inanmaq mərkəzi yer tutur. Kami ilahi və yaxud mənəvi varlığı
ifadə edir. Buraya - milləti və bəzi ailələri, xüsusən imperator
ailəsini qoruyan ruhlar, həmçinin sivilizasiyanın yaranmasında
xüsusi xidməti olan milli qəhrəmanların və alimlərin ruhu; təbiət
hadisələri və obyektlərində ifadə olunan ruhlar - yağış, şimşək,
günəş, dağlar, çaylar, ağaclar daxildir. Kamilər arasında başçı
Yaponiyanın ilahi himayəçisi olan Günəş Allahı - Amaterasu
hesab edilir. Kamilər çoxsifətli olsalar da dünyanın rifahı üçün
birgə fəaliyyət göstərirlər. Ona görə də bəzi müəlliflər onları bir
Allah kimi təsvir edirlər. İudaizm, xristianlıq və islamdan fərqli
olaraq sintoizmdə insan, təbiət və Allah arasında ciddi fərq
yoxdur; insan kamilərdən və öz sələflərindən gələn ruh sayəsində
həyat qazanır və axırda özü də kami olur. Kamilərə müxtəlif
formalarda sitayiş etmək olar, lakin ayinlər adətən mənzərəli
yerdə tikilən məbədlərdə icra edilir. Dua edilən vaxt kamilər ilə
birləşmək olar, bu anda insan aydın və işıqlı şüur qazanır.
Sintoizm etikası harmoniya ifadə edən «va» (yuvarlaq) və
səmimiyyəti göstərən «makota» ideyalarına əsaslanır. Rifah
(xeyir) isə təmiz ürəklə, xoş niyyət və əməkdaşlıq üzərində
qurulur. Kinli, hirsli olmaq insanı qara qəlbli, eqoist və nifrətli
edir. Sintoizmə görə belə insanlar həmişə cəmiyyətin
pozulmasına, əhali arasında nifaq başlamasına səbəb olurlar.
Beləliklə, bu etika göstərişlər toplusu ilə məhdudlaşmır,
cəmiyyətdə
daxili,
mənəvi
səmimiyyətin,
harmonik
münasibətlərin yaranmasına xidmət etməyə çalışır.
Dostları ilə paylaş: