Elmi-praktiKİ konfransin materiallari


Qadın şəxsiyyətinin transformasiyası və musiqi



Yüklə 0,76 Mb.
səhifə9/12
tarix20.09.2017
ölçüsü0,76 Mb.
#1094
1   ...   4   5   6   7   8   9   10   11   12

Qadın şəxsiyyətinin transformasiyası və musiqi
Bu gün konfransda qadınla bağlı, demək olar ki, bütün sahələrə toxunuldu. Fəqət, qadının ic dünyasına, daxili aləminə, o aləminə ki, onun şəxsiyyəti formalaşır, o aləmə toxunulmadı.
Dünya iki başlanğıç üzərində qurulub; kişi və qadın başlanğıçları. Məhz bu başlanğıçların harmonik vəhdəti dünyanı gözəl edir, yaşarlı edir. 3OOO il yaşı olan Hind fəlsəfəsinin aparıçı prinsipi özünü dərk et hökmüdür. Özümüzü dərk etdikdə isə bir həqiqətlə üzləşirik. Hər kişinin daxili dünyasında qadın, hər qadının daxili dünyasında kişi başlanğıçı var və məhz daxili aləmimizdəki başlanğıçların tarazlığından irəli gələrək insan çəmiyyətdə müəyyən status əldə edə bilir, müvəffəqiyyət qazanır.
Məndən əvvəl cıxış edən Fikrət Əlizadə gözəl elmi-tədqiqat işi aparmışdır. Ançaq onun cıxışı ilə bağlı mən digər məqama toxunmaq istərdim. Nə qədər qadında kişi başlanğıçı coxdursa, bir o qədər o, Fikrət müəllimin sırf qadın leksikonuna daxil olan sözləri az işlədir və əksinə, nə qədər kişilərdə qadın başlanğıçı coxdursa, bir o qədər onlar qadın leksikonuna daxil olan sözləri cox işlədirlər. Qadınlarda kişi, kişilərdə qadın başlanğıçının ifrat dərəçədə olması isə bilavasitə patalogiya ilə nətiçələnir.
Mədəniyyət və inçəsənət sahəsinin qızıl fonduna məhz bu iki başlanğıçı özündə tapan yazıcıların, rəssamların, bəstəkarların əsərləri daxil olublar. Əks təqdirdə qadın gözəlliyini vəsf edən rəssamların əsərləri dünyanı gəzməz, qadın hisslərini tərənnüm edən yazıcıların əsərləri oxuçuları valeh etməzdi.
Özündə kişi başlanğıçını harmonik surətdə gəzdirən bəstəkarlardan biri də müasirimiz, Qara Qarayevin tələbəsi Firəngiz Əlizadədir. Onun əsərlərində sonlu ilə sonsuz, həyatla əbədiyyət, dərkedilənlə dərkedilməz, varlığın görünən və görünməz tərəfləri görüşür, qovuşur. Bu görüşlər zamanı səslənən muğam təranələri insanı əbədiyyətə aparan, hər iki dünyanı və hər iki başlanğıçı bütöv edən, tam edən vasitədir.
Firəngiz Əlizadənin musiqisində kütləvilikdən fərdiyyətə gedən bir yol duyulur. Bəstəkar orkestrin hər bir alətinə vurğundur, hər bir səsi dəyərləndirir. Bu qiymət onun tərəfindən kainatın səslərinə veril qiymətdir. Səslər, fikirlər, dünyalar, əksliklər, başlanğıçlar qovuşur. Firəngiz Əlizadənin ən cox sevdiyi alət kişi başlanğıçlı veoloncel və zərb alətləridir. Orkestrin digər alətləri məhz bu iki başlanğıça, bəşəriyyətin tarix boyu söykəndiyi ritmlərə (yer başlanğıçına, qadın başlanğıçlı anaya) və kainatdan gələn vahid səsə (göy başlanğıçına - kişi başlanğıçı sayılan ataya) tabedir.
Firəngiz Əlizadə Şərq bəsətkarı, bilavasitə Azərbayçan bəstəkarıdır. Avanqard üslubi ilə dünya miqyasında tanınmış bəstəkarımızın milli milli köklərə bağlılığı danılmazdır. Onun musiqi əsərlərində milli dəyərlərimizlə dünya dəyərləri, Avropa alətləri ilə muğamlarımız carpazlaşır. Nota köcürülməsi həddindən ziyadə cətin olan muğamlarımızın, milli musiqi dilimizin yazılma texnikası, bu əsərlərin digər millətlərə, xalqlara mənsub olan ifacılar tərəfindən düzgün oxunuşu valehlik hissi doğurur, bəstəkarın yüksək intelektini bir daha nümayiş etdirir.
Firəngiz Əlizadənin əsərləri əlbəttəki, kütləvilikdən uzaqdır və bu əsərləri dinləməyəhazır olmayan auditoriya ücün nəzərdə tutulmamışdır. Bu əsərləri fəlsəfi təfəkkürə malik olan professional musiqicilər, avanqard üsluba vurğun olanlar, sənəti sənət əsəri kimi qiymətləndirənlər dərk etmək baçarığına malikdirlər. Bu əsərlər dövrümüzdə təməli qoyulan kainat mövzusuna müraçiətdir. Kainat başlanğıçlı və deməli qadın və kişi başlanğıçını özündə birləşdirən musiqi əsərləridir.
Kifayət Ağayeva

Xəzər Universitetinin ingilis dili

kafedrasının müəllimi
Müasir cəmiyyətdə gender tədrisinin əhəmiyyəti
Son illərdə bir sıra elm sahələrində gender probleminin işıqlandırılmasına diqqət xüsusilə artmışdır. Bu isə təsədüfi deyildir. Belə ki, XX əsrin 80-90-cı illərindən etibarən dünyanın əksər ölkələrində demokratik prinsiplərin bərqərar olması ilə əlaqədar insan hüquqlarının və azadlıqların bərabərhüquqlu əsaslar üzərində qurulması özünü qabarıq şəkildə büruzə verməyə başlamışdır. Bu istiqamətdə qadın hüquqlarının, gender problemlərinin yeni müstəvidə təhlili diqqəti cəlb etməkdədir.
Qadın problemlərinin kökü tarixin dərinliklərinə getsə də "gender" terminoloji bir anlayış kimi son dövrlərdə daha geniş sferada tədqiq edilməyə başlanmışdır. Zahirən, ilk baxışdan həmin anlayış özündə "cins" anlamını ehtiva edir. Amma əslində həmin anlayışlar (cins və gender) arasında mühüm fərqlər mövcuddur. İngilis psixoloqu R.Stoller hələ 1968-ci ildə kişi və qadın arasında mövcud olan sosial-psixoloji, mənəvi fərqlərin mahiyyətinin təhlilinə diqqəti cəlb etməyə çalışmışdır.
Ötən əsrin son dekadasından etibarən gender problemlərinin təlim və təhsildə işıqlandırılmasına bütün dünya ölkələrində xüsusi diqqət yetirilməyə başlanmışdır. Bu cəhətdən Azərbaycan da istisna təşkil etmir.
Təbii ki, gender problemləri daha çox təhsil sahəsində diqqət mərkəzinə çəkilməkdədir. Bu məsələ isə, bizə elə gəlir ki, özünün konkret həllini 2 aspektdə təzahür etdirməkdədir:
Birinci aspekt qadınların təhsil prosesinə cəlb olunması ilə bağlıdır. Təbii ki, buraya ilk növbədə Azərbaycan qadınlarının ibtidai, orta və ali təhsil sisteminə cəlb olunması daxildir.
İkinci aspektə isə, söz yox ki, genderin təhsildə işıqlandırılması problemini daxil etmək gərəkdir.
Biz imkan daxilində genderin təhsil prosesində işıqlandırılması problemi üzərində dayanmaq istərdik. Yeri gəlmişkən, onu da qeyd etmək gərəkdir ki, bu gün gender münasibətləri mədəniyyətə, ictimai münasibətlərə, habelə təfəkkür tərzinə daxil olmaqdadır. Bəs genderin təhsil prosesində işıqlandırılması hansı səviyyədədir?
Əvvəla onu qeyd etməliyik ki, keçird dövrü adlandırdığımız hazırkı mərhələdə qadın-kişi münasibətlərinin, geniş mənada gender problemlərinin təhsildə işıqlandırılması bir sıra spesifik nüanslarla müşayiət olunmaqdadır. Digər tərəfdən, təhsil və tədris sistemində gender münasibətləri mənəvi problemlər aspektində işıqlandırılır.
Söz yox ki, biz gender problemi barədə söhbət açarkən ilk növbədə qadın emansipasiyası və feminist hərəkatı barədə danışmalıyıq. Amma qarşıya qoyulan problemin mahiyyəitndən çıxış edərək müasir təhsil sistemində və prosesində genderin işıqlandırılması məsələsi üzərində qısaca dayanmaq istərdik. Heç kəsə sirr deyildir ki, bütün dünyada, o cümlədən Şərqdə və Azərbaycanda kişi və qadın hüquqlarının realizəsi müxtəlif zaman və məkan müstəvilərində baş vermişdir. Bu realizə prosesi hətta matriarxat dövründə belə çox zaman qadınların əleyhinə həll olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan mədəniyyətində və ədəbiyyatında qadın hüquqlarının təminatı, habelə təhsil prosesində, gender problemlərinin təhlili daim diqqət mərkəzində olmuşdur. Xüsusən, son illərdə həmin problemə daha çox diqqət və maraq yaranmışdır.
Cəmi bir neçə il bundan öncə cəmiyyətin müəyyən təbəqələri tə-rəfindən anlaşılan və qəbul edilən gender elmi, bilikləri və tədrisi təkcə təhsildə deyil, siyasətdə də prioritet bir məsələ kimi geniş şəkildə qəbul edilməkdədir. Bu bir elm kimi Azərbaycanda inkişaf etməkdədir. Ziyalılarımızın, xüsusən də filosoflar, psixoloqlar, politoloqların və digər tədqiqatçıların müəyyən faizi bu elmi işıqlandrmağa başlayıblar. İndi kişilərlə bərabər çalışan və demək olar ki, cəmiyyətin bütün sferalarında az və ya çox sayda fəaliyyət göstərən qadınlara təsadüf edən insanlara keçən əsrin əvvəllərində Şərq aləminə səs salan, islam dünyasını təlatümə gətirən "çadra atma" kimi bir hərəkat asan görünə bilər. Amma bunun fərqinə dərindən varanda inkişaf etmiş Qərb ölkələrində və Amerika Birləşmiş Ştatlarında həmin illərdə baş verən qadın hərəkatına paralel nəzər salsaq, bunun əhəmiyyətinin böyük olduğunu dərk edərik. Bu gün qamçıladığımız "bolşevik inqilabı"nın (bizim əlimizdən aldıqları dəyərləri unutmamaq şərti ilə) Azərbaycan qadınlarına o zaman inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin qadınları ilə müqayisədə çox şey verdiyini etiraf etməliyik.
Yaşından asılı olmayaraq bütün qadınlar savad almaq üçün məktəblərə məcburi cəlb olunmağa başladılar və qısa bir zaman ərzində savadsızlıq demək olar ki, kökündən ləğv edildi. Azərbaycan öz qadınlarının ağlagəlməz uğurlarını digər inkişaf etmiş ölkələrin qadınların səviyyəsinə çatdırdı. Mən niyə tarixi keçmişə nəzər saldım? Çünki elmli olmaq, zehni əməklə məşğul olub elmdə müəyyən nailiyyətlər əldə etmək çox da asan olmur. Baxaq görək çətinliklə əldə etdiklərimizin indi qədrini necə bilirik? Bu qadınların potensial imkanlarından cəmiyyət üçün necə istifadə edirik. Təəssüf ki, burada vəziyyət çox ürək açan deyil.
Keçid dövrünün çətinlikləri həm kişiləri, həm də qadınları ağır sınaqlara çəkmişdir. Elmə, təhsilə və bilavasitə elm adamlarına çox ağır zərbələr vurmuşdur. Demək olar ki, etinasızlıq elmi və elm adamlarını bir növ gözdən salmışdır. İstər hökümət səviyyəsində, istərsə də qeyri-hökümət təşkilatları bu sahədə ciddi addımlar atmalıdır. Sabah gec olacaq.
Keçid dövrünün çətinliklərinə kişi elm adamları qadınlara nisbətən çox uyğunlaşa biliblər. Onlar eyni vaxtda bir neçə iş yerində işləyir və qadın vaxtlarını elmə sərf edirlər.
Patriarxal ənənələrə söykənən Azərbaycan cəmiyyətində ev işləri, ailənin kiçik yaşlı və xəstə üzvlərinə qulluqetmə məsələləri azərbaycanlı qadının boynuna düşdüyünə görə çox güclü elmi potensialı olan qadınlar cəmiyyətə daha səmərə verən məsələlərlə məşğul olmaq əvəzinə, evdə oturmaq məcburiyyətində qalırlar, çünki aldıqları məvacib nəinki onlara ev işlərində köməkçi tutmağa, hətta xırda xərclərini belə ödəməyə çatmır. Bəzən müvafiq geyimləri olmadıqları üçün dəvət olunan kasıb qadınlar seminar, konfranslarda belə iştirak etməkdən vaz keçirlər və yavaş-yavaş illərlə əldə etdikləri dərin bilikləri (bu bizim xalqın milli dəyəridir, bundan ötrü onlara dövlət külli miqdarda vəsait xərcləyibdir) seyfdə saxlanılan lazımsız sənəd kimi öz beyinlərində saxlayırlar.
Mən gender elmi ilə və müasir cəmiyyətdə bu elmin yeri mövzusuna toxunmaq istərdim. Bu elm və gender təbliğatı bu gün nə səviyyədədir? Etiraf etmək lazımdır ki, bu mütəşəkkil şəkildə olmasa da müəyyən ziyalı qruplar tərəfindən demək olar ki, müvəffəqiyyətlə həyata keçirilir və genderologiya elmi adlı bir elm Azərbaycanda addım-addım irəliləyir, genderşunaslar adlı ziyalı qruplar meydana gəlir. Bu elm sosial-mədəni həyatın bütün sahələrini qismən də olsa əhatə edir və bu barədə tədqiqatlar aparılır, iri, kiçik həcmli əsərlər yaradılır və Azərbaycan ziyalıları burada da öz sözlərini deməyi bacarırlar. Gender ümumiyyətlə bir elm kimi Azərbaycana, azərbaycanlılara lazımdırmı? Qətiyyətlə deyə bilərəm ki, bəli, nəinki lazımdır, həm də olduqca mühüm əhəmiyyət kəsb edir. Nəinki ucqar kəndlərdə, hətta Bakıda yaşayan gənclər bəzən hüquq və vəzifələrini kifayət qədər dərk edə bilmirlər. Onlar cəmiyyətdə öz yerlərini belə görə bilmirlər. Onların gender elminə, gender biliklərinə yiyələnmələrinə böyük ehtiyacları var. Bu elm cəmiyyət və mədəniyyətin əsasını təşkil edən qadın və kişi (maskulunluq və feminlik) ilə bağlı mühüm məsələlərə aydınlıq gətirir, onların maraq və arzularını adekvat əks etdirməyə imkan verən üsulları öyrədir, öyrətmək və yaşamaq yollarını inkişaf etdirir.
Bütün sahələrdə novator olmağı bacaran Xəzər Universiteti bu məsələdən də yan keçməyib. Yaranan gündən bu elmin mühümlüyünü əldə əsas tutub onun tədrisinə xüsusi yer ayırmışdır.
Universitetdə bu gün Gender Tədqiqat və Təhsil Mərkəzi adı altında fəaliyyət göstərən qurum 1991-ci ildən digər adlar altında fəaliyyət göstərmişdir və bu yaxınlarda Qadın Araşdırmalar Mərkəzi GTTM adı ilə əvəz olunmuşdur. Mərkəz cəmiyyətdə mövcud olan gender problemlərinin əhəmiyyət və aktuallığını əsas tutaraq yaradılmışdır. Mərkəz "sinif", "din", seksual oriyentasiya, etnik, milli və regiondan asılı olmayaraq dünyaya bərabər gəlmə prinsipini əldə əsas tutaraq, bunun əksi olan dominantlıq prinsipini qəbul etməyərək bütün sosial institutlarda olan gender problemlərini əraşdırıb layihələr hazırlamaq və onları həyata keçirməyi nəzərdə tutur.
Mərkəzin fəaliyyətinin əsas hissəsini digər Gender (Qadın) təşkilatları ilə əməkdaşlıq və biri-birinə dəstəkləmək prinsipi təşkil edir.
Gənlərin gender elmi ilə maarifləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Artıq Gender Tədqiqat və Təhsil Mərkəzi öz fəaliyyətini daha da gücləndirmişdir. Bu isə Xəzər Universitetindəki Tələbə Assosiasiyası da cəlb edilmişdir. Bu assosiasiya tələbələrə genderin müxtəlif aspektlərinə dair geniş məlumatları çatdırır, genderə dair konfranslar, seminarlar keçirilir. "Xəzər Xəbər" jurnalında gender probleminin araşdırılmasına dair məqalələr (K.Ağayeva "Əxlaqsızlığın sayı artıb" № 151, 01-15.09.2003, "Uşaqların seksual istismar kommersiyası", № 154, 01-15.11.2003) çap edilmiş, "Mənəviyyat" rubrikası açılmışdır ki, bu rubrika tələbələr arasında geniş əkssəda doğurmuşdur. "Xəzər Forum"da genderlə bağlı bir çox məsələlər gündəmə gətirilmiş tələbələr orta təhsil müəssisələrində, genderlə bağlı məlumatları azyaşlı uşaqların nəzərinə çatdırmaqla yanaşı, onların gender biliyini öyrənmək məqsədilə sorğular, sosioloji tədqiqatlar aparmışlar.
Xəzər Universitetində gender probleminin ayrı-ayrı sahələrinə dair fənnlər tədris edilir. Bunlardan aşağıdakıları göstərmək olar: "İnsanlararası ünsiyyət məsələləri" (Rza Rzayev), "Seksual münasibətlərin psixologiyası və fiziologiyası" (Aqil Əliyev), "Gender rolları, maskulunluq və femininilik" (Kifayət Ağayeva), "Gender araşdırmaları: qadınlar, kişilər və cəmiyyət" (Kifayət Ağayeva).
Xəzər Universitetinin əməkdaşları gender problemlərinə həsr olunmuş müxtəlif proqramlarda fəal iştirak edirlər. Mən 2003-cü ilin noyabrında Macarıstanın paytaxtı Budapeştdə təşkil olunmuş gender araşdırmalarına həsr olunmuş beynəlxalq sessiyada iştirak etdim . İki həftəlik bu səfərdə gender fənnlərinin tədris proqramlarının akademik tələblərinin hazırlanması məsələsi müzakirə olundu. Proqramla bağlı sertifikat təltif edildi.
Müasir dövrdə artıq gender ictimai həyatımızın bütün sahələrində, o cümlədən elm və siyasət sahələrində prioritet hesab olunmalıdır.
Gender disbalansını tənzimləməklə keçid dövrünün kəskinliyini və ziddiyyətlərini nisbətən aradan qaldırmaq olar.
Son illərdə universitetdə keçirilən gender elminin intensiv tədrisi bu gün öz bəhrəsini verir və konservativ fikirli gənclər fikirlərində əsaslı dəyişiklik edib, seksual bərabərlik prinsipini qəbul edirlər. Onların əldə etdikləri biliklər təkcə özlərini deyil, "Xəzər"in tərkibində fəaliyyət göstərən "Dünya" məktəbinin məktəblərinə də müsbət təir göstərir. Məktəblilər arasında müxtəlif sorğular aparılır və formalaşmamış körpə beyinlərə elə indidən gender bərabərliyi prinsipi aşılanır və tələbələr çox maraq doğuran faktlarla üzləşirlər və əlbətdə bu onlara daha yaradıcı olmağ və gender təbliğatı ilə geniş məşğul olmağa şövq edir.
Bu gün konfrans iştirakçılarına üzümü tutaraq məruzəni aşağıdakı tezislərlə yekünlaşdırmaq istərdim.
- Belə elmi-praktik konfransları Azərbaycanın bütün dövlət strukturlarının nəzər və diqqəti bu məsələyə yönəltmək şərti ilə daha yüksək səviyyədə keçirmək;
- Respublikada Gender üzrə vahid koordinasiya mərkəzi yaratmaq;
- Gender maariflənməsi məsələsini təkcə universitetlərdə deyil, orta məktəblərdə də həyata keçirmək;
- Yüksək səviyyəli tədqiqatçılar tərəfindən bu elmi tədris etmək. Əks halda bu elmin tədrisi özfəaliyyət xarakteri daşıya bilər ki, bu faydadan çox ziyan gətirə bilər.
- Demokratik prinsiplər şəbəkəsində gender (qadın) məsələlərini tədqiq etmək, genişləndirmək və inkişaf etdirmək, bu işlə məşğul olan hər bir ziyalının borcuna çevrilməlidir.
- Milli inkişaf prosesində fəal iştirak imkanı olmayan ucqar kənd sektorundan və qaçqın qız və qadınlar üçün xüsusi təhsil proqram və seminarlar hazırlamaq, genderlə bağlı mövzulara aid beynəlxalq inkişafı izləmək və proqreslə bağlı panel diskussiya, məruzələr və s. təşkil etmək, bununla əlaqədar bülleten, broşüralar və s. nəşr etmək lazımdır.
Qızıl Qül Abbasova

Bakı Dövlət Universitetinin sosiologiya

kafedrasının dosenti, f.e.n.
Tələbənin dünyagörüşündə əxlaqi və estetik dəyərlər
Ali məktəb sosiologiyasında tələbə şəxsiyyətinin formalaşması problemi böyük aktuallıq kəsb edir. Bu prosesi gender baxımından izləmək üçün Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində 100 nəfər tələbə arasında sorğu keçirilmişdir. Onların bu fakültəyə meyl salmağının səbəbləri əsasən böyüklərin, yoldaşların məsləhəti olub; oğlanlardan 3 nəfəri səbəb kimi təsadüfü göstəriblər. Qeyd edək ki, sorğuda 59 qız (19-r/b) və 40 oğlan (6-r/b) iştirak etmişdir (bir anket qayıtmadı), 18-24 yaş həddlərində.
Əxlaqi dəyərlər və tələbatları müəyyən edən bir sıra suallara verilən cavablar göstərir ki, burada əxlaqi normalar əsasən mövcud şəraitə adən-ənənəyə uyğundur. Mərhəmət hissini bildirən (dilənçiyə pay vermək adəti) sualı mənfi cavabı 30% qızlar və 32% oğlanlar qeyd etdilər. Pay əsasən yaşlı, yoxsul, şikəst, bütün yardıma möhtac olanlara verilir; dilənçi uşaqlar xüsusilə qeyd edilir, eyni zamanda göstərilir ki, yalançı dilənçilər də var. Küçələrdə xırda alverlə məşğul olan adamlar haqqında qızlar belə düşünür: oğurluq, tənbəllikdən bu yaxşıdır; lakin bu yolla işsizliyi aradan qaldırmaq olmaz. Oğlanlar da bu fikirlə razılaşaraq qeyd edirdilər ki, ölkədə iqtisadi islahatlar keçirilməlidir ki, bu problem həll edilsin.
Müstəqil həyata qədəm qoymaq, işləmək arzusunu qızlar daha çox ifadə ediblər (36 nəfər) ixtisas üzrə və yaxud hökümət idarələrində, arzuladıqları maaş 40-500 dollar radələrindədir; 22 oğlan da işləmək və oxumaq arzusunda olduğunu qeyd ediblər (əgər dərs vaxtı ilə üst-üstə düşməsə); bəziləri bunu məcburiyyət qarşısında olduğunu qeyd ediblər; maaş minimum ehtiyacı ödəyəcək qədərindən tutmuş - 400 dollara qədərdir. Belə arzunun həm qızlarda, həm də oğlanlarda güclü olması, onların özünütəsdiqləmə yollarını axtarışında olduğunu göstərir.
Əxlaqi dəyərlər sırasında (tədrislə bağlı olan) qızlar BDU-nun prestijli ali məktəb olmasını, gənclərə, müəllimlərə ünsiyyətin yaranması imkanını, ixtisasın gərəkliliyini, müəyyən bilikləri almaq imkanını oğlanlar isə buraya bəzi müəllimlərin aliliyini, savadlılığını və demokratikliliyini də əlavə edirlər; sonuncular bu məsələyə daha tələbkarlıqla yanaşırlar. Təhsildə oğlanları qızlar, tətil günləri və hətta təmirdən çıxmış liftlər də sevindirir. Qızları və oğlanları eyni dərəcədə rüşvətxorluq, korrupsiya, tələbələrin tədrisə marağın göstərməməsi, bəzi müəllimlərin laqeydliyi kədərləndirir. Qızlar buraya dərs vəsaitlərin, işlə təminatın olmamasını, imtahan və məğbulları, düzgün tətbiq edilməyən praktikanı, tədrsin aşağı səviyyəsini, oğlanlar isə küllü miqdarda ədalətsizliyini, informasiya qıtlığını əlavə edirlər.
Özünüqiymətləndirmə yolu ilə qızlar və oğlanlarda əxlaqi normaların necə aşılanmasını yoxlamağa çalışdıq. "Hənsı əməlindən razı qalardın?" suala belə cavab aldıq: qızlar ümumiyyətlə yaxşı əməllərini (səbirli, xeyirxah, qayğıkeş, məsuliyyətli, səmimi, savadlı, vətənpərvər olmaq arzularını), oğlanlar isə özü və ailəyə xeyir gətirmək bacarığını, özü-özünü təmin etmək qabiliyyətini, ümumiyyətlə az-çox dostlara, ehtiyacı olanlara, cəmiyyətə xeyir vermək bacarığını qeyd etdilər. Rus bölməsində oxuyan qızlar xüsusilə öz qarşılarına qoyduqları məqsədlərə nail olmaq imkanını qeyd etmişlər.
Qızlar və oğlanlar eyni dərəcədə vicdan əzabını yalan danışanda, kiminsə xətrinə dəyəndə çəkə biləcəyini qeyd etdilər, qızlar ağıllı addımın atılmamasını, xəyanət, kiminsə pisliyini istəməsini, bilə-bilə kiməsə pisliyi etmək, düşmən qarşısından qaçmaq, haqsızlıq qarşısında susmaq kimi əməlləri burada qeyd etdilər.
Mənəvi dəyərlər sırasında xalqı xarakterizə edən keyfəyyətlər də qeyd olunmalıydı. Qızlar bu keyfəyyətlər sırasında istiqanlılığı, bəzən düz danışmağını, gülərüzlülüyü, oğlanlar müxtəlif adət və ənənələri, ürəkaçıqlılığı, insanpərvərliyi, hamı isə mehriban insanlar olduğunu, qonaqpərvərliyi, böyüklərə hörmət və ümumiyyətlə qarşılıqlı hörməti qeyd etdilər. Həm regionlar üzrə, həm də ümumiyyətlə xalqın özündə qızlar xeyli müsbət keyfiyyətləri göstərmişdilər (mülayimlik, sadəlik, köçə bağlılılıq, namusu yüksək tutmaq, qadınlara hörmət etmək, sülhü, azadlığı sevmək, mərdlik, gözəllik və b.); oğlanlar da burada mərdliyi, güzəştə getmək bacarığını, davranışda nəzakətin olmasını, mülayimliliyi, səbrliliyi, şirindilliliyi, əməksevərliyi qeyd ediblər.
Eyni zamanda bir sıra amillər var ki, onlar aradan qaldırılmalıdır. Həm oğlanlar, həm qızlar qırxa yaxın keyfiyyətləri göstərdilər, daha çox unutqanlıq, paxıllıq, rüşvətxorluq, yaltaqlıq, ikiüzlülük, korrupsiya, birliyin olmaması.
Qızlar buraya ali təhsilə olan biganəliyi, köhnəfikirliliyi, avropalaşmasını, qeybəti, başqa millətə pərəstiş etməsini və s., oğlanlar isə görməmişliyini, pulgirliyi, qarınqululuğu, qaydaların pozulmasını (məs. küçəyə tüpürmək), pintiliyi, yeribazlığını, özünüqiymətləndirilməsini aşağı olmasını da qeyd etdilər.
Nəhayət, estetik maraqlar və tələbatlar haqqında zövqü müəyyən edən suala (insanların xarici görünüşündə ilk növbədə sizi nə cəlb edir?) qızlar cavab veriblər ki, onları insanda gözəllik (gözlər, dodaqlar, əllər, bədən quruluşu, saçlar), geyim (ayaqqabılar, təmzlik, zinnət əşyaları, qeyimdə uyğunluq), bir də daxili aləim ifadə edən əlamətlər (səmimilik, mehribanlıq, gülərüzlük, mədəniyyət, savad, ağıl, tərbiyə və s.) cəlb edir. Oğlanları insanın xarici görünüşündə ən çox diqqəti gözləri cəlb edir, sonra üzü, ümumən davranışı, yəni hərəkətləri, biliyi, sadəliyi, intellekti, danışığı və s. Cavablardan görünür ki, qızlar insanın xarici və daxili aləmin qiymətləndirilməsində daha diqqətlidirlər.
Estetik duyumu aşkarlayan daha bir imkandan istifadə etdik, yəni musiqidən; görünür ki, müsiqi bizim həyatın vacib bir hissəsidir, xüsusilə gənclərdə, çünki tez-tez qızlarda "ruhumu oxşayır", "həyacanlandırır", "musiqisiz yayatımı təsvir etmirəm", "sakitləşdirir", "əla hisslər oyadır", "çox yaxşı təsir bağışlayır", "mənəvi qidamdır" ifadələrə rast gəlmək olurdu. Oğlanlar da qeyd ediblər ki, musiqi onları sakitləşdirir, həyacanlandırır, çox təsir göstərir, duyğulandırır, həyatını musiqisiz təsəvvür etmirlər. Lakin onlardan üçü göstərdi ki, heç bir təsir göstərmir, doquzu isə - pis təsir edir. Ola bilsin ki, pis dedikdə, həyacanlanmasını nəzərdə tutmuşdurlar. Ola bilsin ki, onların estetik tərbiyəsində güsurlar var.
Bədii təxəyyülü, xeyir və şər, gözəllik və eybəcərlik haqqında təsəvvürləri inkişaf etdirən kinofilmlər və kitabların təsirini ön iki nəfər oğlan inkar etdi, qalanları təsdiqlədi, lakin qeyd etdilər ki, aslıdır kitabdan ya da kinodan. Ümumiyyətlə, belə bir qənaətə gəlmək olar ki, onlar tərəfindən çox az kitab oxunur. Qızlardan da səkkiz nəfəri bu təsiri inkar etdilər; qeyd edildi ki, bu kitabın məzmunundan asılıdır; daha çox romantik və həyati, sevgi haqqında kino və kitabların təsirindən söhbət gedir; lap azdan tutmuş ömür boyu olan təsirindən gedir. Belə nəticə çıxarmaq olar ki, kitab hələ də gənclərin həyatında mühüm rol oynayır (xüsusilə qızların, çünki onlar kitabları oğlanlardan daha çox oxuyurlar).
Gənclərin dünyagörüşünün formalaşmasında təqlidçiliyin rolu çox böyükdür. Qəhramanlıq obrazı həm kitabdan, həm həyatdan götürülür. Oğlanların zövgü burada çox əhatəlidir: içində Tom Soyer, Robinzon Kruzo, Qladiator Maksimuz, Don Juan, Sezar, Napoleon, Stalin, H.Əliyev də var. Qızların sevimli qəhramanları sırasında qadınlar, nağıl və əsərlər qəhramanları çoxdur. Ataanadan tutmuş Hitlerəcən olan real şəxsiyyətlər göstərilsə də, çox ümumi xüsusiyyətlər qeyd edilir (namuslu, savadlı, alicanab və s.). Bir neçəsi qeyd etdi ki, həyatda ümumiyyətlə qəhraman yoxdur.
Sevimli aktyorlar, idmançılar, yazıçılar haqqında da tələbələrin fikrini öyrəndik. Həm Azərbaycan, həm də Qərb nümayəndələrinin adları çəkilib. Qeyd edək ki, rus bölməsində oxuyan qızlar daha çox adları burada qeyd etdilər: rus, Azərbaycan, Qərb klassik ədəbiyyatının, kinosunun, idmanının nümayəndələri burada qeyd edilmişdir.
Məlum oldu ki, idmanla maraqlananlar çox olsa da, onunla məşğul olanların sayı cəmi 6-7 nəfərdir. Buna baxmayaraq, Azərbaycan bölməsində oxuyan oğlan və qızları futbola olan sevgi birləşdirir. Oğlanlar buraya boksu, yüngül atletikanı, bodibildinqi əlavə etdilər. Qızlar isə tennisi, voleybolu və basketbolu, karateni, fiqurlu konkini, rus bölməsində oxuyan qızlar isə - üzgüçülüyü qeyd etdilər. Vaxtın məhdudluğundan gileylənən oğlan və qızlar oxuduqları ali məktəbinə idman və kütləvi-mədəni işlərə dah çox diqqətin yetirilməsini arzuladılar.
Bütün qeyd olunan məqamlar daha əsaslı tədqiqatın keçirilməsini tələb edir.
Yaşar Əhmədov, f.e.n.,

Kaminə Məmmədova f.e.n

Azərbaycan Dövlət Neft Akademiyasının

fəlsəfə və politologiya kafedrasının dosentləri
Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə