zasiya arasındakı fərqə məhəl qoymuram; həmin insan
mədəniyyəti, məlumdur ki, müşahidəçiyə özünü iki tərəfdən
göstərir. Bir tərəfdən o insanlara təbiət qüvvələrini mənimsəmək
və öz tələbatını ödəmək üçün ondan maddi nemətlər almaq
imkanı verən bütün qazanılan bilik və qabiliyyəti əhatə edir;
başqa tərəfdən, mədəniyyətə insanların öz aralarındakı
münasibəti nizamlamaq, xüsusən əldə edilən maddi nemətləri
bölmək üçün zəruri olan bütün idarə qurumlan daxildir».*^
Lakin hətta Freydin şagirdlərinin bəziləri tərəfindən bu
konsepsiya şübhə altına alınır. Məsələn, E.Fromm tamamilə əks
konsepsiya irəli sürür: məhz tarix, mədəniyyət insanda hansısa
dağıdıcı potensiyanı üzə çıxarır.
^ Gündəlik həyatda biz «mədəniyyət» deyəndə ilk növbədə
incəsənət, ədəbiyyat, musiqi, rəssamlıq və s. sahələri nəzərdə
tuturuq. «Sosiologiyada mədəniyyət anlayışı yalnız yaradıcılıq
fəaliyyətinin bu növlərini deyil, daha çox sahəni əhatə edir.
Mədəniyyət cəmiyyət üzvlərinin bütün həyat tərzinə aiddir -
geyinmək manerası, nigah mərasimi və ailə həyatı, əmək
fəaliyyəti, dini mərasimlər və boş vaxtın keçirilməsi buraya
daxildir. Buraya həm də insanların yaratdıqlan və onlar üçün
dəyər hesab edilən predmetlər daxildir: yay və ox, kotan, fabrik,
maşın, kompüter, kitab, mənzil»;^“*
I Mədəniyyət, unikal və nisbətən bütöv fenomen kimi indiki
dövrdə həm də böyük müxtəlifliyə malikdir. Ona görə də başqa
elə bir söz tapmaq çətindir ki, onun mədəniyyət qədər çoxlu məna
çalarları olsun. ı
İnsanın yaratdığı şeylər əvvəlcə fikirdə meydana gəlir, sonra
isə işarə və əşyaya çevrilir. Mədəniyyətdə nə isə konkret bir şey
var və ona görə də nə qədər yaradan subyekt varsa, o qədər də
mədəniyyət var. ‘«Mədəniyyət insan varlığının dərinliyini və
ölçüsüzlüyünü ifadə edir. İnsan nə qədər tükənməz və müxtəlif
simalıdırsa,
mədəniyyət
də
o
qədər
çoxcəhətli,
çoxaspektlidİD>.^<^
Dostları ilə paylaş: