Elmi-praktiKİ konfransin materiallari


Müasir qloballaşma şəraitində gender probleminin bəzi nəzəri aspektləri və Azərbaycan gerçəkliyi



Yüklə 0,76 Mb.
səhifə7/12
tarix20.09.2017
ölçüsü0,76 Mb.
#1094
1   2   3   4   5   6   7   8   9   ...   12

Müasir qloballaşma şəraitində gender probleminin bəzi nəzəri aspektləri və Azərbaycan gerçəkliyi
Cəmiyyətin malik olduğu əmək resurslarının strukturunun təhlili göstərir ki, bir qayda olaraq əhalinin orta hesabla 50%-ni qadınlar təşkil edir. Lakin, əhalinin strukturunda qadınların xüsusi çəkisinin belə çox olmasına baxmayaraq, onların cəmiyyətin həyatının ayrı-ayrı sahələrində rolu kişilərə nisbətən çox aşağı səviyyədədir. Qeyd etmək lazımdır ki, dünyanın müxtəlif regionlarında və ölkələrində bu sahədə olan problemlər kəskin fərqliliyi ilə səciyyələnir. Belə ki, inkişaf etmiş ölkələrdə qadının cəmiyyətin həyatında rolu daha yüksəkdir. İnkişaf etməkdə olan və ən yoxsul dünya ölkələrinin müqayisəli təhlili isə göstərir ki, bu sahədə mövcud olan problemlər II qrupda daha kəskin xarakter daşıyır. Azərbaycanda cəmiyyətin qadın problemlərinə gəldikdə isə, onu qeyd etmək lazımdır ki, ölkəmizin bu sahədə olan problemləri inkişaf etmiş ölkələrin problemləri ilə oxşardır.
Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qadının cəmiyyətin həyatında rolunun yüksəldilməsinə ciddi fikir verilir. Bir məsələni də qeyd edək ki, göstərilən problemin həllinin tarixi kökləri vardır. Belə ki, ölkəmizin tarixində ilk dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən qadının cəmiyyətdə hüquq bərabərliyinin təmin olunması sahəsində ilk qanunlar verilmiş və icra edilmişdir. Ədalət naminə onu da göstərmək lazımdır ki, Sovet idarəçiliyi dövründə ictimai həyatın bütün sahələrində demək olar ki, qadınların hüquq bərabərliyi təmin edilmişdir.
Lakin, sistem transformasiyası və qloballaşan dünyaya inteqrasiya prosesinin formalaşdırdığı məzmunca yeni sosial-iqtisadi situasiya şəraitində qadının cəmiyyətdəki rolu ilə bağlı bir sıra problemlər əhəmiyyətli dərəcədə kəskinləşmişdir. Ona görə də gender bərabərliyi, qadın və dövlət quruculuğu, qadın və siyasət, qadın və ailə və s. ,u qəbildən olan digər problemlərin kompleks şəkildə həll edilməsi dövlətin yeritdiyi ümumsosial və iqtisadi siyasətin başlıca elementlərindən biri kimi çıxış edir.
Azərbaycanın bu yaxınlarda qoşulduğu "Qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyanın tələblərinə uyğun olaraq ölkənin qadın problemləri üzrə Milli Fəaliyyət Planını qəbul etmiş və həyata keçirməkdədir. Nazirlər Kabinetinin bu qərarı 2000-2005 illəri əhatə edir. Müasir situasiyanın kompleks tədqiqi göstərir ki, qarşıdakı 2005-2010-cu illər üçün yeni bir Milli Fəaliyyət Planının qəbul olunması zəruridir. Qadın və iqtisadiyyat, qadın və təhsil, qadın və məcburi köçkünlük və s. groblemlər hökümət, ictimai birliklər tərəfindən hərtərəfli araşdırılmalı və onların sistemli şəkildə həllinə nail olunmalıdır. Fikrimizcə, yalnız bu halda sosial-iqtisadi inkişafın dayanıqlılığına cəmiyyətdə sosial həmrəyliyin möhkəmlənməsinə və yekun olaraq, sosial ədalətin qərarlaşmasına nail olmaq mümkündür.
Firuzə Turabova

sosial-iqtisadi elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi,

Sevinc Mehdizadə

Azərbaycan Dövlət İqtisad Universitetinin

sosial-iqtisadi elmi-tədqiqat laboratoriyasının elmi işçisi

Qloballaşma və yüksək ixtisaslı qadın mütəxəssislərin hazırlanmasının bəzi aspektləri
Dünyada formalaşan qlobal iqtisadi mühit əmək bazarında neşə təlabatına öz ciddi təsirini göstərir. İndustrial cəmiyyətdən informasiya cəmiyyətinə keçid mühəndis-texniki yönümlü ixtisaslardan menecer-inzibatçı, maliyyəçi və s. ixtisaslara doğru təlabatın yüksəlməsi meylini yaradıb. Bübhəsiz ki, Azərbaycanda da bu qlobal tendensiya faktik mövcuddur. Rəsmi statistik məlumatlarda bu meyl özünü biruzə verməsə də, real iqtisadi proseslərdən - ticarətin, ictimai iaşənin, xidmətin yüksək artım tempindən aydındır ki, mühasib, menecer, inzibaçı və s. peşələrə təlabat yüksəlib.
Əlbəttə ki, bütövlükdə ixtisaslı kadrların və o cümlədən qadın mütəxəssislərin hazırlanmasında qlobal əmək bazarında baş verən bu proseslər nəzərə alınmalıdır.
Yüksək ixtisaslı qadın mütəxəssislərin hazırlanmasında əmək bazarındakı konyukturaya həm də ona görə diqqət yetirmək gərəkdir ki, qadınların ali təhsil sferasına qənaətbəxş cəlbi ixtisaslar bölgüsündəki qeyri-qənaətbəxş mənzərə ilə tamamlanır. Belə ki, ali məktəblərdə oxuyan 36000 nəfərdən çox qadından (kişilər 52000) əksəriyyəti humanitar və pedaqoji ixtisaslar üzrə təhsil alır.
Əlbəttə, qadınların nisbətən "qeyri-ənənəvi" ixtisaslara - menecer, inzibatçı, hüquq, maliyyəçi və s. ixtisaslara cəlbini yüksəltməyin müasir mərhələdə administrativ metodları mövcud deyil.
Amma qeyri-administrativ üsullarla bu ixtisaslara qadınların cəlbini stimullaşdırmaq mümkündür.
Belə ixtisaslar üzrə ödənişli qəbulda qadınlara təhsil haqqında müəyyən güzəşt edilməsi - məsələn, təhsil haqqının 30-50%-ə qədər azaldılması, yaxud bu ixtisaslar üzrə təhsil üçün qadın tələbələrə tələbə kreditinin verilməsi kimi metodlarla müvafiq stimullaşdırmanı təşkil etmək mümkündür.
Bundan müvafiq dövlət qurumları, gender problemləri ilə məşğul olan QHT-lər (qeyri-hökumət təşkilatları) tərəfindən orta məktəblərin yuxarı siniflərində zəruri maarifləndirilmə aparılması, qız məzunların bazar konyukturuna uyğun ixtisaslar üzrə təhsil almağa təşviq edilməsi bu məsələnin həllində əhəmiyyətli rol oynaya bilər.
Mövcud şəraitdə yüksək ixtisaslı qadın mütəxəssislərin hazırlanması ilə bağlı digər çatışmazlıq isə özünü ali təhsildən sonrakı mərhələdə biruzə verir. Elmlər doktorları olan qadınların sayının kişilərdən 10 dəfə, elmlər namizədi olan qadınların sayının təxminən 2 dəfə az olması da bu cəhəti aşkarlayır. Əlbəttə, bu məsələyə təkcə elmi-tədqiqat sferası problemləri baxımından yanaşmaq çox yanlış olardı və qeyd olunmalıdır ki, lmi-tədqiqat sferası problemləri tamamilə əhatəli, mürəkkəb spektrli məsələləri əhatə edir. Amma bu göstəricilərdən dəqiq bəlli olur ki, daha yüksək ixtisaslı qadın kadrların hazırlanması bir problem kimi mövcuddur. Bu problemcə təkcə hər hansı stimullaşdırma və güzəşt tədbirlərilə öz həllini tapa bilməz. Problemin həlli həm də etik münasibətlərdə, sosial baxışlarda köklü yeniləşmələri tələb edir.


Gülşən Əliyeva

Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universitetinin iqtisadiyyat və

informatika kafedrasının müəllimi
Ailə və ev təsərrüfatı iqtisadi təhlil obyekti kimi
Müasir elm yeni tətqiqat vasitələri və üsullarının axtarışındadır. Cəmiyyətdə baş verən bütün proseslərin tarixi dərki ilə bağlı çətinliklər əldə olunan nəticələrə yenidən baxmaqdan başqa həm də tədqiqat obyektinə tamamilə yeni yanaşma tələb edir.
Son vaxtlar "gender" anlayışı, gender tədqiqatları populyarlıq qazanmış və geniş yayılmışdır ki, bu da cinsi mədəniyyətdən asılı olaraq cəmiyyətdəki sosial rolların bölüşdürülməsi ilə bağlı problemlərin aktuallaşmasından xəbər verir.
"Gender" anlayışı ictimaiyyətdə ən yeni və aktual məhfumlardan biridir. Gender - sosial cins olaraq cinsi fərqlərin sosial xarakterini nəzərə çarpdırır. Gender - mürəkkəb sosiomədəni konstruktordur: kişi və qadının cəmiyyət tərəfindən yaradılmış rollarında, davranışında, mental və emosional xüsusiyyətlərindəki fərqdir.
Cəmiyyətdəki geniş miqyaslı sosial-iqtisadi və siyasi dəyişikliklər müxtəlif sosial qrupların status dəyişikliklərinə, gender münasibətlərində problemlərin meydana gəlməsinə səbəb olur. İctimai həyatın ayrı-ayrı sahələrində, özəl səhədə qadın və kişilərin vəziyyəti dəyişir, ailə quruluşunda və sosial zəmanətlər sistemində dəyişiklik baş verir.
Gender elmi və elmdən kənarda olan təsəvvürlərin geniş spektrini özündə ümumiləşdirən tədqiqatların yeni istiqaməti kimi çıxış edir. O, kişi və qadının cəmiyyətdə olan rolunu, yerini və əhəmiyyətini nəzərdən keçirən yeni fəlsəfi cərəyanın əsasını təşkil edir.
Gender iqtisadiyyatı gender tədqiqatlarının daha gənc və eyni zamanda daha fəal inkişafda olan istiqamətidir. Bu istiqamətin əsasında kişi və qadın arasındakı iqtisadi fərqlərin təhlili və bu fenomenin səbəblərinin araşdırılması durur. Genden iqtisadiyyatına iqtisadi nəzəriyyənin istiqamətləri çərçivəsindəki geniş çeşidli müxtəlif cür konsepsiyalar daxildir.
"İqtisadiyyat" termini yunan dilində "Oikonomia" sözündəndir, ev təsərüffatının idarə edilməsi və qaüğı deməkdir.
Gender iqtisadi nəzəriyyəsinin diqqət mərkəzində qadının ev təsərrüfatında ödənişsiz əməyinin ölçülməsi və qiyməti problemi, eləcə də ailə daxilində əməyin bölüşdürülməsi, gəlir və amiranə səlahiyyətləri kimi məsələlər durur.
Cinslər arasındakı ənənəvi əmək bölküsünə əsasən, kişiyə məhsuldar əməklə bağlı fəallıq aid edilir, qadına isə, həyatın mühafizəsi üçün şərait və iş qüvvəsinin təkrar istehsalı kimi baxılır. İqtisadiyyatın ən əsas məsələsi ödənişsiz ev əməyinin ölçülməsi və qiymətləndirilməsi, onun milli hesablar, iqtisadi statistika və ümumi milli məhsullarda nəzərə alınmasıdır. Gender rollarına görə bölüşdürməyə uyğun olaraq qadın əməyinə aşağıdakılar daxildir:
- ev işi;
- uşaqlara və qocalara qayğı;
- könüllü əmək;
- ailə biznesində iştirak;
- kənd təsərrüfatı əməyi;
- ərin karyerası üçün qoyulmuş ödənişsiz qadın əməyi.
Qadın əməyinin hesaba alınması - sadəcə olaraq, qadının özünə hörmət və özünüdərkini gücləndirmək üçün vasitə deyildir, eyni zamanda milli iqtisadiyyatın və işçi qüvvəsi bazarının real vəziyyətinin göstərilməsinə qarşı edilən bir addımdır. Adi bazar istehsalatı bazar gəlirinə kapitalı və bazar əməyini dəyişdirdiyi kimi ev təsərrüfatının fəaliyyəti də ev əməyini və ailə gəlirinə kapitalı dəyişdirir. Hər iki sahəyə - biznes və ev təsərrüfatına eyni qiymət vermək lazımdır.
Hər ailə öz-özlüyündə, "istehsal amillərindən" (bazar məhsulları, ailə üzvlərinin vaxtı və digər resurslar) istifadə edərək "yekun məhsul" (istehlak malları) istehsal edən mini-fabrikdir. Bu mallar müxtəlif texnologiyalardan istifadə olunmaqla istehsal oluna bilər: yeməyi evdə də yemək olar, restoranda da, otağı özün də yığışdıra bilərsən, qulluqçu da tuta bilərsən. Seçim ailənin gəlirindən asılıdır. Ev istehsalı üçün ən əsas resurs ailə üzvlərinin vaxtıdır. Məsələn, ailə üzvlərindən biri ev işləri ilə məşğul olmağa sərf etdiyi vaxtı bazar sektorunda itirdiyi üçün, onun bazar sektorunda əldə edə biləcəyi əmək haqqı azalır. Ona görə də, qadının təhsili, ixtisas dərəcəsi nə qədər yüksək olursa, ev işləri ona bir o qədər baha başa gəlir. Qadınların məşğulluğunun və bazarda əmək haqqının artırılması onların ev təsərrüfatında istehsal etdikləri nemətlərin bahalaşdırılması deməkdir. Bu isə öz növbəsində çox vaxt aparan ev işlərinin daha az vaxt aparan texnologiyalarla həyata keçirilməsinə imkan yaradır. Məsələn, ev təsərrüfatında işlədilən qabyuyan, paltaryuyan maşınlar, mətbəx avadanlığı, tozsoran və s. qadınlara ev işlərinə az vaxt sərf olunmasında yardımçıdırlar.
Siyasi icmal inkişaf və cinslər arasında bərabərlik məsələlərinin araşdırılmasında yeni nəzər deməkdir. Qadınlar və onların cəmiyyətdə rolu məsələsinə xüsusi diqqət verilir. Siyasətin icmalında hüquq bərabərsizliyinin aradan qaldırılması üçün onun dərin köklərinin tapılması və ləğv edilməsi məsləhət görülür.
Cinsi əlamətə görə fərqləndirmənin əsas struktur səbəblərinin ləğv edilməsinə xüsusi diqqət yetirilir. Bu problemin həll edilməsi məqsədilə həyat tsikllərinin konsepsiyaları şərh edilir. Bu konsepsiya əsasən bu günkü qız - sabahkı qadının, öz inkişafının hər mərhələsində (anadan olandan 5 yaşınadək, 6-dan 12 yaşa və 13-dən 18 yaşa qədər) qarşılaşdığı problemin həllinə yönəldilmişdir. Bu konsepsiya qadın həyatının bərabərhüquqlu olmayan təzahürlərinin ləhğvinə yönəldilmişdir. Cinslər arasında bərabərliyin təmin edilməsinə yönəldilmiş strategiya və konkret tədbirlər arasında aşağıdakıları qeyd etmək olar:
- ailə daxilində bərabərliyə yardım etmək;
- ev işləri və valideynlik borcunun yerinə yetirilməsində ataların daha yaxından iştirakının rəğbətləndirilməsi;
- çıxılmaz vəziyyətlərdə gender problemlərinə aid olan məsələlərin həlli; kasıb ailələrdə yaşayan qadınlar, daha çətin şəraitdə olan qız və qadınlar üçün tədbirlərin həyata keçirilməsi.
Sosial proqramlar və əmək haqqında qanunlar istehsalatda qadın və kişilər arasında bərabərsizliyinin azaldılmasına yardımçı oldular. Ev təsərrüfatında isə cinslər arasında əmək bölgüsünin çoxəsrlik qaydası hələ də saxlanılır. İşləyən qadınlar evə gəldikdən sonra "ikinci növbə" işə başlayırlar, kişilər isə ev işləri və uşaqların tərbiyəsi ilə demək olar ki, məşğul olmurlar.
Ev təsərrüfatında cinslər arasında ənənəvi əmək bölgüsünün qalması qadınların özfəaliyyət göstəricilərinə, iş qüvvəsi bazarında kişi və qadınlar arasında bərabərliyə, əmək sferası, əhali, sosial məsələlər və iqtisadiyyatda dövlət siyasətinin effektivliyinə təsir göstərir. Nə qədər ki, qadınlar ev işləri və uşaqların tərbiyəsi üçün cavabdehdirlər, onlar üçün xidmət nərdivanında yüksəlmək, bəzən isə iş bazarında ümumiyyətlə iş tapmaq çətin olacaq. Bundan əlavə, o qadınlar ki, ailənin təmin olunması üçün işlə təmin olunmanı vacib hesab edirlər, çətin ki, çox uşağın olmasına razı olsunlar.
Qadınlar istənilən ölkənin var-dövlətidir. Lakin heç bir ölkə öz qadınlarına öz kişilərinə yanaşdıqları kimi yanaşmırlar, heç bir qadına onun iqtisadiyyata verdiyi xeyirə uyğun qiymət vermir.
Ailə istehsalatı çərçivəsində qadınlar yer üzünün əzilən və istismar edilən yeganə sinfidirlər, hakim sinif isə bütün kişilərdir.
Aydındır ki, ev təsərrüfatında məşğul olan qadınların təhsili və ixtisas dərəcəsi nə qədər yüksəkdirsə, onların bazarda məşğulluq səviyyəsi və əmək haqqı o qədər yüksəkdir.
İqtisadi böhran şəraitində qadının sosial vəzifələri arasında münaqişə kəskinləşir. İşləyən qadın ailəyə gələn gəlirin cəmini ən azı 1,5 dəfə artırır. Buna görə onun işdən imtina edib və ev işləri ilə məşğul olması bu gəlirin gözə çarpan dərəcədə aşağı düşməsinə səbəb olur.
Milli iqtisadiyyatda qadınların geniş iştirak etməsinə baxmayaraq, onlar qərarların qəbul edilməsi ilə bağlı olan idarəedici orqanlarda və vəzifədə çox az yer tuturlar. Sənaye müəssisələrində məşğul olan qadınla, əsasən az ödənişli vəzifələrdə işləyirlər. Bu işlər isə xüsusi qabiliyyət tələb etmir. Qadınların xoşagəlməyən vəziyyətə düşməsinin səbəblərindən biri də Azərbaycanda kişilər və qadınlar arasında geniş vüsət almış fikirdir: ev işləri və uşaqların tərbiyəsi ancaq qadının vəzifəsidir. Məhz bu fikrin olması ev işləri ilə məşğul olan az sayda kişiləri gördükləri işi gizlətməyə məcbur edir, axı ev işləri yalnız qadınlara aiddir. Müasir iqtisadi çətinliklər şəraitində qadınlar kişilərə nisbətən daha ağır həyat şəraiti keçirirlər.
Müasir ailə əvvəlki kimi kişinin qadın üzərindəki hakimiyyəti sferası olaraq qalır. Kişi hakimiyyətinin ölçüsü isə ailə vəzifələri və ev əməyindən azad olmaqla ölçülür. Bir çox təsərrüfatlar sübut edir ki, evdar qadın vəziyyətinə keçid təşəbbüsü kişilərə məxsusdur, çünki kişiyə psixoloji rahatlıq lazımdır.
Ailədə münaqişəyə səbəb gender rollarının bölüşdürülməsidir. Bizim şəraitimizdə evdar qadının xoşbəxtliyi ərin arzusundan asılıdır. Ər öz hakimiyyətini hiss edir, qadın xidmətçi heyət yerini tutur.
Azərbaycanda xüsusən qadınlar üçün ailə həyatın ən vacib olan sahəsidir və konservativ, sabit olan bir institut olaraq qalır. Ərə getmək probleminin olması (iqtisadi cətinliklə əlaqədar), kişilərin proporsional olmayan emiqrasiyası, müharibələr zamanı kişi itgisi, bunlar hamısı birlikdə tənha qadınların sayının çoxalmasına səbəb olur. Azərbaycanlı kişilərin qarışıq nigaha girməsi (şəhər rayonlarında 16% təşkildir), azərbaycanlı qadınlar arasında isə bu təcrübənin demək olar ki, olmaması da tənha qadınların sayının artmasına səbəbdir.
Cəmilə Əliyeva

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin

iqtisadiyyat və informatika kafedrasının müəllimi
İqtisadi nəzəriyyə və gender
Gender iqtisadiyyatı gender tədqiqatlarının daha cavan və sürətlə inkişaf edən istiqamətlərindən biridir. Bu istiqamətin əsasını qadınlar və kişilər arasında iqtisadi fərqlərin təhlili, bu fenomenin səbəblərinin müəyyənləşdirilməsi təşkil edir.
"Gins" anlayışından fərqli olaraq "gender" anlayışı ambi-valetdir və "sosial cins" kimi tərcümə olunur. "gender" anlayışı əslində iki cins arasında sosial fərq deməkdir.
İqtisadi nəzəriyyə fənninin verdiyi tərifə əsasən gender - rəqabətli məqsədlərin yerinə yetirilməsi üçün məhdud vasitələrin paylaşdırılmasını öyrənir. Bu iqtisadi elmin predmeti sahəsinin xeyri genişləndirir, bura nəinki bazar sektoru və istehsalat sferasının eyni zamanda vaciblik dərəcəsinə görə fərqlənən məqsədlərə nail olmaq üçün resusların paylaşdırılması baxımından istənilən insan fəaliyyətinin də daxil edilməsinə imkan verir.
"İqtisadiyyat" terminin yunan dilində "Oikonomia" sözündəndir, ev təsərrüfatının idarə edilməsi və qayğı deməkdir. Deməli iqtisadiyyat elə bir üsuldur ki, onun vasitəsilə biz mühüm həyatı nemətlərin yaradılması və paylaşdırılması üçün qərarlar qəbul edilir. Bunu etmək üçün müxtəlif üsullar vardır. Hər bir təşkilat forması müxtəlif davranış nümunələrinə, müxtəlif stukturlara, müxtəlif hüquqi və sosial quruluşlara aparır ki, bu da iqtisadiyyatın inkişaf etməsinə kömək edir.
gender iqtisadiyyatı 80-90-cı illərdə Qərbdə yaranan feminist iqtisadi nəzəriyyəyə əsaslanır. Bu nəzəriyyəyə görə cəmiyyətdə iqtisadi rol kişi və qadınlar arasında bioloji baxımdan əvvəlcədən müəyyənləşdirilməmişdir, əslində sosial və mədəni faktorlardan asılıdır. Gender baxışının məşğulluq və iş probleminin təhlilə yönəldilən prinsiplərindən biri isə kişi və qadınların bazar (ödənişli) və bazardankənar (ödənişsiz) iş fəaliyyətinin qarşılıqlı bir-birində asılı olmasını təstiqidir.
Feminist oriyentasiyalı tədqiqatçılar belə bir fikirdədirlər ki, ödənişsiz iş, ev vəzifələri və könüllu iş iqtisadi təhlilə daxil edilməlidir. Bazar və ev sferası fəaliyyətlərinin bir-birindən asıllığına əsaslanaraq feminist iqtisadi nəzəriyyə gender bəraöərsizliyini özündə əks etdirən "möhkəm dairə" mexanizmini aşkar etdi: ev vəzifələri, qadının əmək bazarında iş imkanlarını azadlıq və əmək haqqının azalmasına səbəb olur. Bu qadını kişinin əmək haqqından asılı olmağa vadar edir və ailə daxilində əmək bölgüsünü təsbit edir. Dairə qapanır. Ən yüksək maaşlı iş yerləri yalnız kişilərə məxsusdur. Hətta işləyən qadınlar da maddi cəhətdən kişilərdən asılı olurlar. Eyni zamanda ailədə "ənənəvi" patriarxal iş bölgüsü möhkəmlənir: az əmək haqqı alan evdəki işin böyük hissəsini öz üzərinə götürməli olur. (əslində biz bilirik ki, bu məntiqi nəticə yalnız qadınlara aiddir) eləcə də özünün lazımi səviyyədə təmin edə bilməyən qadın nigahı onu bütün maddi problemlərini şəlli yolu kimi baxmalı olur.
Bu gün dünyanın gündəlik məsələsində qadınlar və kişilər arasında bərabərlik problemi birinci yerdə durur, lakin bu problemin gündəlik məsələdən siyasətə və təcrübəyə keçməsi üçün qadın və kişilərin cəmiyyətdə verdikləri xeyri dərk etmək lazımdır.
Bu gün gender iqtisadiyyatı özündə iqtiisadi nəzəriyyənin əsas istiqamətləri çərçivəsində ən müxtəlif konsepsiyaları geniş spekterini cəmləşdirir.
İqtisadiyyatın gender baxımından təhlilində ən ümumi şəkildə üç aparıcı metodoloji istiqaməti müəyyənləşdirmək olar:
- neoklassik təhlil baxımından yanaşma;
- markist siyasi iqtisadi və ona yaxın istiqamətlər baxımından yanaşma;
- institusional iqtisadiyyat baxımından yanaşma.
Bu istiqamətlərin hər biri gender problemlərini təhlil edir.
Neoklassik nəzəriyyənin müasir nümayəndələri diskriminasiya, cinayət, təhsil, nigah, ailə qurulması və s. kimi bazardankənar sferalarda insan fəaliyyətinin səmərəlik prinsipini yaymışlar. Paula İnqlend neoklassik nəzəriyyəni təhlil edərkən, belə nəticəyə gəlir ki, bu nəzəriyyənin əsasında başqa adamlarla emosional əlaqələrdən məhrum edilmiş və şəxsi maraqları ilə qayğılanan, tədris edilmiş atomistik sukyekt haqqında androsentrik mühakimə durur.
Feminizmin nəzəriyyəçiləri "İnsan nədir?", "Ailə nədir?" cəmiyyətdə və ailədə kişi və qadınların mövqeyi necədir. Kimi anlayışları şübhə altına aldılar və hətta tənqid etdilər. Fəlsəfə və iqisadi nəzəriyyələrdə insanlara verilən təriflər ("İqtisadi adam", insan rasional varlıq, siyasi varlıq, ictimai heyvan, azadlığa malik olan varlıq və s. kimi) yalnız kişilərə aid edilirdi. Əvvəli ona görə ki, qadın siyasi, iqtisadi ictimai həyatdan tədris edilmişdi və avtonomluğa hüquqi yox idi, ikincisi isə qadınların reproduktiv - ailə funksiyaları qadınlara insanı heyvandan ayırna əsl insani keyfiyyətlərdən tam itsifadə etməyə imkan vermirdi. Qadınların ailə tərbiyə fəaliyyəti və ev təsərrüfatında işi ya "görünmürdü", ya da ona fəaliyyətin ən aşağı növü kimi baxılırdı. Qadınların bəzən qəsdən edilməyən, bəzən də açıq - aydın fəlsəfi və sosial - iqtisadi elmi nəzəriyyələrdən çıxarılması məhz feminist nəzəriyyənin əsasını təşkil edirdi.
Markizm və neomarksizm üçün əsas məqsəd qadının ailə daxilində və ondan kənarda istismarını formaları və səbəbləri, gender bərabərsizliyi təzahürlərini sferaları və faktorları, patriarxal və kapitazim arasında əlaqələr haqqında suallara cavab tapmaq idi.
Bu cərəyanın əsas nümayəndələri F.Engels, X.Xartmann, K.Delfi, İ.Yanq və b idi. F.Enqels özünü "varvarlar və sivilizasiya" əsərində yazıb ki, ailədə əmək bölgüsü qadınlar və kişilər arasında mülkiyyət bölgüsü üçün əsas yaratdı.
Əvvələ qadını evdə hökmralnlıq etməsini təmin edən səbəblər (onun əməyinin ev işləri ilə məhdudlaşması0 indi kişinin evdə hökmranlığını təsdiq edirdi. Kişilərin evdənkənar əməyi qarşısında qadınların ev işləri əhəmiyyətini itirirdi. Bundan görünür ki, nə qədər ki, qadınlar ictimai məhsuldar əməkdən məhrumdurlar və şəxsi ev işləri ilə məşğuldurlar onların azadlığı və kişirələrlə bərabər olması mümkün deiyl. Qadın azadlığı o vaxt mümkündür ki, o, istehsalatda işləyə bilsin və ev işləri ilə az məşğul olsun. Nəinki böyük miqyasda qadın əməyi tələb edən, həmçinin ev işlərini ictimai istehsalata çevirmək istəyən müasir iri sənayedə bu mümkündür. Gender iqştisadiyyatı ən cavan istiqamətlərindən biri olan institusionalizmind müqavilə xarakterli nigah münasibətləri, gender münasibətlərinin tənzimləsində dövlətin rolu, sosial siyasət və s. problemlər araşdırılır.
R.Pollan öz işlərində ailə və nigah sahəsində əvvəlcədən firmalar üçün işlənmiş transaksional yanaşma çərçivəsində tədqiqatların şərhini verir.
Nigahın firmaların birləşdirilməsi ilə müqaiyisəsi fərqlər və firmalar arasındakı fərqlərə diqqəti cəlb edir. iki firma birləşərkən onlardan biri qanun baxımından öz fəaliyyətini itirir və yox olur. İki adam nigaha girəndə isə belə ola bilməz.
Səadət Əliyeva

Azərbaycan Dövlət İqtisad Universitetinin

sosial-iqtisadi elmi-tədqiqat laboratoriyasının elmi işçisi
Qlobal əmək bazarında yeni meyllərin gender aspektləri
Ötən əsrin son 10 illiyində güclənən qloballaşma və iqtisadi inteqrasiya prosesləri ilə birgə dünya mal və məhsullar bazarında, kapital bazarında, o cümlədən, əmək bazarında çoxşaxəli yeniləşmələr baş vermişdir. Əmək bazarındakı yeniləşmələr məşğulluğun kənd təsərrüfatı, sənaye sahələrində mütləq və nisbi azalması, xidmət sferasında artımı ilə müşayiət olmuşdur. Bundan başqa, iş qüvvəsi elmtutumlu xidmət sferalarına - informasiya texnologiyaları sahəsində, maliyyə xidmətləri sahəsində və s. daha üstün axını baş vermişdi. Qlobal əmək bazarındakı yeniləşmələr istər qadın məşğulluğu sahəsində, istərsə də qadın məşğulluğunun struktur dəyişmələrində də özünü biruzə vermişdir.
Bu illər ərzində xüsusilə, öncül Qərb ölkələrində administrativ vəzifələrdə - menecer, inzibatçı, və s. vəzifələrdə çalışan qadınların xüsusi çəkisi dinamik yüksəlmişdir. Belə ki, 1992-ci ildə menecer və nazirlik vəzifələrində çalışan qadınların sayı 37%, inkişaf etmiş ölkələrdə isə o cümlədən, Avropa ölkələrində 33%, Şimali Amerikada 43% təşkil etmişdir. 1995-ci ildə isə bu tip işlərdə qadınların sayı 14%, inkişaf etmiş ölkələrdə, o cümlədən Şərqi Avropa ölkələrində menecer vəzifələrində işləyən qadınlar 4%, nazirlik vəzifələrində çalışan qadınların sayı 3% olmuşdur.
Azərbaycanda isə bu meyllər özünü qabarıq göstərmir. Doğrudur, özəl sektorda bu cür dəqiq statistika mövcud deyil, amma öz-özlülüyündə aydındır ki, istər sahibkar qadınların, istərsə də idarəedici vəzifələrdə çalışan qadınların sayı kifayət qədər cüzidir. Dövlət sektorunda isə statistik göstəricilər yüksək məmur vəzifələrində çalışmada Gender maneələrinin olduğunu təsdiqləyir.
Belə ki, təhsil sistemində qadınların yüksək vəzifələrdə təmsili olduqca aşağıdır. Təhsil şöbələrinin müdirlərinin 8,5%, orta məktəb direktorlarının 18,9% qadınlardır.
Beləliklə, hələlik qlobal əmək bazarında baş verən meyllərə Azərbaycanda ciddi diqqət yetirilmir. Bu da, təkcə Gender probleminin həllinə yardımla bağlı deyil, həm də, qlobal dünya rəqabətində uğur əldə etməkdən ibarətdir.
Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə