Elmи мяъмуяси



Yüklə 58.04 Kb.

tarix11.07.2018
ölçüsü58.04 Kb.


 

 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 



ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 10 SENTYABR (EYLÜL) 2008




Dr. Adilə TAHİROVA 

86 


 

MÖTƏZİLƏNİN SON DÖVRLƏRDƏ GÖRÜLƏN TƏSİRİ 

 

Dr. Adilə Tahirova* 



 

İntellektual zəmində yaranmış ilk İslam düşüncə  məktəblərindən

1

 olan 


Mötəzilənin klassik dövrdəki xidmətləri danılmazdır.

2

 Mötəzilə alimləri  İs-



lam  əqaidinin  əqli  əsaslarını  təsis edərək nəqllə  ağlı uzlaşdırmağa səy gös-

tərmişdir. Onlar iman əsaslarını müdafiə etmək üçün bir vasitə hesab etdiklə-

ri kəlam elmində mühafizəkar hərəkət etməmişdir. Məzhəbə bağlılıq da on-

ların azadlıq nəzəriyyələrinə təsir etməmişdir. Bu düşüncə məktəbinin nüma-

yəndələri öz fərqli ideya və fikirlərini rahat bir şəkildə ifadə edə bilirdirlər. 

Mötəzilə alimləri bir-birlərinə heç çəkinmədən müxalifət edə bilirdilər. Belə 

ki, Nazzam əmisi  Əbu-l-Hüzeyl  əl-Əllafla, Nazzam ilə  tələbəsi Cəfər ibn 

Hərb,  Əbu-l-Həsən  əl-Əşəri ilə ögey atası  Əbu  Əli  əl-Cübbai,  Əbu  Əli  əl-

Cübbai ilə oğlu Əbu Haşim arasındakı elmi mübahisə və müzakirələr buna 

misal verilə bilər. Mötəzilənin xidmətləri arasında Kəlam elmini qurması və 

dini elmlərdə ağla böyük əhəmiyyət verməsi sayıla bilər. Ancaq bu, əsla vəh-

yin unudulduğu və ya ikinci plana qoyulduğu mənasına gəlməməlidir. 

Bilindiyi kimi, kəlam elminin məsələləri iki hissəyə bölünür. Bunlar kəlamın 

dəyişməz olan məsələləri (məsail və məqasıd)



 3

 və zamana görə dəyişə bilən, 



məsaili isbata yarayan vəsaildir (məbadi). Mötəzilə ağlı əqidə məsələlərinin 

                                                 

* Bakı Dövlət Universitetinin müəllimi. 

1

  İslam düşüncə  məktəbi ifadəsi “məzhəb” termininin yerinə istifadə edilir. Bu 



ifadənin daha uyğun olduğunu düşünərək məqalədə geniş şəkildə istifadə etməyə 

çalışmışıq. (Müəl.) 

2

  Mövzu  ilə  əlaqəli geniş  məlumat üçün bu mənbələrə  də müraciət edilə bilər. 



Detlev Khalid, "Some Aspects of Neo-Mu'tazilism", Islamic Studies, VIII c., 

1969;  Əhməd Mahmud Sübhi, Fi ilmil-kəlam (əl-Mutəzilə), Beyrut 1985; Zuhdi 

Cərullah,  əl-Mutəzilə, Beyrut 1990; İlyas Çelebi, “Mutezilenin klasik İslam 

düşüncesindeki yeri ve modern döneme etkileri”, Kelam Araştırmaları, 2:2 

(2004), s. 3-24; İlyas Çelebi, İslam inanç sisteminde akılcılık ve Kadı 

Abdülcebbar, Rağbet yayınları,  İstanbul 2002; İlyas Çelebi, “Mutezile”, TDV 

İslam Ansiklopedisi, XXXI, İstanbul 2006, s. 391-401; Adilə Tahirova, Kadı 

Abdulcebbar ve Ebu-l-Muin en-Nesefiye göre nübüvvetin gerekliliyi, Marmara 

Üniversitesi Sosyal Bilimler Enstitüsü, İstanbul-2004.  

3

  İman əsasları və əsas prinsiplər deməkdir. 




Mötəzilənin son dövrlərdə görülən təsiri 

87 


ortaya qoymaq üçün deyil, əsas prinsipləri (məsail) isbat etmə vasitəsi olan 

vəsail sahəsində istifadə edirdi. 

Mötəzilənin o dövrdə ortaya çıxması bir baxıma tarixi zərurət də hesab 

edilə bilər. Belə ki, fəthlər nəticəsində  İslam  ərazisinin genişlənməsi və 

bunun nəticəsində müxtəlif din, fikir və  əqidələrə sahib insanlarla qarşılaş-

ma, məzhəblərin ortaya çıxma səbəblərindən biri kimi göstərilir. Bu insan-

ların  İslam  əqidəsində olmayan və onların öz əvvəlki  əqidələrindən qay-

naqlanan suallara cavab vermək üçün yeni üslub və ağlın da istifadəsi gərəkli 

idi. Eyni zamanda o dövrdəki dinsizlər, materialistlər, sabiilər, atəşpərəstlər, 

maniheistlər və başqa dinlərə  mənsub olanların etirazlarına cavab vermək 

üçün fikir mübarizəsi aparan alimlərə ehtiyac var idi. Mötəzilə də bu müba-

rizəni layiqincə aparmağa müvəffəq oldu. Miladi IX əsrin ortalarından eti-

barən tənəzzülə uğramağa başlayan Mötəzilənin ən böyük səhvi isə azadlıq 

haqqındakı  nəzəriyyələrinin  əksinə gedərək fikirlərini başqalarına qəbul 

etdirmək üçün təzyiqə  əl atmalarıdır. Bunu da ifadə etmək lazımdır ki, 

Mötəzilənin təsiri yaranma tarixindən bir müddət keçdikdən sonra artıq 

görülməyə başlanmışdı. Bu təsir  Əhli-sünnənin qollarından birinin banisi 

olan Əbu-l-Həsən əl-Əşəri (v. 324/936) vasitəsiylə, ondan sonra Cüveyni (v. 

478/1085), Qəzzali (v. 505/1111), Fəxrəddin Razi (v. 606/1210) kimi alim-

lərin şahidin qaibə qiyası, mütəşabih nəssin ağılla təvili və s. metodları qəbul 

etməsi ilə  Əhli-sünnədə özünü göstərir. Belə ki, qırx il Mötəziləyə xidmət 

etdikdən sonra bu məzhəbi tərk edən  Əşərinin bu metoddan tamamilə 

uzaqlaşması mümkün deyildi. Eyni zamanda Şiəliyin (xüsusilə Zeydiyyə 

qolunun) fikir və metodunda da Mötəzilənin təsiri özünü büruzə verir. Zeyd 

ibn Əli və Məmun dövründə yaşamış Qasım ibn İbrahim ər-Rəssi tərəfindən 

başladılmış Mötəzilə-Şiə yaxınlığı Zeydilik içərisində Mötəziləyə aid fikir-

lərin yaşamağa davam etməsinə səbəb olmuşdur. Zeydiyyə alimi İbn əl-Mur-

taza onları müdafiə edir, Məqbili isə üsulu-d-dində bu iki məzhəbin eyni fi-

kirlərə sahib olduqlarını söyləyirdi. Mötəziləyə aid əsərlərin günümüzə qədər 

qorunub saxlanması, nəşr edilməsi məsələsində də Zeydiyyənin xüsusi rolu-

nun olması onların Mötəziləni özlərinə yaxın hesab etmələrindən qaynaq-

lanmışdır.  

Mötəzilənin sonrakı dövrlərdəki təsirinə gəlincə, bu təsirin XIX əsrdəki 

yenilik axtarışları  və  İslami elmlərdə canlanma yaratma təşəbbüsü ilə bariz 

şəkildə ortaya çıxdığını söyləmək mümkündür. Belə ki, orta əsrlərdə dinlər 



Dr. Adilə TAHİROVA 

88 


üçün intellektual durğunluq yaşansa da XIX əsrdən etibarən bir canlanma 

başlamışdır. Bu dövrdən etibarən Hindistan, Misir və Türkiyə kimi ölkələrdə 

meydana gələn yenilik hərəkatı dini sahədə  də  təcdidə  gətirib çıxarmışdır. 

Kəlam sahəsində də yeniləşmə istəyi metod ətrafında müzakirələrə səbəb ol-

muşdur.

4

 Bu zaman İslam mədəniyyətinin bütün mirasından bəhrələnmə 



məqsədilə bütün İslami elmlərə və məzhəb fərqi güdmədən müsəlman alim-

lərin əsərlərinə müraciət edilmişdir. Təcdid dövründə kəlam sahəsindəki ihya 

və təcdid hərəkatının başladığı bölgələrdən Hindistan və Pakistan misal veri-

lə bilər. Bu dövrdə ortaya çıxan dini cərəyanların insanın azadlığını, ağla 

önəm məsələsini ön plana çıxardığı görülür. Mötəzilənin fikirləri ilə görülən 

paralellik həmin dövrün kəlamçılarının onların metod və fikirlərindən ilham 

aldıqlarını göstərir.  

Seyid  Əhməd Xan (v. 1316/1898), Seyid Əmir  Əli (v. 1347/1928) və 

Mövlana Muhəmməd  Əli (v. 1349/1931) kimi müsəlman mütəfəkkirlər 

qarşılaşdıqları problemləri həll etməyə çalışarkən Mötəzilənin fikirlərindən 

istifadə etmişdir. Seyid Əhməd Xanı bəzi müəlliflər Mötəzilədən ilham ala-

raq irəli sürdüyü fikirlərinə görə onu yeni Mötəzilə hərəkatının nümayəndəsi 

kimi xarakterizə edirlər. Lakin o, bəzi mövzularda Mötəzilənin fikirlərinə 

yaxın olsa da bu məktəbin bəzi düşüncələrindən uzaqlaşmışdır. Onun Mö-

təziləyə olan heyranlığının səbəblərindən biri kimi bu düşüncə  məktəbinin 

məzhəb təəssübünü aşan bir davranışa sahib olması da göstərilə bilər. Möv-

lana Muhəmməd  Əlinin də xüsusilə  qədər məsələsində Mötəziləyə yaxınlı-

ğını görmək mümkündür.  

İslam düşüncə ənənəsini yeni dövrə daşımış alimlərdən Cəmaləddin Əf-

qani (v. 1314/1897), Məhəmməd Abduh (v. 1323/1905), Rəşid Rza (v.1354 

/1935), Fərid Vəcdi (v. 1373/1954) və Əhməd Eminin (v. 1373/1954) adla-

rını da çəkmək mümkündür. Ağlı istifadə etmə, təqlidi rədd etmə və uzlaş-

dırma kimi Mötəziləyə yaxın üslublarına görə bu məktəbə bağlı olduqları 

irəli sürülmüşdür.  Əslində adı keçən mütəfəkkirlər bir çox İslam düşüncə 

məktəbi kimi bu məzhəbin də fikirlərindən istifadə etmək istəyirdilər. Mötə-

zilə alimi olan əl-Həyyatın  əl-İntisar adlı  məşhur  əsərini Nyberqlə birlikdə 

                                                 

4

  Geniş məlumat üçün bax. Detlev Khalid, "Some Aspects of Neo-Mu'tazilism", Is-



lamic Studies, VIII c., 1969, s. 322-324. 


Mötəzilənin son dövrlərdə görülən təsiri 

89 


tədqiqat edən  Əhməd Emin bu məzhəbə heyranlığını ifadə etdikdə ciddi 

etirazlarla da üzləşmişdir.

5

 

Namık Kemal (v. 1306/1888), Filibeli Ahmed Hilmi (v. 1335/1914), 



Musa Kazım Efendi (v. 1338/1920), Abdüllatif Harputî (v. 1334/1916), 

Dardağanzade Ahmet Nazif, Celâl Nuri (v. 1938), İzmirli  İsmail Hakkı (v. 

1946) kimi son dövr Osmanlı din alimləri də yenilik tərəfdarları idilər. Onlar 

da kəlam əsərlərinin yenidən yazılması, metod axtarışı, və məzhəblərin fikir-

lərinin uzlaşdırılaraq birləşdirilməsi fikrini müdafiə edirdilər.

6

  



Kazanlı Əbdünnasır Kusavi və Musa Carullah Biqiyev (v. 1369/1943) ilə 

Krımlı İsmayıl Qaspıralı (v. 1914) kimi alimlər də Mötəzilədən təsirlənərək 

yeni bir hərəkat başlatmışdır. Onlar da ağlın önəmi, təqlidin rəddi, təcdidə 

ehtiyac olduğu, insanın azad olduğu, imanda təsdiqlə birlikdə əməlin də la-

zım olduğu kimi məsələləri vurğulamışdır. Eyni zamanda məzhəb ixtilafla-

rını aradan qaldırmanın zəruri olduğunu bildirmişdir. 

XX  əsrin ortalarından etibarən ortaya çıxan modernizm tərəfdarlarında 

da Mötəzilə  məktəbinin izlərini görmək mümkündür. Fəzlurrəhman, Həsən 

Hənəfi, Murtaza Mütəhhəri, Məhəmməd Abid əl-Cabiri və Arkoun kimi mü-

təfəkkirlər də özlərini Mötəziləyə aid etməsələr də təqlidin rəddi, azadlıqla-

rın ön plana çıxarılması, ağlın səlahiyyət sahəsinin artırılması,  məsləhətin 

əsas alınması, elmə önəm verilməsi və məzhəbləri uzlaşdırmaq kimi Mötəzi-

lənin vurğuladığı bir çox prinsipi qəbul edirlər.  

Yenilik tərəfdarı axımların bir-birinə təsiri olsa da aralarında böyük fərq-

lər müşahidə edilir. Belə ki, bunlardan bəziləri milli mədəniyyətlərini dirilt-

mə  məqsədini daşıyır. Məsələn Hindistandakı modernist hərəkatın  əsasən 

ənənəvi hind mədəniyyətinə qayıdışı  təmsil etdiyini söyləmək mümkündür. 

                                                 

5

  Detlev Khalid, "Some Aspects of Neo-Mu'tazilism", İslamic Studies, VIII c., 



1969, s. 321. 

6

  Osmanlıdan Cumhuriyete İslam düşüncesinde arayışlar, Sadeleştirenler: 



Abdurrahman Dodurgalı, Adil Bebek, Ahmet Yücel, Ferhat Koca, İlyas Çelebi, 

Mehmet Erdoğan, Rağbet yayınları,  İstanbul 1999. Bu kitabda Şehbenderzade 

Filibeli Ahmed Hilmi, Musa Kazım, Yeşilzade Muhammed Salih, Ziyaeddin 

Ezheri,  İsmayıl  İzmirli Hakkı, Halim Sabit, Musa Carullah Bigi, Ahmed Hamdi 

Akseki,  Şemseddin Günaltay və  İsmayıl Hakkı Baltacıoğlu kimi müəlliflərin 

məqalə  və yazıları toplanmışdır. Kitab, “İslamda yenilik arayışları” silsiləsindən 

nəşr edilmiş əsərlərdən hesab edilə bilər. Bu yazıların bir çoxunda yuxarıda bəhs 

edilən fikirlərə rast gəlmək mümkündür.  




Dr. Adilə TAHİROVA 

90 


Bu fikir hamıya deyil, Seyid Əhməd Xan, Seyid Əmir  Əli, Übeydullah əl-

Hindiyə  şamil edilə bilər. Bu hərəkatın Misirdəki nümayəndələri olan 

Məhəmməd Abduh və Cəmaləddin Əfqani kimi alimlər isə teolojik xarakter 

daşıyan bir yenilik tərəfdarı idi. Türk dünyasındakı yenilik hərəkatı daha çox 

qərb təmayüllü olub Misirli alimlər kimi Mötəzilənin adını  çəkməməyə 

çalışırdılar. Öz aralarında mübahisə edərkən Mötəzilədən iqtibas etdiklərini 

isə müşahidə etmək mümkündür. Məsələn Musa Kazım Efendi, Musa Ca-

rullah Biqiyevdə bu cür iqtibasları görmək mümkündür.

7

 

Şərqşünas qərb alimləri Mötəziləni tanıdıqda onun fikirlərini liberalizmə 



yaxın hesab edərək heyranlıqlarını ifadə etdilər. Hətta bu düşüncə məktəbi-

ninin nümayəndələrini “İlk İslam rasionalistləri” kimi adlandırdılar. O`leary, 

Qoldziher, Robert Qaspar və Detlev Xalid kimi müəlliflər Mötəzilənin 

fikirlərinin təsiri altında qalaraq ağıl, elm, insan azadlığı kimi məfhumlardan 

bəhs edən, təəssübü, təqlid və  məzhəbpərəstliyi rədd edən son dövrün adı 

çəkilən İslam alimlərini “Yeni Mötəzilə (Neo-Mötəzilə) kimi təqdim etdilər.

8

 

Məsələn Qoldziherə görə mədəniyyətlə bağlı bir hərəkat xüsusiyyəti daşıyan 



Hindistandakı Yeni Mötəzilə  hərəkatı, Avropa mədəniyyətindən təsirlənən-

lərin başlatdığı bir intellektual islahat cəhdidir. Qoldziherin bu fikirlərini ya-

nıldıcı hesab edənlərlə razılaşmamaq qeyri-mümkündür. Mötəziləni tədqiq 

etmiş Nyberq, Stainer, Vatt kimi alimlər Mötəziləni vəhy və ağlı uzlaşdırma-

ğa çalışan, dövrlərinin problemlərinə yer verərək onları həll etməyə çalışan 

İslam düşüncəsində xüsusi rolu olan alimlər olaraq qiymətləndirirlər. Bu, 

həqiqətə daha yaxın bir təhlildir. Mötəzilə alimlərini hər sahədə ağlın mütləq 

hakim olduğunu düşünən filosoflar kimi təqdim etmək mümkün deyil. Çünki 

onların ağlın və nəqlin həm birgə və həm də ayrı səlahiyyət sahələrinin oldu-

ğunu söylədikləri bilinir, məsələn təabbudi məsələlərdə sadəcə  nəqli tək 

mənbə hesab etdikləri də məlumdur. Eyni zamanda bu alimlərin zahid, iba-

dətlə çox məşğul olan şəxslər olduğu da mənbələrdə ifadə edilir. Hətta zəif 

                                                 

7

  İlyas Çelebi, İslam inanç sisteminde akılcılık ve Kadı Abdülcebbar, Rağbet 



yayınları, İstanbul 2002, s. 188-201. 

8

  Daha  əvvəl adı keçən və  məqaləni yazarkən istifadə edilən Detlev Xalidin 



məqaləsi belə adlanır: "Some Aspects of Neo-Mu'tazilism" (Islamic Studies, VIII 

c., 1969, s. 322-324). R. Qasparın bir məqaləsi isə belə adlanır:  “Le Renouveau 

de Mo'tesilisme” (MIDEO, IV/1957, s. 141-202).  



Mötəzilənin son dövrlərdə görülən təsiri 

91 


də olsa Mötəzilə adının qaynağının zahid və abidi xarakterizə etmək üçün 

istifadə edilən bir vəsflə əlaqəsi olduğu ehtimalı vardır.

9

  

Hələ dissertasiya işi yazarkən diqqətimi cəlb edən Detlev Xalidin məqa-



ləsi və çox iddialı Neo-Mötəzilə ifadəsi, “Həqiqətən yeni bir axımdan bəhs 

etmək mümkündürmü?” - sualını meydana gətirmişdi. Məqalə boyu Mötəzi-

lənin bariz şəkildə son dövr alimlərinə təsiri ilə yanaşı bu suala cavab axtar-

mağa çalışmışıq. Qərb  şərqşünas alimlərinin  əsərlərindən belə bir qənaətə 

gəlmək mümkün olsa da nəticə etibariylə yeni bir Mötəzilə axımının var ol-

duğunu iddia etmək həqiqəti ifadə etməz. Lakin intellektual mirasımızın bir 

parçası olan Mötəzilənin ağla və təcrübəyə verdikləri əhəmiyyəti, metod or-

taya qoyma səylərini, təəssübdən uzaq şəkildə fikirlərini ifadə edərək sərbəst 

formada müzakirə etmələrini, məzhəbləri uzlaşdırmaq cəhdlərini, azadlıq 

haqqındakı  nəzəriyyələrini günümüzə daşıya bilərik. Son dövr alimlərinin 

səyləri də yenidən bir məzhəbi diriltmək məqsədini deyil, bəlkə də bizim ifa-

də etdiyimiz məsələlərdə axtarışlarla əlaqədardır. Ənənəvi İslam düşüncəsin-

dəki müsbət hesab edilə bilən üslub, ideya və fikirlərdən bəhrələnmə, digər 

İslam düşüncə  məktəbləri kimi Mötəzilənin də  zəngin düşüncə mirasından 

istifadə etmə günümüzün aktual məsələlərinə həll yolları tapmağa və ya kə-

lam elmi üçün yeni bir metodologiya qurma səylərinə  də öz töhfəsini verə 

bilər.  

                                                 

9

  İrfan  Əbdülhəmid,  İslamda itikadi mezhepler ve akaid esasları, tərc. M. Saim 



Yeprem, s. 98. 


Dr. Adilə TAHİROVA 

92 


 

ƏDƏBİYYAT 

 

1.

 



Adilə Tahirova, Kadı Abdulcebbar ve Ebu-l-Muin en-Nesefiye göre 

nübüvvetin gerekliliyi, Marmara Üniversitesi Sosyal Bilimler Enstitüsü

İstanbul-2004. 

2.

 

 Detlev Khalid, "Some Aspects of Neo-Mu'tezilism", Islamic Studies, 



VIII c., 1969, s. 322-324. 

3.

 



Əhməd Mahmud Sübhi, Fi ilmil-kəlam (əl-Mutəzilə), Beyrut 1985. 

4.

 



İlyas Çelebi, “Mutezile”, TDV  İslam Ansiklopedisi, XXXI, İstanbul 

2006, s. 391-401. 

5.

 

İlyas Çelebi, “Mutezilenin klasik İslam düşüncesindeki yeri ve 



modern döneme etkileri”, Kelam Araştırmaları, 2:2 (2004), s. 3-24. 

6.

 



İlyas Çelebi, İslam inanç sisteminde akılcılık ve Kadı Abdülcebbar, 

Rağbet yayınları, İstanbul 2002. 

7.

 

İrfan  Əbdülhəmid,  İslamda itikadi mezhepler ve akaid esasları, tərc. 



M. Saim Yeprem, Marifet yayınları, III nəşr, İstanbul 1994. 

8.

 



Osmanlıdan Cumhuriyete İslam düşüncesinde arayışlar  (Şehbender-

zade Filibeli Ahmed Hilmi, Musa Kazım, Yeşilzade Muhammed Salih, Ziya-

eddin Ezheri, İsmayıl  İzmirli Hakkı, Halim Sabit, Musa Carullah Bigi, 

Ahmed Hamdi Akseki, Şemseddin Günaltay, İsmayıl Hakkı Baltacıoğlu), 

Sadeleştirenler: Abdurrahman Dodurgalı, Adil Bebek, Ahmet Yücel, Ferhat 

Koca, İlyas Çelebi, Mehmet Erdoğan, Rağbet yayınları, İstanbul 1999. 

9.

 

Zuhdi Cərullah, əl-Mutəzilə, Beyrut 1990. 




Mötəzilənin son dövrlərdə görülən təsiri 

93 


 

РЕЗЮМЕ 

 

Статья  посвящена  методу  Мутазилитов  и  их  влиянию  мыслителям 

19-20  вв.  названными  Нео-Мутазилитами.  Мутазилиты  были  предста-

вителями свободного мышления раннего периода Ислама. Их отноше-

ние  к  религии  и  религиозному  мышлению  стало  прототипом  модер-

нистского периода. 

Главными  терминами  в  статье  являются  эти  слова:  Мутазилиты, 

Нео-Мутазилиты, модернизм. 



 

RESUME 

 

This article has dealt with the Mu'tazilite method and their impact to the 

thinkers of 19

th

 and 20



th

 centures who named as Neo-Mu’tasilite. Mu’tazilite 

thinkers were the representatives of free thinking in early Muslim society. 

Their approach to religion and religious thinking became a prototype in 

modern period. 

Key words: Mu'tazila, Neo-Mu'tazilism, tajdid. 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə