Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə100/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   96   97   98   99   100   101   102   103   ...   164

maq,  şəklini  dəyişdirməkdir.  Beləliklə,  insan  müşahidə  etmək 

imkanı  yaradır  və  bu  əsasda  onun  müşahidə  edilən  hadisədəki 

qanunauyğunluql^-haqqmda  biliyi  formalaşır.  Müasir  anlamda 

eksperiment - 0^Qalile>^ə F.Bekondan başlayaraq tədqiqatın ən 

vacib üsullarındaıTBın olmuşdur. 

Müşahidədən  fərqli  olaraq  eksperiment  müşahidənin  təmiz 

aparılması  imkanını  yaradır;  məhz  elə  obyekt  və  proseslər 

üzərində müşahidə (cihazların  köməkliyi  ilə) apanlır ki,  onlann 

nəzəriyyəyə  bilavasitə  aidiyyəti  var  və  həmin  müşahidə 

nəzəriyyənin  həqiqiliyini,  faktlara  uyğun  gəlməsi  dərəcəsini 

müəyyənləşdirmək imkanı yaradır. 

Hər  bir  eksperimentin  mərkəzində  eksperimentçi  durur. 

Eksperimentin  özünün  strukturuna  uyğun  olaraq  tədqiqatçı 

həmin  strukturun  hər  bir  elementini  maksimum  dərəcədə 

müəyyənləşdirməlidir. Həmin elementlər bunlardır: laboratoriya, 

öyrənilən  hadisələr,  cihazlar,  nəhayət  tədqiqatçının  özü,  onun 

hazırlıq  və  bilik  səviyyəsi.  Eksperiment  həm  struktur,  həm  də 

funksional xarakter daşıya bilər. Struktur planda eksperimentlər 

hadisələrin  texniki  axarına  şüurlu  müdaxiləsi  ilə  fərqlənir. 

Eksperiment 

əvvəldən 

dəqiq 


planlaşdınlan 

təcrübədir. 

Eksperimentçi  təbii  inkişaf  edən  situasiyanı  passiv  şəkildə 

izləmir, o, müşahidə üçün zəruri olan şərait yaradır. Funksional 



planda  eksperimentlər  bu  və  ya  digər  münasibətlərin  səbəb  və 

nəticələri  haqqında  ehtimalları  yoxlayır.  Praktiki  olaraq  bütün 

eksperimentlərin  keçirilməsi  müəyyən  səbəb-nəticə  əlaqələrini 

yoxlamaq cəhdi ilə müəyyən edilir. 

Eksperiment  metodu  elə  sənətdir  ki,  onun  əsasında  ümumi 

qaydalar  deyil,  xüsusi  vərdiş  və  bacarıq  durur.  Eksperimental 

metod bütün hallarda müvəffəqiyyəti təmin edə bilmir; məsələn, 

eksperiment elmi tədqiqat prosesində çıxılmaz vəziyyətə düşmək 

riskindən azad olmağa təminat verə bilmir. Eksperiment metodu 

məsələni  qoymaq  və  onun  nəzəri  sxeminin  əsasında  duran 

nəticələrdən doğan təzahürləri araşdırmaq sənətidir. 

Eksperimental vəziyyət təmiz nəzəri təhlil aləti də ola bilər. 

Tədqiqatçı bütövlükdə nəzəri prinsiplərə tabe olan eksperimental 

vəziyyəti fikirdə təsəvvür edir və bu yolla özünün 



302 


indiki  şəraitdə  seçdiyi  nəzəri  prinsiplərin  hansı  nəticəyə  gətirə 

biləcəyini başa düşmək imkanı əldə edir. Beləliklə, eksperimental 

fəaliyyət həmişə nəzəri fəaliyyətlə əlaqədə olur, nəzəri fəaliyyət 

isə  eksperiment  və  müşahidənin  nəticələrini  nəzərə  alır. 

Nəzəriyyəçi eksperimentçiyə yol göstərir. Eksperi- mentçinin işi 

də əsasən nəzəri xarakter daşıyır. Bu o deməkdir ki, eksperiment 

planlaşdırılmış  elə  hərəkətdir  ki,  hər  addımı  nəzəriyyə  ilə 

istiqamətləndirilir. 

M.Haydegger  eksperimentin  elmi  tədqiqatda  yeri  haqqında 

yazmışdır:  «Təbiət  elmlərində  tədqiqat  sahəsindən  və  izahın 

məqsədindən asılı olaraq tədqiqat eksperiment vasitəsilə aparılır. 

Bu o demək deyil ki, elmi eksperiment sayəsində tədqiqat olur, 

əksinə, eksperiment ilk dəfə orada və yalnız orada mümkün olur 

ki, təbiətin dərk edilməsi artıq tədqiqata çevrilib. Müasir fizika öz 

əsasında  yalnız ona  görə riyaziyyətləşir ki,  o  eksperimental ola 

bilir».’“ 



Analiz  təfəkkür  üsulu  kimi  tədqiq  edilən  predmetin  əsasən 

fikirdə  onu  təşkil  edən  hissələrə,  tərəflərə,  xassələrə, 

münasibətlərə, inkişaf mərhələlərinə və s. bölünməsidir. 

Predmetin  hissələrə bölünməsi həm  fiziki cəhətdən, həm  də 

fikirdə mümkündür. Birinci halda bütöv hərfi mənada onu təşkil 

edən  komponentlərə  parçalanır.  İkinci  halda  isə  bütöv  fiziki 

cəhətdən  deyil,  yalnız  fikirdə  hissələrə  bölünür,  reallıqda  necə 

mövcuddursa elə də qalır. 

Təbiətdə,  xüsusən  qeyri-üzvi  aləmdə,  bütöv  çox  hallarda 

fiziki  olaraq  hissələrə  bölünür.  Məsələn,  kimyəvi  birləşmələr 

(molekullar) onları təşkil edən hissələrə - atomlara, ionlara və s. 

bölünür. Canlı orqanizmlər də fiziki cəhətdən bölünə bilər, lakin 

bu  halda  ayrılan  hissələrin  xüsusiyyəti  dəyişir:  canlı  ölüyə 

çevrilir. 

Yalnız mücərrədləşdirmək yolu ilə, ağılın gərgin analitik işi 

ilə bütövün hissələrini, tərəflərini ayırmaq olar. 

Analiz  elə  hesabla  aparılmalıdır  ki,  sonradan  sintez^  yəni 

bölünmüş hissələri bütöv sistemdə birləşdirmək mümkün olsun. 

Bu isə o halda mümkün ola bilər ki, analiz mövcud bütövü 

M.Xafiiierrep. BpeM« ıı 

ÖBITHC


.

 

M.. «PccnyonıiKa». 1993. c.44. 



303 


məhv etmir, onun özəlliyini yox etmir. Məsələn, canlı orqanizmi 

atomlara, elementar hissəciklərə bölmək mənasızdır, çünki belə 

halda  canlının  bütün  özəllikləri  itir  və  onun  sonrakı  sintezi 

mümkün olmur. 



İnduksiya  elə  idrak  metodudur  ki,  ümumi  nəticə  xüsusi 

fikirlərdən  yaranır.  İnduktiv  metod  bütün  hallarda  həqiqətə 

aparmır. F.Engels göstərirdi ki, «induktiv əqli nəticə mahiyyətcə 

şübhə- lidİD>.’‘ V.İ.Lenin də eyni fikri irəli sürərək göstərirdi: 

«Ən  sadə,  induktiv  yolla  əldə  edilən  ən  bəsit  həqiqət  həmişə 

natamamdır,  çünki  təcrübə  həmişə  yanmçıq  olur».^^  Alimlərin 

çoxu bu fikirlə razılaşırdı. 

Deduksiya  ümumi  müddəalardan  xüsusi  nəticələrə  gətirən 

idrak metoduna deyilir. 



Analogiya (

3oın. «analogia» - uyğun gəlmə) elə əqli nəticədir 

ki,  eyni  olmayan  obyektlərin  bəzi  tərəfləri,  keyfiyyətləri, 

münasibətləri arasında oxşarlıq olduğunu müəyyənləşdirir. 

İdeallaşdırma  gerçəklikdə  mövcud  olmayan  və  həyata 

keçirilə  bilməyən,  lakin  real  həyatda  örnəyi  olan  obyektlər 

haqqında anlayışlar qurmaq üsuluna deyilir. Bu proses real pred- 

metlərin  və  onlar  arasındakı  münasibətlərin  bəzi  xassələrindən 

fıkrən  aynimaq,  predmet  və  situasiyalara  həqiqətdə  onlarda 

olmayan  xassələr  vermək  vasitəsilə  baş  verir.  Məqsəd  isə  - 

gerçəkliyi daha dərindən və daha dəqiq dərk etməkdir. 

«Elmi ideallaşdırma elə ideyalar yaratmaqdır ki, onlar indiki 

zamanda elmi anlayış adlanır. Eyni zamanda göstərmək lazımdır 

ki,  elmi  ideallaşdırmanın  bəzi  hissələri  daha  mükəmməl 

anlayışlar  yaratmaq  yolunda  aralıq  mərhələsini  təşkil 

edİD>. 


«...Elmdə kifayət qədər tez-tez hadisələrin sadələşdirilmiş modeli 

qurulur.  Belə  sadələşdirməni  də  tez-tez  ideallaşdırma 

adlandırırlar. İdeallaşdırmanı - elmi bənzərini sadələşdirmək kimi 

və  yaxud  ciddi  elmi  anlayışlar  yaratmaq  kimi  başa  düşməklə 

eyniləşdirmək olmaz».’^ 

Modelləşdirmə yeni informasiya almaq məqsədi ilə obyektə, 

onun xassə və əlaqələrini dəyişdirmək istiqamətində məq- 



” К.Маркс и Ф.Энгельс. Сочинения. Т.20, с.542. 

В.И.Ленин. ПСС, Т.29, с. 162. 

В.А.Канке. Основные философские направления и концепции науки. М., «Логос», 2000, 

С.206. 



304 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə