6.
Mədəniyyətin fəlsəfəsi
6.1.
Mədəniyyətin fəlsəfi anlayışı
'Mədəniyyətin
fəlsəfəsi
ümumiyyətlə
mədəniyyətin
mahiyyətini və mənasını başa düşməyi ifadə edir.
Orta əsrlərdə «kult» (pərəstiş) sözü «kultura» (mədəniyyət)
sözündən daha çox işlədilirdi; çünki «kult» sözü insanın Allaha
məhəbbətində özünün yaradıcı potensialını açmaq üçün onun
qabiliyyətini ifadə edirdi.^
İntibah dövründə mədəniyyət haqqında antik təsəvvürlər
yenidən üzə çıxır. Belə təsəvvür hər şeydən əvvəl harmonik,
yüksək inkişafa can atan insanda fəal yaradıcı başlanğıcı ifadə
edirdi. V Sözün müasir mənasında «mədəniyyət» sözü XVIII
əsrdən başlayaraq işlənir.. Tamamilə müstəqil anlayış kimi bu
sözə ilk dəfə alman hüquqşünası və tarixçisi S.Pufendorfun
(1632-1694) əsərlərində rast gəlmək olar., «Mədəniyyətin
fəlsəfəsi» termini isə XIX əsrdə alman romantiki V.Müller
tərəfindən elmə gətirilmişdir. Mədəniyyətin klassik anlamı
tarixin fəlsəfəsinə əsaslanırdı.
Dostları ilə paylaş: