Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə103/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   99   100   101   102   103   104   105   106   ...   164

bilmir,  elmə  əsaslanaraq  fikirləşmir.  Hətta  alimlər  də  eyni  cür 

düşünmür.  Məsələn,  riyaziyyatçı  və  yaxud  nəzəriyyəçi  fızikin 

düşüncə  tərzi  heç  də  bioloq,  yaxud  filosofun  düşüncə  tərzinə 

bənzəmir. 

Elm bizə konseptual müxtəlifliklə fikirləşməyi öyrədir. Bu 0 

deməkdir  ki,  biz  dünyanın  quruluşunu  yeganə,  qeyd-şərtsiz 

həqiqəti  axtarmağa  cəhd  göstərmədən  müxtəlif  çoxluqdan 

keçərək  öyrənirik.  Gerçəkliyin  və  ictimai  praktikanın  keyfiyyət 

müxtəlifliyi elmi biliyin müxtəlif sahələrini müəyyənləşdirir. 

Bir çox alimlər hesab edirlər ki, insanlar elm vasitəsilə özləri 

bildiyi kimi təbiətin işinə qarışırlar. Kant göstərirdi ki, elm təbiət 

ilə dialoqa girmir, öz dilini ona zorla qəbul etdirir. 

Elmin bu gün hər yerdə bilavasitə məhsuldar qüvvə kimi çıxış 

etməsi özünü daha aydın şəkildə göstərir. Bu da onunla bağlıdır 

ki,  nəhəng  ölçüdə  və  böyük  sürətlə  baş  verən  elmi-  texniki 

tərəqqinin  nəticələri  həyatın  bütün  sahələrində  və  insan 

fəaliyyətinin  bütün  sferalarında  hiss  olunacaq  dərəcədə  özünü 

büruzə verir. 

Şərti  olaraq  elmin  praktika  ilə  əlaqəsinin  iki  tipini,  iki 

mexanizmini ayınnaq olar. Onlardan biri yeni texnoloji prosesdə

yeni avadanlıqda və s. öz praktiki ifadəsini tapan bu və ya digər 

elmi kəşf ilə xarakterizə edilir. İkinci halda isə, əksinə, praktikada 

meydana  çıxan  və  həll  edilməsi  üçün  elmi  biliklərin  xüsusi 

blokunun yaradılmasını zəruri edən hər hansı problem başlanğıc 

nöqtəsi  hesab  edilir.  Burada  müəyyən  qədər  artıq  məlum  olan 

bilikdən,  bir  qədər  də  indi  alınması  nəzərdə  tutulan  bilikdən 

istifadə  edilə  bilər.  Beləliklə,  birinci  halda  elmdən  praktikaya 

hərəkət, ikincidə isə, əksinə, praktikadan elmə hərəkət üstünlük 

təşkil edir. 

Müasir  qlobal  problemləri,  məsələn  ekoloji  problemi  həll 

etmək işində sosial qüvvə kimi elmin rolu olduqca böyükdür. 

Cəmiyyətdən  kənarda  elm  nə  meydana  gələ  bilər,  nə  də 

inkişaf edə bilər, cəmiyyət də öz inkişafının yüksək mərhələsində 

elmsiz təsəvvür edilə bilməz. Böyük elmi kəşflərin və onlarla sıx 

əlaqədə  olan  texniki  ixtiraların  bütün  bəşəriyyətin  taleyinə  çox 

böyük təsiri olmuşdur. 



311 


Qətiyyən  şübhə  yoxdur  ki,  elm  həmişə  müəyyən  sosial  və 

mədəni  şəraitdə  mövcud  olur  və  inkişaf  edir,  fəaliyyətin  başqa 

sferalan  -  istehsal,  texniki,  siyasi,  ideoloji  və  s.  sahələr  ilə 

qarşılıqlı əlaqədə olur və bu əlaqə sosial, lakin  elm üçün xarici 

xarakter  daşıyır.  Təbiidir  ki,  bu  əsasda  elm  və  ictimai  həyatın 

başqa  sferaları  arasında  münasibət  meydana  gəlir  və  elm 

xadimləri buraya cəlb edilirlər. 

Elmə  yalnız  sosial  institut  kimi  baxmaq  onun  haqqında 

birtərəfli  təsəvvür  yaradır,  çünki  elm,  məlum  olduğu  kimi, 

konkret  şəxslər,  yaradıcı  fərdlər  tərəfindən  yaradılır.  Elmdə, 

yaradıcılıq  fəaliyyəti  sahəsi  kimi,  şəxsiyyətin  rolu  olduqca 

böyükdür. Bunlar göz qabağındadır. Lakin əhəmiyyətli cəhət bir 

də odur ki,  alimlərin  yaradıcılıq fəaliyyəti  əsasən sosial  institut 

kimi elm çərçivəsində baş verir. 

Bir  çox  alimlər  hesab  edirlər  ki,  elm  predmetlərin 

mahiyyətinə  nüfuz  etmək  iqtidarında  deyil.  Məsələn, 

instrumentalizm 

baxımından 

elm 

gündəlik 



təzahürlər 

dünyasından  kənarda  yerləşən  heç  bir  yeni  dünyanı  kəşf  edə 

bilmir, çünki fiziki dünya üzdə olandan başqa bir şey deyil, onun 

dərinliyi  yoxdur.  Dünya  bizə  necə  görünürsə  elədir.  Elmi 

nəzəriyyələr  isə  bizə  göründüyü  kimi  deyil.  İnstrumentalizmə 

görə,  elmi  nəzəriyyə  dünyanı  nə  izah  edir,  nə  də  təsvir  edir,  o 

instrumentdən  (alətdən)  başqa  bir  şey  deyil.  Deməli,  nəzəriyyə 

bizim özümüzün ixtiramızdır, özümüzün xüsusi ideyamızdır və 

bizə kənardan zorla qəbul etdirilmir. 

K.Popper  üçün  başlanğıc  nöqtəsi  -  onun  özünün 

«demarkasiya  problemi»  və  yaxud  elm  ilə  «psevdoelmi» 

bir-birindən ayıran problem adlandırdığı məsələdir. Popperə görə 

«psevdo- elm» yalnız transsendental metafizikanı deyil, həm də 

özünü empirik elm hesab edən astrologiyanı, həm də guya elmi 

nəzəriyyə  olan  psixoanaliz  və  marksist  fəlsəfəni  özündə 

birləşdirir.  Popper  həmin  nəzəriyyələrin  həqiqi  olmasını 

nəzərdən  keçirmək  fikrində  olmamışdır,  onu  maraqlandıran 

yalnız bu nəzəriyyələrin onlann özlərinin iddia etdiyi kimi elmi 

olmalarını  müəyyənləşdirməkdir.  Məhz  bu  motiv  onun 

«təkzibedilmə tezisi»nin arxasında durur. O, yazırdı ki, hipoteza 

(fərziyyə) o 

312 



zaman və ancaq o zaman elmi ola bilər ki, onu prinsipcə təkzib 

etmək mümkün olsun. Bəzən təsdiq edirlər ki,  yüksək dərəcədə 

ehtimal olunan hipoteza və yaxud «nə baş verəcəksə hamısını izah 

edən»  hipoteza  elmi  hesab  edilir.  «Təkzibedilmə  tezisi»  bütün 

belə fikirlərə qarşı çevrilib. 

Bəzi  filosoflar  sübut  etməyə  çalışırlar  ki,  müasir  elmin 

tədqiqat  obyekti  tamamilə  deyişib,  ənənəvi  mövzular  kənara 

atılıb. Məsələn, italyan fılosofiı Nikolo Abbanyano hesab edir ki, 

müasir texnologiya elmi tədqiqatın əsas amilinə çevrilib. O, yazır: 

«Bütün  bunlar  elm  haqqında  ümumi  təsəvvürlərin  dəyişməsinə 

gətirib  çıxarır.  Obyekt  kimi  «materiya»nı  və  ya  obyekt  kimi 

«ruh»u qəbul  edən elmlərdən danışmaq olmaz. Materiya və ruh 

elə  mücərrəd  mahiyyət  olublar  ki,  onlara  elm  praktiki  olaraq 

əhəmiyyət vermir. Odur ki, hissəciklər, daşıyıcılar, əks əlaqələr və 

reaksiyalar  elmi  tədqiqatın  sevimli  obyekti  olublar.  İnformasiya 

nəzəriyyəsi  bu  tədqiqatlarda  hökmran  yer  tutur,  ona  görə  də  bu 

tədqiqatlann  nəticələri  yenidən  ehtimal  sahəsinə  qayıtmaq  üçün 

mütləq doğruluq iddiasını istisna edİD>.^’ 

İlk baxışda belə görünə bilər ki, elm insandan uzaqlaşır, daha 

çox  mücərrədləşir,  yabançılaşır.  Bu  qətiyyən  belə  deyil.  «Elm 

dəyişib, lakin onun insan həyatında, hətta gündəlik həyatında yeri 

gündən günə artır. Həyatın çox problemləri elm tərəfindən daha 

tez, daha az qüvvə və gərginliklə həll edilir. Lakin həmişə elmdən 

kənarda  olan  və  insana  məxsus  problem  qalır:  elmdən  necə 

«istifadə» etmək - xeyir yoxsa şər üçün, insan naminə yoxsa onun 

əleyhinə».*® 



3.2.

 

Elmi biliyin inkişaf mərhələləri 

Elm  ayrı-ayn  görkəmli  alimlər  və  onların  yaratdığı 

məktəblərdə  inkişaf  edir  və  müəyyən  daxili  qanunauyğunluğa 

tabedir. «Son həddə ictimai praktika və onun tələbatı ilə determinə 

olan elm bununla yanaşı öz qanunauyğunluqları ilə inkişaf edir. 

Onların arasında - varislik (köhnə biliklərin müsbət 



Н.Аббаньяио. Мудрость философии. СПб. «Алетейя», 1998. с. 145. 

^

 

Yenə orada, s.l47. 

313 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə