peyğəmbərləri, Zərdüşt, yunan şairləri, filosofları və
tarixçilərinin təlimləri; Hind bölgəsində - Buddanın nəsihətləri;
Çində - daosizm və konfusiçilik təlimləri meydana gəlmişdir.
Yunan- yəhudi ənənələri əsasında yaranan Qərb mədəniyyətini
başqa qədim Şərq mədəniyyətlərinə qarşı qoyan Veberdən fərqli
olaraq Yaspers qədim dünya mədəniyyətinin «üç yuvası»nm
hamısı üçün bir ümumi təməl vaxtın eyni dərəcədə əhəmiyyətli
olması fikrini əsaslandırırdı.
\
Dünya mədəniyyətinin inkişafında Yaspers «iki nəfəs»in
olduğunu göstərir. Birinci - «Prometey dövrü»ndən (oddan
istifadə, nitqin və əmək alətlərinin yaranmasından) başlayır və
qədim dövrün «böyük mədəniyyətləri»ndən keçərək təməl vaxta
gətirir. İkinci isə - «yeni Prometey dövrü»ndən (indiyə qədər
davam edən elm və texnika dövründən) başlayaraq və gələcək
«böyük mədəniyyətlər»dən keçərək «insanın həqiqi təşəkkülü»
ilə bağlı olacaq hələ uzaqda olan ikinci təməl vaxta aparır.
Yaspersin fikrincə təməl vaxtda yaranan və qədim dövdəki
«böyük mədəniyyət»ə malik xalqlar tərəfindən mənimsənilən
universal mədəni dəyərlər nəticədə həmin xalqların mədəni
özünəməxsusluğunu itirməyə gətirib çıxardı. Bu isə daha
əhəmiyyətli dünya mədəniyyətlərinin vahid ümumbəşəri
mədəniyyətə doğru inkişafının vektorunu müəyyənləşdirir.
Təməl vaxt - bütün dünya mədəniyyətlərini seçim qarşısında
qoyur: ya doğulmada olan dünya mədəniyyətində assimilyasiya
olmaq, ya da məhv olmaq,
t
«...Əvvəlcə dünyada bir-birindən köklü surətdə və ya xeyli
dərəcədə fərqlənən hansı düşüncə tərzlərinin, həyat tərzlərinin,
mədəniyyətlərin olması və bunların əsas fərqləndirici
xüsusiyyətləri öyrənilməlidir. Çünki hər bir xalqın, etnosun
özünə məxsus spesifik cəhətləri olsa da, daha böyük miqyasda
eyniyyət məqamlarının olması bir neçə böyük sivilizasiyalardan
və mədəniyyətlərdən danışmağa imkan verir».^*^
İnformasion cəmiyyətin təşəkkül tapması həyat tərzini,
sosial-mədəni prosesləri, elmi biliyin paradiqma strukturunu
kökündən dəyişən dünya sivilizasiyasının yeni mərhələsini açır.
Dostları ilə paylaş: