Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Т.Парсонс. O структуре социального действия. M., «Академический Проект», 2000



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə34/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   30   31   32   33   34   35   36   37   ...   540
1027 (1)

Т.Парсонс. O структуре социального действия. M., «Академический Проект», 2000, 

с.69. 

31 


qin  kateqoriyalannı  ayrıca  öyrənmirlər.  Lakin  bununla  yanaşı 

onlar həmişə məntiqi-qnoseoloji üsulların hazırlanması zərurəti 

ilə  qarşılaşırlar.  Bəzi  müəlliflərin  fikrincə  bu  üsullar  mütləq 

empirik biliyə əsaslanmalıdır. Məsələn, T.Parsons təsdiq edirdi: 

«...Mübaliğəsiz  olaraq  deyə  bilərik  ki,  təxminən  Lokkdan 

başlayaraq müasir qnoseologiyanın baş problemi məhz empirik 

elmin  müddəalannın  düzgünlüyünün  fəlsəfi  əsasları  haqqmda 

məsələ olmuşduD).^* 

Əlaqələndirmə  (koordinasiya)  funksiyasının  mahiyyəti  elmi 

tədqiqatlar  prosesində  metodların  qarşılıqlı  münasibətini 

tənzimləməkdən  ibarətdir.  «İnteqrasiya»  termini  isə  ayn-ayn 

hissələri bütöv halında birləşdirmək mənasında bir çox elmlərdə 

və praktikada işlədilir və fəlsəfi anlayış kimi özünə yer tapır. 

Evristik  funksiya  isə  elmi  biliklərin  formalaşmasına,  o 

cümlədən  elmi  kəşflərdə  yeni  idrak  formalannm  aşkar 

edilməsinə  yönəldilmişdir. Proqnozlaşdırma funksiyası da belə 

anlamda evristik funksiyanın tərkib hissəsi olur. 

Fəlsəfəni  yalnız  indi  mövcud  olan,  hal-hazırkı  gerçəklik 

deyil, eyni zamanda həm keçmiş, həm də gələcək, mümkün olan, 

lazım  olan  da  maraqlandırır.  Gələcəkdə  geniş  imkan  dairəsini 

müəyyənləşdirməyə,  inkişafın  ən  perspektiv  tendensiyalarını 

üzə  çıxarmağa  yönəldilmiş  evristik-proqnostik  funksiyanın 

əhəmiyyəti daha da güclənəcək. 

Amerika  filosofu  Y.Adams  «Bu  gün  fəlsəfənin  missiyası» 

kitabında  haqlı  olaraq  yazır  ki,  müasir  sivilizasiyaya  baxışda 

fəlsəfənin  vəzifəsi  təfəkkür  mədəniyyətinin  səhvlərini  tənqidi 

analiz etməkdir. Onun fikrincə təfəkkür mədəniyyətində səhvləri 

mədəniyyətin  dağılmasına,  sosial  və  fərdi  patalogiyaya  gətirib 

çıxara bilər. Təəssüf ki, fəlsəfə indi mədəniyyətin tənqidçisi və 

yenidən qurulması missiyasını  yerinə  yetirmir. Bu onunla izah 

edilir ki, elmin müasir sivilizasiyada aparıcı rol oynadığı şəraitdə 

bir  sıra  filosoflar  (xüsusən  ingilisdilli)  elmin  qaldırdığı 

problemlərə daha çox meyl göstərirlər. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə