2. Əl-Qəzalinin fəlsəfəsi
Əl-Qəzali ibn Həmid (1058-1111) məşhur müsəlman
ilahiyyat alimi, sufi-fılosof olmuşdur. O, Şərq peripatetizminin
(aristotelçiliyin) görkəmli nümayəndələri olan əl-Fərabi, İbn
Sina və başqalan ilə dünyanın əbədiliyi, səbəbiyyət nəzəriyyəsi
və b. problemlər ətrafında mükalimə (polemika) apanr və on-
lan tənqid edirdi. ƏI-Qəzali ənənəvi islam ehkamlannı sufizm
ideallan ilə birləşdirməyə çalışırdı.
Əl-Qəzaliyə görə filosoflar dünyanın əbədiliyini üç
fundamental aksioma ilə əsaslandırmağa cəhd göstərirdilər: 1)
heç nədən heç nə yaranmır və yarana da bilməz; 2) müəyyən
səbəb yarananda zəruri olaraq dərhal nəticə də meydana gəlir;
3)
səbəbin təbiəti tamam başqadır və nəticəyə münasibətdə xarici
qüvvədir.
Əl-Qəzali kəskin şəkildə inamı elmə və fəlsəfəyə qarşı
qoyurdu. «Filosoflann təkzibi» əsərində o, göstərirdi ki,
aristotelçiliyin elmə və fəlsəfəyə təsiri çox ziyanlı və gərəksiz
işdir. Fəlsəfə dinə kömək etməlidir. Əl-Qəzali skeptik olmuş,
bütün elmi nəticələrə şübhə ilə yanaşmışdı. Onun fikrincə,
yalnız intuitiv bilik həqiqət hesab edilə bilər.
Əl-Qəzalinin dediyinə görə «həqiqət axtaranlan> dörd
kateqoriyaya bölünür: mütəkəlamlar, batinilər, filosoflar,
sufilər. O, bu kateqoriyaların təhlilini kəlam elmindən
başlayaraq yazır: «Mütəkəlamların təlimini başa çatdırandan
sonra mən fəlsəfə elmini öyrənməyə başladım».^^ O, göstərirdi:
«Fəlsəfə elmləri də altı hissəyə bölünür: riyaziyyat, məntiq,
fizika, me- xanika, siyasət və etika».^* «Fəlsəfə elmini
tamamlayandan sonra onu yekunlaşdırdım, izah etdim,
uydurmanın üstünü açdım, ifşa etdim və mənə aydın oldu ki,
məqsədə tamamilə çatmaq üçün bu kifayət deyil, yalnız ağılın
köməkliyi ilə həlli tələb olunan məsələləri əhatə etmək mümkün
deyil, ağıl bütün
Dostları ilə paylaş: