Linqvistikanın elmi tədqiqat nümunəsi kimi irəli sürülməsi
və linqvistik strukturalizmin universallıq iddiası çox hallarda
bütün reallığı və insan varlığını dilə müncər edir.
Strukturalizmin fəlsəfi cərəyan kimi yaranmasına K.Marks,
F.Sossür və Z.Freyd həlledici təsir göstərmişdi.
Strukturalizmin ən görkəmli təmsilçiləri: Klod Levi-Stros -
ibtidai qəbilə sistemlərinin tədqiqi sahəsində, Rolan Bart -
ədəbiyyatda, Jak Lakan isə şüursuzluğun tədqiqində
tanınmışlar. Jak Lakan Freydin «şüursuzluq nəzəriyyəsi»nə
əsaslanaraq, şüursuzluq strukturları ilə dilin strukturları arasında
oxşarlıq tapmağa çalışırdı. Onun fikrincə dilin pozğunluğunu
düzəltməklə xəstənin psixikasını müalicə etmək mümkündür.
Lakin yalnız dilin qrammatikası və sintaksisindən istifadə
etməklə psixi proseslərin adekvat modelləşdirilməsi mümkün
deyil.
XX əsrin 70-ci illərində nəzəriyyədə olduğu kimi, bədii
praktikada da
Dostları ilə paylaş: