dur...».^ «Onun əks tərəfi yoxdur, o təmiz xeyirxahlıqdır. O təmiz
ağıl, təmiz ağlabatan, təmiz dərk edən varlıqdır ki, hər şey onda
vəhdət təşkil edİD)."* * «Beləliklə, biz təsdiq edirik ki, şeylər ya
zəruridir, ya da mümkündür. Üçüncü bölgü yoxdur. Bütün elmlər
də bu fikirlərdən birinə əsaslanır, onların hamısı bu iki sahəyə
aiddİD>.*
İbn Sinanm da varlıq haqqında fikirləri əsasən əl-Fərabinin
görüşlərinə uyğun gəlir.
Sufizm (təsəvvüO fəlsəfəsinə görə maddi dünya müstəqil
varlıq ola bilməz, çünki o yaradılıb, bu səbəbdən də o yalnız onu
yaradan Allah sayəsində mövcud ola bilər. Məsələn, böyük
mütəfəkkir, sufi-şair Cəlaləddin Rumi (1207-1273) hesab edirdi
ki, yalnız bir Mütləq Varlıq var. O tək və şəriksizdir, əbədi və
məkansızdır. Bütün Kainatı - canlı və cansız təbiəti, tək-tək
əşyaları, cəmiyyəti, o cümlədən insanı şərti olaraq varlıq
adlandırsaq da, onlar fani və keçicidir, əvvəli və axın var. Deməli,
yalnız bir Varlıq və yoxluq var. Bizə nəhəng və sonsuz görünən
Kainat da Allahla müqayisədə heç nədir. «Dünya sənin nəzərində
böyük və nəhayətsiz görünsə də, bil ki, qüdrəti-İlahiqyə
qarşısında bir zərrə də deyil».^
İntibah dövrü Avropasında maddi varlıq fikri ön plana çəkilir.
XVII-XVIII yüzilliklərdəki materialist fəlsəfədə də varlıq təbiət
ilə məhdudlaşır, mənəvi dünya isə varlıq hesab edilmir.
Yeni dövr fəlsəfəsində, xüsusən XVIII əsrdən başlayaraq
Yumun skeptisizm və Kantın transsendentalizminin təsiri altında
varlıq anlayışı fəlsəfi bilikdən kənarlaşdınlır. Fixtenin və Hegelin
sistemlərində mənəvi-ideal varlığa üstünlük verilir.
İdeyalar dünyasını əşyalar dünyası ilə eyniləşdirən Hegel
varlığın - həm idrakın, həm də gerçəkliyin başlanğıcı olan ən
mücərrəd (abstrakt) kateqoriya olduğunu göstərirdi.
Hegelin sistemində mütləq ideyanın inkişafı təmiz varlıq
kateqoriyasından, heçlikdən və yaranmadan başlayır. Varlıq -
Dostları ilə paylaş: