3. Şüur və ictimai inkişaf (marksist baxış)
İnsan şüurunun meydana gəlməsinin səbəbləri məsələsində
Çariz Darvin özünün təkamül nəzəriyyəsində bioloji amillərin
həlledici rolundan bəhs edirdi. Marksizm isə şüuru ictimai
inkişafın məhsulu hesab edir. Bu barədə F.Engelsin «Meymunun
insana çevrilməsi prosesində əməyin rolu» əsərində ətraflı
danışılır. Engelsin fikrincə əməyin inkişafı ilə əlaqədar insanın
gerçəkliyə prinsipcə tamamilə yeni münasibəti meydana gəlir.
Əmək zəruri olaraq düşüncə aparatının olmasını tələb edir, çünki
bu aparatın köməkliyi ilə arzu olunan nəticəni ideal formada
təsəvvür etmək mümkün olur, yəni məqsəd əvvəlcədən
müəyyənləşdirilir və onu həyata keçirmək vasitələri tapılır. Sonra
Engels sübut etməyə çalışır ki, əmək fəaliyyəti təfəkkürün,
mənlik şüurunun inkişafı, insanın özünü ətraf mühitdən ayırmaq
qabiliyyəti, dilin ünsiyyət və qarşılıqlı anlaşma vasitəsi kimi
inkişafı üçün həlledici amildir.
Beləliklə, marksistlərin fikrinə görə şüur ictimai-tarixi
məhsuldur, əmək fəaliyyətinin və dilin meydana gəlməsi və
inkişafı prosesində insan cəmiyyəti ilə birgə yaranır və yalnız
sosial mühitdə, fərdlərin daimi ünsiyyəti şəraitində formalaşır.
Dostları ilə paylaş: