Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə102/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   98   99   100   101   102   103   104   105   ...   164

Hegel isə mücərrədliyi maddi gerçəklikdən kənarda nəzərdən 

keçirirdi.  Onun  üçün  mücərrədlik  -  predmetin  adi  həyati 

təcrübəyə də aid olan müxtəlif əlaqə və münasibətlərindən nə isə 

təcrid olunmuş, yabançılaşmış bir şeydir. Konkretlik isə, əksinə, 

xassə  və  keyfiyyətlərin  bütöv  halında  tamamilə  yenidən 

yaradılmasıdır. 

Beləliklə,  idrakda  konkretlik  və  mücərrədlik  bir-biri  ilə 

qırılmaz  şəkildə  bağlıdır.  Heç  bir  elmi  nəzəriyyə  konkretliyi 

bütövlükdə bir tam kimi əks etdirə bilməz, onun yalnız müəyyən 

tərəflərini, xassələrini, əlaqələrini əhatə edə bilər. Elmi biliklərin 

heç bir sistemi mücərrədlik olmadan təsəvvür edilə bilməz. 

Məntiqi və tarixi metodlar. Bu məsələ ilə əlaqədar müxtəlif 

fikirlər olmuşdur. 

Marksist  fəlsəfədə  tarixilik  deyəndə  hərəkətdə  və  inkişafda 

olan  obyektiv  gerçəkliyin  xronoloji  ardıcıllıqla  öyrənilməsi 

nəzərdə  tutulur.  Məntiqilik  isə  obyektiv  aləmi  insan  şüurunda 

ideal  obrazlar  şəklində  əks  etdirən  fikirlərin  (anlayışlann, 

mühakimələrin)  bir-biri  ilə  müəyyən  zəruri  əlaqəsi  deməkdir.  - 

Beləliklə,  tarixilik  birinci,  məntiqilik  isə  -  ikincidir.  Məntiqi 

metodun məqsədi  tarixi prosesin mahiyyətini,  əsas məzmununu 

nəzəri 


formada, 

mücərrədlik 

sistemində 

yenidən 


canlandırmaqdır.  Öz-özlüyündə  məntiqilik,  real  tarixi  prosesdə 

olduğu qaydada mahiyyətdə həyata keçir. 

Tamam  əks  nöqteyi-nəzərə  görə  isə  məntiqilik  tarixilikdən 

əvvəl  gəlir  və  onun  meydana  gəlməsinə  kömək  edir.  Məsələn, 

alman  filosofu  Fixtenin  fikrincə  anlayışın  məntiqi  strukturunun 

yaranması tarix başlanmazdan əvvəl sona çatır və tarixi prosesin 

başlanması üçün ilkin şərt olur. 

Bir  çox  filosoflar  tarixilik  ilə  məntiqiliyin  vəhdətini  xüsusi 

vurğulayırlar.  Tarixi  inkişafda  olan  bütün  sistemləri  öyrənən 

elmlərin  hamısı  üçün  (evolyusion  biologiya,  tarixi  geologiya, 

cəmiyyətin  tarixi,  dilçilik  və  b.)  tədqiqatın  tarixi  metodunun 

böyük əhəmiyyəti var. Bu elə metoddur ki, obyektin real tarixini 

onun  konkret  müxtəlifliyində  əks  etdirir,  əhəmiyyətli  tarixi 

faktları və onun inkişaf mərhələlərini üzə çıxanr, nəticədə öyrəni 



308 


lən obyektin nəzəriyyəsini yaratmağı, onun inkişaf məntiqini və 

qanunauyğunluğunu  aşkarlayır.  Tarixilik  məntiqilik  ilə 

tamamlanmalı,  onda  özünün  məntiqi  yekununu  tapmalıdır. 

Məntiqi  metod  mahiyyətcə  tarixi  prosesin  mücərrəd  və  ardıcıl 

nəzəri formada əks olunmasıdır. 

İdrakda  tarixi  ilə  məntiqinin  uyğun  gəlməsi  yalnız 

duyğulardan ağıla, empirizmdən nəzəriyyəyə doğru hərəkət deyil, 

həmçinin  mücərrəddən  konkretə  doğru  məntiqi  kateqoriyaların 

müəyyən ardıcıllıqla formalaşmasını və istifadə edilməsini ifadə 

edən hərəkəti xarakterizə edir. 

İdrakın  tarixi  (müvafiq  olaraq  həm  də  məntiqi)  inkişaf 

prosesində  göstərilən  ardıcıllığı  müəyyən  etmək  olduqca  çətin 

məsələdir.  İdrakın  tarixi  ilə  məntiqinin  uyğun  gəlməsi  yalnız 

bütövlükdə  elmi  idrakın  inkişafını  deyil,  eyni  zamanda 

gerçəkliyin ayrı-ayrı hissələrinin dərk edilməsini ifadə edir. 

Tarixi metod tək, konkret hadisə və prosesləri əks etdirsə də, 

mücərrəd, birtərəfli bilik verir. Məntiqi metod isə tarixi prosesdə 

ümumini,  təkrar  olunmanı  öyrənməyi  nəzərdə  tutur,  yalnız  bu 

metod  konkret,  sistemli  bilik  verir.  Məntiqi  metod  mahiyyətcə 

tarixi metodun ümumiləşdirilməsi, sistemləşdirilməsidir. 



Sistem  metodu.  Bu  metod  obyekti  öz  aralannda  qarşılıqlı 

əlaqədə  olan  elementlərdən  (struktur)  təşkil  olunmuş  bütöv 

sistemlər kimi öyrənir, tədqiqatı mürəkkəb obyektin müxtəlif tipli 

əlaqələrini  üzə  çıxarmaq  istiqamətinə  yönəldir  və  bu  əlaqələri 

vahid  nəzəri  formada  birləşdirir.  Sistemli  münasibət  konkret 

elmlərdə  problemlərin  konkret  qoyuluşuna  və  onlann  səmərəli 

öyrənilməsinin  strategiyasını  hazırlamaq  işinə  kömək  edir, 

ümumi nəzəri təfəkkürün qanunauyğunluqlannı, fəlsəfi və xüsusi 

elmi nəzəri idrakın vəhdətini ifadə edir. 

309 



3.

 

Elm fəlsəfəsi 

3.1.

 

Elm nə deməkdir? 

Elm - insan tərəfindən toplanmış bilik sistemidir, varlığı dərk 

etməyə yönəldilmiş insan fəaliyyətidir. Elm elə mənəvi istehsal 

sahəsidir  ki,  nəticədə  faktları  məqsədyönlü  şəkildə  seçir  və 

sistemləşdirir;  fərziyyələri  məntiqi  üsullar  ilə  yoxlayır; 

nəzəriyyələri, fundamental və xüsusi qanunlan, həmçinin tədqiqat 

metodlarını  ümumiləşdirir.  Elm  eyni  zamanda  həm  bilik 

sistemidir, həm onun istehsalıdır, həm də onların əsasında həyata 

keçirilən  praktiki  fəaliyyətdir.  Deməli,  elm  -  dünya  haqqında 

daim inkişafda olan bilik sistemidir. Belə ki, elmi yalnız biliklər 

sistemi  kimi  qəbul  etmək  hələ  onun  mahiyyətinin  tam  açılması 

demək  deyil.  «Biliklər  sistemi  özündə  fəaliyyət  momentini  əks 

etdirmir.  Elm  və  məhz  elmi  axtanşlar,  yaradıcılıq  tədqiqat 

prosesində - elmi fəaliyyət zamanı cəmiyyətin tərkib hissəsi kimi, 

ictimai hadisə kimi qarşıya çıxını.’* 

Hər  biliyi,  məsələn,  məişət  məlumatlarını  elmi  bilik  hesab 

etmək  olmaz.  Elm  hər  şeydən  əvvəl  həqiqi  biliyin  müəyyən 

sistemidir,  o  alimlərin  səyi  nəticəsində  gerçəklikdə  fəaliyyət 

göstərən qanunauyğunluqlar haqqında bilik verir. 

Elm  mürəkkəb  qnoseoloji  situasiyanı  həll  etmək,  təbiət  və 

cəmiyyət hadisələrini dərk edərək onları dəyişmək vasitəsi kimi 

meydana  gəlib.  Bu  baxımdan,  elmin  iki  əsas  funksiyası  özünü 

daha qabarıq şəkildə göstərir: a) şeylərin mahiyyətinə nüfuz edən 

idrak funksiyası və b) praktiki fəaliyyət funksiyası, yəni insanın 

və cəmiyyətin dəyişdirici fəaliyyətində elmin rolunun artması. 

Nə  tədqiq  edilir?  sualına  cavab  elmin  predmetinin  təbiətini 

açır; tədqiqat necə həyata keçirilir? sualına cavab isə tədqiqatın 

metodunu açır. 

Elm  ilə  bilavasitə  əlaqəsi  olmayan  adam  onu  yalnız  texniki 

nailiyyətlər baxımından qiymətləndirir. Müvafiq olaraq o elmi 

S.Xəlilov. Elmi-texniki toroqqi və onun sosial-iqtisadi nəticələri. Bakı, «Elm», 

1996, S.64.



 

310 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə