Nəinki müsəlman ilahiyyatçıları, hətta müasir dünyəvi təhsil
almış alimlərin də çoxu islamın ictimai həyatda apancı rol
oynadığını göstərirlər. Onların fikrinə görə islamın keçici
olmayan dəyərləri indi də insan həyatının bütün sahələrində, o
cümlədən iqtisadiyyatda öz əhəmiyyətini saxlayır. Quranın,
peyğəmbərin hədisləri, şəriətin ideyalan müasir inkişaf
mərhələsinin tələblərinə qətiyyən zidd deyil, əksinə, bu ideyalar
müsəlman dünyasının iqtisadi və mədəni tərəqqisinin, hələ
tarixdə misli görünməmiş yüksək islam sivilizasiyasının
yaradılmasının əsası olmalıdır. Onlar göstərirlər ki, islam
cəmiyyətində bütün sosial sarsıntılann aradan götürülməsi və
şəxsiyyət ilə dövlət arasında ahəngdar münasibətin yaradılması
üçün hər cür əsl insani şərait mövcuddur.
Milli ənənələr islami dəyərlər ilə o qədər sıx əlaqədədir ki,
onlan çox hallarda bir-birindən ayırmaq mümkün deyil, islami
dəyərlər milli-mədəni irsin və ənənənin aynlmaz hissəsi hesab
edilir.
Dostları ilə paylaş: