas metodunda, haqqında hökm olmayan bir məsələni haqqında 

hökm olan məsələyə qiyas edərkən, ölçərkən bu iki məsələ arasında qurulacaq 

münasibətin adıdır. Yəni birini birinə ölçməyə imkan verən ortaq bənzərlikdir ki, 

hökmün qoyulmasına lazım olan münasib şəraiti  əhatə edən münzıəbit (aşkar) 

vəsfdir. (Abdulkərim Zeydan, el-Vəciz fi Usulil-Fiqh, Beyrut 1994, s 195; Vehbe 

Zühayli, Fıkıh Üsulu, Terc: Ahmet Efe, İstanbul 1996, s 56, Erdoğan, e.a.ə., s 

246.) 


21

 Bax: Müfid Şeyx,  Əbu Abdullah Məhəmməd, el-İxtisas, (Nşr. el-Mutemeru liş-

Şeyx Müfid) Qum 1989, I, 108-109; A. mlf, et-Təzkira bi Usulil-Fıqh, (Nşr. el-

Mutemeru li’ş-Şeyx Müfid) Qum 1993, s 38; Kaşiful-GıtaMəhəmməd Hüseyin, 



Asluş-Şia ve Usuluha, Beyrut 1981, s 121

22

 Cuma 62/9. 



23

 İbn Humam Kəmaləddin Məhəmməd, Fəthu`l-Qadir, Misir 1897, 3, 24; Şövkani 

Məhəmməd b. Əli,  Neylul-Əvtar  Şerhu Muntəqa’l-Əxbar min Əhadisi Seyyidil-

Axyar, Qahire 1952, VI, 245; Hamdi Döndüren, Delileriyle Aile İlmihali, İstanbul 

1995, s 405.  

24

 Buxari Talaq, 2; Nəsai, talak 6. 



25

 Buxari Talaq, 2. 




Dr. Əhməd Niyazov 

178 


II. Bir anda üç dəfə boşamanın üç şayılacağını iddia edənlər  

Dörd məzhəb imamı da daxil olmaqla səhabe və tabeunun əksəriyyətinə 

göre bidət də olsa eyni anda birdən çox boşama məqbuldur, söylənən rəqəm 

və ya təkrarlanan talaq meydana gələr.

26

 Boşama anında üç və daha çox 



miqdarın tələffüzü ilə talaq bain xüsusiyyəti qazanar və o andan etibarən 

qadın boşayana haram olar. Bundan sonra evliliyə davam etmək istərlərsə 

qadın başqası ilə evlənmədikcə ona halal olmaz.

27

 Digər rəy sahiblərinin 



özünəməxsus dəlilləri olduğu kimi bu görüşü iddia edənlərin də  rəylərinə 

müvafiq dəlilləri mövcuddur. Onlar aşağıdaki kimidir. 

1) Qurandan dəlilləri: “Boşama iki dəfədir, ondan sonra yaxşı dolanmaq 

(qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. .…… 

Əgər (kişi) övrətini yenə  də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa 

bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz”

28

 ayələridir. İsnad cəhəti 



isə, ayənin istər bir istər üç olsun boşamanın meydana gəlməsində hər ikisinə 

şamil olan ümumi mənasıdır.

29

 

2) Hədislərdən bir neçə  dəlilləri vardır. Onlardan biri Üveymir əl-



Aclaninin mülaənə hadisəsidir. Üveymir xanımı ilə mülaənə etdikdən sonra 

Rəsuləllahın (s.ə.s.) hüzurunda xanımını üç dəfə boşadı. Rəsuləllah (s.ə.s.) 

buna müdaxilə etmədi.

30

  



3) Səhabədən Hz. Abdulah b. Məsud, Hz. Ömər və Hz. İbn Abbas və 

başqalarının bu mövzuda bəzi fitvaları isnad edici faktorlardır. Belə ki, 

onlardan biri də İbn Abbas (r.a) tərəfindən verilən fitvadır. Onun yanına bir 

adam gəldi və ona mən xanımımı üç talaqla boşadım dedi. İbn Abbas, bir az 

sükut etdi. Sonra adama: “siz bəzən axmaqlıq edirsiniz. Sonra mənim 

yanıma gəlib, ey İbn Abbas! ey İbn Abbas! deyirsiniz. Uca Allah: “kim 

Allahdan qorxarsa Allah onun üçün bir çıxış yolu tapar” deyir sən isə 

Allahdan korxmadığın üçün sənə bir çıxış yolu tapa bilmərəm” dedi.

31

  

                                                 



26

  İbn Rüşd  Əbul-Vəlid,  Bidayətul-Müctəhid, Beyrut 2002, II, 60; İbn Qudamə 

Müvəffəqəddin Əbu Məhəmməd, əl-Muğni fı Fıqhi`l-İmam Əhməd b. Hənbəl əş-

Şeybani, Beyrut 1984, V, 104; Məhəmməd  Əbu Zəhra,  əl-Əhvaluş-şəxsiyyə, 

Qahirə 1957, s 304-309; Karaman, e.a.ə., s 111.  

27

 Merğinani, e.a.e., II, 61 



28

 Bəqərə 2/229-230. 

29

 Quleysi, e.a.ə., II, 86. 



30

 Buxari, Talaq, 16; Müslüm Talaq 17. 

31

 Buxari, Talaq, 4. 




Məzhəblərə görə üç talaqın bir anda verilməsi məsələsi 

179 


4) Talaq bir haqq olaraq kişiyə aid olub, onun mülkiyyəti kimidir. Kişi 

bu hüququnu istifadə etmədə ixtiyar sahibidir. Üç ayrı vaxtda istifadə edə 

bildiyi kimi, hamısını bir yerdə də istifadə etmə haqqına malikdir bu da qiyas 

dəlilinə əsaslanır.

32

 

Cəfəri məzhəb alimlərinin çox sayıda verilən talaqın nəticəsi baxımından 



mənimsədikləri iki ayrı görüşlərdən biri belə bir təsərrüfün batil olacağı, 

digəri isə yalnız bir talaqın meydana gələcəyidir.  Şövqani (v.1250/1737), 

İmamiyyə üləması arasında bəzilarinin bir anda verilən üç talaqın üçünün də 

keçərli olacağını söylədiklərindən bəhs etmişdir

33

. Qeyd etmək istədiyimiz 



odur ki, üç talaqın bir anda bəyanı Cəfərilərə görə yuxarıda da qeyd ettiyimiz 

kimi ya batil ya da bir talaq sayılmışdır

34

.  İki ve ya üç talaqın bir anda 



verilməsi, haram sayıldığı üçün meydana gəlməyəcəyi, bu höküm üzərine 

icma hasil olduğu və eyni zamanda bunun İmamiyyə  məzhəbinin 

zəruriyyətindən hesap edildiyi də bəzi alimler tərəfindən nəql edilmişdir

35

.  



Üç talaqın bir anda söylənməsinin səhih olmadığı haqqındakı 

İmamiyyənin ittifaqını  Şeyx Müfid belə  bəyan edir: “İmamiyyə, kişinin üç 

talaq arasında iki dəfə ric’ət etdikdən sonra üçüncü dəfə boşamasından başqa 

üç talaqın meydana gəlməyəcəyi haqqında müttəfiqdir. İlk boşama ilə ikinci 

boşama arasında ric’ət olmadıqdan sonra iki talaqda belədir. Hər kim 

boşadığı qadına ric’ət etməzsə boşadıqdan sonrakı boşaması  məqbul deyil. 

Əhli-Sünnət (ammə) bunun əksinə icma etmiş  və boşamalar arasında ric’ət 

olmadan üç talaqın meydana gələ bıləcəyini iddia etmişdirler.”

36

  

O da var ki, İmamiyyə fiqh ədəbiyyatında üç talaqın keçərli olacağı 



haqqında qeyd edilmiş sadəcə bir fitvaya rast gəlmək mümkündür ki, bu da 

şərtli bir fitvadır və aşağıdakı kimidir:  

                                                 

32

  İbn Qudamə, e.a.ə., VII, 105; Vəhbə Zühayli, əl-Fiqhul-İslamiyyu və  Ədillətuh, 



Dəməşq 1997, IX, 6934. 

33

 Bax: Şövkani, e.a.ə., VI, 245. 



34

 Hilli, Şəra’iul-İslam, III, 18; A. mlf, Muxtasarun-Nafi’, s 222; Sistani, Minhacus-



Salihin, III, 154; Humeyni, Zübdetü’l-Ahkam, s 213. 

35

  Nəcəfi, Məhəmməd Hasan b. Bakir b. Abdurrahim, Cəvahirü’l-Kelam fi Şerhi 



Şera’i’il-İslam, (Təhqiq: Məhəmməd, el-Kuçani) Beyrut, Tarixsiz,, XXXII, 81; 

Amili, er-Rəvzatul-Bəhiyye, VI, 18; Sistani, Minhacus-Salihin, III, 154 

36

 Müfid Şeyx  Əbu Abdullah Məhəmməd,  el-İlam, (nəşr.  əl-Mutemeru liş-Şeyx 



Müfîd,) Qum, 1992 s 39. 


Dr. Əhməd Niyazov 

180 


“Üç talaqın baş verəcəyi inancında olan Əhl-i Sünnət bir kişinin  Şiə 

xanımını  vəya əksinə bir evlilikdə, üç talaqla boşama təzahür edərsə bu üç 

olaraq meydana gələ bilər”.

37

 



Rəvayətlərə  gəlincə isə, üç talaqın meydana gəlməsi mövzusundakı 

Səidul-Uməvinin Cəfəri-Sadiqdən nəql ettiyi rəvayət belədir:  

Cəfəri-Sadiqdən bir məclisdə üç boşama haqqında soruşduğum anda 

mənə belə dedi: “Mənə görə bu keçərlidir. Babama (Məhəmməd Baqir) 

gəlincə isə o bunu bir boşama sayardı”.

38

  Xəbəri izah edən Amili rəvayət 

haqqında belə deyir:  “İmamın üç boşamayı üç sayması  təqiyyədən 



sayılmışdır” deyərək bunun Əhli-Sünnət (ammənin) görüşünə müvafiq ifadə 

olduğundan  təqiyyə

∗∗

 hesab etmiş  və  məzhəbin üç talaq haqqındakı 



hökmünün ancaq bir sayılacağını müdafiə etmişdir.

39

  



 

III. Üç talaq haqqının bir anda verilməsi ilə hüquqi hiçbir nəticə 

hasil olmayacağı görüşü  

Cəfərilərdən bu fikri iddia edən  İbn  Əbi Aqil, Şərif Mürtaza 

(v.436/1236), İbn Hazma et-Tusi ve Beyaziye (v.877/1472) göre bir sözle üç 

talaqın verilmesi bid’i talaqdandır. Çünki bid`i talaq zaman ve istifadə edilən 

söz baxımından iki hissəyə bölünür. Aybaşı (heyz) halında yaxud 

təmizləndikdən sonra cinsi əlaqədə olan qadının boşanması zamana görə 

                                                 

37

 Hilli, əl-Muxtasarun-Nafi, s 222; Sistani, Minhacus-Salihin, III, 155; Xoyi, 



Minhacus-Salihin, s 331. 

38

 Amili, Vesailuş-Şi’a, XXII, 65. 



∗∗

 İmamiyyədə təqiyyə, batinin gizli tutulması və olduğundan başqa göstərilməsidir. 

(Tusi  Şeyx  Əbu Cəfər,  əl-Əmali (Nəşr: Darus-Səqafə) Qum 1993, s 281; Nasir 

Mekarim  Şirazi,  Takiyye, (Tərc. Hasan Uzunçam) İstanbul 1992, s 9.) Bunun 

təməlləri  İmam Rızaya aid edilən “Bizdən nəql edilən xəbərlər içində  də 

Quranınkına bənzər mütəşabih ifadələr vardır. Eyni ilə Quranınkına bənzər 

muhkəm ifadələr də vardır” (Qummi Şeyx Saduk İbn Babaveyh Ali b. Huseyin, 

Uyunu  əxbarir-Rıza, Nəşr:Darul-Aləm, Qum 1958, I, 290.)  rəvayətinə    Cəfer 

Sadiqə aid edilən “Məndən insanların (ammənin) sözünə bənzəyən bir şey eşitsən 



bil ki, onda təqiyyə vardır.  İnsanların (ammənin) sözünə  bənzəməyən bir şey 

eşitsən onda təqiyyə yoxdur” (Tusi, Təhzib, VII, 97; A. mlf, İstibsar, III, 318, 

Amili, Vəsailu’ş-Şia, XXII, 285, Məclisi, a.g.e, II, 252. )rəvayətlərinə dayanır.  

39

 Eyni əsər, eyni yer. 




Məzhəblərə görə üç talaqın bir anda verilməsi məsələsi 

181 


bid`i;  şərtə bağlı ve ya bir məclisdə verilən üç talaq söz baxımından bid’i 

talaqdır və haramdır.

40

  

Seyyid Mürtaza çox verilən talaqın hökümsüz olacağı  rəyini qiyas 



metodundan istifadə edərək belə dəlilləndirmişdir:  

انما  ناك  هلخد  نم  و” / Oraya giren toxunulmaz olar

41

 ayesində ilahi 



muradın xəbər deyil əmr olmasıdır. Buna göre oraya girənin 

toxunulnazlığının təmin edilməsinin vacibliyi bir “əmr” olduğu kimi, “ قلاطلا

رم

نات /  boşama iki dəfədir

42

 ayəsində  də biri digərini hökümləri ilə  bərabər 



və ardıcıllıq  şərti ilə  “iki dəfə boşayın” bir əmirdir. Yəni, ikisinin də eyni 

vaxtda olmayacağıdır.

43

  

Həzrət  Əlidən gələn rəvayət  İmamiyyənin istinad ettiyi əsas dəlil olub 



belədir: “Bir məclisdə üç talaqla boşanmış qadınlardan çəkinin çünki belə 

qadınlar  ər sahibidirlər

44

 Bu mövzuda Abdullah b. Cəfər, Səffanul-



Cemmaya belə bir rəvayət nəqletmişdir: “Adamın biri İmam Sadiqə belə 

sordu: “Mən xanımımı bir məclisdə üç dəfə boşadım. Bunun hökmü nədir?” 

İmam Cəfər bu vəziyyətdə:  

-Bunun bir zərəri yoxdur. Kim bir məclisdə üç talaqla boşarsa talaq 

meydana gəlməz. Siz Allahın kitabındakı bu ayəni oxumadınız mı?  Ey 

Peyğəmbər! Qadınları boşadığınız zaman onları iddələri müddətində 

(təmizləndiklərində) boşayın və iddəi sayın...”  Allahın kitabına və Sünnəyə 

                                                 

40

 Ümmani, İbn Ebi ki, Fıkh’l-Ummani, y.y, tsz, s 467-468; Murtaza, Əbul-Qasım 



Əli b. Hüseyin Seyyid Şerif, el-İntisar, BAeyrut l 1985, s 129; Tusi, İbn Hamza 

İmaduddin, el-Vesile ila Neylil-Fadile, Qum 1987, s 322; Beyazi, Əli b. Yusif en-

Nebati, es-Sıratul-Müstekim, Necef, 1964, III, 192. 

41

 Ali İmran 3/97.  



42

 Bəqərə, 2/229. 

43

 Mürtaza, el-İntisar, s 134-135. Onu da qeyd etmək lazımdır ki, Şərif Mürtaza, 



özünə aid edilen “Resailul-Mürtaza” adlı başqa bir əsərində 58-ci məsələ olaraq 

ələ aldığı  “bir məclisdə üç talaq vermənin hökmü” haqqında belə dediyi qed 

edilmişdir: “Məzhəbin etimad etdiyi ve əməl etdiyi səhih görüş, bir talaqın 

meydana gələcəyi görüşdür. Mötəbər  şərtlərin tam yerinə yetrildiyi və ayrılmaq 

üçün talaqın tələffüz edildiyi bir vəziyyətdə talaqın meydana gəlməyəcəyi necə ola 

bilər?”. (Mürtaza, Rəsail, I, 244.) Əhməd əl-Hüseyni və Mehdi Rəcai tərəfindən 

hazırlanan bu məcmuənin ona aidiyyətinin tədqiqə açıq olması  və ona aidiyyəti 

dəqiq olan “əl-İntisar”  əsərinde isə meydana gəlməyəcəyinə dair geniş yer 

ayıraraq əqli və nəqli dəlillərlə isbat etməyə çalışması həqiqətdə Mürtəzanın belə 

bir talaq təsərrüfünu səhih saymadığını göstərir. 

44

 Qummi, e.a.ə., II, 124. 




Dr. Əhməd Niyazov 

182 


müxalif olan hər  şeyin kitab ve sünnə  çərçivəsində  əsaslandırılması 

lazımdır.

45

  



 Bir anda verilən üç talaqın batil olması haqqında dəlillərdən biri də 

İmamiyyə  hədis  ədəbiyyatında Abdullah b. İbn Ömər haqqında varid olan 

hadisədir. Bunlardan biri Əbu Bəsirin Cəferi-Sadiqdən rəvayət ettiyi 

aşağıdakı xəbərdir.  



İmam Sadiq buyurdu: “Kim aybaşı/heyz halındakı xanımını bir məclisdə 

üç talaqla boşarsa bir şey meydana gəlməz. İbn Ömerin heyzli hanımını üç 

talaqla boşadığı anda Rəsuləllah (s.a.s) onun talaqını saymamışdır. 

Rəsuləllah (s.a.s) bu talaqı  qəbul etmədi və “Allahın kitabına və sünnəyə 

müxalif olan hər  şey Allahın kitabına ve sünnəyə döndərilir. Talaq, ancaq 

iddə hökümlərinə riayət edildiyi talaqdır. 

46

  



Bu rəvayət haqqında Tusi, təfsirində bir az sonra açıqlayacağımız  əks 

görüşü müdafiə etməsi ilə yanaşı bu mövzudakı xəbərləri bir bab başlığında 

belə adlandırmışdır: “Boşanmaya müvafiq qadının bir məclisdə üç talaqla 

boşayanın bir talaqı meydana gələcəyi babı

47

. Yuxarıda qeyd edilən rəvayət 



haqqında ise o: “Onun (rəvayətin) vürud səbəbinin ya qadının heyzli halında 

ola biləcəyi ya da “üç talaq” deməsində bir eyib olmaması, çünki bir talaqın 

meydana gələcəyi” izahını etmişdir

48

.  Həmçinin mühəddis fəqih Hürr el-

Amili (v.1104/1692) də  İmam Caferin, rəvayətdə ifadə edilən “

سيل


 

ئيشب


” 

sözünü birden çoxunun keçərli olmayacağına şamil edərək Tusinin məqsədə 

uyğun bir görüşdə olduğunu bildirmişdir

49

.  



IV. Üç talaqın bir anda verilməsini bir boşama qəbul edənlər  

Səhabe, tabeun və sonrakı  nəsillərə  mənsub bir çox müçtəhid,  İbn 

Teymiyyə, İbn Qəyyum əl-Cəvziyyə, Şövqani, Şəltut, Sayis, Əbu Zəhra və 

zəmanəmizin mötəbər alimlərindən Xeyrəddin Karaman

50

 ilə  Cəfəri 



                                                 

45

 Himyeri, Əbul-Abbas Məhəmməd b. Cəfər, Kurbul- İsnad, (Nşr: el-Mektebetü’n-



Nebevi) Tahran 1993, s 30; Amili, Vesailuş-Şia, XV, 317; Tusi, Tehzib, VIII, 54; 

A. mlf, İstibsar, III, 287. 

46

 Himyəri, a.g.e, s 30; Amili, Vesailuş-Şia, XXII, 64. 



47

 Tusi, İstibsar, III, 287. 

48

 Aynı eser, aynı yer. 



49

 Amili, Vesailuş-Şia, XXII, 64. 

50

 İbn Qeyyum əl-Cövziyyə, İ`lamul-Müvəqqiin an Rabbil-Aləmin, Beyrut, Tarixsiz, 



III, 41-52; Zühayli, əl-Fiqhul-İslamiyyu., IX, 6927; Ebu Zəhra, e.a.ə., s 309; Sayis, 

e.a.ə, 117; Karaman, e.a.ə., s 111. 




Məzhəblərə görə üç talaqın bir anda verilməsi məsələsi 

183 


fəqihlərin Şeyx Müfid və Şeyx Tusi başda olmaqla əksəriyyəti

51

 çox verilən 



talaqın bir boşama sayılacağı fikrində müttəfiqdir.  

Əvvəlcə onu qeyd edək ki, Şeyx Tusi bu mövzuda belə demişdir: 

“Quranda “Ey Peyğəmbər! Qadınları boşadığınız zaman iddələri müddətinde 

(təmizləndikləri vaxt) boşayın ve iddəni sayın...”

52

 ayəsinin mənası belədir: 



“Ey Peyğəmbər! Ümmətinə de! Qadınları boşadığınız zaman onları 

təmizləndiyi və cinsi münasibətin olmadığı bir zamanda, digər  şərtlərə  də 

riayət edərək boşamaları lazımdır”

53

. Tusiyə görə boşamaq, ancaq iddəni 



saymanın mümkün olduğu bir vəziyyətdə məqbul olar. Ona göre “

ﻦِﻬِﺗﺪِﻌِﻟ ”nin 

mənası “


ﻞﺒﻘﻟ

 

ﻦِﻬِﺗﺪِﻋ

” şəklində başa düşülür. Hətta, ona göre ayə belə də qiraət 

edilmişdir, ancaq ayəni bu cür qiraət etmək doğru olmasa da şübhə yox ki, 

Allah bu mənanı nəzərdə tutmuşdur.

54

  

Fəqihlərin iddialarına delil təşkil edən bir başqa məsnəd  İmamların 



birdən çox rəvayətleridir ki, onların bəziləri aşağıdakı kimidir.  

Cəfəri-Sadiq belə demişdir:  “Əgər bir kimse xanımını  təmiz olmadığı 



halda ve ya Allah Təalanın göstərdiyi kimi iddəsini nəzərə almayaraq üç 

talaq ve ya bir talaqla boşarsa, onun talaqı talaq deyildir. Əgər xanımı təmiz 

olduğu vəziyyətdə onunla cinsi münasibət olmadan iki adil şahidin 

hüzurunda üç talaqla boşarsa bu bir talaq sayılır ve digər iki talaqı batildır. 

Amma  əgər bir kəs, Allahın əmr ettiyi kimi xanımını iddə müddətinə riayət 

edərək üç dəfə boşarsa, artıq xanımıı ona haram olar. O qadın başka bir kişi 

ilə nikahlanmadıkca ilk kişisinə halal olmaz.

55

 

Burada onu da qeyd etmək lazımdır ki, kişinin xanımına “



قلاط تنأ

 

فصن


 

ةقيلطتsən yarım talaqla boşsan” deməsini məzhəb alimlərinin əksəriyyəti bir 

                                                 

51

 Müfid, el-Füsulul-Muhtara, s 175-188; Tusi Əbu Cəfər Məhəmməd b. əl-Həsən, 



en-Nihaye fi Mücerredil-Fıkh vel-Fetava, Beyrut 1970, s 512; Hilli, Muxtasarun-

Nafi’, s 222; Təbrizi,  Minhacul-Ahkam, I, 486; Tabersi, Mecme’ul-Beyan, X,40; 

Xoyi,  Əbul-Qasım el-Musevi, el-Beyan fi Tefsiril-Quran, Beyrut 1974, s 512; 

Nəcəfi, a.g.e, XXXII, 82; Hilli, Abdulkerim, el-Ahkamul-Ca’feriyye fil-Ahvali’ş-

Şaaahsiyye, Beyrut 1985, s 84; Humeyni, Zübdetü’l-Ahkam, s 213. 

52

 Talaq 65/1. 



53

 Tusi, et-Tibyan, X, 29-30. 

54

 Eyni əsər, eyni yer. 



55

 Amili, Vesailuş-Şia, LXV, s 319. 




Dr. Əhməd Niyazov 

184 


talaq saymışdır

56

. Çünki hökmə istinad sayılan rəvayət Hz. Əli’nin aşağıdakı 



sözüdür:  

Kişinin xanımına “

قلاط  تنأ

 

فصن


ةقيلطت 

” deməsi bir talaqdır. Çünki 

talaqda bölünme yoxdur”

57

Eyni görüşü mənimsəyən  İbn Qəyyum, müxaliflərinə qarşı bir sıra 



dəlillər sadalayaraq, onların başlıcası olan ayələrə isnadında belə demişdir: 

“Mütləq ayələr, bir sözlə üç talaqın meydana gələcəyini rədd edən sabit 

dəlillərlə təqyid edilmişdir. Başqa dəlil olmasa belə boşamanın iki olduğunu 

bildirən ayə təqyid üçün tək başına kifayətdir.”

58

  

Qurana müraciət edən digər üləmaya görə “boşama iki dəfədir” ayəsi ilə 



Uca Allah, boşama əhkamını tənzimləyərək üç boşamanın cəm edilməsinin 

mümkün olmadığını  və boşamanın ancaq ardıcıllıq  əsasənda ola biləcəyini 

demişdirlər. Bu səbəblə kim talaq haqlarını bir məclisdə və yaxud bir sözlə 

cəm edərsə, ancaq bir boşama hüququndan istifadə etmiş olar.

59

  

Üləmanın sünnədən gətirdiyi dəlil isə İbn Abbasın üç verilən talaqın Hz. 



Peyğəmbər (s.ə.s) zamanında bir sayıldığını  xəbər verən aşağıdakı 

rəvayətidir: 

“Rəsuləllah (s.ə.s.), Hz. Əbu Bəkir ve Hz. Ömərin xilafətinin ilk iki 

ilində üç talaq bir sayılırdı. İnsanlar, Hz. Ömər zamanında xanımlarını çox 

talaqla boşadıqları üçün Hz. Ömər: “İnsanlar diqqətlə hərəkət etməleri lazım 

olan bir şeydə tələsirlər. Kaş bunu onların əleyhinə qiymətləndirsək dedi və 

üç talaqı üç boşama saydı”.

60

 Hz. Ömər dövrünə  qədər tətbiq edilən bu 



hökmün həm də o dövrə aid icma təşkil etdiyi bildirilmiş

61

  və  dəlil 



baxımından ən qüvvətlisi hesab edilmişdir.

62

  



Müasir İslam hüquqşünaslarının bu məsələ ilə bağlı görüşlərinə gəlincə 

onlar, hər iki hökmə də dəlalət edən rəvayətlərlə yanaşı Hz. Ömər ictihadının 

                                                 

56

 Kufi, Məhəmməd b. Məhəmməd el-Eş’as, el-Ca’feriyyat, Tahran, y.y, s 111; Ravəndi, 



Seyyid Fadlullah, en-Nevadir, Nşr: Müessesetü Daril-Kutub, Qum tsz, s 52. 

57

 Məclisi, a.g.e, CI, 159; Nəvəvi, a.g.e, XV, 315. 



58

 İbn Qəyyum, e.a.ə., III, 41-52.  

59

 Şövkani, e.a.ə., VI, 261; Zühayli, əl-Fiqhul-İslami, IX, 6928. 



60

 Müslüm, Talaq, 14; Əbu Davud, Talaq, 10. 

61

 Quleysi, e.a.ə., II, 88. 



62

 Karaman, e.a.ə, s 111. 




Məzhəblərə görə üç talaqın bir anda verilməsi məsələsi 

185 


əsası olan məsləhət



 prinsipi əsasında fitva vermişdirlər. Onlar, problemin üç 

talaq hesab edilməsi ilə  şəriət və din baxımından ortaya çıxaracağı  mənfi 

xüsusiyyətlərə diqqəti cəlb edərək belə bir hökmün geyri-mümkünlüyünü 

ifadə etmiş, bir boşama sayılmasının həm də hüquqi baxımdan  ən ideal 

olduğunu bildirmişdirlər.

63

  

 



Nəticə  

Üç talaqın bir anda verilməsi məsələsi yuxarıda da şahid olduğumuz 

kimi İslam məzhəbləri, hətta məzhəb içi ixtilafların ortaya çıxmasına səbəb 

olmaqla haqqında dörd hökm və fitva vardır. Hal hazırda alimlərin haqqında 

bəhs etdiyi qörüşlər onun üç yaxud bir sayılacağı mübahisəsidir.  

Qeyd etməmiz mümkündür ki, iki görüşün də  hər biri asanlıqla qəbul 

edilə bilər. Çünki iddia edən tərəflərin özünəməxsus dəlilləri mövcuddur. 

Ancaq bunların hər biri “Əzmanın təğayyuru ilə  əhkamın təğayyuru inkar 



edilə bilməz / zamanın dəyişməsi ilə  əhkamın dəyişməsi inkar olunmaz” 

qaydası əsasınnda şərtlərin gətirdiyi bəzi çətinlikləri aradan qaldırmaq üçün 

fitva siyasəti baxımından  əhəmiyyət kəsb edən məsələdir. Ona görə  də  hər 

iki ehtimalın –bunun istər üç sayılması istərsə də bir sayılmasının- meydana 

gətirdiyi nəticələr nəzərə alınmalıdır. Məsələn, müasir dövrdə bir talaqın 

meydana gələcəyini qəbul etmək üç talaqın meydana gələcəyini qəbul etmə 

nəticəsində ortaya çıxacaq fəsad (məfsədət) baxımından daha azdır. Bu 

səbəblə bir talaqın meydana gələcəyi ictihadının daha tutarlı olacağı görünür. 

Hz. Ömərin məsləhətə uyğun ictihadı ilə aldığı  qərarda belədir. 

İmamların bu şəkildə fitva vermələrinin  əsil səbəbi yenə Hz. Ömərin bu 

qərarıdır. Hz. Ömerin bu qərarı sonradan dinin qəti bir emri olaraq başa 

düşülmüşdür. Bunun üçün əshabi-kiramın verdikləri fitvalar hədislərin 

qabağına keşmiş, imamların görüşü də  səhabələrin fitvaları ilə 

dəstəklənmişdir.  

                                                 

  Məsləhət,  İslam Hüquq Nəzəriyyəsi baxımından ikinci dərəcəli dəlillərdən olub, 



lüğət olaraq mütləq mənfəət deməkdir. Termin olaraq isə, dinin məqsədlərinə 

uyğun olan bir şeyin mötəbər yaxud qadağan edildiyinə dair hər hansı bir dəlil də 

olmazsa hökmün ona bağlanması ilə mənfəət hasıl olar və zərərlər uzaglaşdırılar. 

(Zeydan, e.a.ə., s 236; Zuhayli, Fıkıh Üsulu, s 74.)  

63

 Əbu Zəhra, e.a.ə, s 309; Sayis, e.a.ə., s 124; Quleysi, e.a.ə., II, 89.  




Dr. Əhməd Niyazov 

186 


Mövzuya geniş perspektivdən baxmaq bu haqda fikir söyləyəcək kəsləri 

hər cəhətdən doğruya aparacaq yeganə yol olmuşdur. Unutmamaq lazımdırki 

üləmanın  əksəriyyətinə görə ictihad sahəsinə girən hər mövzuya həm  əsli 

həm də  fər`i dəlillər prizmasından baxış  təməl prinsipdir. Zənnimizcə üç 

talaqın bir anda verilməsinin nəticəsi məsələsi də, məhz belə bir səyin 

məhsulu olmalıdır. 



 

Resume 

(The problem of becoming three divorces at the same time for 

İslamic sects) 

 

To become three divorces at the same time is one of the disputatious 

subjects of Islam. This is the topic that what will be decision as legally if the 

man say to his wife “i divorced you tree times or more than”. Islamic Law’s 

scholars have explained different opinions about decisions that appeared 

from this statement. Because of this, it will be very beneficial to investigate 

opinions of Hanafi, Shafi, Maliki, Caferi and Hanbali from our time’s point 

of viwes. 



 

Yüklə 126,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə