Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə401/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   397   398   399   400   401   402   403   404   ...   540
1027 (1)

■■ Ycno orada, s.21. 

Новая постиндустриальная волна на Западе, с.541. 

363 


Biz belə hesab  edirik ki, S.Hantinqtonun  islam  və başqa si- 

vilizasiyalann  Qərbin  demokratiya  dəyərləri  və  bazar 

iqtisadiyyatı ilə bir araya sığmaması haqqında təşvişi əsassızdır. 

Çağdaş  dünyada  heç  bir  sivilizasiya  özünün  spesifikliyinə 

baxmayaraq  dünyada  baş  verən  qlobal  iqtisadi  və  siyasi 

modernləşmə prosesindən kənarda qala bilməz. 

Avropada  sənayeləşmənin  nəticəsi  kimi  milli  dövlətlər 

yarandı. İndiki dövrdə isə inteqrasiya prosesi sürətlə davam edir. 

F.Fukuyama  yazır:  «İqtisadi  qüvvələr  əvvəlcə 

millətçiliyi

 

yaratdılar, sinifləri milli maneələr əvəz etdilər, mərkəzləşmiş, dil 



cəhətdən  homogen  birlik  qurdular.  Həmin  iqtisadi  qüvvələr 

vahid, inteqrasiya olunmuş dünya bazarı yaratmaq vasitəsilə milli 

maneələri  (baryerləri)  dağıtmağa  yönəldilər.  Millətçiliyin  iflası 

yaxın zamanın işidİD>.^'* Deməli, F.Fukuyamanın fikrincə milli 

dövlətlərin  hamısı  yaxın  gələcəkdə  qüdrətli  dövlətlərin  təsiri 

altında qloballaşmağa məhkumdur. 

İndiki  dövrdə  dünya  yalnız  təbii  seçmə  mexanizmi  kimi 

bazara  uyğunlaşan  qabiliyyətli  adamlara  deyil,  həmçinin  öz 

ölkəsində zamanın tələblərinə cavab verən sivil qaydalar qurmağı 

bacaranlarla,  belə  qaydalan  qurmağa  qabiliyyəti  olmadığı  üçün 

daha  qüdrətli  olanın  himayəsində  olmağa  məcbur  olanlara 

bölünübdür.  Bu  barədə  xeyli  vaxtdır  ki,  Afrika  haqqında 

danışırlar,  son  dövrlərdə  isə  belə  ölkələr  siyahısına  Müstəqil 

Dövlətlər Birliyi (MDB) ölkələri də daxil edilmişdir. 

Yüksək inkişaf səviyyəsinə çatmış ölkələr ilə az inkişaf etmiş 

və yaxud geri qalmış ölkələr arasındakı ziddiyyətlər, münaqişələr 

Qərbin  daha  uzaqgörən  alimlərini  və  siyasi  xadimlərini  narahat 

edir. Amerika politoloqu Z.Bjezinski (1928) deyir: «Mübaliğəsiz 

olaraq  təsdiq  etmək  olar  ki,  Qərb  cəmiyyətinin  daha  şüurlu 

dairələrində  tarixi  narahatlıq,  bəlkə  də  hətta  bədbinlik  hiss 

olunmağa başlayıb. Bu inamsızlıq soyuq müharibənin qurtarması 

nəticəsində  geniş  yayılan  ümidsizlik  ilə  qüvvətlənməkdədir. 

Konsensus  və  harmoniya  ilə  yaradılan  «yeni  dünya  nizamı» 

keçmişdə qalan hadisə hesab edilmək 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   397   398   399   400   401   402   403   404   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə