Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə142/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   138   139   140   141   142   143   144   145   ...   540
1027 (1)

Р.Декарт. Сочинения. В 2-х 

IT

.,



 

T.I. M„ 1989. c.604. 

“ Р.Декарт. Избранные произведения. M., 1950, с.376-377. 

Р.Декарт. Сочинения. В 2-х тт.. Т. 1. с.302. 

127 


Hobbs  sensualizmin*^*  əsas  prinsipini  qəbul  edirdi.  Duyğu 

olmasa nə təsəvvür, nə yaddaş, nə də ki, insan şüurunun başqa 

komponentləri  (tərkib  hissələri)  ola  bilməz.  Onun  fikrincə 

təcrübi-induktiv və deduktiv-rasionalist metodlar eyni dərəcədə 

əhəmiyyətlidir. 

Filosof  deizm*^’  mövqeyindən  panteist  təsəvvürlərin 

əleyhinə çıxış edirdi. Aristotelin hərəkətdə olmayan başçı kimi 

Allah ideyasını o,  «əbədi hərəkətdə olan nə isə»  kimi təsəvvür 

edirdi. 

Hobbsun  fikrinə  görə,  insan  başqa  təbiət  cisimləri  arasında 

sadə  bir  cisim  deyil,  ağıllı  varlıqdır.  İnsan  əxlaqın  və  eyni 

zamanda siyasətin subyektidir. Makiavelli və başqa İntibah əx- 

laqçıları kimi Hobbs da insanın eqoist təbiətini qeyd edirdi. 

Hobbsa görə azadlıq anlayışı zərurət anlayışına zidd deyil. 

Filosof  özünün  «Vətəndaş  haqqında»  və  «Leviofan»’® 

əsərlərində 

insan 

cəmiyyətinin, 



ağıl 

tərəfindən 

müəyyənləşdirildiyini əsaslandırmağa çalışırdı. 

Hobbs qeyd edirdi ki, hər bir xalq öz həyatında iki mərhələdən 

keçir:  1)  dövlətə  qədərki  təbii  vəziyyət  (status  natura-  lis);  2) 

dövlət  və  vətəndaş  vəziyyəti  (status  sivilis).  Təbii  vəziyyəti 



0

qədim  Roma  atalar  misalı  İlə  ifadə  edir:  «İnsan  insanın 



canavarıdır»;  təbii  vəziyyət  «hər  kəsin  hər  kəsə  müharibəsi 

deməkdir». Belə müharibə bəşəriyyətin öz-özünü məhv etməsinə 

gətirib çıxara bilər. Odur ki, bütün insanlar üçün təbii vəziyyəti 

vətəndaş  və  dövlət  vəziyyəti  ilə  əvəz  etmək  zərurəti  meydana 

gəlir.  Belə  vəziyyətin  əsas  qanuni  əlaməti  qüvvətli  mərkəzi 

hakimiyyətin  mövcudluğu  ola  bilər.  Bu  hakimiyyət  bütün 

fərdlərin iştirak etdiyi ictimai müqavilə yolu ilə yaradılır. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə